Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs X7 iştirakları ilə xx xxxxx 1995-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan1 qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 313 və 341.1-ci maddələ ri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Məcəlləsinin 09 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə (hakim Əhməd Sarıyev) Məhkum – Azərbaycan Respublikası CM-in 313, 331.2 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 313-cü maddəsi ilə CM-nin 50.1-ci maddəsi tətbiq edilməklə, islah işləri əvəzinə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 341.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən ap ellyasiya protesti və məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), A.H.Hüseynzadə və Ç.B.Məmmədov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Dövlət ittihamçısının Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə verilmiş ittihamdan imtinası, əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi nəzərə alınmaqla Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə cinayət təqibinə xitam verilmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad e dilmişdir. Hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından 10 (on) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. İşin halları: İsti ntaq orqanı tərəfindən verilən ittihama görə, Məhkum müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən vəzifəli şəxs kimi qulluq mövqeyindən tamahkarlıq məqsədilə müntəzəm olaraq sui-istifadə edərək 2018-ci ilin dekabr ayında bölüyün şəxsi heyətinə maaşlar verilərkən 1-ci taqımın 2-ci manqasının komandiri, əsgər X7 pul təminatından 11 manat, 2-ci taqımın 1-ci manqasının komandiri, əsgər X8 pul təminatından 11 manat, 1-ci taqımın 3-cü manqasının komandiri, əsgər X9 pul təminatından 11 manat, 1-ci taqımın 1-ci manqasının komandiri, əsgər X10 pul təminatından 11 manat, bölüyün sanitar təlimatçısı, əsgər X12 pul təminatından 11 manat, ümumilikdə 55 manat pulu götürmüş, öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən vəzifəli şəxs kimi qulluq mövqeyindən tamahkarlıq məqsədilə müntəzəm olaraq sui-istifadə edərək 2019-cu ilin yanvar ayında bölüyün şəxsi heyətinə maaşlar verilərkən 1-ci taqımın 2-ci manqasının komandiri, əsgər X7 pul təminatından 3 manat, 2-ci taqımın 1-ci manqasının komandiri, əsgər X8 pul təminatından 3 manat, 1-ci taqımın 3-cü manqasının komandiri, əsgər X9 pul təminatından 3 manat, 2-ci taqımın 2-ci manqasının komandiri, əsgər X4 pul təminatından 3 manat, 1-ci taqımın 1-ci manqasının komandiri, əsgər X13 pul təminatından 3 manat, bölüyün sanitar təlimatçısı, əsgər X12 pul təminatından 3 manat, ümumilikdə 18 manat pulu götürmüş, öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bunda n əlavə, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən vəzifəli şəxs kimi tamah niyyəti ilə 22 yanvar 2019-cu il tarixdə 6-cı bölüyün maaşları paylanarkən N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X17 məzuniyyətdə olduğundan rəsmi sənəd hesab edilən N nömrəli hərbi hissəyə məxsus 22.01.2019-cu il tarixli “Müddətli hərbi qulluqçuların pul təminatının paylama cədvəlinin 20-ci sırasında X5 ad və soyadı yazılmış qrafanın qarşısındakı imza yerində imza çəkməklə saxtalaşdırmış və bununla da X9a təqdim edilməli olan 33 manat məbləğində maaşı qanunsuz olaraq özünə götürməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən vəzifəli şəxs kimi qulluq mövqeyin dən tamahkarlıq məqsədilə müntəzəm olaraq sui-istifadə edərək 2019-cu ilin mart ayında bölüyün şəxsi heyətinə maaşlar verilərkən 1-ci taqımın 2-ci manqasının komandiri, əsgər X7 pul təminatından 7 manat, 2-ci taqımın 1-ci manqasının komandiri, əsgər X8 pul təminatından 7 manat, 1-ci taqımın 3-cü manqasının komandiri, əsgər X9 pul təminatından 7 manat, 2-ci taqımın 2-ci manqasının komandiri, əsgər X4 pul təminatından 7 manat, 1-ci taqımın 1-ci manqasının komandiri, əsgər X13 pul təminatından 7 manat, 2ci taqımın 3-cü manqasının komandiri, əsgər X5 pul təminatından 7 manat, bölüyün sanitar təlimatçısı, əsgər X12 pul təminatından 7 manat, ümumilikdə 49 manat pulu götürmüş, öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan əlavə, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 08.11.2018-ci il tar ixdə təxminən saat 15 radələrində həmin bölüyün heyət nəfəri vəzifəsində xidmət edən əsgər X6 ondan icazəsiz əsgər yataqxanasından çıxıb siqaret çəkdiyini bəhanə edib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilən “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” kimi tələblərini pozaraq ilk öncə sağ əli ilə X10in sol qulağını dartaraq burmuş, sonra isə sonuncunun sifətinə bir sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 23.03.2019-cu il tarixdə, təxminən saat 22 radələrində həmin bölüyün 2 -ci taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət edən əsgər X11 tabor növbətçisi olarkən sonuncuya verdiyi tapşırığı düzgün icra etmədiyini bəhanə edib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilən “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” kimi tələblərini pozaraq sağ əli ilə X9un kitelinin sol yaxa cib nahiyəsindən tutub aşağı doğru çəkərək bir neçə dəfə silkələyib hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan əlavə, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 25.03.2019-cu il tarixdə, saat 19:00-da həmin bölüyün 1-ci taqımının 2-ci ma nqasının komandiri vəzifəsində xidmət edən əsgər X7 bölük növbətçisi olarkən bölüyə təhkim edilmiş “Hunter x4” gecə görmə cihazının düzgün təmizləyə bilmədiyini bəhanə edib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilən “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” kimi tələblərini təkrarən pozaraq həmin gecə görmə cihazı ilə bir dəfə X11un sol çiyin nahiyəsindən zərblə vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi təhqir etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə, Məhkum CM-in 331.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 331.2-ci maddəsinə tövsif edilmiş, CM-in 341.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan “Məhkum rəis olmaqla öz qulluq mövqeyindən tamahkarlıq niyyəti ilə sui-istifadə etməsinə” dair müddəası xaric edilmiş və həmin maddə ilə verilmiş ittiham ittihamın Məhkum səlahiyyət (hakimiyyət) həddini aşması kimi qiymətləndirilmiş, Məhkum CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini tamah niyyəti ilə deyil, sair şəxsi niyyətlə törətməsi qənaətinə gəlinmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, təqsirləndirilən şəxs Məhk um tabeliyində olan hərbi qulluqçulardan pul yığmaq hüququ olmadığı halda, hakimiyyət həddini aşmaqla pul yığması ilə yanaşı, həm də hakimiyyətdən və ya öz qulluq mövqeyindən istifadə etməsi iş materialları ilə təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq onun bu əməllərini “tamah niyyəti ilə” deyil, “sair şəxsi niyyətlə” edilmiş əməl kimi qiymətləndirmiş və Məhkum CM-nin 341.1-ci və 313-cü maddələri ilə olan ittihamından “tamah niyyəti ilə” motivini “sair şəxsi niyyətlə” motivi ilə əvəz etmişdir. Məhkəmə həmçinin Məhkum ittihamından əsassız olaraq hakimiyyətdən və ya öz qulluq mövqeyindən istifadə etməsinə dair müddəaları xaric etmişdir. Dövlət ittihamçısının fikrincə, istintaq orqanı tərəfindən Məhkum cinayətin “sair şəxsi niyyətlə” törətməsinə dair ittiham verilmədiyi halda, m əhkəmənin belə nəticəyə gəlməsi CPM-nin 318.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Protestdə həmçinin göstərilir ki, dövlət ittihamçısı tərəfindən Məhkum CM-nin 331.2-ci maddəsi ilə nəzərdə tutulan əməlinin CM-nin 329.1-ci maddəsinə tövsif edilməsi xahiş edilsə də, məhkəmə əsassız olaraq Məhkum həmin maddə ilə olan əməli üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsi nəticəsinə gəlmiş və onu cinayət məsuliyyətindən azad etmişdir. Protest müəllifi həmçinin hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəza açıq-aydın ədalətsiz olmaqla sosial ədaləti bərpa etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynli və zərərçək miş şəxs X15un çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sö zlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində mübahisə edilən əsas məsələ apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır. Həmçinin protest müəllifi məhkuma təyin edilmiş cəzanın yüngül olmasını qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materia llarına və cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə istinad etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 341.1-ci maddəsi rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq məna feyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət hadisəsi törədilərkən qüvvədə olan CM-nin “Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə” adlanan 331-ci maddəsinin mətni aşağıdakı kimi idi: “331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi— altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterl i hərbi hissədə saxlama ilə cəzalandırılır. 331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 01 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 329-cu və 330-cu maddələr yeni redaksiyada verilmiş, 331-ci maddəsi ləğv edilmişdir. CM-nin 329-cu maddəsinin qüvvədə olan redaksiyası qanunverici tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir: “Maddə
329. Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər 329.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.2. Eyni əməllər: 329.2.1. təkrar törədildikdə; 329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 329.2.4. sil ah tətbiq etməklə törədildikdə; 329.2.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə; 329.2.6. işgəncə verməklə törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əm əlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası i lk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum CM-nin 331.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi həm dövlət ittihamçısının ittihamdan imtina etməsi, həm də əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqələndirilir. İş materiallarından görünür ki, dövlət ittihamçısı ittihamdan tam imtina etməmiş, ibtidai araşdırma orqanı tərəfindən CM-nin 331.3-cü maddəsi ilə elan edilmiş və birinci instansiyası məhkəməsi tərəfindən CM-nin 331.2-ci maddəsinə tövsif edilmiş ittiham epizodu (Məhkum 18 noyabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs X6 qulağından tutub dartması və ona bir sillə vurması, habelə 25 mart 2019-cu il tarixdə zərərçəkmiş şəxs X1 sol yaxa cib nahiyəsindən tutub aşağı çəkərək silkələməsi, zərərçəkmiş şəxs X14 çiyin nahiyəsindən gecə görmə cihazı ilə bir dəfə zərblə vurması) üzrə Məhkum əməlinin qüvvədə olan CM-nin 329.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə, habelə Məhkum ittiham olunduğu CM-nin 313 və 341.1-ci maddələri ilə təqsirli bilinərək daha ağır cəza təyin edilməklə hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısının çıxışındakı həmin müddəalar apellyasiya protestinə verilmiş 03 sentyabr 2020-ci il tarixli dəyişiklikdə də öz əksini tapmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən dövlət ittihamçısının həmin çıxışının ittihamdan imtina edilməsi kimi qiymətləndirilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəll əsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il Qərarında göstərilir: ”.... ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçıs ı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: - dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; - məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürülən dən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.” Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum CMnin 329.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirinin olubolmamasını araşdırmalı və nəticəsindən asılı olaraq yekun məhkəmə qərarı qəbul etməli idi. Kassasiya protestinin dəlillərindən biri də apellyasiya instansiya məhkəməsinin Məhkum ittihamına daxil olan digər epizodlar üzrə, yəni onun CM-nin 313 və 341.1-ci maddəsində nəzərdə tutulan cinayətləri tamah niyyəti ilə deyil, sair niyyətlə törətməsi nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmaması ilə bağlıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma zamanı ona CM-nin 313 və 341.1-c i maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci ilin sonlarında maddi problemləri olduğuna görə komandiri olduğu bölüyün daimi heyət əsgərlərindən maaşları paylanılarkən müəyyən məbləğdə pul yığmaq qərarına gəlmiş və 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və mart aylarında tabeliyində olan əsgərlərin maaşlarından müvafiq olaraq 55 manat, 18 manat və 49 manat məbləğdə pulları verməyərək özünə götürdüyünü, eləcə də 22 yanvar 2019-cu il tarixdə bölüyün şəxsi heyətinə maaş paylanarkən əsgər X9un ad və soyadının yazıldığı qrafadakı imza yerində imza çəkməklə vəzifə saxtakarlığına yol verərək sonuncuya verilməli olan 33 manat məbləğində pulu qanunsuz olaraq özünə götürdüyünü etiraf etmişdir. Zərərçəkmiş şəxs X17 göstərmişdir ki, o, 19.01.2019-cu ildə 10 g ün müddətinə növbəti məzuniyyətə getmiş, 29.01.2019-cu ildə məzuniyyətdən qayıtdıqdan sonra məlum olmuşdur ki, Məhkum 22.01.2019-cu il tarixdə bölüyün maaşlarını paylamışdır. O. Məhkum yaxınlaşıb yanvar ayı üçün olan maaşını verməsini xahiş etmiş, Məhkum ona maaşını ehtiyacı olduğundan özünə götürdüyünü bildirib, qısa zaman sonra qaytaracağına söz vermişdir. Lakin həmin ilin aprel ayına (yəni Məhkum qanunsuz hərəkətləri barədə araşdırma başlanana kimi) kimi pulu qaytarmamışdır. Zərərçəkmiş şəxslər X19, X20, X22, X18 və X21 da X9la eyni məzmunlu ifadələr verərək Məhkum onların maaşlarının bir hissəsini məhz özü üçün götürdüyünü bildirmişlər. Cinayət işinin faktiki hallarından da görünür ki, Məhkum səlahiyyət həddini aşmış, öz təşəbbüsü ilə zərərçəkmiş şəxslərdən qanunsuz olaraq pul yığmış v ə bu əməli müntəzəm həyata keçirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsində hərbi qulluqçulardan yığdığı pulu yalnız bölüyün təsərrüfat ehtiyaclarının təmin olunmasına, gənc əsgərlər tərəfindən sındırılmış, zədələnmiş invetarların yeniləri ilə əvəz olunmasına xərclədiyini bildirsə də, həmin müddətdə bölükdə hər hansı təmir-tikinti işlərinin aparılmadığı, bu məqsədlə Məhkum və ya digər vəzifəli şəxslər tərəfindən hərbi hissə komandanlığına rəsmi və ya şifahi formada müraciət olunmadığı müəyyən olunmuşdur. Hərbi hissədə müntəzəm olaraq təmir işlərinin aparılmasını zəruri edən, gənc əsgərlər tərəfindən inventarların sındırılması və ya zədələnəməsi faktlarını təsdiq edən sübutlar da iş materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya məhkəməsi X15 ittihamına daxil olan digər epizodlar üzrə, yəni onun CM-nin 313 və 341.1-ci maddəsində nəzərdə tutulan cinayətləri tamah niyyəti ilə deyil, sair niyyətlə törətməsi nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səh vlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikd ə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan əlavə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül lüyü mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə edilən qərarının ləğv edilməsi məqsədəmüvafiq hesab edildiyindən və iş ləğv edilib yeni apellyasiya baxışına qaytarıldığından məhkəmə kollegiyası kassasiya protestini cəzaya aid hissədə müzakirə edilməsini ehtiyac bilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə b iləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.