Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-30/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından məhkum olunmuş şəxs X5 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiy yəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 1-1(093)-161/2022 nömrəli (hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi ilə) hökmü ilə 10 noyabr 1968-ci il tarixdə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda XXX sərəncamında, polkovnik rütbəsində sərəncamda olan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının başlanğıcının 6 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. X1 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 22 noyabr 2022-ci il tarixli 1-1(103)-19/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından X1 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, X2 Elçin Nəriman oğlunu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələri nümayəndələrinin vasitəsilə kütləvi nümayiş etdirməklə internet informasiya ehtiyatlarında yaymışdır. Belə ki, o, Milli Müdafiə Universiteti rektorunun tədris üzrə müavini vəzifəsini icra edən, polkovnik rütbəsində hərbi qulluqçu statusunda sərəncamda olarkən xx.xx.2022-ci il tarixdə “Youtube” internet informasiya platformasında “Kanal 13” və “Laf TV” TV kanallarında yayımlanan, üç yüz mindən artıq şəxs tərəfindən izlənilmiş videoçarxda KİV nümayəndələrinin iştirakı ilə keçirdiyi konfransda çıxış edərək hazırda Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi vəzifəsində hərbi xidmətdə olan, ədliyyə polkovniki X7 2017-ci ilin aprel-iyun aylarında Müdafiə Nazirliyi Hüquq İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsini icra edən zaman “Tərtər hadisələri”ndə camaatın balalarının döyülməsində, millətin balalarının qırılmasında və ölümündə əli olduğunu, bu kimi qanunazidd hadisələrə rəhbərlik etdiyini, qorxaq olaraq sonuncunun istintaq zamanı yalan ifadələr verdiyini, “Tərtər hadisələri”nin baş verməsində birbaşa günahkar olduğunu bildirməklə, sözügedən hadisələrlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işinin istintaq edilməsini, bu işlə əlaqədar Elçin Əliyevin barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmadığını bildiyi halda ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzd an salan məlumatları kütləvi informasiya vasitəsiləri nümayəndələrinin vasitəsilə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs X5 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı Elçin Əliyevin şikayətində “camaatın balalarının döyülməsində”, “millətin balalarının qırılmasında və ölümündə əli olması”, “qorxaq olaraq sonuncunun istintaq zamanı yalan ifadələr verməsi” barədə ifadələr işlədilərək Elnur Məmmədovun onu ağır və xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atması qeyd edilmişdir. Lakin o, şikayətində həmin 3 ifadənin Cinayət Məcəlləsinin hansı maddələrinin tərkibini yaratmasını, Elnur Məmmədovun onu konkret olaraq hansı ağır və xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham etməsini şərh etməmişdir. Şikayətdə qeyd edilmiş “Döyülmə” ağır və ya xüsusilə ağır cinayət deyildir. Həmin əməllər Azərbaycan Respublikası CM-nin 332.1, 332-1.1 və 332-1.2-ci maddələrində təsbit edilmişdir (döyüldükləri qeyd edilən hərbi qulluqçular Elçin Əliyevlə tabeçilik münasibətlərində olmamışlar). Həmin maddələrin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının maksimum həddi beş il nəzərdə tutulmuşdur. Həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməlləri öz xarakterlərinə və ictimai təhlükəlilik dərəcələrinə görə az ağır cinayətlər hesab olunur. Şikayətdə qeyd edilmiş “Adam öldürmə” cinayət tərkibli əməl kimi Cinayət Məcəlləsinin bir neçə maddəsində təsbit edilmişdir. Həmin maddələrin bir neçəsi az ağır cinayət hesab olunur. “ Elçin Əliyevin istintaq zamanı yalan ifadələr verməsi” barədə ifadələr Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində təsbit edilmiş cinayət tərkibinin əlamətidir. Həmin cinayət əməli də öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət hesab edilir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, X20 Əliyevi ağır və ya xüsusilə ağır cinayətlər törətməkdə ittiham etməmişdir və buna görə də, onun əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə tövsif edilə bilməz. Birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları araşdırmamış və iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası isə həmin faktlara düzgün hüquqi qiymət verməyərək əsassız olaraq hesab etmişdir ki, X5 Azərbaycan Respublikası CM-nin 147.2-c i maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuş, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun təqsirli olması tam sübuta yetirilmiş, əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, X5 barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində X5 əsassız olaraq məhkum edildiyi, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübh əli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şər ti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyə n edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki n əfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sairə) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər teleradio proqramları və kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qeyd edilən Plenum Qərarının 7-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqə t yetirsinlər”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini yuxarıda sadalanan normaların tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, X8 verilmiş ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş əldə edilməsi və həqiqiliyi şübhə doğurmayan, mümkünlüyü, mənsubiyyəti və mötəb ərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəlləni n 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X5 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət ve rilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, X8 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Belə ki, məhkəmə iclasında nümayiş etdirilərək tədqiq edilmiş 19 avqust 2022-ci il tarixində “Youtube” platformasında “LAF TV” TV kanalında yayımlanan KİV nüm ayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransının videoçarxından, eləcə də maddi sübut kimi tanınmış, xüsusi ittihamçının təqdim etdiyi həmin konfransdan ona aid hissəsi əks edilmiş CD diskdən görünür ki, həqiqətən də Elnur Məmmədov KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında hazırda Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi vəzifəsində hərbi xidmətdə olan, ədliyyə polkovniki X7 2017-ci ilin aprel-iyun aylarında Müdafiə Nazirliyi Hüquq İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsini icra edən zaman “Tərtər hadisələri”ndə camaatın balalarının döyülməsində, millətin balalarının qırılmasında və ölümündə əli olduğunu, bu kimi qanunazidd hadisələrə rəhbərlik etdiyini, qorxaq olaraq sonuncunun istintaq zamanı yalan ifadələr verdiyini bildirmişdir. “Youtube” platfo rmasına nəzər saldıqda müəyyən edilir ki, “Kanal 13”, “Laf TV” və digər TV kanallarında təqsirləndirilən şəxsin keçirdiyi mətbuat konfransının nümayiş etdirildiyi sözügedən videoçarx 30 sentyabr 2022-ci il tarixə qədər ümumilikdə üç yüz mindən artıq şəxs tərəfindən izlənilmiş və hazırda izlənilərək baxış rəqəmləri artmaqda davam edir. Kassasiya şikayətində göstərilmiş “təqsirləndirilən şəxsə verilmiş ittihamda konkret məhz hansı ağır və ya xüsusilə ağır cinayət törədilməsinə dair böhtan atılmasının müəyyən olunmamasına” dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxs kütləvi informasiya vasitələri ilə xüsusi ittihamçını ictimaiyyətə “Tərtər hadisələri” adı altında bəlli olan ağır və xüsusilə ağır cinayətlər üzrə məhkəmə baxışlarının predmeti olmuş hadisələrə bil avasitə rəhbərlik etmiş şəxs kimi təqdim etmişdir. Bundan əlavə o, həmin kütləvi çıxışlarında X7 çox saylı insanların qırılmasına və ya öldürülməsinə bilavasitə rəhbərlik etməsinidə qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsinə dair göstərilən dəlillərini əsasız hesab edərək belə nəticəyə gəlir ki, həmin dəlillər mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən məh kəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən X8 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını (xəstəlikdən əziyyət çəkməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və bu döyüşlərdə yaralanması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, X5 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, kifayət qədər ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, X1 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq ha qqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-30/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-30/2023
29.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver