Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidovdan və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1N, zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X1, məhkum X2 və müdafiəçisi X4 iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü ilə Məhkum1 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1NN.2.1, 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələri ilə, X17 Azərbaycan Respublikası CM-in 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından Məhkum2 müdafiəçisi E.A.Şahverdi və zərərçəkmiş şəxsin hüquqi varisi T.S.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Əli Süleymanov, hak imlər Fəxrəddin Ağamirzəyev və Əmrah Nəcəfovdan ibarət tərkibdə) 1(097)-09/2019 nömrəli 15 may 2019-cu il tarixli hökmü ilə, Məhkum1, **** oktyabr 1990-cı il tarixdə ***** rayonunun ********** qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli,əvvəllər məhkum olunmuş (Füzuli Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti tətbiq edilməklə 6 ay sınaq müddəti təyin olunmuş), Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat müşahidə bölüyünün taktiki müşahidə tağımının ***-cü qrupunun operatoru, gizir, Beyləqan rayonunun Baharabad qəsəbəsində qeydiyyatda ola n; Аzərbаycаn Respublikası CM-in 1NN.2.1, 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələri ilə təqsirli bilinib, CM-in 1NN.2.1, 1NN.2.N, 1NN.2.4 və 1NN.2.6-cı maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.N-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in N41.2.1 və N41.2.N-cü maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti cəza olaraq 09 (doqquz) il 0N (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin başlanğıcı 09 avqust 2018-ci il tarixdən hesablanması; X44, 01 iyul 1994-cü il tarixdə ********* rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyatçı snayperi, gizir, ******* rayonunun ******* kəndində qeydiyyatda olan, Аzərbаycаn Respublikası CM-in 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.Ncü maddələri ilə təqsirli bilinib, CM-in 1NN.2.N, 1NN.2.4 və 1NN.2.6-cı maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 126.N-cü maddəsi ilə barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq olunmaqla 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in N41.2.1 və N41.2.N-cü maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə XN0 qəti cəza olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin əvvəli 09 аvqust 2018-ci il tаrixdən hesаblаnması; Məhkum2, 29 yanvar 1989-cu il tarixdə ******** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin snayper bölüyünün N-cü tağım komandirinin sabiq müavini, gizir, ünvan1 ünvanında daimi qeydiyyatda olan, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 1NN.2.N, 1NN.2.4, 1NN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələri ilə təqsirli bilinib, CM-in 1NN.2.N, 1NN.2.4 və 1 NN.2.6-cı maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 126.N maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in N41.2.1 və N41.2.N-cü maddələri ilə 0N (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin bаşlаnğıcı 1N аvqust 2018-ci il tаrixdən hesаblаnması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Məhkum1, XN0 və Məhkum2 vəzifəli şəxs kimi müntəzəm olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxsi marağa g örə öz qulluq mövqeyindən sui-istifadə etməsi və qulluq səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında işgəncə verməklə köməksiz vəziyyətdə olan şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab verərək əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı kəşfiyyat bölüyünün xüsusi təyinatlı kəşfiyyat qrupunun kəşfiyyatçısı vəzifəsində, gizir hərbi rütbəsində hər bi xidmətdə olarkən 05 may 2017-ci il tarixdə başqa şəxsin əmri ilə N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə gəlmiş və orada başqa şəxslərin iştirakı və rəhbərliyi ilə N və N nömrəli hərbi hissələrin istintaqla şəxsiyyəti müəyyən edilməmiş digər bir neçə hərbi qulluqçusu ilə birlikdə vəzifəli şəxs kimi qulluq səlahiyyətlərini aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək, qanunsuz olaraq həmin gün saat 1N:00 radələrində N nömrəli hərbi hissənin N-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının sabiq baş atıcısı əsgər X6, saat 16:00 radələrində isə N nömrəli hərbi hissənin N-cü taborunun 7-ci bölüyünün N-cü tağımının komandiri, leytenant X11 əllərini və gözlərini bağlayaraq həmin hərbi şəhərciyə gətirib oradakı yanacaq doldurma məntəqəsi kimi istifadə olunmuş köhnə tikilidə, qərargah binasının zirzəmisində yerləşən şübhəli şəxsləri sorğulamaq üçün hazırlanmış xüsusi otaqda və binanın digər otaqlarında saxlamış, o cümlədən ərazinin və orada saxlanılan həmin şəxslərin mühafizəsini həyata keçirmiş, habelə C6 və Y6 düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onların özlərinin hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb etməklə onların sorğulanma prosesini həyata keçirmişdir. Y6 düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, Məhkum1 başqa şəxsin göstərişi ilə ondan etirafedici məlumat almaq, qorxutma q, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətdiyini etiraf etməyə məcbur etmək məqsədi ilə N və N nömrəli hərbi hissələrin istintaqla şəxsiyyəti müəyyən edilməmiş bir neçə hərbi qulluqçusu ilə birlikdə əlləri və gözləri bağlı vəziyyətdə olan Y6a fiziki və psixi iztirablar verməklə, yəni bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və elektrik naqili ilə çox sayda zərbələr vuraraq, siqaretlə sol baldırının aşağı N/1-də dərisini yandıraraq, ona sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “sol baldırın aşağı N/1-nin yan səthinin piqmentasiyaları və sol pəncə üstü nahiyənin çapıq toxuması” xəsarətlərini yetirmişdir. Y6 işgəncələrə dözməyərək məcbur olub 06 may 2017-ci il tarixdə saat 16:00 radələrində yala ndan, guya sabiq bölük komandiri, həmin vaxt N nömrəli hərbi hissənin N-cü taborunun 8-ci bölüyünün komandiri vəzifəsində xidmət edən leytenant X14 düşmənlə əməkdaşlıq etdiyini bildirmiş və yuxarı komandanlığın əmri ilə S6 həmin gün saat 18:00 radələrində N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə gətirilmişdir. Eyni zamanda başqa şəxsin əmri ilə N nömrəli hərbi hissənin ********* şəhərindəki snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə getmiş N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperi, gizir XN0, N nömrəli hərbi hissənin snayper bölüyünün N-cü tağım komandirinin müavini, gizir Məhkum2 və digər şəxs də bu proseslərə cəlb edilmiş və həmin gün saat 19:00 radələrindən başlayaraq Məhkum1, T6, Məh kum2 və digər şəxslər vəzifəli şəxs kimi qulluq səlahiyyətlərini aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək, qanunsuz olaraq qərargah binasının zirzəmisində yerləşən şübhəli şəxsləri sorğulamaq üçün hazırlanmış xüsusi otaqda Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməkdə şübhəli bildikləri S6 düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb etməklə onun sorğulanma prosesini həyata keçirmişlər. S6 düşmənlə əməkdaşlıq barədə “ittihamları” qəbul etmədiyi üçün başqa şəxslər və Məhkum1, T 6 və Məhkum2 S6ni etirafa gətirmək, habelə törətdiyi əməlləri güman edərək ondan qisas almaq məqsədilə, fiziki və psixi iztirablar verməklə, yəni S6 əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını plastmas sıxacla və iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağlayaraq onu faktiki olaraq azadlıqdan məhrum etməklə, bədəninin müxtəlif nahiyələrinə çox sayda təpik, yumruq, hərbi şalvarın bel kəməri, metal məhəccər və üzəri izolyasiya olunmuş elektrik naqilləri ilə zərbələr vuraraq, siqaretlə bədəninin yuxarı ətraflarını yandıraraq, habelə xüsusi qurğu vasitəsi ilə bədəninə bir neçə dəfə elektrik cərəyanı verərək ona sağlamlığa yüngül zərərvurmaya aid «başın alın və hər iki gicgah nahiyələrinin yumşaq toxumalarında qansızmalar, alın, sifət nahiyəs ində qançır və sıyrıqlar, boyun, döş və qarının yumşaq toxumalarında qansızmalar, qançır, sıyrıq və yaraları, hemoperitoneum (2000-2500ml) daxili üzvlərin venoz azqanlılığı, hər iki yuxarı və aşağı ətrafların bilək və topuq nahiyələrini sirkulyar əhatə edən şırımları», eləcə də, sağlamlığa ağır zərər vurmaya aid «döş və qarın nahiyələrinin bütün səthlərinin, hər iki yuxarı və aşağı ətraflarının bütün səthlərinin geniş həcmli dərin və səthi hematomaları, dalağın cırılması» xəsarətlərini yetirərək, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. XN6 «dalağın cırılmasından baş vermiş kəskin qanitirmə» səbəbindən, 07 may 2017-ci il tarixdə gecə saat 0N:00 radələrində işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun qərargah binasının zirzəmisində ölmüşdür. Füzuli Hərbi Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi E6 və zərərçəkmiş şəxsin hüquqi varisi T6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(106)28/19 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 1(097)-09/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından Məhkum2 müdafiəçisi E6 tərəfi ndən və zərərçəkmiş şəxsin hüquqi varisi T6 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: X26 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, iş üzrə ziddiyyətlərin aradan qaldırılması üçün X12, X7, X18, X8 və X9 yenidən ifadələrinin alınması üçün məhkəməyə çağırılmasını xahiş edilməsinə baxamayaraq, məhkəmə onlar tərəfindən verilən ifadələrin Məhkum2 leyhinə olmasını bildirərək vəsatəti təmin etməyib. Apellyasiya instansiya məhkəməsi öz qərarında Məhkum2 törətdiyi cinayətlər onun qismən etirafedici ifadələri ilə təsdiq olunduğunu bildirsə də, hər hansı etiraf ifadəsindən söhbət gedə bilməz. Çünki Məhkum2 tutulduğu ilk gündən etibarən təqsirsiz olduğunu, qanunsuz olaraq həbsə alındığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahizələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini və Məhkum2 barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X14 hüquqi varisi X15 verdiyi kassasiya şikayətində göstərmişdir ki,zərərçəkmiş şəxs X14 hüquqi varisi kimi hökmdən və apellyasiya məhkəməsinin qərarın dan narazıdır, çünki hökmlə və qərarla əməli törətmiş şəxslərə verilmiş cəza ədalətsizdir. Məhkəmə hökmün əsaslandırıcı hissəsindəki halları müstəsna hal kimi qəbul edən zaman niyə nəzərə almır ki, oğlum 07 may 2017-ci il tarixdə həmin şəxslər tərəfindən döyülərək öldürülmüş və həmin şəxs heçdə bu halları cinayət işinin başlanması olan 05 fevral 2018-ci il tarixdə bilə-bilə həmin şəxsi döyərək öldürməsində təqsirli olmasını bildiyi halda istintaq orqanına səmimi və peşmançılıq əlaməti olaraq müraciət etməmiş, onlar 09 avqust 2018-ci il tarixdə barələrində cinayət təqibi başlandıqdan sonra etiraf etməsini necə səmimi və peşmançılıq kimi qəbul edir? Peşman olan şəxs ən azı cinayət işi başlandıqdan sonra istintaq orqanına müraciət edər və bundan sonra cinayətin açılmasına fəal kömək göstərərə k törədilmiş cinayətlə əlaqədar ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verir, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərər”, lakin bütün bu halların heç biri cinayət işinin materiallarında təsdiqini tapmır. Bu halda yüngül cəza almaqdan ötrü şəxsin verdiyi ifadələri səmimi və peşmançılıq kimi qəbul edir, lakin Məhkum1 və M7 ifadələrini özünü müdafiə xarakterli sayır və səmimi qəbul etmir. Bununla da istintaq orqanı tərəfindən hazırlanmış və nəticədə sanki məhkəmənin üzərinə yüngül cəza verilməsi vəzifəsi qoyulmasında özünü göstərən hallara uyğun olaraq hər bir şəxs üçün aşağı cəza verilməsindən ötrü “bunlara” qanunla dey il öz istəkləri əsasında qiymət vermişdirlər. Bundan başqa Məhkum2 verilən cəzaya baxdıqda bir daha cəza təyin etmənin müddəalarını özündə əks etdirən normaların düzgün tətbiq edilmədiyi görünməkdədir. Yuxarıda göstərilən şəxslərdən fərqli olaraq cinayəti etiraf etməyən məhkəmə tərəfindən ancaq özünü müdafiə xarakterli ifadələr verən və qeyri səmimi mövqe göstərən M7 də eyni əməllərə görə eyni cəza verilməsi qeyrei obyektivdir. Bu halı təhlil etsək görərik ki, həmin şəxslərin təhlükəlilik dərəcəsi olduqca yüksəkdir, birinci həmin şəxslər aşkar şəkildə hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədi lmiş, üsul olaraq əzab vermə və işgəncə verməklə törədilmiş, mənə isə elə bir mənəvi zərər vurmuşdurlar bu ən ağır nəticədir ki, bir insan dünyasını dəyişmişdir. Təqsirli şəxslərin rolun baxımından hökmə baxanda həmin şəxslərin təqsirini hər vəclə ört basdır etmələrinə baxmayaraq bir birinə ziddiyyətli ifadələr verərək öz rollarını göstərmişdirlər. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 1-1(106)-28/2019 saylı qərarını ləğv edib X19, XN1, Məhkum2 Cinayət Məcəlləsinin 1NN.2.1, 1NN.2.N, 1NN.2.4, 1NNN.2.6, 126.N, N41.2.1 və N41.2.N-cü maddələrində nəzərdə tutulan cinayətləri törətdikləri üçün daha ağır cəza verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası c inayət işinin materiallarını öyrənib kassasiya şikayətlərini müzakirə edərək, müdafiəçi tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsi barədə X26nin, Məhkum2, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Kənan İsmayılovun və dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətləri təmin ediməməli və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə mün asibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 müdafiəçisi Ş6 kassasiya şikayətinin başlıca dəlili işin icraatına Məhku m2a aid hissədə bəraətverici əsaslarla xitam veirlməməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.N. cinayət törədilməsində aidiyyəti ol madıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in N9.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, ona isnad olunan cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri ilə qismən, iş üzrə digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsində ifadə vermiş şahid X2N məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və göstərmişdir ki, 04 may 2017-ci il tarixdən başlayaraq N nömrəli Hərbi Hissənin zabiti, mayor XN2 və snayper bölüyünün komandiri, mayor X20 tərəfindən xidmət etdiyi bölüyün yerləşdiyi qərargah binasının zirzəmisindəki əşya saxlama otağına heyvan qanı və bağırsağı, torpaq və qum kütləsi, şüşə hissələri tökülərək vahiməli şərait yaradılmaqla düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxsləri sorğulamaq üçün xüsusi yer hazırlanmış, N və N nömrəli hərbi hissələrin hərbi qulluqçuları da cəlb etməklə düşmənlə əməkdaşlıqda şübhəli bildikləri şəxsləri sorğulamışlar. Bundan sonra o, qısa müddət xidmət yerində olmamış, 06 may 2017-ci il tarixdə saat 18 radələrində xidmət yerinə gəlib qərargah binasının zirzəmisindən qışqırıq səsləri eşitdiyi üçün həmin yerə getmiş və orada hazırlanmış sorğu otağında N nömrəli hərbi hissənin zabiti, leytenant X14 çılpaq vəziyyətdə stulda əyləşdiyini, bədəni üzərində çox sayda sıyrıq və qançır xəsarətləri olduğunu, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Məhkum2, N nömrəli hərbi hissənin hərbi qulluqçuları, mayor X21, gizir XN0 və tanımadığı digər bir neçə hərbi qulluqçunun S6 düşmənlə əməkdaşlıq etməsini təsdiq etməsini tələb etmələrinə şahid olmuşdur. Ardınca o, 1-ci mərtəbəyə qalxıb Ziya Kazımovun əmri ilə sinif otağında saxlanılmaqla sorğulanan N nömrəli hərbi hissənin zabiti, leytenant X10 düşmənlə əlaqələrinə dair yazılı izahat almaq istəmiş, lakin sonuncu leytenant S6nin düşmənlə əməkdaşlıq etməsi barədə yalan söylədiyini bildirmişdir. O, bu barədə Z6 məlumat versə də, buna əhəmiyyət verilməmiş, ardınca zirzəmidəki otağa gedərək R9un yerdə uzanıqlı vəziyyətdə olan S6 qarnına çox sayda təpik zərbələri vurduğunu, digər hərbi qulluqçuların isə S6 başına toplaşdığını görmüşdür. Həmin gün saat 22 radələrində o, Ziya Kazımovun əmri ilə S6 saxlanıldığı otağın mühafizəsində olarkən S6 qanabənzər qara rəngli maye kusduğunu görüb dərhal bu barədə yuxarı komandanlığa məlumat vermiş, lakin bununla bağlı hər hansı tədbir görülməmiş, S6 hər hansı tibb müəssisəsinə yerləşdirilməmişdir. Bundan sonra 07 may 2017-ci il tarixdə gecə saat 0N radələrində o, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X22 ilə birlikdə qərargah binasının 1-ci mərtəbəsində ol arkən T6 zirzəmiyə baş çəkib qayıdarkən Məhkum2 S6 üstünə çıxdığını görüb düşürtdüyünü, bir neçə dəqiqədən sonra isə təkrarən zirzəmiyə gedib qayıtdıqda S6 öldüyünü bildirmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı şahid X22 ifadəsində göstərmişdir ki, N nömrəli Hərbi Hissə komandanlığının əmrinə əsasən 06 may 2017-ci il tarixdə saat 16 radələrində düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin saxlanıldığı otaqları mühafizə etməsi üçün N nömrəli hərbi hissənin ************ şəhərindəki snayper və həmlə taborlarının yerləşdiyi hərbi şəhərciyə getmiş və orada olarkən həmin gün saat 19 radələrində N nömrəli hərbi hissənin zabiti, leytenant X28 həmin hərbi şəhərciyə gətirilərək qərargah binasının zirzəmisində yerləşən düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxsləri sorğulamaq üçün hazırlanm ış xüsusi otağa aparılmışdır. 07 may 2017-ci il tarixdə saat 0N radələrində o, qərargah binasının dəhlizində gəzərkən zirzəmidən qışqırıq səsləri eşidib oraya getmiş və S6nin saxlanıldığı otağa daxil olduqda gözləri qara rəngli parça ilə bağlanmış və çılpaq vəziyyətdə olan S6nin üzü üstə yerdə uzandığını, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Məhkum2 S6nin üstünə çıxıb düz vəziyyətdə onun belinin üstündə dayandığını, onlara yaxın məsafədə olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X17 isə 1 metr uzunluğunda məhəccəri əlində tutduğunu görmüşdür. O, Məhkum2 S6nin belinin üstündən düşürüb onu arxası üstə çevirmiş, S6nin hərəkətsiz halda olduğunu və tərpənmədiyini görüb dərhal 1-ci mərtəbəyə qalxaraq qərargahda olan hərbi qulluqçulara kömək etmələrini söyləmişdir. Ardınca N nömrəli hərbi hissənin zabitləri, mayor X20 və mayor XN2 gələrək S6nin öldüyünü bildirmiş, onu və bu prosesə cəlb edilmiş digər hərbi qulluqçuları xidmət yerlərinə göndərmişdir. Bundan başqa, məhkum XN0 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 may 2017-ci il tarixdə saat 18:00 radələrində xidmət etdiyi hərbi hissənin qərargah rəisi, mayor X8 əmri ilə düşmənlə əməkdaşlıqda şübhəli bildikləri hərbi qulluqçuları sorğulamaq üçün N nömrəli hərbi hissənin snayper və həmlə taborlarının yerləşdiyi hərbi şəhərciyə getmiş və orada bu proseslərə rəhbərlik edən N nömrəli hərbi hissənin zabiti, mayor X18 əmri ilə qara rəngli kəşfiyyatçı formasını və maskasını geyinərək qərargah binasının dəhlizində gözləmişdir. Bu zaman binanın zirzəmisindən qışqırıq səsləri eşidib həmin yerə g etmiş və zirzəminin sol tərəfində yerləşən ikinci otağa daxil olub kafeldən ibarət döşəmənin üzərinə torpaq töküldüyünü, əlləri və gözləri bağlı olmaqla çılpaq vəziyyətdə olan S6nin giriş qapısı ilə üzbəüz yerləşən sol küncdə stulda əyləşdiyini və bədəni üzərində sıyrıq və qançırlardan ibarət çox sayda xəsarətlər olduğunu görmüşdür. Həmçinin həmin otaqda Ü10, R9, N nömrəli hərbi hissənin snayper bölüyünün komandiri, mayor X20, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Məhkum1 və qara rəngli kəşfiyyatçı forması və maska geyinmiş tanımadığı bir neçə şəxs olmuşdur. Həmin vaxt Ü10 S6yə düşmənlə əlaqələri barədə suallar vermiş, S6 isə inildəyərək günahsız olduğunu və heç nə bilmədiyini söyləmişdir. Bundan sonra Ü10 otaqdan çıxmış və otaqda qalan digər şəxslər, yəni Z7, R9, Məhkum1 və baş larına maska geyinmiş tanımadığı şəxslər təpiklə, yumruqla, həmçinin əllərində olan hərbi şalvarın bel kəməri və elektrik naqili ilə S6nin bədəninin müxtəlif nahiyələrinə çox sayda zərbələr vurmuşlar. O, bunları izlədikdən sonra S6nin vətən xaini olduğunu zənn edərək ona qarşı hiddətlənmiş, S6ni döyən şəxslərlə birlikdə hərəkət edərək onun bədəninin müxtəlif nahiyələrinə 4- 5 dəfə təpik və sifətinə bir yumruq zərbəsi vurmuş, ardınca isə döşəmənin üzərindən götürdüyü hərbi şalvarın bel kəməri ilə S6nin kürək, bud, baldır və ayaqaltı nahiyələrinə çox sayda zərbələr vurmuşdur. Həmin vaxt Z7 da S6yə çox sayda təpik və yumruq zərbələri vurmuş, həmçinin masanın üzərində olan elektrik verən qurğunun naqillərini S6nin belinə, böyürlərinə, buduna, cinsiyyət orqanına və bədəninin digər yerlərinə t oxunduraraq ona elektrik cərəyanı vermişdir. Onlar S6ni N0 dəqiqə döydükdən sonra Ü10 yenidən otağa gəlmiş və Z7un göstərişi ilə onlar döşəmənin üzərinə yıxılmış S6ni qaldırıb stulda əyləşdirmişlər. Ü10 S6ni sorğulamaya davam edib ondan düşmənlə əlaqələri barədə danışmasını tələb etmiş, S6 isə gah fikirləşmək istədiyini söyləmiş, gah da nə danışacağını soruşmuşdur. Sonra Ü10 S6ni təpiklə vurub yerə yıxmış, ardınca isə onlara döyməyə davam etmələrini əmr etdiyi üçün o, əlində olan kəmərlə, otaqda olan digər şəxslər isə yumruq, təpik, kəmər və naqillə zərbələr vuraraq birlikdə S6ni döyməyə davam etmişlər. Bu proses ümumilikdə iki saata yaxın davam etmiş, lakin S6 düşmənlə əməkdaşlıq etməsini etiraf etməmişdir. Sonra yorulduqları üçün həmin gün saat 2N:00 radələrində digər şəxslər istirahət e tmək üçün oradan getmiş, o isə Z7un göstərişinə əsasən həmin proseslərə cəlb edilmiş N nömrəli hərbi hissənin snayper bölüyünün hərbi qulluqçusu, gizir Məhkum2 və N nömrəli hərbi hissənin snayper bölüyünün hərbi qulluqçusu, gizir X22 ilə birlikdə S6nin saxlandığı otağı növbə ilə mühafizə etmişdir. Bundan sonra o, S6yə yaxınlaşıb nə üçün düşmənə işlədiyini soruşmuş və S6nin nə isə demək istədiyini görüb tez 1-ci mərtəbəyə qalxaraq bu barədə Z6 məlumat vermişdir. Z7 onuna birlikdə həmin otağa gəlib S6yə eyni sualları vermiş, lakin S6 cavab vermədiyi üçün Z7 S6nin bədəninin müxtəlif nahiyələrinə çox sayda yumruq və təpik zərbələri vurmuş və ona da S6ni döyməsini tapşırıb oradan getmişdir. Ardınca o, yenidən bel kəməri ilə S6nin kürək nahiyəsinə bir neçə zərbə vurmuş, daha sonra Məhkum2 və T6 ilə növbəlilik qaydasında S6nin saxlanıldığı otağı mühafizə etməyə davam etmişdir. 07 may 2017-ci il tarixdə saat 02:00 radələrində S6nin saxlanıldığı otaqda olarkən əvvəlcə Məhkum2 döşəmənin üzərindəki bir ədəd diametri 1 sm olan bir metr uzunluğunda metal məhəccəri götürüb S6nin başının sağ və sol tərəflərinə 2-N dəfə zərbə vurmuş, o, isə həmin məhəccəri Məhkum2 alıb onunla S6nin sağ ayağının altına bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Məhkum2 yerdə uzanıqlı vəziyyətdə inildəyən S6nin belinin üstünə çıxaraq 5-6 dəfə atılıb-düşmüş və belinin üstündə dayanmış, sonra T6 həmin otağa gələrək onları dayandırıb Məhkum2 S6nin üstündən düşürmüşdür. Ardınca o, 2-ci mərtəbəyə qalxıb orada istirahət etmiş və 10 dəqiqədən sonra T6 oraya gəlib S6nin öldüyünü söyləmişdir. O, S6nin saxlanıldığı otağa ge dib Z7un S6yə süni nəfəs verdiyini görmüş, buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış, S6 həmin vaxt saxlanıldığı otaqda ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı 18 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs XN0 ilə təqsirləndirilən şəxs Məhkum2 arasında keçirilmiş üzləşdirmə zamanı T6 iş üzrə istintaqa verdiyi ifadəsini tam təsdiq etmiş və göstərmişdir ki, gizir Məhkum2 döşəmənin üzərində, yerdə olan diametri təxminən 1 sm, uzunluğu 1 metr olan bir ədəd armatur tapıb əlinə götürüb S6 başının sağ və sol tərəflərinə zərbələr endirib, sonra isə həmin armaturla X47 S6 sağ ayağının altına bir dəfə zərbə vurmuşdur. Bundan sonra gizir Məhkum2 leytenant S6 belinin üstünə çıxaraq bir neçə dəfə (5-6 dəfə) tullanıb-düşmə yə başlamış və belinin üstünə çıxıb dayanmışdır. Qeyd edilməlidir ki, 08 oktyabr 2018-ci il tarixdə şahid X22 ilə təqsirləndirilən şəxs Məhkum2 arasında keçirilmiş üzləşdirmə zamanı T6 verdiyi ifadələri tam təsdiq etmiş və göstərmişdir ki, leytenant S6 lüt şəkildə, gözləri qara rəngli parça ilə bağlanmış və yerdə uzanıqlı vəziyyətdə olarkən gizir Məhkum2 S6 üstünə çıxıb düz vəziyyətdə onun üzərində dayanmış, gizir T6 isə əlində uzunluğu bir metr olan armaturla Sabirlinin yanında dayanmışdır. Həmin vaxt o, gizir Məhkum2 leytenant S6 üstündən düşməsini demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 07.05.2017-ci il tarixli 12 saylı rəyindən görünür ki, X14 meyitinin üzərində aşkar edilmiş “baş, döş qəfəsi, qarın və hər iki y uxarı və aşağı ətrafların müştərək qapalı küt travması, baş, döş qəfəsi, qarın və hər iki yuxarı və aşağı ətrafların çoxsaylı qançırları, sıyrıq və yaraları, dalağın cırılması, hemoperitoneum (2000-2500ml) daxili üzvlərin venoz azqanlılığı” diaqnozlu xəsarətlər bərk küt əşyanın (əşyaların) çoxsaylı ardıcıl zərbənin təsirindən törənmişlər, həyatidirlər, 07.05.2017-ci il tarixdə əllə, yumruqla, təpiklə, kəmərlə və digər küt təsir mexanizminə malik olan əşyalarla yetirilə bilərdi, hazırda ölümlə nəticələnmiş, canlı şəxslərdə isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilir. S6 meyitinin üzərində aşkar edilmiş “hər iki yuxarı və aşağı ətrafların bilək və topuq nahiyələrində aşkar stranqulyasion xarakterli şırımlar” isə morfoloji görünüşünə görə yarısərt materiallı əşya ilə sıxılma nəticəsində, mərhumun ölümündən az əvvəl yetirilmişdir və həyatidir. XN4 ölümünə səbəb ön qarın divarının qapalı küt travması nəticəsində dalağın cırılmasından baş vermiş kəskin qanitirmə olmuşdur. Əlavə məhkəmə-tibb ekspertizasının 04.05.2018-ci il tarixli ******** saylı rəyindən görünür ki, X14 meyiti üzərində aşkar olunan «başın alın və hər iki gicgah nahiyələrinin yumşaq toxumalarında qansızmalar, alın, sifət nahiyəsində qançır və sıyrıqlar, boyun, döş və qarının yumşaq toxumalarında qansızmalar, hər iki yuxarı və aşağı ətraflarının bütün səthlərinin geniş həcmli dərin və səthi hematomaları, qançır, sıyrıq və yaraları, daxili müayinə zamanı dalağın cırılması və qarın boşluğunda 2,0-2,5 litr həcmdə qanın olması» xəsarətləri bərk küt əşyaların çoxsaylı təsirindən əməl ə gəlmiş, həyatidirlər, 06-07 may 2017-ci il tarixlərdə yetirilməsi inkar edilmir. Dərəcəsinə görə canlı şəxslərdə geniş həcmli hematomalar və dalağın cırılması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi, digər qançır, sıyrıq, yara və səthi hematomalar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir. X27 meyiti üzərində aşkar olunan «hər iki yuxarı və aşağı ətrafların bilək və topuq nahiyələrini sirkulyar əhatə edən şırımları» xəsarətləri həyatidir, sərt və ya yarısərt materiallı əşyanın küt mexanizmlə sıxıcı təsiri nəticəsində əmələ gəlmişlər, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir. S6 ölümünə səbəb qarın boşluğunun qapalı küt t ravması nəticəsində dalağın cırılmasından baş vermiş kəskin qanitirmə olmuş, onun ölümü meyitin 214 nömrəli hərbi hospitala aparılmasından əvvəl baş vermişdir. S6 bədəni üzərində aşkar edilmiş xəsarətlər həmin nahiyələrə endirilmiş zərbələr nəticəsində törənmişlər. Dalağın cırılması ilə müşayiət olunan qarının küt travması isə qarın nahiyəsinə yetirilmiş birbaşa zərbə (zərbələr) nəticəsində törənmişdir. S6 bədəni üzərində aşkar edilmiş zolaq şəkilli qançır fonunda sıyrıqlar hərbi şalvarın bel kəməri, üzəri izolyasiya olunmuş elektrik naqilləri ilə endirilmiş zərbələr nəticəsində, digər qançır, sıyrıq, yara və hematomalar isə çox sayda təpik və yumruq zərbələri nəticəsində əmələ gəlməyə xarakterikdirlər. Göründüyü kimi, zərərçəkmiş şəxs S6 ölümünə səbəb onun qarın boşluğunun qapalı küt trav ması nəticəsində dalağın cırılmasından baş vermiş kəskin qanitirmə olmuş, bu hal da ona vurulmuş çoxsaylı zərbələr nəticəsində əmələ gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum2 barəsində sübutlar CPM-nin 14N-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum2 təqsirliliyi sübuta yetirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum2 aid hissədə ləğv edilib, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı dəlillərini cinayət işi üzrə toplanmış və birinci və apellyasiya məhkəmələrində araşdırmalar zamanı tam, hərtərəfli və obyektiv surətdə tədqiq edilərək qiymət verilmiş sübutların məcmusu ilə müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onların əsassız olması qənaətinə gəlir və belə nəticəyə gəlir ki, Məhkum2 barəsində cinayət işinin icaraatın a bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin məhkumlara ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi lazım bilir: Birinci instansiya məhkəməsinin hökmündən müəyyən olunur ki, məhkəmətəqsirləndirilən şəxs Məhkum1 cəza təyin edərkən, onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, həmçinin Məhkum1 2016-cı il aprel döyüşlərində iştirak etməsini və buna görə medal ilə təltif olunduğunu, xidmət etdiyi müddətdə Yubiley medalları və fəxri fərmanlarla təltif olunmasını, xidmət yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CM-in 1NN.2.4-cü və 1NN.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsi isə Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirmiş, CM-in cəza təyin etmənin prinsiplərindən bəhs edən 8.1, 41.2 və 58.N-cü maddələrinin tələblərini nəzərə almış və onu Azərbaycan Respublikasının CM-in 1NN.2.1-ci, 1NN.2.N-cü, 1NN.2.4-cü, 1NN.2.6-cı, 126.N-cü, N41.2.1-ci və N41.2.N-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək Azərbaycan Respublikasının CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 09 (doqquz) il 0N (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən müəyyən edili r ki, məhkəmə təqsirləndirilən şəxs X24 cəza təyin edərkən, onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi,T6 nin məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək və məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası CM-in 59.1.10cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, onun əməllərindən səmimi peşmançılıq hissi keçirməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, X17 Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmiş, CM-in cəza təyin etmənin prinsiplərindən bəhs edən 8.1, 41.2 və 58.N-cü maddələrinin tələblərini nəzərə almış və onu Azərbaycan Respublikasının CM-in 1NN.2.N-cü, 1NN.2.4-cü, 1NN.2.6-cı, 126.N-cü, N41.2.1-ci və N41.2.N-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X24 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən, onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək və məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə cin ayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası CM-in 59.1.10cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, onun əməllərindən səmimi peşmançılıq hissi keçirməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, X17 Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmiş, CM-in cəza təyin etmənin prinsiplərindən bəhs edən 8.1, 41.2 və 58.N-cü maddələrinin tələblərini nəzərə almış və onu Azərbaycan Respublikasının CM-in 1NN.2.N-cü, 1NN.2.4-cü, 1NN.2.6-cı, 126.N-cü, N41.2.1-ci və N41.2.N-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, CM-nin 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin edilən cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkumlar Məhkum1, T.A.Ənvərli və Məhkum2 təyin etdiyi cəzanın növü və həddi ilə razılaşır, həmin cəzaları zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinə münasibətdə əsaslı və ədalətli hesab edir, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimait əhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.N-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah ol unmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 200N-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictim ai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istər Plenum qərarının tövsiyyələri, istərsə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların keyfiyyət və kəmiyyət daşıyıcıları fövqündə yanaşdıqda belə nəticə hasil olur ki, məhkumlar Məhkum1, X24 və Məhkum2 təyin edilən cəzanın növünü və həd dini zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin dəlilləri baxımından əsassız və ədalətsiz hesab etmək olmaz. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin məhkumlar Məhkum1, X17 və Məhkum2 cəzalarının ağırlaşdırıması barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, kassasiya kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum2 müdafiəçisi E6 və zərərçəkmiş şəxsin hüquqi varisi T7 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin təmin olunmaması və məhkumlar Məhkum1, X17 və Məhkum2 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qər arının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Ş6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs X14 hüquqi varisi X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumlar Məhkum1, XN0 və Məhkum2 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-27/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2020
24.06.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver