Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Kamran Fikrət oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxx N8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellya siya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxx N8-ci il tarixli hökmü ilə (hakim S.B.Hüseynovun sədrliyi ilə) xx xxxx 1982-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki uşağı olan, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası MN-in N saylı hərbi hissəsinin zabiti, mayor, Gəncə şəhəri, Kəpəz rayonu, N nömrəli hərbi hissədə qeydiyyatda olan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinmiş, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaq la hər ay aylıq pul təminatından 20 (iyirmi) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin aylıq pul təminatından tutmalar aparıldığı vaxtdan hesablanması və hökmün icrasının N saylı hərbi hissənin komandanlığına həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinmiş, hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, hə rbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rütbəcə rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əməliyyat bölmə rəisinin kütləvi qırğın silahlarından mühafizə xidməti üzrə köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50 və 51-ci maddələrinin tələblərini pozaraq, tabeliyində olanlara rəğbət və ehtiram göstərilməli, onların qayğılarına qalmalı, kobudluq və onların ləyaqətini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara, hərbi nizamnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, hərbi intizamın yüksək səviyyədə olmasını təmin et məli, şəxsi heyətinin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirməli olduğu halda, bunlara tələb olunan qaydada əməl etməmiş, belə ki, o, hərbi hissə komandanlığına 1-ci taborda qanunsuz olaraq mülki maşınlara yanacaq verilməsi barədə məlumat vermiş, hərbi hissə komandiri, polkovnik-leytenant Fuad Ələkbərov şəxsi heyətin qarşısında həmin hərbi hissənin 1-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini, baş leytenant X2 danlamışdır. Sonuncu xx.xx.N8-ci tarixdə, saat 14:50də düşmən tərəfindən odlu silahlardan açılmış atəş nəticəsində ZİL-131 markalı H 272 QQ hərbi qeydiyyat nişanlı avtomobilin bəzi hissələrinin zədələnməsi ilə əlaqədar hərbi qulluqçuların həmin avtomobilin ətrafında toplaşdıqlarını görmüş, onlara yaxınlaşaraq söhbət zamanı b u barədə hərbi hissə komandirinə məlumat verən şəxsi müəyyən etmək məqsədi ilə «hərbi hissə komandirinə yanacaq satılmasını kim deyib, desin və camaatın içində sübut eləsin, yoxsa üçə qədər sayacam və söyüş söyəcəm» deyə bildirmiş, bu vaxt heç kim cavab vermədiyindən o, üçə qədər saymış və bu barədə yalan məlumat verən şəxsin ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman mayor Məhkum onun işlətdiyi nalayiq ifadələri cavab olaraq onun ünvanına deyərək, hərbi hissə komandirinə yanacaq satması barədə demədiyini, tabordan mülki maşınlara yanacaq tökülməsi barədə bildirdiyini demiş, bu sözləri dedikdən sonra onların arasında mübahisə yaranmış, mayor Məhkumla baş leytenant C.A.Cavadov eyni vaxtda bir-birlərinin üzərinə yerimiş, bir-birinə yaxınlaşkən mayor Məhkum baş leytenant C.A.Cavadovun sol s ifət nahiyəsinə sillə ilə bir zərbə vurmuş, onlar bir-birinin yaxasından tutmuş, bu vaxt kənarda olan hərbi qulluqçular onları ayırmış, lakin mayor Məhkum baş leytenant C.A.Cavadovun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən onlar mübahisələrini və davalarını davam etdirmiş, həmin vaxt mayor Məhkum baş leytenant C.A.Cavadovun sifət nahiyəsinə iki-üç yumruq zərbəsi vurmuş, onlar bir-birlərinin yaxasından tutub süpürləşmiş, həmin vaxt mayor Məhkum baş leytenant C.A.Cavadovun boynunu tutub bərk sıxaraq, ümumilikdə sağlamlığına «Üst dodağın sol yarısı haşiyəsində səthi əzilmiş yara və sol yanaq nahiyəsinin sıyrığı, boyunun sağ yarısının qançırı» ilə müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rütbəcə r əis olmaqla tabeliyində olan şəxsi döymüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxxx N8-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, Gəncə Hərbi Məhkəməsinin xx xxxx N8-ci il tarixli hökmünü Məhkum aid hissədə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində ibtidai və məhkəmə istintaqının qanunsuz aparılmasını, apellyasiya instansiyası məhkəməsinin isə qanunvericiliyin tələblərini kobud şəkildə pozm aqla təqsirinin sübuta yetrilimədiyi halda onun barəsində əsassız qərar çıxarmasını qeyd etmişdir. Belə ki, şahid ifadələrindəki ziddiyyətlər nəzərə alınmamış, bu hallarla bağlı vəsatətlər verilmiş, lakin məhkəmə Azərbaycan Respublikası CPM-in 121-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qeyd olunan xüsusatlara münasibət bildirməmiş, bəraət hökmü çıxarmalı olduğu halda onun barəsində ittiham edici hökm çıxarmışdır. Bundan başqa məhkəmə törədilmiş əməli işin hallarına uyğun tövsif etməmiş, onunla C.A.Cavadov arasında hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeçilik münasibəti olmamasına baxmayaraq əməli CM-in 332.1-ci maddəsi ilə deyil həmin Məcəllənin 331.3-cü maddəsi ilə tövsif etmişdir. Bununla yanaşı Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cəza t əyin edilərkən ailə vəziyyətinin nəzərə alınmayaraq CM-in 331.3-cü maddəsinin sanskiyasına əsasən ən ağır cəzanın tətbiq edilməsini göstərmişdir. Qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarının ləğv edilməsini, CPM-in 39, 42 və 43-cü maddələrini rəhbər tutaraq onun barəsində düzgün qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri ba rədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum və C.A.Cavadov məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxx N8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxl anılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm Məhkum dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin CM-in 331.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 332.1-ci maddəsi ilə tövsif edilməli olduğunu qeyd etmiş, bu səbəbdən əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (Azəbaycan Respublikası CPM, maddə 42). Həm birinci in stansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. İş materiallarından olan N saylı hərbi hissə komandirinin xx xxxx N8-ci il tarixli arayışına və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci fəslinin 9-13-cü bəndlərinə (Rəislər və tabe olanlar, böyüklər və kiçiklər) əsasən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin kütləvi qırğın silhalarından mühafizə xidməti üzrə köməkçisi mayor Məhkumla hərbi hissənin 1-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini baş leytenant C.A.Cavadov arasında xidməti tabelik münasibətləri mövcuddur. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair ” xx xxxx N1-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CMdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına verilən hüquqi qiymətdir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq nor masının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, Məhkum CM-in 331.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən digər məhkum C.A.Cavadovun, iş üzrə şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin icla sda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası 331.3-cü maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən əməlin Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə tövsif edilməsini və ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsi nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx N8-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-27/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2019
21.02.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver