Məhkəmə qərarları › İş №1-1(102)-27/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2022

03.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli,11(104)-87/2021nömrəli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 14 fevral 2001-ci il tarixdə Ağdam rayonu Əlimədətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu Əlimədətli kəndində qeydiyyatda olan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər, barəsində həbs qətimkan tədbiri seçilmiş

2. Gəncə Hərbi Məhkəməsinin 12 aprel 2021-ci il tarixli,1-1(095)-028/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Hökmdən Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev N amiq Nüşirəvan oğlu və onun nümayəndəsi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 12 aprel 2021-ci il tarixli,1-1(095)-028/2021 saylı hökmü məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

4. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir.

5. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensia r Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

6. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şik ayətini geri götürmək hüququna malikdir.

7. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1-1(104)-87/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1-1(104)-87/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar