Məhkəmə qərarları › İş №1-1(102)-30/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-30/2021

23.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-30/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqs irli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 13 iyul 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi X9 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: Q.S.Sadayev (sədrlik edən), K.V.Əliyev və V.M.Nəsirovdan ibarət tərkibdə) 05 may 2017-ci il tarixli hökmü ilə 25 oktyabr 1989-cu ildə Goranboy rayonu, Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunma mış, Goranboy rayonu, Şəfəq kəndində qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 avqust 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə) 13 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiy a Məhkəməsinin Hərbi kollegiyasının 13 iyul 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasına dair Məhkum vəsatətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) 20 noyabr 2020-ci il tarixli qərarı ilə məhkumun vəsatəti təmin edilməmiş, kassasiya şikayəti vermə müddəti bərpa olunmamışdır.. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi X9 oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. Məhkum ərizədə müdafiəçisi tə rəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi X9 oğlu tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar