Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-3/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərar ından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə (sədrlik edən M.M.Əliyev, hakimlər Q.X.Babayev və S.A.Mirzəyevdən ibarət tərkibdə) Məhkum xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 94-cü mad. 1,6,7-ci bəndləri, xx.xx.1993-cü ildə qüvvədə olmuş CM-nin 88-ci mad. 2 his. 1,2,6-cı bəndləri ilə təqsirli bilinmiş və CM-nin 94cü mad. 1,6,7-ci bəndləri ilə - öm ürlük azadlıqdan məhrumetmə cəzasına, CM- nin 88-ci mad. 2 his. 1,2,6-cı bəndləri ilə - 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Türkmənistan Respublikası Kopetdağ məhkəməsinin 14 noyabr 1994-cü il tarixli hökmü ilə həmin ölkənin CM-nin 90-cı mad. 4 hissəsi və digər maddələrilə ona təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasını da nəzərə alaraq, 01,09.2000-ci ilə kimi qüvvədə olan CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə olunması yolu ilə barəsində qəti cəza - ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını həbsxanada çəkməsi, cəzasının əvvəlinin 19 iyun 1994-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmlə X1 təqsirli bilinib m əhkum edilmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübut-mərhum E.P.Qasımova məxsus qısaqol üst köynəyin zərərçəkmişə qaytarılması, iş üzrə xx.xx.1993-cü il tarixdə keçirilmiş ekspertiza xərci- 500 manat pulun-Məhkum və E.D.Hüseynovdan dövlətin nəfinə tutulması hökm edilmişdir. Qeyd olunan hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2001 -ci il tarixli, 3 HK-129 saylı qərarı ilə (sədrlik edən M.H.Zeynalov, hakimlər Q.M.Həsənov və H.Ü.Həmidovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Məhkum Azərb.Resp.CM-nin 94-cü maddənin 1,6,7-ci bəndləri, 88-ci maddənin 2 hissəsinin 1,2,6-cı bəndlə ri ilə məhkum olunmasına dair 28 iyun 2001 -ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin olunmadan saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 3 HK-129 saylı qərarı ilə (sədrlik edən E.E.Rəhimov, hakimlər K.H.Əkbərov və F.A.Qasımovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2001-ci il tarixli, 3 HK-129 saylı qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müdətin bərpasına dair məhkumun vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3 HK-129 saylı qərarı ilə Məhkum Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 3 HK-129 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün ötürül müş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3 HK-129 saylı qərarından kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən ona ağır cəza təyin edilmiş və ailə vəziyyəti nəzərə alınmamış, yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququ pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 22 may 2024-cü il tarixli qərarının ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 409.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi kassasiya şik ayəti vermək hüququna malikdirlər. 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökm ündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilm əsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi ap ellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şika yəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxs in iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 3 HK-129 saylı mübahisələndirilən qərarı məhkuma təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmiş, həmin qərar 16 may 2021-ci il tarixdə məhkuma rəsmi qaydada təqdim edilmiş, qərardan şikayət vermək hüququ və qaydası həmin qərarın nəticəvi hissəsində də öz əksini tapmışdır. Məhkum müvafiq ərizəni və kassasiya şikayətini 15 aprel 2024-c ü il tarixdə imzalamış, şikayət xx.xx.2024-cü il tarixdə cəzaçəkmə müəssisəsi tərəfindən qeydə alınaraq aidiyyatı üzrə məhkəməyə ünvanlanmışdır. Göründüyü kimi, kassasiya şikayəti mübahisələndirilən qərar məhkuma rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində yox, 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün sonra verilmişdir. Məhkumu bu müddət ərzində kassasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Göründüyü kimi, Məhkum kassasiya şikayəti verə bilməsinə mane olan yuxarıda qeyd edilən hallardan hər hansı biri olmamışdır. Məhkum vəsatətində prosessual müddəti ötürməsinin səbəbini daimi olaraq müalicə alması ilə əlaqələndirsə də, buna dair hər hansı sənəd təqdim etməmiş və həmin hal müddətin bərpası üç ün əsaslı səbəb olmamışdır. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 1 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, 2 (iki) il 11 (on bir) ay 16 (on altı) gün keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 3 il 10 ay 16 gün sonra kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəl illəri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədləri nə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 94-cü maddənin 1,6,7-ci bəndləri, 88-ci maddənin 2 hissəsinin 1,2,6-cı bəndləri ilə ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-3/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-3/2025
27.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver