Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.3 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 1-1(095)-139/2021 nömrəli (hakim Nurəddin Hüseynli) hökmü ilə 08 mart 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin zabiti, leytenant, xxx-də qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 03 (ü ç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin hərbı xidmət dövründə hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin, xidmət yeri dəyişdirilərsə, həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə icra orqanına həvalə edilməsi, onun üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx xxxxx 1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, xxx-də qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində onun davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; 21 dekabr 1998-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, xxx-də qeydiyyatda olan, faktiki olaraq xxx-də yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2, 329.2.3 və 32 9.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin hərbi xidmət dövründə hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin, xidmət yeri dəyişdirilərsə, həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə icra orqanına həvalə edilməsi, onun üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin X5 da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 16 may 2022-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Gəncə Hərbi Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olan zaman 2020-ci ilin aprel ayının əvvəllərində qeyd olunan hərbi hissənin Daşkəsən rayonu ərazisində yerləşən şərti olaraq “Hinal” adlandırılan döyüş mövqeyində xidmət və rütbə üzrə tabeliyində olan əsgər X2 ərzaq anbarının qapısını açıq qoyması nəticəsində anbara it daxil olmuş, bu səbəbdən o, sonuncuya iradını bildirimiş və Azərbay can Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalıdır” kimi tələblərini kobud şəkildə pozaraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan Rauf Xaspoladovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı şillə, yumruq və təpik zərbələri vurub ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət etdiyi zaman 2020-ci ilin yanvar ayının əvvəlləri saat 17-18 radələ rində N nömrəli hərbi hissənin Daşkəsən rayonu ərazisində yerləşən şərti olaraq “Hinal” adlandırılan döyüş mövqeyində xidmət və rütbə üzrə tabeliyində olan əsgər X10 qeyd olunan döyüş mövqeyinin əsgər yataqxanasında yerləşən mətbəxində görüb “burada nə işinin olduğunu deyərək” heç bir səbəb olmadan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq Fərid Qasımovun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona sağ qaş nahiyəsinin səthi çapılmış yarası diaqnozu ilə müşayət edilən, dərəcəsi təyin olunmayan xəsarət yetirib, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət etdiyi zaman 20 20-ci din aprel ayının əvvələrində saat 13 radələrində ərzaq saxlama anbarında olan ərzaqlara işıq genaratorundan benzin məhlulunun bulaşmağında tabeliyində olan əsgər X6 günahlandırıb onu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə “Hinal” döyüş mövqeyində xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum2 ilə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qeyd olunan döyüş mövqeyinin əsgər yataqxanasında Rauf Xaspoladova bir neçə ədəd zirehli gödəkçə və bir neçə ədəd zirheli dəbilqə geyindirərək yataqxanada yanan odun sobasının yanında iki saat müddətində ayaq üstündə saxladıb su içməsinə və tərpənməsinə imkan veməyərək rəis olmaqla hərbi xidmət üzrə vəzif ələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmətdiyi zaman 2020-ci ilin aprel ayının əvvəllərində saat 15-16 radələrində alışqanı itdiyi üçün tabeliyində olan döyüş mövqeyinin əsgərləri, X26, X34, X11, X21, X20, X12, X27 və X35 cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə bir qrup şəxs halında həmin döyüş mövqeyində xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Məhkum2 və Məhkum3 ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq rəis olmaqla qeyd olunan əsgərləri döyüş mövqeyinin ərazisində düzərək alt paltarları istisna olmaqla əmr verib əyinlərində olan digər palatarları soyundurtduraraq soyu q havada qarın üzərinə uzandırmış və 30 dəqiqə müddətində onları qarın üzərində saxlamış, bu müddət ərzində Məhkum2 ilə Məhkum3 qeyd olunan əsgərlərin üzərilərinə kürəklə qar ataraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı təkrarən işgəncə vermişdir Məhkum2 N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 3-cü taqımının tuşlayıcı minaatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində qeyd olunan bölüyün Daşkəsən rayonu ərazisində yerləşən şərti olaraq “Hinal” adlandırılan döyüş mövqeyində xidmətdə olan zaman tabor komandanlığı tərəfindən həmin mövqedə xidmət aparan əsgərlərin üzərinə, post başçısı, leytenant Elvin Ağakşiyev və digər həmin döyüş mövqeyində xidm ət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, çavuş Seyfəddin Zamanov və əsgər Məhkum3la birlikdə rəhbər təyin olunmuşdur. Qeyd olunan döyüş mövqeyində qulluq edən zaman 21 dekabr 2019-cu il tarixdə saat 21 radələrində döyüş mövqeyinin əsgər yataqxanasında şəxsi heyəti düzərək qış geyimlərini yoxlayan zaman sırada olan əsgərlərdən bir neçəsinə xəz papaq çatmadığı üçün çavuş Seyfəddin Zamanov əsəbiləşərək ümumi formada nalayiq ifadələr işlətmiş, bu vaxt əsgər X1 Zamanova nalayiq ifadələr işlətməməsini bildirdikdə sonuncu Anar Məmmədlinin sinə nahiyəsinə çoxsaylı təpik və yumruq zərbələri vurmağa başlamış, bu zaman orada olan Məhkum2 bir qrup şəxs halında Seyfəddin Zamanovla birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsini n “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalıdır” kimi tələblərini kobud şəkildə pozaraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı xidmət üzrə tabeliyində Anar Məmmədlinin sifət, baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı zor tətbiq etmiş, zərəblərinin təsirindən Anar Məmmədli huşunu itirərək yıxılmışdır. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmət edən zaman 2020-ci ilin aprel ayının əvvəllərində saat 15-16 radələr ində “Hinal” döyüş mövqeyində post başçısı olan leytenant Məhkum1 alışqanı itdiyi üçün sonuncu ilə birlikdə döyüş mövqeyinin əsgərləri, X26, X34, X11, X21, X28, X12, X27 və X35 cəzalandırmaq qərarına gəlmiş və qeyd olunan əsgərləri döyüş mövqeyinin ərazisində düzərək alt paltarları istisna olmaqla əmr verib əyinlərində olan digər paltarları soyundurtduraraq soyuq havada qarın üzərinə uzandırmış və 30 dəqiqə müddətində onları qarın üzərində saxlamış, bu müddət ərzində Məhkum2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum3la birlikdə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq rəis olmaqla hərbi xidmət üzrə-vəzifələrin yerinə yetirilməsi zamanı xidmət üzrə tabeliyində o lan qeyd olunan əsgərlərin üzərlərinə kürəklə qar ataraq iki və daha çox zərərçəkmiş şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə'xidmətdə olarkən 2020-ci ilin aprel ayının əvvələrində saat 13 radələrində leytenant X17 ilə birlikdə bir qrup şəxs halında ərzaq saxlama anbarında olan ərzaqlara işıq generatorundan benzin məhlulunun bulaşmağında tabeliyində olan əsgər X2 günahlandırıb onu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qeyd olunan döyüş mövqeyinin əsgər yataqxanasında Rauf Xaspoladova bir neçə ədəd zirehli gödəkçə və bir neçə ədəd zirehli dəbilqə geyindirərək yataqxanada yanan odun sobasının yanında iki saat müddətində ayaq üstün də saxladıb su içməsinə və tərpənməsinə imkan verməyərək rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə qulluq edən zaman 2020-ci ilin təxminən aprel ayının sonlarında saat 10 radələrində döyüş mövqeyində olan ayaqyolunun təmizlənməməsini bəhanə edərək həmin mövqedə xidmət aparan manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum3 ilə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq xidmət üzrə tabeliyində olan əsgərlər X26, X34, X11, X21, X28, X12, X27 və X35 döyüş mövqeyinin ərazisində qarın üzərində düzərək alt paltarları istisna olmaqla ə mr verib əyinlərində olan digər paltarları soyundurtduraraq soyuq və qarlı havada 20 dəqiqə müddətində saxlamaqla rəis olaraq xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrar iki və daha çox zərərçəkmiş şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmətə olduğu vaxt 2020-ci ilin aprel ayının sonları saat 15 radələrində xidmət üzrə tabeliyində olan əsgər X3 qabları yuyarkən səs saldığına görə yataqxanada sonuncuya yaxınlaşıb səs saldığını bəhanə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq onun bədənin müxtəlif nahiyələrinə taxta parçası ilə çoxsaylı zərbələr vurmuşdur. Bundan sonra Məhkum2 əsəbiləşərək həmin vaxt Nazir Nurəliyevə görə xidmət üzrə tabeliyində olan əsgə rlər X40, X28, X36 və X14 yataqxanada düzərək taxta parçası ilə onlarında bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən iki və daha çox zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmətdə olduğu zaman 2020-ci ilin təxminən may ayının əvvəllərində saat 11 radələrində döyüş mövqeyinin ərazisinin qardan təmizlənməməsini bəhanə edərək xidmət üzrə tabeliyində olan döyüş mövqeyinin əsgərləri X40, X28, X36, X21, X37, X27, X12, X26, X11 və X18 cəzalandırmaq qərarına gəlmiş və bu məqəsədlə qeyd olunan əsgərləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum3 ilə bilikdə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxil i Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq döyüş mövqeyinin ərazisində düzərək alt paltarları istisna olmaqla əmr verib əyinlərində olan digər paltarları soyundurtduraraq soyuq havada qarın üzərində 30 dəqiqə müddətində ayaq üstə saxlamış, bundan sonra həmin vəziyyətdə döyüş mövqeyinin ərazisində yığılmış qarı onlara təmizlətdirərək rəis olmaqla tabeliyində olan şəxslərə xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı işgəncə vermişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmət edən vaxt 2020-ci ilin may ayının ortalarında saat 10 radələrində ayaqyoluna gedərkən həmin vaxt ərazidə olan əsgərlərə onun üçün ayaqyoluna su gətirilməsini söyləmiş, lakin onun bu göstərişinə heç kimin əməl etmədiyini görüb əsəbiləşərək ximdət üzrə tabeliyində olan dö yüş mövqeyinin əsgərləri X40, X28, X21, X37, X27, X12, X26, X11 və X18 döyüş mövqeyinin əsgər yataqxanasında düzərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozub onların sifət nahiyələrinə çoxsaylı şillə, bədənlərinin müxtəlif nahiyələrinə isə çoxsaylı təpik zərbələri vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı iki və daha çox zərəçəkmiş şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmət edən zaman 2020-ci ilin may ayının sonlarında saat 11 radələrində döyüş mövqeyində xidmət aparan əsgərlərdən birinin qış gödəkçəsi çöldə qaldığı üçün əsəbiləşərək əsgər yataqxanasında olan xidmət üzrə tabeliyində ki, əsgərlər X34, X40, X28, X21, X37, X27, X1 2, X26, X11 və X18 yataqxanada düzərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozub taxta parçası ilə qeyd olunan əsgərlərin bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan iki və daha çox zərəçəkmiş şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifidə və rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının sonlarında saat 17 radələrində xidmət apardıqları “Hinal” döyüş mövqeyinin ərazisində xidmət üzrə tabeliyində olan əsgərlər X29 və X15 dayanıb söhbət etdiklərini görüb onlara yaxınlaşaraq heç bir səbəb olmadan öz üstünlüyünün nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrini n Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozub Kənan Nodiyev və Tapdıq Əlizadənin sifət nahiyələrinə bir neçə şillə, bədənlərinin müxtəlif nahiyələrinə isə çoxsaylı yumruq zərbələri vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan iki və daha çox zərəçəkmiş şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə qulluq edən zaman 2020-ci ilin may ayının əvvələrində saat 11 radələrində xidmət üzrə tabeliyində olan əsgər X15 döyüş mövqeyinin ərazisində olan ayaqyolunun ətrafında yığılmış qarı yaxşı təmizləmədiyini bəhanə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozub Tapdıq Əlizadənin sifət nahiyəsinə bi r neçə şillə, ayaq nahiyəsinə isə bir neçə təpik zərbəsi vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə qulluq edən zaman 2020-ci ilin may ayının əvvələrində saat 15-16 radələrində xidmət üzrə tabeliyində olan əsgər X16 qabları yaxşı yumadığını bəhanə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozub Kənan Nodiyevin sifət nahiyəsinə çoxsaylı şillə zərbələri vuraraq rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkum3 N saylı hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri v əzifəsində, əsgər hərbi rütbəsində qeyd olunan bölüyün Daşkəsən rayonu ərazisində yerləşən şərti olaraq “Hinal” adlandırılan döyüş mövqeyində müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu müddətdə, 2020-ci ilin aprel ayının əvvəllərində saat 15-16 radələrində “Hinal” döyüş mövqeyində post başçısı olan leytenant Məhkum1 alışqanı itdiyi üçün sonuncu ilə birlikdə döyüş mövqeyinin əsgərləri, X26, X34, X11, X21, X28, X12, X27 və X35 cəzalandırmaq qərarına gəlmiş və qeyd olunan əsgərləri döyüş mövqeyinin ərazisində düzərək alt paltarları istisna olmaqla əmir verib əyinlərində olan digər palatarları soyundurtduraraq soyuq havada qarın üzərinə uzandırmış və 30 dəqiqə müddətində onları qarın üzərində saxlamış, bu müddət ərzində Məhkum3 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhk um2lə birlikdə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin "komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalıdır” kimi tələblərini kobud şəkildə pozaraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı xidmət üzrə tabeliyində olan qeyd olunan əsgərlərin üzərlərinə kürəklə qar ataraq iki və daha çox zərərçəkmiş şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum3 həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2020-ci ilin aprel ayını n sonlarında saat 10 radələrində döyüş mövqeyində olan ayaqyolunun təmizlənməməsini bəhanə edərək həmin mövqedə xidmət aparan manqa müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum2 ilə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq xidmət üzrə tabeliyində olan əsgərlər X26, X34, X11, X21, X28, X13, X27 və X35 döyüş mövqeyinin ərazisində qarın üzərində düzərək alt paltarları istisna olmaqla əmr verib əyinlərində olan digər paltarları soyundurtduraraq soyuq və qarlı havada 20 dəqiqə müddətində saxlamaqla rəis olaraq xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrar tabeliyində olan iki və daha çox zərərçəkmiş şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum3 həmin vəzifə də və rütbədə xidmətə olduğu zaman 2020-ci ilin may ayının əvvəllərində saat 11 radələrində döyüş mövqeyinin ərazisinin qardan təmizlənməməsini bəhanə edərək xidmət üzrə tabeliyində olan döyüş mövqeyinin əsgərləri X40, X28, X36, X21, X37, X27, X12, X26, X11 və X18 cəzalandırmaq qərarına gəlmiş və bu məqəsədlə qeyd olunan əsgərləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum2 ilə bilikdə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq döyüş mövqeyinin ərazisində düzərək alt paltarları istisna olmaqla əmr verib əyinlərində olan digər paltarları soyundurtduraraq soyuq havada qarın üzərində 30 dəqiqə müddətində ayaq üstə saxlamış, bundan sonra həmin vəziyyətdə döyüş mövq eyinin ərazisində yığılmış qarı onlara təmizlətdirərək rəis olmaqla xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrar tabeliyində olan iki və daha çox zərərçəkmiş şəxsə işgəncə vermişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmə Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edərkən, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, törətdikləri cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış və cinayət qanununun normasını düzgün tətbiq etməyərək, məhkumların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan, cəzanın qanunla müəyyən edil miş məqsədinə xidmət etməyən şərti cəza təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, hökmdə təqsirləndirilən şəxslərə şərti cəza təyin edilməsini qanunamüvafiq hesab etmiş, həmin cəzanın ədalətli və qanuni olmaqla onların əməlinə və şəxsiyyətlərinə uyğun olması qənaətinə gəlmişdir. CM-in 70-ci maddəsinin tələblərinə əsasən, məhkəmə cəzanı şərti hesab etməklə, sınaq müddəti müəyyən edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, cəzanın fərdiləşdirilməsinə xüsusi diqqət yetirməli, əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən olunarkən, cinayətin törədildiyi bütün halları nəzərə almalıdır. Lakin, göstərilən xüsusatlar hökmdə öz əksin i tapmamış, yəni məhkəmə tərəfindən cəza təyin edilərkən, məhkumun hərbi qulluqçu olmaqla, Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun hərbi xidmət qaydalarına qəsd etməklə, cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmişdir. Həmçinin, Məhkum1, Məhkum2 və Məhkum3 onlara elan edilmiş ittiham üzrə məhkəmə istintaqının əvvəlindən sonunadək qeyri-səmimi olmaqla, özlərini qismən təqsirli bilmiş, faktiki isə təqsirli bilməmiş, yalnız zərərçəkmiş şəxslər onlara qarşı ifşaedici ifadələr verdikdən sonra, təkzibedilməz sübutların qarşısında aciz qalıb və cəzanın qaçılmaz olduğunu hiss edib, elan olunmuş it tihamın bütün bəndləri üzrə özlərini təqsirli bilərək, etirafedici ifadələr vermişlər. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarından asılı olmayan qeyri-obyektiv nəticəyə gələrək, Məhkum1, Məhkum2 və Məhkum3 törətdikləri cinayət əməllərindən səmimi peşman olmalarını cəzalarını yüngülləşdirən hal kimi qəbul etmişdir. Bundan başqa, məhkəmə məhkumların şəxsiyyətlərini araşdırarkən, obyektiv mövqe tutmamış, Məhkum1, Məhkum2 və Məhkum3 cinayət hadisəsindən əvvəl komandanlıq tərəfindən mənfi səciyyələndirildiklərinə baxmayaraq, cəza təyin edəkən, bu halı nəzərə almamışdır. Belə ki, məhkumların eyni xarakterli cinayət əməllərini təkrar və bir neçə şəxsə qarşı törətmələri həmin cinayətləri törətməyə meyilli olduqlarını və islah olunmaq yolunda olmadıqlarını göstərir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarı ləğv edilərək işin apelyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. H ÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası h əmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1, Məhkum2 və Məhkum3 verilmiş bir qrup şəxs halında təkrarən tabelikdə olan iki və ya daha çox hərbi qulluqçuya qarşı işgəncə verməklə zorakı hərəkətlər törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apell yasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğunu, Məhkum1, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxslərin törətmiş olduğu əməllərin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət tö rətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəd ilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkumlara cəza təyin edilərkən və cəzanı şərti hesab edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən hallar (əvvəllər məhkumluqlarının olmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələblərinin olmaması, cinayət əməllərini etiraf edərək əməllərindən səmimi peşman olmaları, Məhkum1 və Məhkum3 xidmət yerləri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmaları, hərbi xidmətlərini davam etdirmək arzusunda olmalarını, Məhkum2 himayə sində iki azyaşlı uşağının olması və s.), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1, Məhkum2 və Məhkum3 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki Məhkum1, Məhkum2 və Məhkum3 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə olunmuş nikah və doğum haqqında şəhadətnamələrin su rətindən görünür ki, Məhkum2 evlidir və himayəsində iki azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş xidməti xasiyyətnamələrdən görünür ki, Məhkum1 hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən, Məhkum3 N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdirlər. Apellyasiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, Məhkum1 döyüş hazırlığının yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edərkən, yuxarıda göstərən cəzanı yüngülləşdirən halların olmasını və onların artıq islah yolunda olmasını nəzərə alaraq onların cəza çəkmədən islah o lunmalarını mümkün sayaraq, barələrində CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzaların sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilmələrini məqsədə müvafiq hesab etmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq e tməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi n ormalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumlara cəzaların məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaması, məhkumlar barəsində CM-nin 70-ci maddənin tətbiqinin qeyri-qanuni olmasına dair iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhv yanaşmalar nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırı lma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olun acağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı nəzərdən qaçırmışdır ki, şərti məhkumetmə institu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların islah olunması üçün vaxt verilməli və sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədyi təqdirdə ona təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəzanın təyin edilməsi məqsədilə azadlıqdan məhrumetmə cəza növünün şərti tətbiq edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üz rə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. G əncə Hərbi Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.3 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-27/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2023
18.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver