Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-30/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X16, zərərçəkmiş şəxslər X9, X10, məhkumlar X13, Məhkum4 və məhkumların müdafiəçisi Müdafiəçi iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, X14, Məhkum4 və Məhkum3 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarından məhkumlar İ.R.İsazədinin, M.M.Əbilovanın, Məhkum4 və Məhkum3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən İlqar Quliyev, hakimlər Əhməd Sarıyev və Vidadi Nəsirovdan ibarət tərkibdə) 1(098)-61/2019 nömrəli 13 may 2019-cu il tarixli hökmü ilə, 25 noyabr 1991-ci il tarixdə Bərdə rayonunun Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhku m olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi gizir hərbi rütbəsində xidmət etmiş, Bərdə rayonunun Qazaxlar kəndində qeydiyyatda olan; Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə zadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2018-ci il tarixdən hesablanmış, 03 mart 1990-cı il tarixdə Ağdam rayonunun Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonunun Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; X21 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətin azadlı qdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən X17 təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməsi, onun uşaqları 14 yaşına çatanadək təxirə salınmışdır, 19 dekabr 1966-cı il tarixdə Ağdam rayonunun Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Şurabad kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan; Məhkum4 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 5 (beş) ay 2 (iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM- in 70ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilmiş, 20 iyul 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayon polis şöbəsinin sabiq polis nəfəri, işləməyən, Ağdam rayonunun Şurabad kəndində qeydiyyatda olan; Məhkum3 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X25, X15 və X22 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Hökmə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhkum1, Müdafiə Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin rabitə bölüyünün texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, qohumu və aralarında yaxın münasibət olan, 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan X15 ondan, arvadı X11 və sonuncunun qardaşı Məhkum3 sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, hər bi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. X21 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Manya Əbilova əri Məhkum1 vasitəsilə tanıdığı X15 ilə yaxın münasibətdə olmuş, yaranmış xoş münasibətdən istifadə edən Məhəmməd Soltanlı 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ondan, əri Məhkum1 və qardaşı Məhkum3 sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul alaraq şəxsi ehtiyac ları üçün xərcləmiş, hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhkum4, 2017-ci ilin sonlarında, övladları Məhkum3, X21 və sonuncunun əri Məhkum1 ilə söhbət əsnasında bilmişdir ki, Məhkum1 qohumu X15 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, övladları tərəfindən ona sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul vermiş, Məhəmməd Soltanlı hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhkum3 bacısı X14 əri Məhkum1 vasitəsilə tanıdığı X15 ilə yaxın münasibətdə olmuş, yaranmış xoş münasibətdən istifadə edən Məhəmməd Soltanlı 2016cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ondan, Məhkum1 və Manya Əbilovadan sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında bor c pul alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. X22 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Asif Əzizov arvadının qardaşı Məhkum1 vasitəsilə X5 tanımış, aralarında yaxın münasibət olmamış, Məhkum1 vasitəsilə öyrənmişdir ki, Məhəmməd Soltanlı 2016cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən Məhkum1, arvadı X11 və sonuncunun qardaşı Məhkum3 sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, b ir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. X25 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Yaşar Əliyev, Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən həyətində çilingər kimi işlədiyi müddətdə tanışı, X15 dəfələrlə şəxsi işləri ilə bağlı ona müraciət etmiş və aralarında yaxın şəxsi münasibətlər yaranmışdır. Məhəmməd Soltanlı, 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, aralarında yaxın münasibət olan dayısı oğlu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Məhkum1 və onun arvadı X21 və sonuncunun qardaşı Məhkum3, habelə ayrı-ayrı dostlarından və tanışlarından sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. X15 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhəmməd Soltanlı, 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək olan müddətdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, aralarında yaxın münasibət olan dayısı oğlu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Məhkum1 və onun arvadı X21 və sonuncunun qardaşı Məhkum3, habelə ayrı-ayrı dostlarından və tanışlarından sonradan qaytarmaq şərtilə müxtəlif vaxtlarda, dəfələrlə, müxtəlif miqdarlarda, habelə, bir dəfə 7.000 (yeddi min) manat miqdarında borc pul alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, hərbi xidməti başa vurub evə qayıtdıqdan sonra həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. 2017-ci ilin iyul ayında Məhəmməd Soltanlı hərbi xidmətini başa vurub evlərinə qayıtdıqdan sonra, həmin şəxslər hərbi xidmət zamanı ona verdikləri pulu yüksək faizlə qaytarmaq müqabilində ayrı-ayrı şəxslərdən götürdüklərini, artıq hesablanmış fa izlərlə birlikdə təxminən 25-30.000 (iyirmi beş-otuz min) manat miqdarında borc pulun təcili sahiblərinə qaytarılmalı olduğunu ondan tələb etmişlər. Məhəmməd Soltanlı uzun müddət evlərində atası X12 məxsus və seyfdə saxladığı külli miqdarda pulu müxtəlif üsullarla, gizli surətdə oğurlayıb həmin şəxslərə olan borcunu ödəməyə çalışsa da, bu cəhdləri evdə həmişə ailə üzvlərindən bir nəfərinin olması və digər səbəblərdən baş tutmamışdır. X20 Soltanlı üçün faiz müqabilində pul götürdüyü şəxslər dəfələrlə və təkidlə pullarını tələb etmiş, artıq Manya Əbilovanın anası Məhkum4 da Məhəmməd Soltanlının onun övladlarına pul borcu olması barədə bilmiş, övladları ilə birlikdə Məhəmməd Soltanlıdan hansı formada olursa-olsun pulu qaytarmasını tələb etmişlər. 2017-ci ilin dekabr ayının sonları və 2018-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq Məhəmməd Soltanlı, Manya Əbilova, Məhkum3, Məhkum1 və sonuncunun bacısının əri, Manya Əbilovaya pul borcu olan X22 bir neçə dəfə görüşüb danışaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, evdə heç kimin olmadığı vaxt, Məhəmməd Soltanlının köməkliyi ilə, onların Bərdə rayonunun Qaradağlı kəndində yerləşən evlərinə daxil olaraq, atası Kərim Soltanova məxsus seyfi oğurlamağı, aparıb seyfi kəsdirməyi, içərisindəki qrup üzvlərinə məlum olmayan külli miqdarda pulu götürüb yenidən seyfi qaytarıb yerinə qoymağı planlaşdırmışdır. Bu plan barədə Məhkum4 da məlumatı olmuş, qrup üzvləri ilə birlikdə cinayətin planlaşdırılıb həyata keçirilməsində yaxından iştirak etmiş, xüsusən qrup üzvlərinin fəaliyyətlərini və oğurlanacaq pulun bölünməsini nəzarətdə sax lamışdır. Həmin ərəfədə, Məhəmməd Soltanlı tanışları, Bərdə şəhərində yaşadığı evdə çilingər işləyən X25 ilə görüşüb qohumlarına pul borcu olduğunu və qaytara bilmədiyini, evlərində atasına məxsus olan və içərisində pul saxlanılan seyfi onun yanına gətirməyi, pul müqabilində həmin seyfi kəsici alətlə kəsib içərisindəki pulları çıxarıb borcunu qaytarmaqda ona köməklik etməyi xahiş etmiş və onlar razılaşmışlar. Beləliklə, qrup üzvləri, valideynlərinin evdə olmadığı vaxt Məhəmməd Soltanlının digər qrup üzvlərinə məlumat verməklə onları evdə gözləməsi, Məhkum3, Məhkum1 və Asif Əzizovun onların yaşadığı evin yaxınlığına gəlmələri, X29 Soltanlının açıq saxladığı qapıdan həyətə daxil olmaqla evə girməsi, sonuncunun verdiyi istiqamət üzrə hərəkət edərək seyfin saxlandığı otağa daxil olub seyfi göt ürərək çölə çıxarması, çöldə onu gözləyən Məhkum1 və Məhkum3la birlikdə seyfi Yaşar Əliyevin yaşadığı Bərdə şəhəri Babək küçəsində yerləşən 3 nömrəli evə aparmaları, yalnız Məhkum3 seyflə həmin ünvana daxil olması, Yaşar Əliyevin seyfi kəsici alətlə kəsib pulları oradan çıxardıqdan sonra seyfi X36 İsazadə ilə Məhəmməd Soltanlının yaşadığı evə aparmaları, X29 Soltanlının köməkliyi ilə evə daxil olaraq verdiyi istiqamət üzrə hərəkət edib seyfi götürdüyü yerə qoyması, Asif Əzizovun artıq Məhəmməd Soltanlı ilə bərabər evdən çıxaraq çöldə onları gözləyən Məhkum1 ilə birlikdə Manya Əbilovanın kirayədə yaşadığı ünvana gəlmələri, Məhkum3 isə Yaşar Əliyevin evindən çıxıb oğurlanmış pullarla birlikdə Manya Əbilovanın yaşadığı ünvana gəlməsi, sonradan Məhkum4 da iştirakı ilə oğurlanmış pulları bölməl əri barədə razılığa gəlmişlər. 07 yanvar 2018-ci il tarixdə, Məhəmməd Soltanlı qrup üzvləri ilə danışaraq anasının xəstə olması ilə bağlı valideynlərinin 2 gün müddətinə Bakı şəhərinə getdiklərini, evlərində heç kimin olmadığını bildirmişdir. Qrup üzvləri olan Məhkum1, Məhkum3 və Asif Əzizov həmin günü saat 23 radələrində, Məhəmməd Soltanlının yaşadığı Bərdə rayonunun Qaradağlı kəndində yerləşən evlərinin yaxınlığına gəlmiş, biri-birləri ilə mobil telefon vasitəsilə əlaqə yaratmış, Məhəmməd Soltanlı qapını açıq saxlamışdır. Asif Əzizov təklikdə evə yaxınlaşaraq açıq qapıdan həyətə daxil olaraq Məhəmməd Soltanlı ilə görüşüb onun verdiyi istiqamət üzrə hərəkət edərək evdə yataq otağındakı paltar dolabında saxlanılan seyfi üzərindəki örtüklə birlikdə götürərək çölə çıxmış, çöldə onu gözləyə n Məhkum1 və Məhkum3la birlikdə Yaşar Əliyevin yaşadığı ünvana gəlmişlər. Məhkum3 təklikdə seyflə birlikdə Yaşar Əliyevin həyətinə daxil olmuş, Yaşar Əliyev kəsici alətlə seyfi arxadan kəsmiş, Məhkum3 seyfdən 130.000 (yüz otuz min) ABŞ dolları və 30.000 (otuz min) manat, yəni cəmi 251.013 (iki yüz əlli bir min on üç) manat pulu oğurlamış, həmin yerdən Məhəmməd Soltanlı ilə mobil telefon əlaqəsi yaradaraq götürülən pulun miqdarı barədə ona məlumat vermiş, sonuncu götürülən puldan 10.000 (on min) ABŞ dollarını və ya 17.000 (on yeddi min) manat Yaşar Əliyevin gördüyü işin müqabilində ona verməsini demiş, Məhkum3 götürülən puldan 17.000 (on yeddi) min manat Yaşar Əliyevə vermiş və qalan pulları götürüb həyətdən çıxmışdır. Digər qrup üzvü olan Məhkum4 həmin müddətdə qrup üzvü olan Manya Əbilova ilə daim telefon əlaqəsində olaraq cinayətin gedişatı barədə məlumatlandırılmış, tapşırıqlarını Manya Əbilova vasitəsilə digər qrup üzvlərinə çatdırmışdır. Məhkum3 pulları yığdığı idman çantası ilə birlikdə Manya Əbilovanın yaşadığı ünvana gəlmiş, Asif Əzizov isə Məhkum1 ilə birlikdə seyfi götürüb Məhəmməd Soltanlının yaşadığı ünvana getmiş, Asif Əzizov təklikdə həyətə daxil olaraq Məhəmməd Soltanlının verdiyi istiqamət üzrə hərəkət etməklə seyfi götürdüyü yerə aparıb qoyduqdan sonra Məhəmməd Soltanlı da onunla birlikdə çölə çıxaraq Məhkum1 ilə görüşüb Manya Əbilovanın yaşadığı ünvana gəlmişlər. Oğurlanmış puldan 10.000 (on min) manat pul əvvəlcədən razılaşdıqları kimi Asif Əzizova verildikdən sonra sonuncu həmin ünvandan getmiş, qalan 224.012 (iki yüz iyirmi dörd min on iki) manat pul is ə Məhəmməd Soltanlı, Manya Əbilova, Məhkum3, Məhkum4 və Məhkum1 arasındakı razılığa əsasən həmin ünvanda saxlanılmışdır. 08 və 09 yanvar 2018-ci il tarixlərdə, Məhəmməd Soltanlı həmin oğurlanmış puldan 6-7.000 (altı-yeddi min) manatını Manya Əbilova və onun ailə üzvlərindən alaraq ayrı-ayrı şəxslərə olan borcunu qaytarmış, 10 yanvar 2018-ci il tarixdə Məhəmməd Soltanlının atası Kərim Soltanov evindən oğurluq edildiyini öyrəndikdən sonra Məhəmməd Soltanlı evlərindən qaçaraq qrup üzvü olan Məhkum4 Yevlax rayonunda yaşadığı ünvana gəlmişdir. Digər qrup üzvləri olan Məhkum1, Manya Əbilova və Məhkum3 da həmin ünvanda olmuş, həmin şəxslər Məhəmməd Soltanlıya Bakı şəhərinə qaçıb orada gizlənməyi, mobil telefon nömrələrini tez-tez dəyişməyi, yalnız onlarla əlaqə yaratmağı, nə qədər pul lazımdırsa ona göndərəcəklərini demiş və həmin vaxt Məhkum3 öz adına mobil telefon nömrəsi alaraq ona vermiş, Məhkum4 isə oğurlanmış puldan ilkin olaraq 500 (beş yüz) manat pul Məhəmməd Soltanlıya verərək Bakı şəhərinə yola salmışlar. Məhəmməd Soltanlı Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda yaşamış, ailə üzvlərindən gizlənərək onlarla əlaqə yaratmamış, yalnız qrup üzvləri olan Məhkum4, Manya Əbilova və Məhkum1 ilə danışıb görüşmüş, onların məsləhətləri ilə hərəkət etmiş, 10 yanvar 2018-ci il tarixdən 09 may 2018-ci il tarixədək, yəni atası tərəfindən Bakı şəhərində tapılaraq evlərinə gətirilənə qədər olan vaxt ərzində Məhəmməd Soltanlının istəyi əsasında evdən qaçarkən şəxsiyyət vəsiqəsini özü ilə götürmədiyi üçün qrup üzvü olan Məhkum4 adından Yevlax rayonundan Məhəmməd Soltanlının dostu X27 və t anışı X2 adlarına Bakı şəhərinə Məhəmməd Soltanlı üçün poçt vasitəsilə 6.350 (altı min üç yüz əlli) manat, bank köçürməsi vasitəsilə 1.350 (min üç yüz əlli) manat və başqa yollarla müxtəlif məbləğlərdə pul göndərilmiş, həmin pulları Məhəmməd Soltanlı Bakı şəhərində özü üçün xərcləmiş, pulun qalan hissəsi isə qrupun üzvləri olan Məhəmməd Soltanlı, Manya Əbilova, Məhkum3, Məhkum1 və Məhkum4 arasında bölünmüşdür. Hökmdən zərərçəkmiş şəxs K.İ.Soltanov, məhkumlar Məhkum1, M.M.Əbilovanın, Məhkum4 və Məhkum3 müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) 1-1(104)-91/2019 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxs və məhkumların müdafiəçiləri Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarından məhkumlar İ.R.İsazədinin, M.M.Əbilovanın, Məhkum4 və Məhkum3 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsinin hökmündə, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarında tədqiq edilmiş mötəbər, mümkün və əsaslı sübutları mövcud deyildir. Hökm və qərar ancaq ehtimal və fərziyyələrə əsaslanmışdır. Məhkəmə istintaqı zamanı cinayət əm əlinin hər bir şəxs tərəfindən necə, nə vaxt və harada törədilməsi tam əks etdirilməmişdir. Yekun qərarlarına əsasən məhkumlar Məhkum1, X21, Məhkum4 və Məhkum3 cinayət əməlinin törədilməsindən xəbərlərinin olmamasına, cinayət əməli törədilərkən hadisə yerində olmamalarına baxmayaraq, cinayət əməli törətməkdə əsassız olaraq təqsirli bilinmişlər. Kassator qeyd edir ki, iş üzrə digər məhkum X4 cinayət əməlinin törədilməsinə cəlb etdiyi şəxslər dəmir seyfdə olan pulların məbləğinin, cəmisi 30.000 (otuz min) manat olduğunu bilmişlər və onların dəmir seyfdə olan məbləğin, cəmisi 30.000 (otuz min) manat olmasını bilmələri səbəbindən, əməlləri ən pis halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2. 4-cü maddələri ilə tövsif olunmalı idi. Digər tərəfdən isə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən oğurluq kimi qiymətləndirilmiş və predmeti 30.000(otuz min) manat təşkil etməli olan cinayət əməlinin təşəbbüskarı və təşkilatçısı olan X15 cinayət əməli törədijməzdən əvvəl qeyd etdiyimiz kimi digər cinayət iştirakçılarına bildirmişdi ki, onun yaşadığı Bərdə rayonunun Qaradağlı kəndində yerləşən evlərində içərisində ona babasından miras qalmış 30.000 (otuz min) manat məbləğində pul olan dəmir seyf vardır və o, həmin dəmir seyfi evdən, evdəkilərin, o cümlədən ata və anasının məlumatları olmadan çıxarmaq istəyir. Digər şəxslər də əmlakın’ Soltanlı Məhəmmədin özünə məxsus olmasını başa düşmüş, lakin hesab etmişlər ki, X1 evlərindən evdəkilərin məlumatı olmasın və onlar da həmin pullar a şərik olmasınlar deyə gizlincə çıxartmaq istəyir. Bu halda cinayət əməlini törətmiş şəxs kimi yalnız X5 və X18 cinayət məsuliyyətinə cəlb etmək olardı. Digər şəxslərin isə, faktiki cinayət əməlinin törədilməsindən məlumatları olmadığından, hərəkətlərində cinayət tərkibi yoxdur. Həm ibtidai araşdırma, həm də ki, məhkəmə baxışları zamanı bütün məhkum olunmuş şəxslərin verdikləri ifadələrindən görünür ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən oğurluq kimi qiymətləndirilmiş və predmeti 30.000(otuz min) manat təşkil etməli olan cinayət əməlinin təşəbbüskarı və təşkilatçısı olan X15 oğurlanmış pullardan, 80.000 (səksən min) ABŞ dollarını cinayət əməlinin planlaşdırıldığından, törədilməsindən tam məlumatlı olmaqla faktiki cinayət əməlinin törədilməsində X6 ilk yardımçı və köməkçi ol an qardaşı Ramiqin həyat yoldaşı X23 günahsız insanlar isə əsassız olaraq, cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalar almışlar. Məhkəmə cinayət əməlinin təşəbbüskarı və təşkilatçısı olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilib, ona, cəmisi 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, seyfi evdən götürüb çıxarmış X19 cəmi 03 (üç) il, ancaq cinayətin digər sıravi kənar, əslində isə heç bir iştirakçısı belə olmayan şəxslərə, yəni faktiki olaraq heç bir cinayət əməlləri törətməyən hüquqlarını müdafiə etdiyim şəxslərə: Məhkum1 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası, X17 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Məhkum3 isə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Bu ha l isə heç bir məntiqə uyğun deyildir. İbtidai araşdırma orqanı və məhkəmə tərəfindən oğurlanmış kimi qiymətləndirilmiş pulların əmələ gəlmə mənbələri araşdırılmamış və cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X7 və onun qardaşı oğlu X8 belə fantastik məbləğləri haradan əldə etmələri tamamilə aydınlaşdırılmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxslərin hərəkətlərində heç bir cinayətin tərkibi yoxdur. Onların yeganə günahları ondan ibarətdir ki, onlar X3 borcunun qaytarılmasını tələb etmişlər və vətəndaş X4 öz qardaşının həyat yoldaşı ilə əlaqəyə girib, ona babasından miras qalmış pulları öz evindən atasının və anasının xəbərləri olmadan götürmək istəməsindən məlumatlı olmuşlar. Hüquqlarını müdafiə etdiyi şəxslər borclarının qaytarılması arzularına görə məhkum olunmuşlar. Buna görə i nsanı cinayət məsuliyyətinə cəlb etmək və hətta məhkum etmək heç bir qanunun normalarına sığmır. Belə ki, qeyd olunan hallarda cinayətin obyektiv, subyektiv tərəfləri yoxdur. Eyni zamanda, aydındır ki, hər hansı bir şəxs cinayət əməlini törədərkən onun həmin cinayət əməlini törətməyə heç olmazsa niyyəti olmalıdır. Hüquqlarını müdafiə etdiyi şəxslər isə yalnız öz borclarının qaytarılmasını istəmişlər, başqa bir niyyətləri olmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və məhkumlar Məhkum1, Məhkum3, M.M.Əbilovaya və Məhkum4 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin çıxışını, kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində iş üzə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmədiyini, məhkumlar Məhkum1, X14, Məhkum4 və Məhkum3 əsassız olaraq təqsirli bilindiyini vurğulayaraq, kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tar ixli qərarının ləğv edilməsini və məhkumlara bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum1 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməmiş, məhkum X21 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etmiş, Məhkum4 törətdiyi cinayə t əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etmiş, Məhkum3 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etmiş, onların qeyd edilmiş cinayət əməllərini törətmələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizasının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan əlavə, nə ibtidai istintaq orqanı, nə də birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum1 və Məhkum3 oğlunun əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya kollegiyası məhkumların törətdikləri cinayət işi üzrə cinayət əməlinki rollarını təhlil edib, belə qərara gəlir ki, əgər cinayət bir nəfər tərəfindən törədilirsə (icra edilirsə), digər şəxs və ya şəxslər bu cinayətin törədilməsində bilavasitə iştirak etməmişlərsə, o zaman onun (onların) əməli (əməlləri) cinayətdəki roluna görə CM-in 32-ci maddəsinə istinad edilməklə təşkilatçı, təhrikçi və ya köməkçi kimi tövsif edilməlidir. Hazırki halda da məhkum Manya Əbilova cinayəti təşkil etmiş, Məhkum4 isə məsləhətləri və məlumatları bildirən olmuşdur. Azərbaycan Respublikası CM-in 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş v ə ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Odur ki, məhkum Manya Əbi lovanın əməli Azərbaycan Respublikası CM-in 177.3.2ci maddəsindən CM-in 32.3,177.3.2-ci maddəsinə, Məhkum4 əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən CM-in 32.5,177.3.2-ci maddəsinə tövsif edilməli, onlara bu maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Məhkum1 və Məhkum3 aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma istinad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiy ası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlar Məhkum1, X14, Məhkum4 və Məhkum3 barəsində bəraət verilməsinə heç bir əsas vermir. Kassasiya şikayətlərinin dəlilləri təkzibedilməz sübutlara söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası məhkumların müdafiəçisinin məhkumlar barəsində bəraət verilməsinə dair dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, cinayət işinin icraatına Məhkum1, Məhkum4, M.M.Əbilovaya və Məhkum3 aid hissədə onlara bəraət verilməsi üçün cinayət işinin materiallarında heç bir sübut yoxdur. Məhkumlar X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,177.3.2-ci maddəsi və Məhkum4 CM-in 32.5,177.3.2-ci maddəsi ilə cəza təyin edilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmlə məhkum Manya Əbilovaya CM-in 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum4 isə CM-in 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkumlar X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,177.3.2-ci maddəsi və Məhkum4 CM-in 32.5,177.3.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, hökmlə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyələrini nəzərə alır. “Məhk əmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Beləliklə, kassasiya kollegiyası yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməli, məhkum X14 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən CM-in 32.3,177.3.2-ci maddəsinə tövsif edilməli, Məhkum4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,177.3.2-ci maddəsinə tövsif edilməli, bu maddə ilə onlara cəza təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1, X21, Məhkum4 və Məhkum3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərarı məhkumlar X21 və Məhkum4 aid hissədə dəyişdirilsin. Məhkum X14 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən CM-in 32.3,177.3.2-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 6 (altı) il 9 (doqquz) ay müddəti nə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən məhkum X21 tərəfindən cəzanın çəkilməsi onun uşaqları 14 yaşına çatanadək təxirə salınsın. Məhkum4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,177.3.2-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi əsasən Məhkum4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Məhkum4 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Məhkum4 sınaq m üddəti ərzində davranışına nəzarət Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-30/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-30/2020
18.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver