Məhkəmə qərarları › İş №1-1(102)-28/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2023

26.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxx 2002-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət h ərbi qulluqçusu, ünvan 1 ünvanında qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.1, 333.4, 234.1 və 328.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə (hakim Ə.M.Sarıyev) Məhkum – Azərbaycan Respublikası CM-in 333.1, 333.4, 234.1 və 328.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 328.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hi ssədə saxlama cəzasına, CM-in 333.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-in 333.4-cü maddəsi ilə 7 (yeddi) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə cəzasının şərti hesab olunması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı il ə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunda dislokasiya olunmuş N №-li hərbi hissəsinin 3-cü tabor, 9-cu bölük, 2-ci taqım, 2-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 13:40 radələrində xidmət yerini özbaşına tərk edərək yaşadığı Lənkəran şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə xidmət ye rini özbaşına tərk etmiş, xx.xx.2021-ci il tarixdə hərbi polis tərəfindən saxlanılaraq hərbi hissəsinə təhvil verilmişdir. Bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa, Məhkum xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2021-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Bundan başqa, Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2021-ci il tarixdə Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər Baş polis idarəsinin müvəqqəti saxlanma təcridxanasına təhvil verilmişdir. Bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində b ir aydan artıq, lakin üç aydan çox olmayaraq, xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa, Məhkum xx.xx.2021-ci il tarixdə satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıda” təsbit olunmuş naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik maddəni - 0,242 qram metamfetamin və 0,34 qram qurudulmuş marixuananı qanunsuz olaraq daşıyaraq üzərində saxlamışdır. Bundan başqa, Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə həmin hərbi hissəsinin ərazisində hərbi xidmətdə ola rkən xx.xx.2021-ci il tarixdə ona rəis hesab olunan 3-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant X2 9-cu bölüyün nəzarətində olan «Murov zirvəsi» adlanan yüksəklikdə yerləşən xidmət yerinə getməsi barədə qanuni əmrini yerinə yetirməkdən açıqcasına imtina etməklə Zərərçəkmiş şəxs taborda nüfuzunun sarsılmasına, digər əsgərlərdə də onun əmrlərinə, qanunların tələblərinə qarşı laqeydlik yaranmasına, həmçinin, həmin yüksəkliklərdə xidmətin təşkilində, komplektləşdirmədə bir sıra çətinliklər yaranmasına gətirib çıxaran hərəkətlər etməsi nəticəsində hərbi xidmət mənafelərinə mühüm zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və əsassız olaraq Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmişdir. Protest müəllifi qeyd edir ki, şərti məhkum etmə ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və həmin hökmlə razılaşan apelyasiya instansiyası məhkəməsinin qərarı hüquqi əsas kimi tə qsirdəndirilən şəxsin səmimi peşmançılığına söykənmişdir. Halbuki, bu mövqe işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, CM-in 234.1-ci maddəsi istisna olmaqla, Məhkum hərbi xidmət əleyhinə törətdiyi əməllərdən heç birində özünü təqsirli bilməyərək hərbi hissə komandanlığını ona qarşı laqeyd münasibətdə ittiham etmiş, xidmət etmək arzusunda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin xidmət yerini dəfələrlə özbaşına tərk etməsi, bu əməlləri ilə bağlı barəsində cinayət işi istintaq olunsa da, çağırışlara da gəlməyərək sonuncu dəfə əhəmiyyət-axtarış tədbirləri nəticəsində tutularaq istintaq orqanına təqdim olunması, məhkəmə istintaqında da hərbi xidmətə həvəsinin olması ilə bağlı ifadə verməməsi məhkəmənin bu mövqeyinə əks olan tutarlı sübutlardır. Protestdə həmçinin qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən Vətəni müdafiə kimi bir vəzifə daşıyan əsgərin birbaşa tabeliyində olan komandirinin əmrini icra etməməsinə, hərbi xidmətkeçmənin qaydalarını tənzimləyən müvafiq hərbi nizamnamələrin, əmrlərin və təlimatların tələblərinə riayət etməməsinə, xidmət zamanı intizamsızlığı ilə diqqət çəkməsinə (cinayət əməlləri ilə yanaşı 7 dəfə intizam qaydasında cəzalandırılıb), nəhayət hərbi hissə komandanlığı tərəfindən mənfi xasiyyətləndirilməsinə tənqidi yanaşmamış, ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bunlardan əlavə, təqsirləndirilən şəxsin əmrini icra etmədiyi rəisi hesab olan 3-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant Vüsal Həsrətovla barışmaması, hətta onunla barışmağa cəhd etməməsi, məhkəmə istintaqının gedişində də zərərçəkmiş şəxsin ona qanun çərçivəsində cəza təyin edilməsini xahiş etməsi də nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi A.Hüseynov çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai tə hlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az c iddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən h ər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, ci nayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyi n edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilik də nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətməsini, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, həbs yerində müsbət davranış nümayiş etməsini və müsbət xarakterizə olunmasını, narkomaniyadan məcburi müalicə zərurəti aradan qalxmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyəni dair vəd etməsini cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzg ün tətbiq etməyərək, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edildiyi halda, kifayət qədər əsaslandırma aparmadan təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində CM-in 70-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əs aslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiy a instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşd irən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar