Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ "16" aprel 2021-ci il Bakı şəhəri Hakimlər İlqar Səyyar oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 03 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2, və 232.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 03 fevral 2020-ci il il tarixli hökmü ilə (sədrlik edən hakim İ.M.Quliyev, hakimlər S.Ə.Əzizov və V. M. Nəsirovdan ibarət tərkibdə) 01 iyul 2000-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşamış, 02 iyul 2018-ci il tarixdə SHXÇÜSX-nin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 29 iyul 2019-cu il tarix də sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edildiyinə görə ehtiyata buraxılmış, N nömrəli hərbi hissəsinin Zenit-Raket Artilleriya Batareyasının 1-ci zenit artilleriya tağımının 4-cü qurğusunun sabiq əsgəri, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkar tədbiri seçilmiş. Məhkum Azərbaycan Respublikası CM-nin 228.2.2, 232.2.2, və 232.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 228.2.2-ci maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşıdırlması cəzası, CM-in 232.2.2 və 232.2.3cü maddələri ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 altı) ay müddətinə azadılığm məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.3-cü naddəsinə əsasən cəzaları qismən toplamaq y olu ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək aaqqmda iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək iəyişdirilmədən saxlanılması, üzərinə axşam saat 23:00-dan səhər saat 07:00-dək aşayış yerini, qalan vaxtlarda isə yaşadığı Sabirabad rayonun hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulması və üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, hökmün icrasının Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, cəzasının başlanğıcının İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Tərtər Hərbi Məhkəməsinin 03 fev ral 2020-ci il il tarixli hökmünə əsasən Məhkum təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını oğurlayaraq talamış, habelə qanunsuz olaraq döyüş sursatını saxlamış və gəzdirmişdir. Belə ki, Məhkum N nömrəli hərbi hissəsinin Zenit-Raket Artilleriya Batareyasının 2-ci zenit artilleriya tağımmın 1-ci zenit artilleriya manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2019- cu ilin fevral ayında, günorta saatlarında xidmət etdiyi batareyanın Tərtər rayonunun Sarov kəndində yerləşən atəş mövqeyində batareya komandirinin göstərişinə əsasən şəxsi heyətlə birgə ehtiyyat sursat yeşiklərinin içərisindəki sursatları təmizləyən vaxt öz qulluq mövqeyindən istifadə etməklə, yəni sursatları təmizlədikdən sonra yeşiklərə yığarkən döyüş sursatını sərbəst götürmək imkanı olmasından istifadə edərək, sursat yeşiklərinin birinin içərisindən döyüş sursatı hesab edilən və istifadəyə yararlı vəziyyətdə olan, dəyəri 21 (iyirmi bir) manat 6 (altı) qəpik təşkil edən 1 (bir) ədəd 23 mm kalibrli «BZT» markalı patronu oğurlamaqla talamış və həmin patronu sellofan kisədə atəş mövqeyində yerləşən əşya anbarı kimi istifadə olunan köhnə avtomobil qoşqusunun altına yerləşdirib orada 2 (iki) gün ərzində saxlamışdır. Məhkum talayaraq qanunsuz olaraq əldə etdiyi patron, batareyanın əsgəri X10 tərəfindən qoşqunun alt hissəsində aşkar edildikdən sonra o, həmin patronu geri qaytararaq sursat yeşiyinin içərisinə yerləşdirmişdir. Bundan başqa, Məhkum Zenit-Raket Artilleriya Batareyasının 1-ci zenit artilleriya tağımmın 4-cü qurğusunda heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 26 aprel 2019-cu il tarixdə saat 08:00-dan saat 10:00-dək xidmət etdiyi tağımın Goranboy rayonun Tapqaraqoyunlu kəndinin ərazisində yerləşən hərbi hissənin Artilleriya Divizionunun ərazisindəki Zenit-Raket Artilleriya Batareyasının 2№-li zenit artilleriya komendant postunda həmin batareyaya məxsus «ZQ23-2» markalı qurğuların və digər texnikaların mühafizəsi ilə bağlı patrul növbətçiliyinə təyin edilib həmin növbə üzrə xidmət aparan zaman saat 09 radələrində mühafizəsini təşkil etdiyi avtoparkın ərazisində yerləşən hərbi hissənin tank bölüyünə məxsus üzəri xüsusi maskalanma toru ilə örtülmüş T-72 MH markalı, 172№-li döyüş tankının üzərinə çıxaraq maskalanma torunun bir hissəsini sökmüş, daha sonra krarən öz qullu q mövqeyindən istifadə etməklə tankın üzərində olan «NSVT» arkalı pulemyot silaha məxsus, içərisində döyüş sursatı hesab edilən 60 (altmış) ədəd 2.7 mm kalibrli «BZT-44», «B-32» və «MBZ» markalı patronlar olan qutudan hər irinin dəyəri 10 (on) manat 98 (doxsan səkkiz) qəpik olmaqla ümumi dəyəri 65 (altmış ş) manat 88 (səksən səkkiz) qəpik təşkil edən və istifadəyə yararlı vəziyyətdə olan 6 altı) ədəd «BZT» markalı patronu, hər birinin dəyəri 10 (on) manat 71 (yetmiş bir) əpik olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat 42 (qırx iki) qəpik təşkil edən və tifadəyə yararlı vəziyyətdə olan 2 ədəd «B32» markalı patronu və hər birinin dəyəri 11 an bir) manat 21 (iyirmi) qəpik olmaqla ümumi dəyəri 56 (əlli altı) manat 05 qəpik əşkil edən və istifadəyə yararlı vəziyyətdə olan 5 (beş) ədəd «MDZ» mar kalı patronu, əni ümumilikdə 143 (bir yüz qırx üç) manat 35 (otu beş) qəpik dəyərində 13 (on üç) ədəd patronu onların yerləşdirildiyi lentin həmin hissələri ilə birlikdə ümumi daraqdan _yırıb mexaniki üsulla çıxararaq oğurlamaqla talamış, daha sonra taladığı patronlardan 7 (yeddi) ədədini yerləşdikləri lentin hissələri ilə birlikdə tankın üzərində lan taxta materialdan hazırlanmış əşya qutusuna qoyaraq orada saxlamış, taladığı digər 6 (altı) ədəd patronu isə lentin hissələrindən ayırdıqdan sonra buşlatınm sağ döş dbinə qoyub saat 10 radələrinə kimi saxlamış və gəzdirmiş, taladığı patronların yerləşdikləri lentin hissələrini isə avtoparkın ərazisində olan hərbi avtomobilin alt hissəsinə yerləşdirərək növbəyə davam etmişdir. Saat 10.00-da əsgər Məhkum onu həmin növbədə əvəzləməyə gəlmiş əsg ər X3 manqa komandirinin icazəsi ilə növbəni davam edəcəyini bildərərək onu tağıma qaytarmış və sonuncu getdikdən sonra, saat 10:10 radələrində talayaraq qanunsuz olaraq üzərində gəzdirdiyi 6 (altı) ədəd 12.7 mm kalibrli patronlardan 1 (bir) ədəd 12.7 mm kalibrli, «MDZ» markalı patronun güllə başlığmı giliz hissəsindən ayırmaq üçün nəzarət etdiyi ərazidə yerləşən hərbi avtomobilə yaxmlaşmış və orada patronun güllə başlığını mexaniki üsulla, yəni patronun güllə hissəsini avtomobilin arxasında olan dəmir halqaya keçirib aşağı-yuxarı hərəkət etdirməklə giliz hissəsindən ayırmış, daha sonra patronun içərisində olan barıtı yerə boşaldaraq gilizi patrul xidmətini təşkil etdiyi ərazidə olan çardağın üzərinə atmış və bir neçə əvvəl ərazidən tapdığı elektrik drelinin ucluğunu həmin güllənin içərisi nə salıb daşla arxasına vurarkən baş vermiş partlayış nəticəsində ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (10%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid «Sol əlin birinci, ikinci və üçüncü barmaqlarının əsas falanqasənən əsası səviyyəsindən, dördüncü barmağının daraq falanqa oynağı səviyyəsindən ekzartikulyasiyası ilə nəticələnmiş, sol əlin, sağ budun və baldırın yumşaq toxumalarında metal qəlpələrin varlığı və sol xaya artımının hematoması ilə ilə müşayət olunmuş sağ aşağı ətrafın, sol əlin və xayalığın çoxsaylı kor qəlpə yaraları» xəsarətlərini aldığına görə yardım üçün həmin ərazidən uzaqlaşaraq artilleriya divizonunun qərargah binası istiqamətində hərəkət etmiş, yolda olarkən törətmiş olduğu cinayət əməlini gi zlətmək və məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə talayaraq qanunsuz olaraq üzərində saxlayıb gəzdirdiyi 5 (beş) ədəd 12.7 mm kalibrli döyüş patronunu ərazidə yerləşən «Qaz 3308» markalı hərbi avtomobilin alt hissəsinə atməşdır. Bundan sonra Məhkum partlayış nəticəsində aldığı xəsarətlə əlaqədar N nömrəli hərbi hissəsinin Tərtər rayonun Sarov kəndində yerləşən tiss məntəqəsində stasionar müalicə olduğu zaman 26 iyun 2019-cu il tarixdə, səhər saatlarında tibb məntəqəsinin təyətindəki ağacın altəndakı daşı yerdən qaldırarkən oradan tapdığı döyüş sursatı hesab edilən və istifadəyə yararlı vəziyyətdə olan, dəyəri 0,98 manat təşkil edən 1 ədəd 7,62 mm kalibrli “LPS” markalı patronu kitelinin sol cibinə qoyub təkrarən qanunsuz olaraq döyüş sursatını həmin gün günorta saatlarına kimi üzərində saxlamış və gəzdirmiş, daha sonra həmin gün günorta saatlarında tibb məntəqəsindən xidmət etdiyi batareyaya qayıdıbqayıtmaması barədə həmin batareyanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X9 məruzə edərkən həmin patron çavuş Amid Qomurov tərəfindən Əsgər Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov S.B.Hüseynov, hakimlər S.B.Hüseynov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 19 avqust 2020-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 03 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti isə təmin e dilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, vurduğu maddi ziyanı könüllü ödəməsi istisna olmaqla digər halların cəzanı yüngülləşdirən hallar kimi əsas götürülməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur. Belə ki, məhkəmə Məhkum cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterinə, yəni ön cəbhədə birbaşa düşmənlə qarşı-qarşıya yerləşən döyüş mövqeyində düşmənin hücumunun qarşısının alınması üçün təyinatlı olan tan kın üzərində quraşdırılmış iri çaplı pulemyotun mərmi lentini kəsərək patronların bir hissəsini talamaqla döyüş mövqeyinin müdafiə qabiliyyətinin zəiflətməsi halına tənqidi yanaşmamış və diqqətdən kənarda qoymuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cina yət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməyərək Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almadığını, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən cəza təyin etdiyini bildirmişdir.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv e tmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altı na almağa əsas vermir. Protestdə ğöstərilən dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi bütün hallar, o cümlədən cəza təyini məsələsinə təsir edə bilən bütün amillər müvafiq sübutlarla təsdiq olunur, bu baxımdan Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə də riayət edilmişdir. Kassasiya protestində ittiham tərəfinin əsaslandığı sübutlar bir daha sadalanır və həmin sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi iddia olunur. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi həmin sübutları qanunla nəzərdə tutulmuş qaydada tədqiq və təhlil etmiş (yoxlamış), nəticəsindən asılı olaraq onlara qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin (gəldiyi nəticənin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi CM-in 62ci maddəsini tətbiq etməklə Məhkum CM-in 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş cə zadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin aşağıdakı normalarına əsaslanır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərimişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi nin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə və şikayətdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2. və 416.0.3-cü maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından göründüyü kimi hə m birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2, və 232.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №1-1(102)-28/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2021
16.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver