Məhkəmə qərarları › İş №1-1(102)-27/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-27/2025

02.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-27/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq zabiti, əvvəllər məhkum edilmiş, Siyəzən rayonunun Sədan kəndində daimi qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(1N5)-14/2N24 nömrəli 6 noyabr 2N24-cü il tarixli qərarından məhkumun müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 1(N93)-198/2N23 nömrəli, 15 noyabr 2N23-cü il tarixli (hakim Z.Ağayev) hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 333.3 və 333.4cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, ona CM-in 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının həbsə alındığı 15 noyabr 2N23-cü il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, məhkəmə zalından dərhal həbsə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1-1(1N3)-5/2N24 nömrəli 31 yanvar 2N24-cü il tarixli qərarı (hakimlər E.Allahverdiyev (sədrlik edən və məruzəçi), C.Hüseyn və H.Məmmədov) ilə Məhkum CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cina yət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2N23-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1-1(1N5)-6/2N24 nömrəli 11 mart 2N24-cü il tarixli qərarı (hakimlər M.Rzayev (sədrlik edən və məruzəçi), E.Rəhimov və E.Əhmədov) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2N23-cü il tarixli 11(N93)-198/2N23 nömrəli hökmünün və həmin məhkəmənin 23 oktyabr 2N23-ci il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsi, hökmdən təqsirləndirilən şəxsin müdafiəçis i Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi, təqsirləndirilən şəxs Məhkum barəsində birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(1N2)43/2N24 nömrəli xx.xx.2N24-cü il tarixli qərarı (hakimlər Ş.Yusifov (sədrlik edən və məruzəçi), Ə.Novruzov və R.Abdulov) ilə kassasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2N 24-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsində baxışa təyin olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər R.Əsgərova (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Ağayev) 1-1(1N5)-14/2N24 nömrəli 6 noyabr 2N24-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1(N93)-198/2N23 nömrəli 15 noyabr 2N23-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2N23-cü il tarixdən xx.xx.2N24-cü il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 8 (səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı gündən, y əni 6 noyabr 2N24-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, zabit kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə hərbi hissəni özbaşına tərk etmiş, zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamış, habelə zabit kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Kərimov X2 Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərbi rütbəsində xidmətdə olarkən 19 dekabr 2N22-ci il tarixdə Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisi ndə yerləşən hərbi hissəni özbaşına tərk edərək N9 yanvar 2N23-cü il tarixdə hərbi hissəyə qayıtmaqla zabit kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərbi rütbəsində xidmətdə olarkən barəsində Sumqayıt Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı ilə əlaqədar 26 yanvar 2N23-cü il tarixdə həmin prokurorluğun ünvan 1 ünvanında yerləşən inzibati binasına gedərək istintaq hərəkətlərində iştirak etdikdən sonra həmin gün hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq 27 fevral 2N23-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək üçün həmin prokurorluğun inzibati binasın a getdiyi vaxtadək hərbi hissəyə qayıtmamaqla zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərbi rütbəsində xidmətdə olarkən 28 fevral 2N23-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etdikdən sonra həmin gün hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq 11 mart 2N23-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək üçün həmin prokurorluğun inzibati binasına getdiyi vaxtadək hərbi hissəyə qayıtmamaqla zabit kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2N24-cü il tarixli qərarının dəyişdirilməsi və onun barəsində CM-in 62-ci və ya 7N-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. Kassasiya müəllifi bildirir ki, məhkumun azyaşlı övladı olduğu üçün maddi cəhətdən çox çətinlik çəkdiyi və əmək haqqı almadığı üçün, başqa yerdə işləyib pul qazanmaq məqsədi ilə məcbur qalaraq xidmət yerini tərk etməli olmuşdur. Törətdiyi əməldən peşmandır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Məhkum himayəsində xx.xx.2N13-cü il təvəllüdlü X5, xx.xx.2N16-cı il təvəllüdlü X7, xx.xx.2N19-cu il təvəll üdlü X3 adlarında 3 azyaşlı övladı vardır. Məhkum 44 günlük Vətən Müharibəsi iştirakçısı olmuş, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı və digər medallarla təltif olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli və ap ellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasi ya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və barəsində olan yüngülləşdirən halları nəzərə alaraq ona daha yüngül cəza ilə əvəz edilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində “zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təy inatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi və ya zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: “iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübu tların şərh edilməsini zəruri hesab etmir. İş üzrə toplanmış sübutlarla Məhkum CM-nin 333.3 və 333.4-cü maddəsində göstərilən əməli törədilməsi sübut yetirilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olması və məhkum barəsində CM-nin 62 və ya 7N-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 7N və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2N21-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə m əhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Kassasiya məhkəm ə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 7N-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2N21-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun ş əxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzaya dair aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və məhkuma cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağın olmasını yüngülləşdirən hal kimi nəzərə alaraq ona ağır cəza təyin etmişdir. Lakin iş materiallarından görünür ki, Məhkum baş vermiş hadisədən peşmandır, 44 günlük Vətən Müharibəsi iştirakçısı olmuş, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Vətən Mühari bəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur və əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu hallar Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verir. Belə ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq m addəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinay ətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də C M-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə müəyyən edilmiş, yuxarıda qeyd edilən yüngülləşdirən halların müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi mümkündür, yəni Məhkum ona istinad edilən CM-in 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha aşağı həddə cəza təyin olunduğu təqdirdə islah olunması m ümkündür, buna görə də Cinayət Məcəlləsinin 62-ci maddəsi onun təqsirli bilindiyi CM-nin 333.4-cü maddəsinə münasibətdə tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 noyabr 2N24-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.1N.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(1N5)-14/2N24 nömrəli 6 noyabr 2N24-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona həmin maddə ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay müddətinə endirilsin. Həmin cəza Məhkum Bakı Hərbi Məhkəməsinin 1-1(N93)-198/2N23 nömrəli 15 noyabr 2N23-cü il tarixli hökmü ilə CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum xx.xx.2N23-cü il tarixdən xx.xx.2N24-cü il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar