Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-29/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi X2 və Məhkum müdafiəçisi Cəfərov Cavid Novruz oğlunun iştirakları ilə, Tərtər H ərbi Məhkəməsinin 18 sentyabr 2019-cu tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 331.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi C.N.Cəfərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər İ.M.Quliyev (sədrlik edən və məruzəçi), V.M.Nəsirov və S.Ə.Əzizovdan ibarət tərkibdə) Məhkum, xx xxx xxx il tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissəsinin 3-cü taborunun rabitə tağımının sabiq komandiri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun qeydiyyatda olan, Biçənək kəndində CM-nin 331.2 və 341.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 331.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 200 (iki yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmişdir. İşin halları: Məhkəməni n hökmünə əsasən, Məhkum rəis olmaqla xidmət üzrə vəzifələrinin icrası zamanı öz tabeliyində olan şəxsləri təhqir etmiş, habelə onun rəis kimi müntəzəm olaraq digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyət həddini aşması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, N nömrəli hərbi hissəsinin 3-cü taborunun rabitə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 2018-ci ilin iyul-oktyabr ayları ərzində mütəmadi olaraq Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşən həmin taborun ərazisində tabeliyində olan, rabitə tağımınm telefon manqasının radiotelefonçusu, daha sonra isə həmin manqanın komandiri vəzifəsində xidmət edən əsgər X8 xidmətə səhlənkar münasibət bəslədiyini bəhanə edərək ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmiş, o cümlədən zi rehli gödəkçə və dəmir dəbilqə geyindirib müxtəlif müddətlərdə açıq havada "farağat” komandasında saxlayaraq əzab verməklə onunla amansız rəftar etmişdir. Bundan başqa o, 16 oktyabr 2018-ci il tarixdə X22nın N nömrəli hərbi hissənin 3-cü taborun 8-ci bölüyünün əsgəri X11 həmin taborun rabitə qovşağına daxil olaraq paltarlarını rabitə qovşağına yerləşdirməsi üçün icazə verdiyini aşkar etdiyi üçün X22nı danlamış, o cümlədən zirehli gödəkçə və dəmir dəbilqə geyindirib rabitə qovşağının yanında 15-20 dəqiqə açıq havada “farağat” komandasında saxlayaraq əzab verməklə onunla amansız rəftar etmişdir. Həmçinin o, 19 oktyabr 2018-ci il tarixdə saat 01 radələrində əsgər X22nın həmin taborun rabitə qovşağında növbədə olarkən yatdığını aşkar edərək bu barədə yuxarı komandanlığa raport yazıb onu həbs e tdirəcəyi ilə hədələməklə təhqir etmişdir. Habelə o, 19 oktyabr 2018-ci il tarixdə saat 08:30 radələrində həmin taborun rabitə qovşağında X22nın naqilləri düzgün bağlaya bilməməsi səbəbindən rabitə əlaqəsinin olmadığına qəzəblənib onun ünvanına nalayiq söyüşlər söyməklə təhqir etmişdir. Beləliklə, Məhkum rəis kimi xidmət üzrə vəzifələrinin icrası zamanı öz tabeliyində olan şəxsi təhqir etməsi və müntəzəm olaraq digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyət həddini aşması ağır nəticələrə səbəb olmuş yəni cəhətdən ondan asılı olmuş X22ya əzab verməklə amansız rəftar etməsi, ünvanına nalayiq söyüşlər söyməklə ləyaqətini mütəmadi olaraq alçaltması və növbədə olarkən yatması barədə yuxan komandanlığa raport yazaraq həbs etdirəcəyi ilə hədə-qorxu gəlməsi onu özünü öldürmə həddinə çatdırmış və keçirdiyi emosional gərginlik nəticəsində 19 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında çöllük ərazidə oturaraq xidməti istifadəsində olan «AKMS» markalı, «TF-0087» seriyalı avtomat silahın qundaq hissəsini ayaqlarının arasındakı torpağa, lülə hissəsini isə sinə nahiyəsinə dirəyərək, nisbətən silahın lüləsinin üzərinə «yıxılmış» vəziyyətdə, avtomatik rejimdə öndən-arxaya, soldan-sağa, aşağıdan- yuxarıya istiqamətlənmiş iki atəş açaraq həyat üçün təhlükəli olan «sol ağciyərin geniş sahədə zədələnməsi, kəskin qanitirmə, soltərəfli açıq hemopnevmotoraks, sol İİİ-İV və Vİİİ qabırğaların açıq, qəlpəli və yerdəyişən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısını dəlib keçən iki ədəd odlu-silah güllə yaralanması» xəsarətlərini ye tirməklə özünü öldürmüşdür. Bundan başqa, Məhkum təxminən 2018-ci ilin avqust ayının ortalarında Goranboy rayonunun Gülüstan kəndinin ərazisində olan rabitə xətlərini yoxlayarkən tabeliyində olan, N nömrəli hərbi hissənin 3-cü taborunun rabitə tağımının telefon manqasının xətt nəzarətçisi, əsgər X23nun rabitə əlaqəsinə gec cavab verdiyini bəhanə edərək ünvanına nalayiq söyüş söyməklə onu təhqir etmişdir. Həmçinin, o, 2018-ci ilin oktyabr ayının əvvəllərində həmin taborun qərargahının qarşısında X33ə mağazaya qaçaraq əsgər X24 çağırmasını tapşırmış və X33in yeriyərək getdiyini görüb tapşırığını ləng icra etməsini bəhanə edərək ünvanına nalayiq söyüşlər söyməklə onu təhqir etmişdir. Habelə, o, 2018-ci ilin oktyabr ayının əvvəllərində həmin taborun qərargahının qarşısında əsgər X33ə müraciə t edərək: “Qaçaraq dükana gedib oğraş Ağamalıyevi çağır” deməklə tabeliyində olan, rabitə tağımının radio manqasının komandiri, əsgər X9 təhqir etmişdir. Hökmdən Məhkum müdafiəçisi X17 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 24 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi C.N.Cəfərov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və cin ayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Avropa Məhkəməsinin müxtəlif qərarlarına istinad edən və işin faktiki hallarını mübahisələrindən məhkumun müdafiəçisi C.N.Cəfərov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən CPM-nin 416.1.2, 416.1.6, 416.1.21-ci və digər maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermiş, cinayət mühakimə icraatının prinsiplərinə əməl etməmiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun olaraq tətqiq etməyərək onlara düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz qərar qəbul etmişdir. Müdafiəçi öz kassasiya şikayətində bildirir ki, X8 özünə qəsd etməsi faktı təsdiq olunsa belə, onun yazısının hansısa sevgi problemləri, ailə problemləri ilə bağlı olması fərziyyəsinə diqqət verilməmişdir. Müdafiəçinin fikrincə, X22nın şəxsi problemləri olmuş və o, bu səbəbdən özünə qəsd etmişdir. Həmçinin müdafiəçi bildirir ki, məhkuma təyin edilmiş cəza da həddindən artıq ağırdır. Belə ki, Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai rəhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun deyil. Müdafiəçi hesab edir ki, Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməli idi. Yuxarıda göstərilənlərə əsaslanan kassasiya şikayətinin müəllifi iş üzrə çox saylı ziddiyyətlərin aradan qaldırılması üçün apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər X5 və X6 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər X5in və X6in iştirakları olmadan baxılma sını mümkün bilmişdir. Hüquqi məsələlər: Müdafiəçi C.N.Cəfərovun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkuma CM-nin 341.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Məhkum əməlində cinayət tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq məhkum edilmiş və eyni zamanda ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Bununla da, müdafiəiçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1. 21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə çıx arılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hök m və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması de yil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərə zli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, qanunvericiliklə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hi ssəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi C.N.Cəfərovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrin in tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni zərər çəkmiş şəxslərin, çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hamısının hazırki qərarda təsvirinə ehtiyac görmür Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üz rə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi C.N.Cəfərovun kassasiya şikayətində irəli sürüldüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki halların ın kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Öyrənilmiş iş materiallarına görə, həmin iş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum N nömrəli hərbi hissəsinin 3-cü taborunun rabitə tağımınm komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 2018-ci ilin iyul-oktyabr ayları ərzində mütəmadi olaraq Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşən həmin taborun ərazisində tabeliyində olan, rabitə tağımınm telefon manqasının radiotelefonçu su, daha sonra isə həmin manqanın komandiri vəzifəsində xidmət edən əsgər X8 xidmətə səhlənkar münasibət bəslədiyini bəhanə edərək ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmiş, o cümlədən zirehli gödəkçə və dəmir dəbilqə geyindirib müxtəlif müddətlərdə açıq havada "farağat” komandasında saxlayaraq əzab verməklə onunla amansız rəftar etmişdir. Bundan başqa o, 16 oktyabr 2018-ci il tarixdə X22nın N nömrəli hərbi hissənin 3-cü taborun 8-ci bölüyünün əsgəri X11 həmin taborun rabitə qovşağına daxil olaraq paltarlarını rabitə qovşağına yerləşdirməsi üçün icazə verdiyini aşkar etdiyi üçün X22nı danlamış, o cümlədən zirehli gödəkçə və dəmir dəbilqə geyindirib rabitə qovşağının yanında 15-20 dəqiqə açıq havada “farağat” komandasında saxlayaraq əzab verməklə onunla amansız rəftar etmişdir. Həm çinin Məhkum 19 oktyabr 2018-ci il tarixdə saat 01 radələrində əsgər X22nın həmin taborun rabitə qovşağında növbədə olarkən yatdığını aşkar edərək bu barədə yuxarı komandanlığa raport yazıb onu həbs etdirəcəyi ilə hədələməklə təhqir etmişdir. Habelə o, 19 oktyabr 2018-ci il tarixdə saat 08:30 radələrində həmin taborun rabitə qovşağında X22nın naqilləri düzgün bağlaya bilməməsi səbəbindən rabitə əlaqəsinin olmadığına qəzəblənib onun ünvanına nalayiq söyüşlər söyməklə təhqir etmişdir. Beləliklə, Məhkum rəis kimi xidmət üzrə vəzifələrinin icrası zamanı öz tabeliyində olan şəxsi təhqir etməsi və müntəzəm olaraq digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyət həddini aşması ağır nəticələrə səbəb olmuş yəni xidməti vəzifələrin icrası ilə bağlı ondan asılı olmuş X22ya əzab verməklə amansız rəftar etməsi, ünvanına nalayiq söyüşlər söyməklə ləyaqətini mütəmadi olaraq alçaltması və növbədə olarkən yatması barədə yuxan komandanlığa raport yazaraq həbs etdirəcəyi ilə hədə-qorxu gəlməklə onu özünü öldürmə həddinə çatdırmış və X22 keçirdiyi emosional gərginlik nəticəsində 19 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında çöllük ərazidə oturaraq xidməti istifadəsində olan «AKMS» markalı, «TF0087» seriyalı avtomat silahın qundaq hissəsini ayaqlarının arasındakı torpağa, lülə hissəsini isə sinə nahiyəsinə dirəyərək, nisbətən silahın lüləsinin üzərinə «yıxılmış» vəziyyətdə, avtomatik rejimdə öndən-arxaya, soldan-sağa, aşağıdan- yuxarıya istiqamətlənmiş iki atəş açaraq həyat üçün təhlükəli olan «sol ağciyərin geniş sahədə zədələnməsi, kə skin qanitirmə, soltərəfli açıq hemopnevmotoraks, sol İİİ-İV və Vİİİ qabırğaların açıq, qəlpəli və yerdəyişən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısını dəlib keçən iki ədəd odlu-silah güllə yaralanması» xəsarətlərini yetirməklə özünü öldürmüşdür. Bundan başqa, Məhkum təxminən 2018-ci ilin avqust ayının ortalarında Goranboy rayonunun Gülüstan kəndinin ərazisində olan rabitə xəttlərini yoxlayarkən tabeliyində olan, N nömrəli hərbi hissənin 3-cü taborunun rabitə tağımının telefon manqasının xətt nəzarətçisi, əsgər X23nun rabitə əlaqəsinə gec cavab verdiyini bəhanə edərək ünvanına nalayiq söyüş söyməklə onu təhqir etmişdir. Həmçinin, o, 2018-ci ilin oktyabr ayının əvvəllərində həmin taborun qərargahının qarşısında X33ə mağazaya qaçaraq əsgər X24 çağırmasını tapşırmış və X33in ye riyərək getdiyini görüb tapşırığını ləng icra etməsini bəhanə edərək onun ünvanına nalayiq söyüşlər söyməklə onu təhqir etmişdir. Habelə, o, 2018-ci ilin oktyabr ayının əvvəllərində həmin taborun qərargahının qarşısında əsgər X33ə müraciət edərək əsgər X7 mağazadan çağırılmasını tapşırmış və həmin vaxt X5in ünvaına nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, z ərərçəkmiş şəxslərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməllərinin CM-nin 331.2 və 341.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü digər dəlili ondan ibarətdir ki, mərhum X22nın şəxsi və psixoloji problemləri olmuş və o, bu səbəbdən özünə qəsd etmişdir. Lakin, məhkəmə iclaslarında araşdırılmış sübutlardan görünən odur ki, Məhkum rəis olaraq vəzifəli şəxs kimi, tabeliyində olan, yəni xidməti vəzifələrin icrası ilə bağlı ondan asılı vəziyyətdə olmuş X22nın ünvanına dəfələrlə nalayiq söyüşlər söyüb təhqir etməklə, bununla da onun şərəf və ləyaqətini mütəmadi alçaltmaqla, onunla amansız rəftar etməklə onu özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X28 göstərmişdir ki, mərhum oğlu X22 N nömrəli hərbi hissənin 3-cü taborunda hərbi xidmətdə olarkən 2018-ci ilin iyul ayının əvvəllərindən başlayaraq telefon danışıqları zamanı, həmçinin həmin ilin avqust ayında məzuniyyətə gələrkən rabitə tağımının komandiri Məhkum onu incitdiyini, ünvanına söyüş söyərək təhqir etdiyini bildirmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində X22 ona zənq edərək döyüş növbəsində olarkən ayaqyoluna getdiyi üçün Məhkum ondan raport yazdığını, ona 3 il həbs cə zasının təyin edilə biləcəyini bildirmiş və tabora gəlib həmin məsələni həll etməsini xahiş etmişdir. Səhəri gün o, X22nin xidmət etdiyi tabora gedərək X44a 1000 manat pul vermiş, sonuncu da ona bu pulu tağım komandiri Məhkumla böləcəklərini deyərək bu qaydada «raport məsələsini həll» etmişdir. Bundan sonra da, hər həftə X22 ilə telefonla danışmış, bütün danışıqlarda X22 yalnız Məhkum şikayət edərək sonuncu tərəfindən təhqir edildiyini və incidildiyini bildirmişdir. Sonuncu dəfə təxminən 15 -16 oktyabr 2018-ci il tarixdə gündüz saatlarında telefon danışıqları zamanı X22 yenə də Məhkum onu incitməsindən, təhqir etməsindən şikayətlənmiş, 19 oktyabr 2018-ci il tarixdə saat 15:30-da naməlum şəxs N nömrəli hərbi hissədən onun mobil telefon nömrəsinə zəng edərək oğlu X22nin yaralanaraq Tərtər ra yon mərkəzi xəstəxanasına aparılması barədə məlumat verilmiş, o, da dərhal yola düşərək Tərtər rayonuna getmiş və orda X22nin aldığı güllə yarasından ölməsini eşitmişdir. Həmçinin zərərçəkmişin hüquqi varisi bildirmişdir ki, X22nin istədiyi qız olmuş, lakin o, oğlunun hansı qızı istəməsini dəqiq bilməmiş və onunla hər hansı probleminin olmasını eşitməmişdir. İş üzrə dindirilmiş digər zərər çəkmiş şəxslər və şahidlər də Məhkum X22nın ünvanına söyüşlər söyməsini, onu mütəmadi olaraq təhqir etməsini və onunla amansız rəftar etməsini təsdiq etmişdilər. Həmçinin mərhum X22ın əşyalarına baxış keçirilən zaman qatlanmış vəziyyətdə uzunluğu 7 sm, eni isə 5 sm olan bir ədəd tapılmış vərəqdə yazılmış mətndən müəyyən edilir ki, X22 komandiri olan Məhkum hərəkətlərinə dözmədiyindən intihar etmişdir. Qe yd edilən vərəqdə aşağıdaki sözlər yazılmışdır: “...siznən əlvidalaşmaq məni canımdan bezdirən gəldiyim ilk gündən məniynən prinsip aparan tağım komandirimdi leytenant Məhkum onuynan o biri dünyada əlbət axır görüşəcəm onda iki əlimlə onun yaxasında olacaq....” İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 11 dekabr 2018-ci il tarixli 29763 №-li rəyində göstərilmişdir ki, mərhum X22nın meyitinə baxış keçirilən zaman onun kitelinin cibində aşkar olunmuş məktubdakı “Ata və Ana məni bağışlamayacağınızı bilirəm canıvız sağ olsun, çox sağolun məni boya-başa çatdırdınız, mənə yaxşı ana ata olduz istədiyim hər şeyi bacardığınız qədər və ondan daha artıq etməyə çalışdınız amma mənim bəxtim qara yazılıbmış nə sevgi barədən bəxtim gətirdi, nə dəki adam kimi yaşamağ barədən, bacımdan və qar daşım Xdan muğayat olun onu nə badə hərbi şərəfsizxanasına göndərməyin onda mən sizi bağışlamayacağam qardaşımdan və bacımdan və özünüzdən müğayat olun mənim artıq öcüm çatmır yaşamağa atam düz deyirmiş hərbi barədə mənə getmə oğul deyirdi amma mən neynədim ağılsız kimi getdim nəysə sözümün canı ondadı siznən əlvidalaşmaq məni canımdan bezdirən gəldiyim ilk gündən məniynən prinsip aparan tağım komandirimdi leytenant Məhkum onuynan o biri dünyada əlbət axır görüşəcəm onda iki əlimdə onun yaxasında olacaq məqsədim sizi və sevdiklərimi incitmək deyil siz bunu oxuya biləcəksiz ya bilməyəcəksiz orasın bilmirəm canım anam, canım atam canım bacım və qardaşım siz mənim getdiyimə baxmayın siz öz xoşbəxt həyatınıza davam edin. Özünüzdən muğayat olun Sizi canımdan daha artıq sevirəm və daima sevəcəm siz də istəyirəm məni sevəsiniz. Hələlik sevgilərlə oğlunuz X14: Ən yaxın bildiyim dostum və qardaşım X1. Bu günə qədər dəlicəsinə sevdiyim və hələ istədiyim qız X13” yazıları və «Hələlik sevgilərlə oğlunuz X14.» yazılarının qarşısındakı imza X14 tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş əlavə məhkəmə-xəttşünaslıq ekspertizasının 01 may 2019-cu il tarixli 9606/10149 №-li rəyindən görünür ki, yuxarıda qeyd olunan məktubdakı əlyazmalar X22 tərəfindən qeyri-adi psixioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə və s.) icra edilməmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2019-cu il tarixli 38 №-li rəyinə əsasən, X22 sağlığında hər hansı xroniki psixi xəstəlik keçirməmiş, intihara təşəbbüs edərkən öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən Məhku m xidmət zamanı X22m təhqir etməsi nəticəsində o, depressiv vəziyyət (əhvalın aşağı enməsi, gələcəyə inamını itirməsi, əsasən qəmli, kədərli olması və s.) keçirmiş və bu səbəbdən intihara təşəbbüs etmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 18 fevral 2019-cu il tarixli 2747 №-li rəyinə görə, mərhum X14 özünü öldürməzdən əvvəlki dövrdə emosional gərginlik halını keçirmişdir. Onun bu halı keçirməsi qarşılaşdığı şəraitlə-leytenant Məhkum tərəfindən bir neçə dəfə döyüş formasında «farağat» komandasında saxlanılması, digər əsgərlərin yanında söyülərək alçaldılması, hadisədən bir gün əvvəl döyüş növbətçiliyində mürgülədiyi üçün Məhkum ona həbs olunacağını bildirməsi, həbs olunacağından qorxması, hadisə günü yenidən Məhkum tərəfindən söyülməsi ilə səbəbli-nəticə əlaqəsində olmuşdur. Göründüyü kimi, X22nın 19 oktyabr 2018-ci il tarixdə özünü öldürməsi yalnız ona qarşı Məhkum tərəfindən qanunsuz hərəkətlər etməsi ilə əlaqədar olmuş və zərər çəkmiş şəxsin hər hansı başqa səbəblərə (kassasiya şikayətində göstərilmiş) görə intihar etməsinə dair nə ibtidai araşdırma zamanı, nə də ki işə məhkəmələrdə baxılarkən təsdiq edici sübutlar əldə edilməmişdir. X4 atası X88, habelə mərhumla birlikdə xidmət etmiş şəxslər də belə bir halın olmasını təkzib etmiş və buna görə də kassasiya şikayətində istinad edilən hallarla bağlı sübutların tədqiqinə ehtiyac və əsas olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi C.N.Cəfərovun kassasiya şikayətində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təsdiq edilmədiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kas sasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Araşdırılmış sübutlarla Məhkum həmçinin rəis olmaqla xidməti vəzifələrinin icrası zamanı və bununla əlaqədar olaraq 2018-ci il avqust ayının ortalarında tabeliyində olan hərbi qulluqçular - əsgər X23nun rabitə əlaqəsinə gec cavab verdiyini bəhanə edərək ünvanına nalayiq söyüş söyməklə onu təhqir etməsi, 2018-ci ilin oktyabr ayının əvvəllərində həmin taborun qərargahının qarşısında X33ə mağazaya qaçaraq əsgər X24 çağırması haqda verdiyi tapşırığı ləng icra etməsini bəhanə edərək ünvanına nalayiq söyüşlər söyməklə onu təkrarən təhqir etməsi və həmin dövrdə həmçinin rabitə tağımının radio manqasının komandiri əsgər X9 təhqir etməsi də tam təsdiq edilir və onun bu əməlləri 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 331.2-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində Məhkum törətdiyi bu əməllərlə bağlı hər hansı dəlil və tələb irəli sürülməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsini də yoxlayıb aşağıdakıların müəyyən edilməsini qeyd edir. Belə ki, Məhkum tabeliyində olan əsgərlər X6 və X5i xdməti vəzəfələrin icrası zamanı və bununla əlaqədar olaraq təhqir etməklə onlara qarşı cinayət əməllərini həm törədən vaxt, həm də onun bu əməllərinə görə CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair yekun məhkəmə aktları çıxarılarkən CM-də hərbi qulluqçunu təhqir etməyə, döyməyə və ya işgəncə verməyə görə məsuliyyət nəzərdə tutuan və “Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə” adlanan və aşağıdakı redaksiyada verilmiş CM-nin 331-ci maddəsinin tələbləri əsas götürülmüşdür: “331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi - altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Lakin, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.73-cü maddəsi ilə CM-nin 331-ci maddəsi ləğv edilmiş, həmin maddədə göstərilən bir sıra əməllərin törədilməsinə görə məsuliyyət CM-nə əlavə edilmiş başqa maddələrdə nəzərdə tutulmuş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə ola n şəxsin öz rəisini təhqir etməsi əməlləri ümumiyyətlə dekriminallaşdırılmış və belə əməllərə görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Görunduyü kimi, 01 may 2020-ci il tarixli Qanunla CM-də edilmiş dəyişikliklər Məhkum tabeliyində olan əsgərlər X6 və X5i təhqir etdiyinə görə onun CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinməsini və həmin maddə ilə cəzalandırlmasını aradan qaldırmış və onun bu əməllərində artıq cinayət tərkibi olmadığından məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbləri, Ali Məhkəmənin tövsiyələri və əməlin cinayət olmasını və cəzalandırılmasını aradan qaldıran yeni Qanunun qüvvəyə minməsi, habelə CM-nin 10.3cü maddəsinə əsasən məhkum olunmuş şəxsin vəziyyətini yaxşılaşdıran həmin Qanunun geriyə şamil edilməli olması nəzərə alınmaqla, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü Məhkum CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməli, cinayət işi üzrə icraata onun əməlində cinayət tərkibinin olmaması əsası ilə, yəni CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilməli, Məhkuma CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi haqqında müddəalar isə məhkəmələrin onun barəsində qəbul etdikləri yekun məhkəmə aktlarından xaric edilməlidir. Məhkəmə kollegiyasının bu nəticəsi həmçinin aşağıdakı huquq normalarının tələblərinə də əsaslanır. CPM-nin 39.1.2-ci maddəsinə tələblərinə əsasən, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CM-nin 10.3-cü maddəsinin tələblərinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun “Keçid müddəaları” hissəsinin 2.4-cü maddəsinin tələblərindən görünür ki, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xit am vermək haqqında qərar kassasiya şikayətinə və ya kassasiya protestinə baxılması nəticəsində kassasiya instansiyası məhkəməsinin qəbul edə bildiyi qərarlardan biri kimi CPM-nin 419.10.3-cü maddəsində nəzərdə tutulmuşdur. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın həddindən artıq ağır olması haqqında irəli sürülmüş dəlillə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq hökmündən və yekun qərarından görünür ki, həmin məhkəmələr Məhkum təqsirli bilindiyi CM-nin 341.3cü maddəsinə əsasən cəzanın təyin edilməsi məsələsini həll edərkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşəkar zabit olmasını, döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almışlar. Bununla belə, kassasiya şikayətinə əsasən Məhkum barəsində olan cinayət işinə baxılmazdan əvvəl zərər çəkmiş şəxsin hüquqi varisi X88 21 iyun 2022-ci il tarixdə teleqramla Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət edərək Məhkumla barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncuya təyin olanmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının məhkəmə iclasında etdiyi çıxışında da X88 bu halları bir daha təsdiq edərək vurğulamışdır k, həmin teleqramı öz təşəbbüsü ilə, kənardan heç bir təsir və ya təzyiq olmadan vurmuşdur. CM-nin 59.1.12-cü maddəsinə əsasən isə cəza təyin edilərkən zərərçəkmiş şəxs lə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası zərərçəkmiş X22nın yaxın qohumu – atası olan və iş üzrə onun hüquqi varisi qismində tanınmış X88in məhkəmə kollegiyasına ünvanlandığı 21 iyun 2021-ci il tarixli teleqramın məzmununa, bu teleqramla Məhkum cəzasını CM-nin 59.1.12ci maddəsində nəzərdə tutulmuş yüngü lləşdirən halın müəyyən edilməsinə, onun cəzasını ağırlaşdıran halların olmamasına, habelə məhkumun təqsirli bilindiyi CM-nin 341.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına əsaslanaraq belə qənaət gəlir ki, CM-nin 60.1-ci maddəsinin tələblərinə uyğun olaraq ona CM-nin 341.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddinin dörddə üç hissəsinədək, yəni 7 (yeddi) il 6 (altı) ayadək azaldılmalı və bununla da müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarında dəyişklik edilməlidir. O, ki qaldı Məhkum CM-nin 341.3-cü maddəsi ilə təyin edilmiş cəzanın yu xarıda göstərilən həddən də aşağı endirilməsi və ya bu cəzanın şərti olaraq tətbiq olunması məsələlərinə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ağır nəticəyə - X22nın özünün öldürmə dərəcəsinə çatdırılmasına səbəb olmasını nəzərə alaraq, bu haqda qərar qəbul edilməsini mümkün bilmir və qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir dir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverici liyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai tə hlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-ni n 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-c ı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növün də cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu nun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək sonuncuya təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar görmür. Be ləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin, həmin şikayətinin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə apellyasiya instansiya məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarı və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü ləğv edilməli və həmin hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməli, Məhkum CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətl ərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarından xaric edilməli, CM-nin 341.3-cü maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 7 (yeddi) il 6 (altı) ayadək azaldılmalı, bununla da kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarında bu hissədə və kassasiya şikayətinə münasibətdə dəyişiklik edilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixl i qərarı və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin 18 sentyabr 2019cu il tarixli hökmü Məhkum 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilsin, həmin hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni cinayət tərkibi olmadığına görə onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin, Məhkum CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar isə məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarından xaric edilsin. Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) 6 (altı) ayadək azaldılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-29/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-29/2021
22.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver