Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2018 01.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qəmbər oğlu və X13 oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və qeyriləri barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə (hakimlər H.B.Həsənov (sədrlik edən), M.Q.Əliyev (məruzəçi) və R.Q.Abbasovdan ibarət tərkibdə) xx xxxxxx 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, xx xxxx 2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 69.3, 70-ci maddələr ilə 2 il sınaq müddəti ilə 6 il 7 ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyat da olmuş, ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxx 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X8 və X4 Azərbay can Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan Bəhmən adlı İran İslam Respublikasının sakini ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmiş, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, o, Bəhmən adlı İİR sakini ilə qabaqcadan əlbir olaraq bir qrup şəx s halında əldə etdiyi külli miqdara narkotik vasitələri Azərbaycan Respublikasının vətəndaşları X4 və X8 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq daşımış və saxlamışdır. Belə ki, 2013-cü ilin yanvar-fevral aylarında şəxsiyyəti istintaqa məlum olmayan Bəhmən adlı İİR sakini onunla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncunun tapşırığına əsasən külli miqdarda narkotik vasitələri, yəni təmiz halda çəkisi 8 kq 489,43 qram olan həşiş qatranı və təmiz halda çəkisi 2 kq 401,44 qram olan tiryəki İran İslam Respublikasında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İİR-dən Azərbaycan Respublikasına gətirmiş, satış məqsədi ilə qanuns uz olaraq saxlamış, daşımış və sonuncuya təhvil vermişdir. Bundan sonra, o, Bəhmən adlı İran İslam Respublikasının sakini ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında İİR-də satış məqsədi ilə qanunsuz olaraq əldə edilərək, Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri, yəni təmiz halda çəkisi 8 kq 489,43 qram olan həşiş qatranı və təmiz halda çəkisi 2 kq 401,44 qram olan tiryəki tanışı X4 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncunun idarə etdiyi «Nissan Patrol» markalı «Az **-PM-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə 2013-cü ilin mart ayının əvvəllərində iki dəfəyə Abşeron rayonunun Masazır qəsəbəsinə satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq, «Yeni Bakı» yaşayış massivinin yaxınlığında yerləşən sərinləşdirici iç kilər sexində yaşayan X1 məqsədi ilə qanunsuz olaraq saxlamağı təklif etmiş, sonuncu isə onların bu təklifini qəbul etmişdir. Zaur Bağırov, o və Məzahir Bayramovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə onlardan əldə edərək, idman çantasına yerləşdirmiş və yaşadığı sexin zirzəmisindəki pivə çəninin içində gizlədərək satış məqsədi ilə qanunsuz olaraq saxlamışdır. 2014-cü ilin mart ayında o, iki dəfəyə qeyd edilən külli miqdarda narkotik vasitələrin bir hissəsini, yəni təmiz halda çəkisi 477,18 qram olan həşiş qatranı və təmiz halda çəkisi 233,52 qram olan tiryəki Zaur Bağırovdan götürərək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında icarəyə götürdüyü daş karxanasındakı kiçik anbara qanunsuz olaraq satış məqsədi ilə daşımış və orada gizlədərək saxlamışdır. xx xxxx 2014-cü ildə MTN əməkdaşları tərəfindən keçirilən baxışlar zamanı Zaur Bağırovun yaşadığı Masazır qəsəbəsindəki «Yeni Bakı» yaşayış massivinin yaxınlığında yerləşən sərinləşdirici içkilər sexinin zirzəmidəki pivə çəninin içində külli miqdarda narkotik vasitələr - təmiz halda çəkisi 8 kq 012,25 qram olan həşiş qatranı və təmiz halda çəkisi 2 kq 167,92 qram olan tiryək, sonuncunun icarəyə götürdüyü Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin yaxınlığında yerləşən daş karxanasındakı kiçik anbarda külli miqdarda narkotik vasitələr - təmiz halda çəkisi 477,18 qram olan həşiş qatranı və təmiz halda çəkisi 233,52 qram olan tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublika sı CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Ə.Ə.Ələkbərov tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxx 2016-cı il tarixli hökmü ilə apellyasiya şikayətini təmin etməmiş, apellyasiya protestini isə təmin edərək hökmü ləğv etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə isə 05 (beş ) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsi ilə ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin xx xxxx 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla, ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi məhkəmə istintaqının təzələnməsi ilə aparılmasına baxmayaraq ibtidai istintaq zamanı ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən maddi sübutların əldə olunmasında yol verilmiş prosessual hüquq normalarının pozulmasına əhəmiyyət verməmişdir. Daha sonra kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertin rəyinə əsasən bıçaq və elektron tərəzi üzərində aşkar edilmiş müxtəlif barmaq izləri olduğundan əl-barmaq izlərinin konkret şəxsə yəni ona məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə maddi sübut kimi götürülmüş bir ədəd bıçağın və tərəzinin üzərində narkotik vasitə olan tiryək və həşiş qatranının izləri aşkar edilmişdir. Lakin bıçaq və tərəzi üzərində aşkar olunmuş tiryək və həşiş qatranının izlərində olan komponentlər sexde aşkar olunmuş tiryək və həşiş qatran ının komponentləri ilə eynilik təşkil etməmişdir. Qeyd olunanlara əsasən məhkum Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün ona aid hissədə ləğv edilməsini, Azərbaycan Respublikası CPM-in 42.1.3-cü maddəsinə (cinayət törədilməsinə aidiyyəti olmadıqda) müvafiq olaraq ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkum Təqsirləndirilən şəxs məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-vermə məsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Ə.Ə.Ələkbərovun apellyasiya şikayəti və dövlət ittihamçısının protesti əsasında cinayət işinə baxılarkən s übutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək hökm ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə isə 05 (beş ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsi ilə ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırkı kassasiya şikay ətində isə məhkum Təqsirləndirilən şəxs əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini müabhisələndirmiş, onun barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət törədilməsində aidiyyəti olmadığına görə (CPM 42.1.3-cü maddə) ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, özünü müdafiə xarakteri daşıyır və törətdiyi cinayət əməlində məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi istintaq və məhkəmə baxışları zamanı dindirilmiş digə r təqsirləndirilən şəxs X5 və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (CPM, maddə 42). Apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi hallar ı, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərli yini şübhə altına alan heç bir halı müəyyən etməyərək ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkum Təqsirləndirilən şəxs ə məlinə və şəxsiyyətinə uyğundur. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-28/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2018
01.03.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver