Məhkəmə qərarları › İş №1-1(102)-3/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-3/2023

23.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-3/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarı ndan Məhkum4, eləcə də Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum4 xx xxxxx 1992-ci il tarixdə Goranboy rayonunun Yolqullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Yolqullar kəndində qeydiyyatda olmuşdur.

2. Məhkum2 xx xxxxxx 1995-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. 3. 03 aprel 2018-ci il tarixli ittiham aktına görə Məhkum4, Məhkum2 və qeyrilərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham irəli sürülmüşdür. 4. 19 aprel 2018-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum4, Məhkum2 və qeyriləri cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışı təyin olunmuşdur.

5. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-126/2018 nömrəli, 17 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum4 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 186.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edi lən cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 186.2.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilən cəzalar Azərbaycan Respublikası CM-nin 66.3 -cü maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir.

7. Həmin hökmlə həmçinin Məhkum3, Məhkum1, Məhkum5, Məhkum6, Məhkum7, Məhkum9, Məhkum10 və Məhkum11 təqsirli bilinərək məhkum edilmişlər.

8. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi6, X1, Müdafiəçi9, Müdafiəçi8, Müdafiəçi3, Müdafiəçi7, X8, Müdafiəçi2, Müdafiəçi1 və X7 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(104)-87/2018 nömrəli, 14 dekabr 2018-ci il tarixl i qərarı ilə apellyasiya şikayətlərini təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-126/2018 nömrəli, 17 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlamışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum6 müdafiəçisi Müdafiəçi6, Məhkum7 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum5 müdafiəçisi Ə.H.Qənbərov, Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum3 müdafiəçisi X.Məhkum5 kassasiya şikayətləri vermişlər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 1-1(102)34/2019 nömrəli, 23 may 2019-cu il tarixli qərarı ilə Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum6 müdafiəçisi Müdafiəçi6, Məhkum7 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum5 müdafiəçisi X7, Məhkum4 müdafiəçisi Müdafiəçi4 v ə Məhkum3 müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(104)-87/2018 nömrəli, 14 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

12. Kassasiya instansiyası məhkəməsinin həmin qərarında aşağıdakılar qeyd edilmişdir: İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2018-ci il tarixli 3140/41 №-li rəyindən görünür ki, Gəncə şəhərinin Sevinc qəsəbəsindəki 103 saylı hərbi şəhərcikdə іnşa edilmiş hərbi hospital kompleksinə 459.058 (dörd yüz əlli doqquz min əlli səkkiz) manat dəyərində, yerində olmayan əmlak nəzərə alınmaqla ümumilikdə 867.326 (səkkiz yüz altmış yeddi min üç yüz iyirmi altı) m anat məbləğində ziyan vurulmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının təsviri və nəticəvi hissəsindən görünür ki, hərbi hospital kompleksinə dəymiş ziyanın ümumi məbləğinə yerində olmayan materialların dəyəri ilə yanaşı həmin materiallara sərf olunmuş əmək haqqının məbləği, yararsız hala salınmış materialların dəyəri, yararsız hala salınmış materiallara sərf olunmuş əmək haqqının məbləği, podratçının bank, vergi, qaimə və üstəlik xərclərin məbləği də əlavə olunmuşdur. Beləliklə, məhkəmə-əmtəəşünaslıq ekspertizası 13 dekabr 2017-ci il tarixdə tərtib olunmuş aktda və akta əlavə edilmiş hesabatda olan rəqəmləri təkrarlamış, zərərçəkmiş şəxsin özünün hesablayaraq və qiymətləndirdiyi sənədlərə əsaslanmış, hadisə yerinə baxmamış və əmək haqqlarının məbləğini, yararsız hala salınmış material ların dəyərini, podratçının bank, vergi, qaimə və üstəlik xərclərini cinayət nəticəsində vurulmuş ziyanın məbləğinə aid edərək nəticə etibarı ilə dəymiş ziyanın məbləğini süni surətdə şişirdərək düzgün hesablamamışdır. Halbuki, cinayət nəticəsində vurulmuş maddi zərəri dəqiq müəyyən etmək məqsədi ilə tikintinin layihələşdirilməsi zamanı tərtib olunmuş smeta cədvəlləri və digər zəruri sənədlər ekspertiza tədqiqatının obyekti olmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, talama cinayətlərində ziyanın miqdarı götürülmüş əmlakın dəyəri ilə müəyyən edilməli və zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı hesablanarkən nəzərə alınmamalıdır. Həmçinin, istintaq və məhkəmə baxışı zamanı təqsirkarın törətdiyi talama hərəkətləri ilə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan arasında səbəbli əlaqə müəyyən edilməlidir. Təəccüblü haldır ki, bu xüsusat apellyasiya instansiyası məhkəməsinin nəzərindən qaçmış və təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən təkrar və yaxud əlavə məhkəmə ekspertizasının təyin edilməsinə dair vəsatətlər təmin edilməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarı ilə məhkumların müdafiəçiləri Müdafiəçi6, X1, Müdafiəçi9, Müdafiəçi8, Müdafiəçi3, Müdafiəçi7, X8, Müdafiəçi2, Müdafiəçi1 və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin həmin qərar ından Məhkum4, eləcə də Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

15. Məhkum4 kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 23 may 2019-cu il tarixli qərarında olan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, heç bir talama əməli olmadan, hətta, həmin cinayətə cəhdin belə izlərini müəyyən etmədən yalnız mülahizələrlə ona ağır cəza verilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının ləğv olunması və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhku m2 kassasiya şikayətində qeyd etmişdir ki, o, heç bir cinayət əməli törətməmiş və hərəkətlərində cinayətin tərkibi yoxdur. İbtidai araşdırma və məhkəmə istintaqı zamanı, o cümlədən apellyasiya instansiyası məhkəməsində oğurlanmış hesab olunan əşyaların nəinki dəyəri, heç özləri belə müəyyən edilməmiş, hansı vaxt və hansı əmlakların kimlər tərəfindən necə, nə vaxt və hansı üsullarla talanması müəyyənləşməmiş, əsaslı sübutlar ibtidai araşdırma orqanında və məhkəmədə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının ləğv olunması, cinayət əməli törətmədiyinə və hərəkətlərində cinayət əməlinin tərkibi olmadığına görə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməs ini xahiş etmişdir.

17. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tədqiq edilmiş və özlərinin gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları qətiyyən araşdırmamış və nəzərə almamış, yekun qərarlarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmiş, mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutları əsas sübut kimi qəbul etmişlər. Hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində cinayət tərkibinin, hərəkət və ya hərəkətsizliyində cinayətin obyektiv və subyektiv tərəfinin olmamasına baxmayaraq Gəncə Apellyasiya Məhkəməsi sonuncuya bəraət vermək əvəzinə heç bir sübuta əsaslanmayan tam qanunsuz yekun ittiham qərarı qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104) -02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının ləğv olunması, cinayət əməli törətmədiyinə və hərəkətlərində cinayət əməlinin tərkibi olmadığına görə Məhkum2 barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim e dilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Məhkumlar Məhkum4 və Məhkum2 kassasiya müraciətlərində mahiyyət etibarilə aşağı instansiya məhkəmələrinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini, cinayət tərkibinin əsasları olmadan məhkum edildiklərini iddia etməklə, kassasiya xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

24. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya müraciətində eyni əsasları göstərməklə, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Kassasiya şikayətlərinin məhkumlar Məhkum4 və Məhkum2 əməllərində cinayət tərkibi olmadan məhkum edildikləri barədə hissələrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Şəxsin əməlində cinayət tərki binin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törət məkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

30. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının qanuniliyi və əsaslılığı istinad e dilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum4 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulan oğurluq və 186-cı maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayət əməllərini törətməsi faktı ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib təhlil edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, m əhkəmə kollegiyası ittihamın həlli üçün toplanmış sübutlar məcmusunun hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkumlar Məhkum4 və Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 177 və 186-cı maddələrinin ümumi dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi oğurluq və əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətlərinin tərkibinin olması, bu cinayətlərin törədilməsində onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərində qaldırılan, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilmədən tədqiqin aparılmasına dair dəlilləri qismən əsaslı hesab edir.

33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyasının 1-1(102)34/2019 nömrəli, 23 may 2019-cu il tarixli qərarı (bundan sonra “Ali Məhkəmənin əvvəlki qərarı”) üzrə işin yeni apellyasiya göndərilməsi üçün əsas kimi cinayət nəticəsində vurulmuş maddi zərərin məbləğinə dair şübhələrin aradan qaldırılmadığı, bununla da məhk əmələrin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların araşdırılmadığı əsas göstərilmişdir. (yuxarıda, paraqraf 12).

34. Bununla belə, Ali Məhkəmənin əvvəlki qərarı ilə cinayət işi yeni apellyasiya baxışına qaytarıldıqdan sonra oğurlanmış əmlakın (əşyaların) real dəyərinin, həmçinin hərbi hospital kompleksinə vurulmuş zərərin miqdarının müəyyən edilməsi üçün kompleks məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilsə də, ekspertiza üzrə verilmiş rəyin natamam olmasına baxmayaraq məhkəmə həmin rəyi cinayət işi üzrə əldə edilmiş sübutların siyahısına aid etmişdir.

35. Belə ki, Ali Məhkəmənin əvvəlki qərarının icrası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/2284, 9/3394 nömrəli, 28 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, cinayət işi üzrə əvvəllər əldə edilmiş 3140/41 nömrəli, 21 fevral 2018-ci il tarixli ilkin rəydən fərqli olaraq, yenidən keçirilən ekspertiza tədqiqat obyektinə yerində baxış keçirilməsi ilə aparılmışdır. Lakin rəyin nəticəvi hissəsində ekspert qarşısında qoyulmuş rəy verilməli olduğu sualların bir qismini cavab verilməsinin mümkün olmadığını əsas göstərməklə cavablandırmaqdan imtina etmişdir. Nəticədə zərərçəkmiş şəxsə vurulmuş zərərin real məbləği yenə də əvvəlki rəy üzrə eyni qaydada sonuncunun özünün hesablayıb qiymətləndirdiyi sənədlərə əsasən hesablanmışdır. Bununla da təyin edilmiş əlavə kompleks məhkəmə ekspertiza rəyi üzrə yenidən araşdırılmalı olan hallar əslində tədqiq edilmədən, ilkin rəy üzrə müəyyən edilənlər köçürülməklə yeni rəy kimi təqdim edilmişdir.

36. Halbuki, Ali Məhkəmənin əvvəlki qərarında ilkin rəy üzrə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün əsas olmuş zərərçəkmiş şəxsin özünün hesablamaqla qiymətləndirdiyi sənədlərdə əmək haqlarının məbləğini, yararsız hala salınmış materialların dəyərini, podratçının bank, vergi, qaimə və üstəlik xərclərini cinayət nəticəsində vurulmuş ziyanın məbləğinə aid edərək nəticə etibarı ilə dəymiş ziyanın məbləğini süni surətdə şişirdərək düzgün hesablanmadığı barədə artıq qənaətə gəlinmişdir.

37. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi kompleks məhkəməəmtəəşünaslıq, məhkəmə-kimyəvi və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə özünün qəbul etdiyi qərarında gizli talama nəticəsində hərbi hospit al kompleksinə vurulmuş zərərin miqdarı hesablanarkən ekspertlər tərəfindən təkcə iş materiallarında olan zərərçəkmiş şəxsin təqdim etdiyi aktda göstərilənlərlə kifayətlənilməməsini, həmçinin aktda göstərilənlərin vurulmuş real zərərə və layihəsmeta sənədlərinə uyğun olub-olmadığının aydınlaşdırılmalı olduğunu xüsusi vurğulamaqla qeyd etsə də, lakin bununla bağlı verilmiş ekspert rəyində qeyd olunanların nəzərə alınmadığına əhəmiyyət verməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 97.4 və 97.4.2-ci maddələrinin ümumi məzmununa əsasən ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən im tina etmək; yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək vəzifəsini yerinə yetirməlidir.

39. Azərbaycan Respublikası CPM-nin 267.1-ci maddəsinin müəyyən etdiyi qaydaya görə, qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır.

40. Azərbaycan Respublikası CPM-nin 331.3-cü maddəsinə görə, ekspertin rəyi tədqiq edildikd ən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir.

41. Qeyd edilənlərlə yanaşı həmçinin vurğulanmalıdır ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-nin 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.

42. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 144-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar ta m, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

43. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.

44. Belə olan halda, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi, eləcə də apellyasiya şikayətində qaldırılmış müvafiq dəlil və Ali Məhkəmənin əvvəlki qərarında müəyyən edilmiş hallarla bağlı lazımi qaydada araşdırma aparılmaması Məhkum4 və Məhkum9 ədalətli məhkəmə araşdırması hüququnun lazımi səviyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir.

45. Odur ki, birinci və ap ellyasiya instansiyası məhkəmələrində iş üzrə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə bilən sübutların tədqiq edilməməsi hissəsində (Azərbaycan Respublikası CPM-nin 416.1.2 maddəsi) məhkumlar Məhkum4, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri qismən əsaslı hesab edilməli və bu pozuntular səbəbindən yenidən işə apellyasiya qaydasında baxılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir.

46. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, Məhkum2, onun müdafiəçisi Müdafiəçi2 və Məhkum4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(1 04)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2, onun müdafiəçisi Müdafiəçi2 və Məhkum4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar