Məhkəmə qərarları › İş №1-1(102)-28/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2020

12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim: Nəsirov Vidadi Mikayıl oğlu) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 2000-ci ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Qobustan rayonunun Ərəbqədim kəndində daimi qeydiyyatda olan, Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsi və 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilm əsi, ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Məhkum intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları Hökmə əsasən, Məhkum Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Ağdam rayonunun Sarıcalı kəndi ərazisində yerləşən 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 3-cü manqasında qumbaraatan vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx xxxx 2019-cu il tarixdə saat 12:30 radələrində əsgər Səmədov Röyal Ədham oğlu ilə birlikdə komanda-müşahidə məntəqəsində döyüş növbətçisi olan vaxt əsgər R.Ə.Səmədovun özünə təhkim edilmiş avtomat silahını əsassız yerə söküb onunla oynaması səbəbindən aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbiqulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular biri-birinə münasibətdə n əzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» kimi tələblərini-pozaraq əsgər R.Ə.Səmədovun sifət nahiyəsinə 1 (bir) dəfə sillə zərbəsi, 3-4 (üç-dörd) dəfə isə yumruq zərbəsi vuraraq sonuncuya «burunun yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası» ilə müşayiət edilən, dərəcəsi təyin edilməyən bədən xəsarətini yetirməklə ona qarşı zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apelyasiya məhkəməsi qərar qəbul edərkən Məhkum hadisələrin təsadüfi axarı zəminində (zərərçəkmiş şəxs Səmədov Röy al Ədham oğlunun onunla birlikdə komanda-müşahidə məntəqəsində döyüş növbətçisi olan vaxtda özünə təhkim edilmiş avtomat silahını əsassız yerə söküb onunla oynaması səbəbindən) ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin onunla barışmasını, ondan heç bir tələb və şikayətinin olmamasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, onun xidmət etmək arzusunda olmasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını, 2019-cu ilin mart ayından bu günədək yeni cinayət əməli törətməyərək artıq islah olunmasını, həmçinin ailəvəziyyətini, onun 18 aylıq xidmət müddətindən də əlavə xidmət edəcəyini və bu halın onun ailəsinin vəziyyətini ağırlaşdıracağını və s. k ifayət qədər nəzərə almadan, Məhkum islah yoluna qədəm qoymaması qənaətinə gələrək ona mütləq "intizam xarakterli hərbi hissədə saxlama" növündə təyin edilməsi qənaətinə gəlmişdir. Ancaq məhkəmə "islah yoluna qədəm qoymamanın nədən ibarət olması, bununla məhkəmə hansı gözləntiləri. parametrləri ondan gözləməsi, islah yoluna qədəm qovmanın hansı hərəkətlərlə müşaiyət olunmalı olmasını şərh etmədən onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını mümkünsüz hesab etməklə ədalətsiz qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona şərti cəza təyin olu nması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən məhkumun əməlində CM-nin 332.1-ci maddəsi üzrə cinayət tərkibi olmadığından həmin maddə ilə cinayət təqibindən imtina etməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qa nununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli Qanunu ilə edilmiş son dəyişiklikləri nəzərə alaraq məhkumun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə əsas olduğunu hesab edir. Belə ki, Məhkum ittiham irəli sürülərkən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin dispozisiyasında “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda” əməli təsbit edilmişdir. İş materiallarından görünür ki, Məhkum aralarında baş vermiş münaqişə zamanı R.Ə.Səmədovun sifət nahiyəsinə 1 (bir) dəfə sillə zərbəsi, 3-4 (üç-dörd) dəfə isə yumruq zərbəsi vuraraq son uncuya «burunun yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası» ilə müşayiət edilən, dərəcəsi təyin edilməyən bədən xəsarətini yetirməklə ona qarşı zor tətbiq etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin332.1-ci maddəsinin dispozisiyasında “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” əməli təsbit edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Tərtər Regional Məhkəmə Tibbi Eksper tiza Bölməsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 561 nömrəli ekspert rəyindən görünür ki, Səmədov Röyal Ədham oğlunun almış olduğu xəsarət-burunun yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müayinə olunanın göstərdiyi tarixdə (xx xxxx 2019-cu il) və şəraitdə yetirilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Səmədov Röyal Ədham oğluna yetirmiş olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan onun əməlində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin M əcəllənin332.1-ci maddəsinin tərkibi yoxdur və bu səbəbdən də, Məhkum barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvaf iq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsu liyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində qeyd olunmuşdur ki, əməldə cinayət tərkibi olmadıqdacinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkum cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar