Məhkəmə qərarları › İş №1-1(102)-28/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2024

05.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisinin, məhkumun və müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlunun iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Ağcabədi rayonu Hindarx qəsəbəsində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Vətən Müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1-1(106)-20/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Abbaslı Təyyar Bəhram oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1-1(098)-14/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: Ə.M.Sarıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bil inərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi üçün tutlduğu vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi Abbaslı Təyyar Bəhram oğlu tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1-1(098)-14/2023 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli biliindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza 3 (üç) ilədək endirilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkmə müddətinin başlanğıcı Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhram oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi Müdafiə N azirliyinin Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci artilleriya divizionunun qərargah batareyasının mühafizə taqımının 2-ci manqa komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmətdə olarkən 18 fevral 2015-ci il tarixdə verilmiş "B” və "C” kateqoriyasına aid olan nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən AE seriyalı 90866 nömrəli sürücülük vəsiqəsi və X10 tərəfindən 28 dekabr 2020-ci il tarixdə verilmiş etibarnamə əsasında idarə etdiyi "X” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində AğcabədiAğdam şosse yolunda Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətindən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Resp ublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə əsasən "hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsinin müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli” olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək yol-nəqliyyat hadisəsinin qarşısının alınmasında texniki imkanları, yəni hərəkət üçün təhlükə yaranan andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi "Mercedes Benz E 240” markalı avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 31,9 metr qalmış dayandırmağa texniki imkanı olduğu halda, mövcud şəraitdə hadisəyə adekvat reaksiya göstərməyərək idarəetməni itirib həmin şosse yolun Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindən keçən hissəsinin 12-ci km-də qarşıdan gələn mərhum X5 idarə etdiyi "X markalı **-RX-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə qeyd edilən avtomobilin sürücüsü X8 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "sağ bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sağ baldır sümüklərinin qapalı sınığı, sol said sümüklərinin qapalı sınığı, sol dirsək oynağında əzilmiş yara, burunda, döş qəfəsində, qarnında, sol saiddə, sol əlində və sağ diz oynağında sıyrıqlar, sol baldırda qançır və travmatik şok” ilə müşayiət olunan xəsarətlər alaraq Ağcabədi rayon Mərkəzi xəstəxanasında ölmü ş, bununla da o, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi iddia edir ki, məhkəmələr tərəfindən kifayət qədər keyfiyyətli araşdırılma aparılmadığından işin faktiki halları düzgün müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, X markalı avtomobilin sürücüsü olan mərhum X5 özü hərəkətləri ilə «Yol hərəkəti haqqında» qanunun 36-cı maddəsinin 1-c i hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş, habelə avtomobili sürücülük vəsiqəsi olmadan, yəni avtomobili bunun üçün zəruri biliklərə və vərdişlərə malik olmadan idarə etmişdir. Həmçinin hadisə zamanı Məhkum idarə etdiyi X” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında olmuş, yol nəqliyyat hadisəsi Məhkum təqsiri üzündən deyil, X markalı avtomobilin sürücüsü olan mərhum X5 minik avtomobilinin sol hərəkət zolağına çıxarması, yəni əks yola çıxması səbəbindən baş vermişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, Məhkum onun məsuliyyətini yüngülləşdirən halları kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (onun ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, hərbi hissə komandanlığının verdiyi xasiyyətnamədə müsbət xarakterizə edilməsini, müharibə iştirakçısı olmaqla «Vətən Müharibəsi iştirakçısı» və «Füzulinin azad olunmasına görə» medalları ilə, habelə hərbi hissə komandanlığı tərəfindən nümunəvi hərbi qulluğuna görə «Fəxri Fərman»larla təltif olunmasını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa dəfələrlə cəhd göstərməsini”) olmasına baxmayaraq, məhkəmələr onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Müdafiəçi öz kassasiya şikayətində göstər ilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini və ya onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçinin kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum yol hərəkəti qaydalarının pozulmaqla ehtiyatsızlıqdan zərərçəkmiş ş əxsin ölümünə səbəb olması cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə bəraət verilməsi və yaxud apellyasiya məhkəməsinin qərarı dəyişdirilməklə Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci, eləcə də kassasiya şikayətinin məzmununa görə 416.1.2 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Od ur ki, müdafiəçi Abbaslı Təyyar Bəhram oğlunun kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamə tlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilmə si üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi barədə iddia ilə çıxış etsə də, həmin iddia ilə bir araya sığmayan sonuncunun cəzasının ağır olması barədə dəlil gətirmiş və məhkumun barəsində şərti məhkum etmənin tətbiq edilməsi haqqında tələb irəli sürmüşdür. Sözügedən iddianın əsassız olduğuna dəlalət edən hallar kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmi ş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmiş və bu zaman işin mühüm əhəmiyyətli hallarının araşdırılması üçün zəruri olan hər hansı bir sübutun tədqiqindən əsassız olaraq imtina edilməmişdir. Məhkəmənin müdafiə tərəfinin sübutlarının tədqiqindən imtina etməsi, işin mühüm əhəmiyyətli hallarını kifayət qədər araşdırmaması barədə kassasiya şikayətində gətirilən dəlilin əsassız olması ondan da görünür ki, birinci instansiyada məhkəmə istintaqının sonunda müdafiə tərəfi məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməmiş, hər hansı halın müəyyən edilməsi üçün əlavə sübutların tədqiq edilməsini məhkəməyə təklif etməmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci ins tansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçinin kassasiya şikayətində Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsi haqqında tələbinə gəldikdə, məhkəmə kollegiyası ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. C əzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalə tliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun ailəli olması, 2-ci Qarabağ müharibəsi iştirakçısı olması, "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş olması, himayəsində bir azyaşlı uşağının olması, xidmət yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olması isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və c əzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmış, əlavə olaraq apellyasiya instansiyası məhkəməsində aparılan icraat dövründə 2020-ci il tarixdə Vətən müharibəsində düşmən tərəfindən atılan mərminin düşməsi nəticəsində Məhkum yaşadığı Ağcəbədi rayon Hindarx qəsəbəsindəki evinə xeyli ziyan dəyməsi, eyni zamanda anası X3 ağır xəsarət alması, həmçinin Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışması (bu hal məhkumun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir) kimi xüsusatlar əlavə yüngülləşdirici hallar kimi təsbit edilmişdir. Digər tərəfdən araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir ki, X markalı avtomobilin sürücüsü olan mərhum X5 özünün də hərəkətlərində «Yol hərəkəti haqqında» qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş, habelə X X markalı avtomobili sürücülük vəsiqəsi olmadan, yəni avtomobili bunun üçün zəruri biliklərə və vərdişlərə malik olmadan idarə etmişdir. («Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-cü bəndi məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar - o cümlədən yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır) Məhkəmə kollegiyası birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallardan, həm qanunvericiliyin tələblərindən, həm də Ali Məhkəmənin tövsiyələrindən çıxış edərək məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarındakı tövsiyələrə əsaslanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqınd a tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci m addəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və a ğırlaşdıran halları nəzərə alır. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin hüquqi varisin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi Abbaslı Təyyar Bəhrəm oğlunun kassasiya şikayəti qismən təmin edilməli və Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan mə hrum etmə cəzası CM-nin 70.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, bu əsasla da onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunalara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum ba rəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal məhkəmə iclas zalından azad olunsun. Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar