Məhkəmə qərarları › İş №1-1(102)-28/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-28/2025

24.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-28/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X7 və şikayət vermiş şəxs Şahid155 iştirakları ilə X1 Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Məhkum3 Azə rbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Məhkum2 və Məhkum4 Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 saylı hökmündən Şahid155 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-44/2024 nömrəli 9 oktyabr 2024-cü il tarixli qərarından Şahid155 nümayəndəsi Nümayəndə11 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 saylı hökmünə əsasən X2 Azərbaycan R espublikası CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Məhkum2 və Məhkum4 Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkum edilərək, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmlə həmçinin, mülki iddia, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Həmin hökmdən Şahid155 apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 nömrəli hökmünün zərər çəkmiş şəxs olan mərhum həyat yoldaşı X4 məxsus pul vəsaitlərinin onun miras əmlak üzrə vərəsəsi olmayan şəxsə - X6 verilməsi hissəsində ləğv edilməsini və iş üzrə onun zərər çəkmiş şəxsin hüquq varisi kimi tanınmaqla, zərər çəkmiş şəxs X4 məxsus pul vəsaitlərinin, onun qanun üzrə birinci növbəli vərəsəsi kimi ona, yəni Şahid155 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən: M.Şahid113, hakimlər M.M.Hüseynov, R.Ə.Ağayev) 1-1(103)-44/2024 nömrəli 9 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina olunmuşdur. Apellyasiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayətinin icraata götürülməsi xahiş olunur. Məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş materiallarından görünür ki, Şahid155 ilə X3 arasında 20 iyun 1990-ci ildə nikah bağlansa da, zərər çəkmiş şəxsin hüquqi varisi qismində vəfat etmiş X3 qardaşı X8 tanınmış və iş üzrə birinci instansiya məhkəməsində məhz X8 zərər çəkmiş şəxs in hüquqi varisi kimi çıxış etmişdir. X8 qanunvericiliyin tələblərinə uyğun olaraq zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış və onun bu statusuna xitam verilməsinə əsas olmamışdır. Birinci instansiya məhkəməsinin hökmü Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən dəyişdirilmədən saxlanılmış, həmçinin Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər b u Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır (CPM-nin 106.1-ci maddəsi). Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş şəxs həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz (CPM-nin 106.2-ci maddəsi). Zərər çəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir (CPM-nin 106.3cü maddəsi). Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin qohumu olan hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər (CPM-nin 106.4-cü maddəsi). Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin i fadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər (CPM-nin 106.5-ci maddəsi). Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayəti və apellyasiya protesti ona vermək hüququ olan şəxs tərəfindən verilə bilər. Apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində əhatə olunur və həmin şəxslər kategoriyasına cinayət prosesində iştirak edən digər şəxslər aid edilməmişdir. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 383.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədəməhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə-bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim - tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair - barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. Apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, hazırki iş üzrə Şahid155 apellyasiya şikayəti vermək hüququ olmamışdır. Kassasiya məhkəməsi iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işi üzrə X3 qardaşı X8 hüquqi varis kimi tanındığından Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 saylı hökmündən Şahid155 apellyasiya şikayəti vermək hüququ yoxdur. Odur ki, kassasiya in stansiyası məhkəmə kollegiyası Şahid155 apellyasiya şikayətinin icraata götürülməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-44/2024 nömrəli 9 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar