Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə da ir cinayət işinin icraatına xitam verilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Şamil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-122/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim X4), 1 aprel 1979-cu ildə Ağdam rayonu Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Vətən Müharibəsi iştirakçısı, Ağdam rayonu 698 saylı Quzanlı qəsəbəsi ev 655-də yaşayan, N nömrə hərbi hissəsinin 3-cü taborunun maddi-texnık təminat taqımının avtomobil manqasın ın sürücüsü əsgər Məhkum Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 305-ci maddəsinə əsasən onun əməlində cinayət tərkibi olmadığına görə CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasında xitam verilmiş, Zərərçəkmiş şəxs vəsatəti qismən təmin edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-58/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) ilə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli, 11(098)-122/2023 saylı qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmış, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi Şamil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdı r. İşin halları: İş üzrə verilmiş ittihama görə, Məhkum N nömrəli hərbi hissəsinin 3-cü taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 23 may 2022-ci il tarixdə saat 19 radələrində ona təhkim edilmiş hərbi texnika hesab edilən “UAZ-390945" markalı “B 420 QQ” hərbi dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərbi hissənin Ağdam rayonunun Qalayçılar kəndinin ərazisində yerləşən 3-cü taborunun qərargah binasının qarşısına gəlmişdir. Həmin gün verilən tapşırığa əsasən taborun qərargah binasının sağ tərəfində yerləşən qazanxananın qarşısında taborun postlarına göndərilməsi üçün toplanmış su dolu qablar Məhkum idarə etdiyi avtomobilə yüklənməli olmuş, bu məqsədlə sonuncu idarə etdiyi avtomobili həmin istiqamətdə arxaya doğru hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin "avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru hərəkət etdirməməli və lazım gəldikdə arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qazanxananın qarşısında quraşdırılmış metal işıq dirəyini vurmuş və işıq dirəyinin aşaraq yaxınlıqda olan həmin taborun qumbaraatan manqasının qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs üstünə düşməsi nətic əsində ehtiyatsızlıqdan sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən “təpə- alın nahiyəsinin çapılmış yarası, yumşaq toxumaların əziyi” və əmək qabiliyyətinin 1/3-dən az hissəsinin daimi itirilməsinə səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid edilən “post travmatik alt kəsici dişlərin- 31, 32, 41, 42-ci dişlərin tac hissəsinin sınığı” xəsarətini yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar şikayətdə göstərmişdir ki, Lakin istintaq orqanı tərəfindən Məhkum qarşı elan olunmuş ittihamdan görünür ki, sonuncu baş vermiş yol nəqliyyatı hadisəsi zamanı hərbi texnikanı idarəetmə qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, hərbi texnikanı istismar qaydalarını pozması ilə bağlı is ə ona ittiham elan olunmamışdır. Tərtər hərbi məhkəməsi hesab etmişdir ki, Məhkum CM-nin 351.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması üçün o, hərbi texnikanı idarəetmə və istismar qaydalarını vəhdət şəkildə pozduğu halda əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa cinayət məsuliyyətinə cəlb oluna bilər. Qeyd olunanları nəzərə alaraq Tərtər hərbi məhkəməsi hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Məhkum CM-nin 351.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət tərkibinin əlamətlərindən cinayətin obyekti və obyektiv cəhəti mövcud deyildir. Belə olduğu halda Tərtər hərbi məhkəməsi hesab etmişdir ki, istintaq orqanı tərəfindən CM-nin 351.1-ci maddəsi ilə təqsirləndirilən Məhkum əməlində cinayət tərkibi yoxdur və onun barəsində olan cinayət işinin icraatına CPM-nin 305-ci maddəsinə uyğun olaraq məhkəmənin hazırlıq iclasında CPM-nini 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. CM-in 351.1-ci maddəsində təqsir ehtiyatsızlıq formasında nəzərdə tutulur və təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində zərərçəkmiş şəxsə az ağır xəsarət yetirilmişdir. Bu hal isə xəsarətə münasibətdə öz növbəsində müstəqil qaydada cinayət tərkibi yaratmır, belə ki, ehtiyyatsızlıqdan az ağır xəsarət yetirilməsi faktları nəzərdə tutulmuş CM-nin 131.1 maddəsi 2008-ci ildə dekriminallaşdırılmışdır və bu səbəbdən təqsirləndirilən şəxsin hərəkətləri xəsarətə münasibətdə müstəqil cinayət məsuliyyəti yaratmır. Göründüyü kimi cinayət işinin materiallarında və verilən ittihamda təqsirləndirilən şəxsin hərəkətlərin də ona verilən ittihamda cinayətin nə obyekti, nə də ki, cinayətin obyektiv tərəfi yoxdur, eyni zamanda bu hadisə ehtiyatsızlıqdan törədildiyindən bu əməlin digər ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasında az ağır xəsarət törədilməsi cinayətinin tərkibini yaratmır. Burada şərh edilən hadisədə CM-nin 263.1 -ci maddəsinin formal olaraq tərkib əlamətləri olsa da, məhkəmə Məhkum əməlini bu maddə ilə ixtisaslaşdırılmasına əsas görmür o səbəbdən ki, cinayətin subyekti nöqteyi nəzərindən təqsirləndirlən şəxs hərbi qulluqçudur və hadisə şəxsi nəqliyyat vasitəsinin deyil, hərbi hissəyə məxsus nəqliyyat vasitəsinin istismarı nəticəsində baş vermişdir. Tərtər Hərbi Məhkəməsi qərarında ətraflı və dolğun olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tətbiqinin əsaslarını şərh e tmişdir. Lakin Gəncə Apelyasiya məhkəməsi CPM-nin 305-ci maddəsinin şərhinə və həmçinin CPM-nin 39.1.2-ci maddəsinin tətbiqi əsaslarının şərhinə diqqət yetirməmişdir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, “birinci instansiya məhkəməsinin həmin qərarından verilmiş protestə apellyasiya instansiya məhkəməsinin ilkin baxış mərhələsində baxılmalı və qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin icraatının gedişindən görünür ki, məhkəmə iş üzrə icraata xitam verilməsi qərarını məhkəmə istintaqı başlananadək qəbul etmişdir. Bu zaman ittiham aktının nəticəvi hissəsi elan olunmamış, sübutlar tədqiq edilməmiş, məhkəmə çıxışları olmamış və təqsirləndirilən şəxsə son söz verilməmişdir. Apellyasiya məhkəməsi yalnız həmin qərarı ilkin baxış mərhələsində ləğv edib birinci instansiya məhkəməsinə qaytara bilər. Lakin apellyasiya məhkəməsinin məhkəmə baxışı mərhələsində birinci instansiya məhkəməsinin yekun qərarını ləğv edilib işi baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmaq səlahiyyəti nəzərdə tutulmamışdır (CPM-nin 399-cu mad.) Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinin əsası kimi göstərilən digər məsələ Məhkum CM-nin 351.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması üçün onun hərbi texnikanı idarəetmə və istismar qaydalarını vəhdət şəkildə pozduğu halda, əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa cinayət məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı mövqedir. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qe yd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma cinayətinin subyekti həm belə maşınları bilavasitə idarə edən, həm də müvafiq normativ sənədlərlə və ya əmrlərlə üzərinə onların istismarı qaydalarına əməl edilməsi vəzifəsi qoyulmuş hərbi qulluqçular ola bilər. Bunlara sürücülər, hərbi hissənin texniki xidmətinin vəzifəli şəxsləri, zirehli və digər döyüş və xüsusi maşınların komandirləri, nəzarət-texniki məntəqələrinin rəisləri, avtopark üzrə növbətçilər və sair şəxslər aiddirlər. CM-nin 263, 263-1 və 351-c i maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq AR CPM-in 92.9.17, 408.2.5, 409.1.1, 41 0 və 413-cü maddələrini rəhbər tutaraq, Ali Məhkəmədən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli 1-1(104)-58/2023 saylı qərarının ləğv edib, bununla bağlı Tərtər Hərbi Məhkəməsinin 31 may 2023-cü il tarixli 1 (098)-122/2023 saylı hazırlıq iclasının qərarının qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin hazırlıq iclasında xitam verilməsin i və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, kassasiya şikayətində mübahisələndirilən məsələyə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı q anuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərar ının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarak teri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Belə ki, Azərbaycan Respublikası CPM-nin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətin in və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olubolmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. Cinayət işi üzrə to planmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, təqsirləndirilən şəxs Məhkum tərəfindən həmin cinayətin törədilməsinin məhkəmə istintaqında araşdırılmalı olması və tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilib yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlməsi üçün məhkəmə istintaqında araşdırılma aparılmaqla baxılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstəril mişdir ki, hərbi qulluqçular tərəfindən idarə olunan hərbi maşınlar, döyüş, xüsusi və ya nəqliyyat maşınları (tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya və raket qurğuları, tikinti, yanğınsöndürən, tibbi, sanitar xidməti nəqliyyatı, səyyar təmir emalatxanaları, laboratoriyalar, mühəndis və buna oxşar funksiyaları yerinə yetirən özüyeriyən nəqliyyat vasitələri, şəxsi heyətin, silahların, hərbi sursatın, hərbi-texniki əmlakın daşınması üçün nəzərdə tutulan, habelə gündəlik təsərrüfat, mədəni-məişət və sair xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar, hərbi hissənin çöl və daimi parklarında olan bütün mexaniki nəqliyyat vasitələri) CM-nin 263 və 263-1-ci maddələrinin predmetinə aid deyil və bunlar döyüş, xüsusi və ya nəqliyyat maşınlarının idarəetmə və istismar qayda larını pozmağa görə CM-nin 351-ci maddəsində məsuliyyət nəzərdə tutan hərbi cinayətin predmeti hesab olunurlar. Göründüyü kimi plenumun yuxarıda qeyd etdiyi hüquqi mövqeyindən aydın olur ki, hərbi qulluqçular tərəfindən idarə olunan döyüş, xüsusi və ya nəqliyyat maşınlarının idarəetmə və istismar qaydalarını pozmağa görə (qeyd edilən nəqliyyat vasitələrinə gündəlik təsərrüfat, mədəni-məişət və sair xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar da daxildir) CM-nin 351-ci maddəsində məsuliyyət nəzərdə tutan hərbi cinayətin predmeti hesab olunurlar. Cinayət işində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayışdan da görünür ki, “UAZ-390945” markalı “B 420 QQ” hərbi qeydiyyat nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdən hərbi hissənin balansındadır və qeyd edilə n yük avtomobili hərbi texnika hesab edilir. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən qərarında göstərmişdir ki, “...Məhkum əməlində CM-nın 351.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olub olmaması prosessual qanunvericliyin tələblərinə müvafiq olaraq sübutların tədqiqi nəticəsində mümkündür. Belə ki, CM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi CM-nin 39.1.2-ci maddəsində göstərilən əsasla, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi mümkündür. Cinayət Qanununun müddəasının mənasından göründüyü kimi əməldə cinayət tərkibinin olmaması əsasları bilavasitə məhkəmədə tədqiq edilməlidir. Sübutların tədq iqi prosessual qanunvericiliyə əsasən məhkəmə baxışının məhkəmə istintaqı mərhələsinə aid edilmişdir. Yəni cinayət-prosessual qanunvericiliyə görə məhkəmə ilkin baxış hərəkətlərini etdikdən sonra dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edir, daha sonra təqsirləndirilən şəxsə ittihamın mahiyyəti və bununla bağlı digər prosessual hərəkətlər elan edilir. Bundan sonra isə sübutların tədqiqinə başlanılır. Sübutların tədqiqi nəticəsində şəxsin təqsiri müəyyən edilmədikdə ona bəraət verilir, təqsiri təsdiq edildikdə isə ya onun barəsində ittiham hökmü çıxarılır, yaxud da müvafiq əsaslar olduqda iş üzrə icraata xitam verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması hallarını məhkəmə istintaqından kənar müəyyən edil miş hesab edərək düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sübutları tədqiq etmədən (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidlər dindirilmədən və ya ifadələri e lan edilmədən, həmçinin məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan sənədlər elan edilmədən, təqsirləndirilən şəxsə və dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə həmçinin son sözlə çıxış etmək imkanı yaradılmadan) Məhkum barəsində olan cinayət işi üzrə icraata CM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması ilə bağlı xitam verilməsi barədə qərar qəbul edərkən düzgün və əsaslı nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesa b edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-58/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-27/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2024
07.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver