Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-30/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Rüstəmov Yavər Mirov oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1-1(098)-07/2021 nömrəli (hakim Əzizov Sevindik Əziz oğlunun sədrliyi) hökmü ilə xx.xx.1988-ci ildə Ağdam rayonunun xx kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin sürü cü-sanitarı vəzifəsində, MAHHXHQ, kiçik çavuş hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli 1-1(104)-26/2022 nömrəli (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu birgə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, nəqliyyat maşınının idarəetmə və istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən a rtıq həqiqi hərbi xidmətdə olarkən, 9 sentyabr 2019-cu il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinə məxsus «UAZ-3962» markalı, *-***-** hərbi qeydiyyat nömrə nişanlı avtomobili 34 km/saat sürətlə idarə edərək Ağdam rayonunun X kəndinin ərazisində hərəkətdə olduğu zaman cinayətkarcasına etinasızlıq göstərərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmiş «Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin hərəkət hissəsində t əhlükəsiz hərəkəti təmin etməli, o cümlədən həmin vaxt hərəkətdə olan velosipedçi, Ağdam rayonunun X kənd sakini Zərərçəkmiş şəxs yolu sağdan sola keçdiyini nəzərə alaraq avtomobili öz hərəkət zolağında dayandırmaq üçün tədbir görməli, sağa doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı və avtomobilin sola əks istiqamətinə çıxmasına səbəb olan hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda, idarə etdiyi avtomobilin onun hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməyərək təhlükəli manevr apararaq artıq avtomobilin hərəkət zolağını boşaltmış velosipedçi Zərərçəkmiş şəxs yolun əks hərəkət zolağında vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol bud sümüyün orta 1/3-nin açıq, sol mil sümüyünün tipik oynaqdaxili qəlpəli yerdəyişən sınıqları, sağ qulağın və gicgah nahiyəsinin əzilmiş-cırılmış-sıyrılmış yaraları» xəsarətini almış və Zərərçəkmiş şəxs velosipedinə N (əlli) manat, hərbi hissəyə məxsus «UAZ-3962» markalı, *-***-** hərbi qeydiyyat nömrə nişanlı avtomobilə isə 100 (yüz) manat məbləğində maddi ziyan dəymişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və onun müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, nə də ki, məhkəmənin hökmündə Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin və digə r normativ hüquqi aktların hansı tələblərini pozması göstərilməmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 avqust 2020-ci il tarixli 8/1128 nömrəli rəyində velosipedçi Zərərçəkmiş şəxs yol hərəkəti qaydalarını pozubpozmaması barədə suala cavab verilməsə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda velosipedçinin vəzifələri və velosipedlərin hərəkətlərinə dair tələblər konkret olaraq öz əksini tapmışdır. Belə k i, “Yol hərəkəti haqqında” Qanunun 38-ci maddəsinə görə, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir. Həmin Qanunun 46-cı maddəsinə görə, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped və moped sürücülərinə sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək, velosipedin və mopedin u zunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək, tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək, sərnişin daşımaq, nasaz, velosipeddən istifadə etmək, velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopediləri eləcədə velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Qanunverici velosipedçinin hərəkətli vəziyyətdə yolun hərəkət hissəs inə girişini tamamilə qadağan edir. Velosipedi idarə edən şəxs yolun bir hərəkət hissəsindən digər hərəkət hissəsinə keçmək istəyərkən velosipeddən düşməli və velosipedi yedəyində yolun digər hərəkət hissəsinə keçirməlidir. Yol hərəkəti haqqında qanunun tələblərindən görünür ki, velosipedçi Zərərçəkmiş şəxs yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozmuşdur və həmin pozuntularla yol-nəqliyyat hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Rüstəmov Yavər Mirov oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış ed ərək, məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norma larının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılm ası aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni nəqliyyat maşınının idarəetmə və istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi (velosipedi idarə edən şəxsin təqsiri) üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxar ılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərk ibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş nəqliyyat maşınının idarəetmə və istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla h adisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirlə ndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyy at hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Cinayət işinin materiallarında olan “yol-nəq liyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 9 sentyabr 2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş eyni tarixli yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Ağdam rayonunun X kəndindən keçən yolda baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, örtüyün növü asfalt-betondan ibarətdir, örtüyün vəziyyəti qurudur, yol örtüyünün eni 6 metrdir, hərəkət zolaqlarının sayı 2-dir, hərəkət hissəsinin eni 6 metrdir, işıqlandırma yoxdur. Avtomobil velosipedlə sol hərəkət zolağında, yolun sol kənarından mərkəzə doğru 2,37 metr, sağ kənarından 3,63 metr məsafədə toqquşmuşdur. *-***-** hərbi qeydiyyat nişanlı avtomobil yolun sol hərəkət hissəsində dayanıqlı vəziyyətdə, velosiped isə həmin avtomobilin sağ küncünə bitişik vəziyyətdədir. Yolda “U AZ-3962” markalı *-***-** hərbi qeydiyyat nişanlı avtomobilə məxsus cüt tormozlama izləri vardır, sol tormoz izi 5,04 metr, sağ tormoz izi 5,10 metrdir. “UAZ-3962” markalı *-***-** hərbi qeydiyyat nişanlı avtomobilin ön şüşəsi sınaraq yerə dağılmış vəziyyətdə, salon güzgüsü isə avtomobildən 5 metr kənara düşmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25 oktyabr 2019-cu il tarixli 26187 nömrəli rəyindən görünür ki, “UAZ-3962” markalı avtomobilə məxsus 5,10 metr uzunluğunda tormoz izinə uyğun olaraq onun tormozlamadan əvvəlki hərəkət sürəti 34 km/saat olmuşdur. “UAZ-3962” markalı *-***-** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq oluna n şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan “Təkrar məhkəmə yol-nəqliyyat ekspertizası”nın 20 avqust 2020-ci il tarixli 8/1128 nömrəli rəyinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə tərəfindən aparılan istintaq hərəkəti zamanı sürücü Məhkum göstərdiyi şəraitdə hadisə yerində ölçmələr aparılarkən müəyyən edilmişdir ki, sürücü Məhkum təhlükə anını, yəni velosipedçinin onun yoluna çıxdığını 8 metr məsafədən görmüş, dərhal əyləci basdıqdan sonra avtomobil təxminən 5,1 metr sürüşərək sol tərəfi əks hərəkət yoluna çıxmış, avtomobilin qabaq sağ tərəfi isə öz hərəkət yolunda velosipedlə toqquşmuşdur. Sürücü Məhkum göstərdiyi şəraitdə toqquşma yeri UAZ-3962 markalı avtomobilin hərəkət yolunda, yolun sağ kənarından 2,08 metr, yolun sol kənarından isə 3,92 metr məsafədə yerləşir. Rəyin nəticə hissəsində isə göstərilmişdir ki, mövcud yol şəraitində hadisə yerində qalmış 5,1 metr uzunluğunda tormoz izinə əsasən UAZ-3962 markalı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 34 km/saata uyğundur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə UAZ-3962 markalı *-***-** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə velosiped yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqa t obyekti olmadığından velosipedçinin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrindən, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 9 sentyabr 2019-cu il tarixli protokoldan, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 dekabr 2019-cu il tarixli istintaq hərəkəti protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən, “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 16 dekabr 2019-cu il tarixli istintaq hərəkəti protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən, “Zə rərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 dekabr 2019-cu il tarixli istintaq hərəkəti protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2019-cu il tarixli 1576 nömrəli rəyindən, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25 oktyabr 2019-cu il tarixli 26187 nömrəli rəyindən, təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının 20 avqust 2020-ci il tarixli 8/1128 nömrəli rəyindən, həmçinin cinayət işinin toplanılmış və tədqiq edilmiş digər sübutlarından məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, Məhkum hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olmaması, həmin vaxt velosipedçi Zərərçəkmiş şəxs yola qəflətən çıxması, bu səbəbdən də qəzadan yayınmaq üçün Məhkum dərhal əyləcdən istifadə etməsi, həmçinin onun sükanı sol istiqamətə yönəltməsi, lakin əyləcdən istifadə etdikdən sonra avtomobil sürüşdüyündən və Zərərçəkmiş şəxs yolun sol tərəfinə istiqamətləndiyindən yolun tam ortasında toqquşduqları barədə şikayətinin dəlillərinin isə əsassız hesab edir. Bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən protokolları və rəyləri iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Belə ki, hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi təqsirləndirilən şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə toplanılmış digər mötəb ər sübutlarla tam təsdiqini tapmışdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin t ərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və onun müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Rüstəmov Yavər Mirov oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 351.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-30/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-30/2024
23.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver