Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-26/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, 1 may 2004-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Füzuli rayonu İşıqlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-168/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli hökmünə əsasən (sədrlik edən: V.K.Məmmədov) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri tör ətməkdə təqsirli bilinərək, onun Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə Məhkum təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən ap ellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-106/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), F.N.Mahmudov və N.T.Əliyev) müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1-1(095)-168/2024 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınması, Məhkum cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum N nömrəli hərbi hissənin baş atıcısı vəzifəsində, əsgər rütbəsində şərti olaraq “G40” adlandırılan döyüş postunda hərbi xidmətdə olarkən, 15 dekabr 2023-cü il tarixdə saç kəsən aləti gətirmək üçün post başçısının göstərişi ilə həmin döyüş mövqeyindən təxminən 1 km məsafədə yerləşən bölüyün dayaq məntəqəsinə getmiş, əvvəllər orada xidmətdə olduğuna görə döyüş sursatı saxlanılan tikilinin qapısının qıfıllı olmadığını bildiyindən xidmətinin başa çatmasına təxminən 14-15 gün qaldığı üçün həmin vaxt orada olan patronlardan götürüb özündə saxlamaqla x idmət etdiyi döyüş mövqeyinə qayıdanda içərisini boşaldıb təsbeh düzəldərək xatirə kimi evə aparmaq fikrinə düşərək bölüyün ehtiyat döyüş sursatı saxlanılan tikiliyə daxil olmuş, daxil olduqdan sonra orada qıfıllı olmayan yeşiyin içərisindəki quru ərzaq payı qutusunda çoxsaylı patron olduğunu görüb hərbi hissəyə məxsus, istifadəyə yararlı, 1 ədədinin qiyməti 0,81 manat olmaqla 40,5 manat dəyərində 50 (əlli) ədəd PS tipli 7.62 mm çaplı patronları əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək və gələcəkdə öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədi ilə gizli olaraq götürüb isti gödəkcəsinin sağ yan cibinə qoyaraq ümumilikdə 40,5 manat dəyərində döyüş sursatlarını talamış, sonra döyüş sursatı saxlanılan tikilidən çıxaraq taladığı döyüş sursatlarını gödəkçəsinin cibində qanunsuz olaraq gəzdirmiş və saxlamış, bölüyün baş çavuşu, gizir Şahid1 onun döyüş sursatı saxlanılan tikiliyə icazəsiz girməsindən şübhələnərək onu həmin tikilinin önündə saxlayıb üzərinə baxış keçirmiş və həmin patronlar əsgər Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla Məhkum törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq məhk um edilmişdir. Qeyd etmişdir ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Məhkum ittiham olunduğu əməl üzrə təqsirliliyi sübuta yetirilmədi. Məhkum qarşı irəli sürülmüş ittiham üzrə aparılmış ibtidai istintaq zamanı əldə olunmuş və bir daha məhkəmə istintaqı zamanı da araşdırılmış sübutların məcmusu Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələrinin tərkib əlamətlərinin olmamasını sübuta yetirir. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayəti hansı məqsədlə törətməsi müəyyən edilməli və bu təkzibedilməz sübutlarla təsdiqlənməlidir. Lakin nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi bunu müəyyən etməmiş və mötəbər olmayan sübutlara əsaslanaraq Məhkum döyüş sursatını talayıb qanunsuz olaraq gəzdirməsi və saxlaması qənaətinə gəlməklə barəsində ittiham hökmü çıxarmışdır. Həmçinin qeyd etmişdir ki, Məhkum verilmiş ittiham bütövlükdə qanunsuz olmasından əlavə özü-özlüyündə də ziddiyyətlidir. Belə ki, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 228.1-ci maddəsi ilə, həm də həmin məcəllənin 232.1-ci maddəsi ilə ittihamın verilməsi özü qanunsuzdur. Bu maddələrin dispozitiv əlamətlərindən də göründüyü kimi hər iki maddə silah-sursatın, onların komplekt hissələrinin qanunsuz yolla götürülməsi, talanması kimi qeyd edilir. Qanunsuz yolla götürülmə ilə talamanın arasında hər hansı bir fərq yoxdur ki, bu hala görə də hər iki maddə ilə ittiham verilsin. Məhkum barəsində çıxarılmış ittiham hökmü və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun yeniyetmə həyat ına silinməz ağır izlər buraxacaq ki, bu izlər də onun gələcək həyatına böyük mənfi təsirlər göstərməklə yasam tərzini formalaşdırmağa çətinliklər yaradacaq. Bunun əksinə məhkəmə bu gün onun yeniyetmə-gənc olmasını, həqiqi hərbi xidmətdə keçməsini, şəhid ailəsinin üzvü olmasını (əmisi Yaqubov Vəkil Yaqub oğlu birinci Qarabağ müharibəsi zamanı səhid olmuşdur), bu hadisədən sonra şəkər xəstəliyinə tutulmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə almamışdır. Halbuki, bu hallar birmənalı nəzərə alınmalı idi. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə müəyyən edir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etm əyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, məhkumun təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilmədiyinə istinad edilmiş, buna görə də, mübahisələndirilən qərarı ləğv etməklə, məhkuma bəraət verilməsi xahiş edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddə si ilə məhkum olunmasına dair hissədə ləğv edilməli, bu ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 42.1.2-ci maddələrinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli surətdə yoxlayıb araşdırmanın nəticəsi olaraq aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci m addəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası ilk əvvəl Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə olan əməlinə qiymət verməyi zəruri hesab edir: “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Göstərilən cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisn a olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə cinayəti isə Cinayət Məcəlləsinin 232.1-ci maddəsində təsbit olunmuşdur. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin fa ktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 27 may tarixli qərarına görə CM-ni n 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Məhkum istinad olunan cinayət əməlinin təsvirind ən görünür ki, o, N nömrəli hərbi hissənin baş atıcısı vəzifəsində, əsgər rütbəsində şərti olaraq “G40” adlandırılan döyüş postunda hərbi xidmətdə olarkən, 15 dekabr 2023-cü il tarixdə saç kəsən aləti gətirmək üçün post başçısının göstərişi ilə həmin döyüş mövqeyindən təxminən 1 km məsafədə yerləşən bölüyün dayaq məntəqəsinə getmiş, əvvəllər orada xidmətdə olduğuna görə döyüş sursatı saxlanılan tikilinin qapısının qıfıllı olmadığını bildiyindən xidmətinin başa çatmasına təxminən 14-15 gün qaldığı üçün həmin vaxt orada olan patronlardan götürüb özündə saxlamaqla xidmət etdiyi döyüş mövqeyinə qayıdanda içərisini boşaldıb təsbeh düzəldərək xatirə kimi evə aparmaq fikrinə düşərək bölüyün ehtiyat döyüş sursatı saxlanılan tikiliyə daxil olmuş, daxil olduqdan sonra orada qıfıllı olmayan yeşiyin i çərisindəki quru ərzaq payı qutusunda çoxsaylı patron olduğunu görüb hərbi hissəyə məxsus, istifadəyə yararlı, 40,5 manat dəyərində 50 (əlli) ədəd PS tipli 7.62 mm çaplı patronları əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək və gələcəkdə öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədi ilə gizli olaraq götürüb isti gödəkcəsinin sağ yan cibinə qoyaraq tikilidən çıxmış, bölüyün baş çavuşu, gizir Şahid1 onun döyüş sursatı saxlanılan tikiliyə icazəsiz girməsindən şübhələnərək onu həmin tikilinin önündə saxlayıb üzərinə baxış keçirmiş və həmin patronlar əsgər Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Sadalananlardan göründüyü kimi, Məhkum döyüş sursatı saxlanılan tikiliyə daxil olaraq 50 (əlli) ədəd PS tipli 7.62 mm çaplı patronları talamış, yəni əvəzsiz və qanunsuz olaraq öz m ülkiyyətinə keçirmişdir ki, onun bu əməli Cinayət Məcəlləsinini 232.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Taladığı döyüş sursatları həmin tikilinin önündə ikən baş çavuş, gizir Şahid1 tərəfindən üzərinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Göstərilən hallar həm Məhkum, həm də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum tərəfindən döyüş sursatlarını qanunsuz olaraq gəzdirməsi və saxlaması kimi hərəkətlərə yol verilməmişdir, onun cinayət məsuliyyətinə səbəb olan hərəkətləti döyüş sursatlarını talamaqdan ibarət olmuşdur ki, bu hərəkətlər Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə tam əhatə olunur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları və Məhkum əməlləri barədə gəldiyi nəticələr CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi şəxsin təqsirliliyi barədə yekun nəticəyə gələrkən tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmiş, bunula da onun əsassız olaraq CM-in 228.1-ci maddəsi ilə məhkum eymiş birinci instansiya məhkəməsinin əməlun tövsifində yol verdiyi səhvi aradan qaldırmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əssən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. CPM-in 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin”. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi yuxarıda qeyd olunan sübutlar bazası, mötəbərliliklə yalnız döyüş sursatını talama haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiya sı yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqs irsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyini dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Hə min Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin şəxsin ittiham olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi üzrə təqsirliliyi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Məhkuma təyin olunacaq cəzanın real çəkilməli olub-olmaması məsələsinə gəldikdə, məhkəmə kollegiyası onun törətdiyi cinayətin xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, eləcə də onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tə tbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getmə mək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Məhkəmə kollegiyası qanunun yuxarıda qeyd edilən göstərişinə əsasən hesab edir ki, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Məhkum üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökm və ya qərarları ləğv edərək cinayət işi üzrə icraata xitam vermək, həmçinin apellyasiya instansiya məhkəməsinin hökm və qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən, məhkumun müda fiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, bu ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cu il tarixli qərarı dəyişdirilməklə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar məhkəmə qərarından xaric edilməli, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təyin edil miş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilsin. Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 42.1.2-ci maddələrinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində cinayət təqibinə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə xitam verilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, vəzifəsi qoyulsun. Məhkum üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-26/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-26/2025
27.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver