Məhkəmə qərarları › İş №1-1(102)-31/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-31/2020

07.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-31/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Kamil oğlun a Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilməsi vəMəhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və kassasiya protestinə dəyişikliyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), S.Ə.Əzizov(məruzəçi) və V.M.Nəsirovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx xxx 1997-ci il tarixdə Şamaxı rayonunun Novo-Dmitrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas tə hsilli, subay, əvvəllər məhkum olunmamış, xx xxxx 2017-ci il tarixdə SHXÇÜDX-nin Şamaxı rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəsinin rabitə bölüyünün radio tağımında sürücü-elektrik vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olanTəqsirləndirilən şəxs Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, xx xxxxxx 1998-ci il tarixdə Tovuz rayonunun Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, əvvəllər məhkum olunmamış, xx xxxx 2017-ci il tarixdə SHXÇÜDX-nin Tovuz rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəsinin rabitə bölüyünün telefon-teleqraf tağım ının telefonçusu vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, Tovuz rayonunun Bozalqanlı kəndində qeydiyyatda olan, Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin332.2.1, 332.2.2 maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu iləbarəsində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx x xxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum və Təqsirləndirilən şəxs Kamil oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, istintaq orqanının qənaətinə görə, Məhkum Müdafiə Nazirliyinin Ağcabədi rayonunun ərazisində yerləşən N saylı hərbi hissəsinin rab itə bölüyünün, telefon-teleqraf taqımının telefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin rabitə bölüyünün rabitə taqımında sürücü-elektrik vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, daha əvvəldən xidmətdə olan əsgərlər kimi onlarla birlikdə, lakin onlardan az müddətə xidmət etmiş, habelə hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər üzərində öz üstünlüklərini nümayiş etdirməklə onları qorxudub təsir altında saxlamaq, iradələrini sındırıb özlərinə tabe etdirmək, həmçinin əsgərlər aylıq vəzifə maaşlarını aldıqdan sonra onlardan həmin pulu alıb şəxsi ehtiyaclarına xərcləmək niyyətilə, 2018-ci ilin iyul-noyabr aylarında, əsas ən aylıq pul müavinətlərinin verildiyi müvafiq ayların 14-18-i tarixlərində, hərbi hissənin ərazisində, əsgərlərdən hədə-qorxu ilə aldıqları pulun hamısını onlara verməyi tələb etmiş, verməyəcəkləri təqdirdə onların ünvanlarına nalayiq söyüşlər söyəcəkləri, hərbi qulluqçular arasında hörmətdən salacaqları, habelə xidmət müddətində onlara sair problemlər yaradacaqları barədə xəbərdarlıq edib hədələyərək onları qorxutmaqla həmin pulları almağa nail olmuşlar. Belə ki, o, həmin vəzifədə hərbi xidmətdə olarkən, 2018-ci ilin iyul ayının ortalarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, hərbi hissənin ərazisində, əsgər Quliyev Asif Zakir oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək, qorxudub təsir altında saxlamaq, iradəsini sındırıb özlərinə tabe etd irmək məqsədilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni hərbi qulluqçuların bir-birinə qarşı münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmələrinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin tələblərini zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla pozaraq, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədəqorxu ilə tələb etmiş, verməyəcəyi halda, ona qarşı zor tətbiq edəcəkləri, onun ünvanına nalayiq söyüşlər söyəcəkləri, xidmət yoldaşları arasında nüfuzdan salacaqları, habelə xidmət müddətində on a sair problemlər yaradacaqları ilə hədələmiş, A.Quliyev könülsüz olaraq, qorxusundan, ondan daha əvvəl xidmət etmiş Məhkum ilə K. Qəhrəmanzadənin hədələyici hərəkət və sözlərindən, xidmətdə ona problemlər yarada biləcəklərindən çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün hər ay aldığı maaşı onlara verməyə razılaşmışdır. A.Quliyev 2018-ci ilin iyul və avqust aylarında, hər ay üçün aldığı 19 manat 50 qəpik pulun 19 manatını, yəni cəmi 38 manat pulu, həmin ilin sentyabr ayının ortalarında aldığı eyni miqdarda maaşın üzərinə özündə olduğu puldan qoyaraq 20 manat pulu, həmin ilin oktyabr ayının ortalarında aldığı eyni miqdarda maaşdan 19 manat pulu, həmin ilin noyabr ayında isə aldığı eyni miqdarda maaşın üzərinə özündə olan puldan qoyaraq 20 manat pulu, ümumilikdə isə 201 8-ci ilin avqust-noyabr aylarında 97 manat ona məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Bundan əlavə, Məhkum həmin vəzifədə xidmətdə olarkən, xx xxxxxxxx 2018-ci il tarixdə, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, bölüyə yeni gəlmiş gənc əsgərlər İbrahimov Cavid Murad oğlu və onun qardaşı İbrahimli Nicat Murad oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək, qorxudub təsir altında saxlamaq, iradələrini sındırıb özlərinə tabe etdirmək məqsədilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldıqları 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədə-qorxu ilə tələb etmiş, verməyəcəkləri halda, onlara qarşı zor tətbiq edəcəkləri, onların ünvanına nalayiq söyüşlər sö yəcəkləri, xidmət yoldaşları arasında nüfuzdan salacaqları, habelə xidmət müddətində onlara sair problemlər yaradacaqları ilə hədələmiş, C.İbrahimovla N.İbrahimli qardaşları könülsüz olaraq daha əvvəl xidmət etmiş Məhkum ilə Təqsirləndirilən şəxs hədələyici hərəkət və sözlərindən, xidmətdə onlara problemlər yarada biləcəklərindən çəkinərək, heç bir borcları olmadıqları halda, aralarında bölməsi üçün aylıq maaşlarını onlara verməyə razılaşmışlar. C.İbrahimov 2018-ci ilin oktyabr ayının ortalarında, hər ay üçün 19 manat 50 qəpik olmaqla sentyabr və oktyabr aylarının maaşını, yəni 39 manat özünün və 39 manat isə qardaşı N.İbrahimlinin maaşını, yəni cəmi 78 manal pulu, həmin ilin noyabr ayının ortalarında hər ikisi aldıqları eyni miqdarda maaşın 19 manatını, yəni cəmi 38 manat pulu, ümumilikdə isə 2018-ci ilin sentyabr-noyabr ayalarında 116 manat onlara məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşlar. Həmçinin, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin sentyabr ayının sonlarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, bölüyə yeni gəlmiş gənc əsgər Süleymani Süleyman Firavan oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədə-qorxu ilə tələb etmiş, verməyəcəyi halda, ona qarşı zor tətbiq edəcəkləri, onun ünvanına nalayiq söyüşlər söyəcəkləri, xidmət yoldaşları arasında nüfuzdan salacaqları, habelə xidmət müddətində ona sair problemlər yarada caqları ilə hədələmiş, S.Süleymani könülsüz olaraq, Məhkum və Təqsirləndirilən şəxs çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün aylıq maaşını onlara verməyə razılaşmışdır. S.Süleymani 2018-ci ilin oktyabr ayının ortalarında, hər ay üçün 19 manat 50 qəpik olmaqla sentyabr və oktyabr aylarının maaşını, yəni cəmi 39 manat pulu, həmin ilin noyabr ayının ortalarında isə eyni miqdarda aldığı maaşdan 19 manat pulu, ümumilikdə isə 2018-ci ilin sentyabr-noyabr aylarında 58 manat ona məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Eləcə də, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin sentyabr ayının sonlarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, bölüyə yeni gəlmiş gənc əsgər Sadıqov Orxan Böyük kişi oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədə-qorxu ilə tələb etmiş, O.Sadıqov könülsüz olaraq, Məhkum və Təqsirləndirilən şəxsn çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün aylıq maaşını onlara verməyə razılaşmışdır. O.Sadıqov 2018-ci ilin oktyabr və noyabr aylarının ortalarında, hər ay üçün aldığı 19 manat 50 qəpik pulun 19 manatını, yəni cəmi 38 manat pulu, habelə, 2018-ci ilin dekabr ayının əvvəllərində yaxın dostunun ona verdiyi 30 manat pulu, ümumilikdə isə 2018-ci ilin oktyabr-dekabr aylarında 68 manat ona məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Habelə, Məhkum həmin vəzifədə xidmət də olarkən, 2018-ci ilin oktyabr ayının ortalarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, əsgər Səfərzadə Ağababa Sərraf oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədə-qorxu ilə tələb etmiş, A.Səfərzadə könülsüz olaraq qorxusundan, ondan daha əvvəl xidmət etmiş Məhkum ilə Təqsirləndirilən şəxs çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün aylıq maaşını onlara verməyə razılaşmışdır. A.Səfərzadə 2018-ci ilin oktyabr və noyabr aylarının ortalarında, hər ay üçün aldığı 19 manat 50 qəpik pulun hamısını, yəni ümumilikdə cəmi 39 manat ona məxsus p ulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Habelə, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin oktyabr ayının ortalarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, əsgər İsmayılov Fərid Musa oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşı olan pulu tam şəkildə onlara verməyi hədə-qorxu ilə tələb etmiş, verməyəcəyi halda, ona qarşı zor tətbiq edəcəkləri, onun ünvanına nalayiq söyüşlər söyəcəkləri, xidmət yoldaşları arasında nüfuzdan salacaqları, habelə xidmət müddətində ona sair problemlər yaradacağı ilə hədələmiş, F.İsmayılov onlardan çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün aylıq maaşını onlara verməyə razılaşmışdır. F.İsmayılov 2018-ci ilin oktyabr və noyabr aylarının ortalarında, hər ay üçün aldığı 19 manat 50 qəpik pulun üzərinə öz cibindən də pul qoyub, cəmi 40 manat ona məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Habelə, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin noyabr ayının əvvəllərində, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, əsgər Əhmədxanov Tariyel Fəxrəddin oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün hər ay üzrə aldığı 19 manat 50 qəpik aylıq maaşın üzərinə pul qoyub 40 manat onlara pul verməyi hədə-qorxu ilə tələb etmiş, T.Əhmədxanov könülsüz olaraq Məhkum və Təqsirləndirilən şəxs çəkinərək, heç bir borcu olmadığı halda, aralarında bölməsi üçün aylıq maaşını onlara verməyə razılaşmışdır. T.Əhmədxanov 2018-ci ilin noyabr aylarının ortalarında, həmin ay üçün aldığı 19 manat 50 qəpik pulun üzərinə əvvəlki ayda aldığı həmin miqdarda pulu və öz cibindən də pul qoyub, yəni cəmi 40 manat ona məxsus pulu həmin şəxslərə verməyə məcbur olmuşdur. Bundan əlavə, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin noyabr ayının əvvəllərində, Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, bölüyün əsgər yataqxanasında, sırada danışdıqlarına irad bildirib əsgərlər üzərində öz üstünlüklərini nümayiş etdirmək, onları qorxudub təsir altında saxlamaq, iradələrini sındırmaqla özlərinə tabe etdirmək məqsədilə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, iki və ya daha çox zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə əlaqədar pozaraq əsgərlər Asif Quliyev, Fərid İsmayılov, Ağababa Səfərzadə və Səid Abışovun sinələrindən yumruq, sifətlərindən isə sillə zərbələri vuraraq onları döymüşlər. Bundan başqa, Məhkum həmin vəzifədə xidmətdə olarkən, 2018-ci ilin noyabr ayının sonlarında, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hərbi hissənin ərazisində, ayrı-ayrılıqda əsgər Quliyev Asif Zakir oğlu, İbrahimov Cavid Murad oğlu, İbrahimli Nicat Murad oğlu, Səfərzadə Ağababa Sərraf oğlu və İsmayılov Fərid Musa oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, 2019-cu ilin yanvar ayında tərxis olunacaqları üçün artıq dekabr ayında həmin ayın maaşı ilə bərabər A.Quliyevin əlavə olaraq 60 manat, F.İsmayılovun 30 manat, A.Səfərzadənin 20 manat, C.İbrahimovla N.İbrahimlinin hər birinin 30 manat pul verməli olduğunu təkrarən, hədə-qorxu ilə tələb etmiş, verməyəcəkləri halda, onlara problemlər yaradacağı ilə hədələmişlər. A.Quliyev deyilən məbləğdə pulu tapa bilmədiyindən və ailə vəziyyəti ilə bağlı valideynlərindən pul istəməyə çəkindiyindən xx xxxxxx 2018-ci il tarixdə hirslənərək yumruqla hamamdakı pəncərini vurub sındırmış, nəticədə əlindən xəsarət almış, bu xəsarətlə bağlı hərbi hissədə araşdırma aparıldığından, bütün əsgərlər baş vermiş qanunsuzluqlar barədəərizə və izahatlarla məlumat verdiklərindən Məhkum ilə Təqsirləndirilən şəxs həmin ay daha heç kimdən pul ala bilməmişlər. Kassasiya protesti və kassasiya protestinə dəyişikliyi n dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya protestinə dəyişiklik verilmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası reallığı əks etdirən və işin faktiki halları ilə uzlaşan iş üzrə zərərçəkmiş şəxslərin təhqiqat və ibtidai istintaq zamanı vermiş olduqları izahat və ifadələrini, yəni Təqsirləndirilən şəxs Məhkum ilə birlikdə və ya ayrılıqda onların şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə onların aylıq maaşlarını hədə-qorxu ilə tələb etməsini, pul verməyəcəkləri təqdirdə onlara xidmətlərində çətinliklər yaradacağını deməsini, onların aylıq maaşlarından pullur yığmasını, bundan başqa 2018-ci ilin noyabr ayının əvvəll ərində Məhkum ilə birlikdə bölüyün əsgər yataqxanasında, sırada danışdıqlarına görə əsgərlər Asif Quliyev, Fərid İsmayılov, Ağababa Səfərzadə və Səid Abışovun sinələrindən yumruq, sifətlərindən isə sillə zərbələri vuraraq onları döyməsi ilə bağlı faktları əsassız olaraq qəbul etməmiş, əksinə həmin zərərçəkmiş şəxslərin birinci instansiya məhkəməsində vermiş olduqları həqiqəti əks etdirməyən, müdafıəyönümlü ifadələrinə əsaslanmış və həmin şəxslərin ibtidai istinaq orqanının təsiri altında Təqsirləndirilən şəxs barəsində ittiham yönümlü ifadələr verməsi qənaətinə gəlmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyi halda, onların ibtidai istintaqda verdikləri ifadələrinə istinad edilmədən, məkəmədə verdikləri ifadələrlə ziddiy yət aydınlaşdırılmadan yekun nəticəyə gəlinməsi əsassızdır. Zərərçəkmiş şəxslərin hər biri Təqsirləndirilən şəxs onİardan hədə-qorxu ilə pul tələb etməsi, onları döyüb-incitməsi, onlara qarşı qanunsuz hərəkət etməsi barədə öz sözlərindən yazılmış izahat və ifadələrini onların özləri oxuduqdan sonra imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin yuxarıda göstərilən faktları təsdiq etmələri barədə ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini qərarda qeyd etsə də, lakin onların ibtidai istintaq zamanı bu cür ifadə vermədikləri barədə ziddiyyət təşkil edən əsas məqamı araşdırmaqdamaraqlı olmamışdır. Təhlillərdən görünür ki, həmin iş üzrə təhqiqatçı və müstəntiqin qərəzli araşdırma aparması, Təqsirləndirilən şəxs böhtan atması üçün heç bir əsas olmamışdır. Ona g örə də zərərçəkmiş şəxslərin ibtidai araşdırmada verdikəri ifadələr iş üzrə toplanmış digər sübutlara uyğun olduğuna görə mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün nəzərə almamış, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə açıq-aydın uyğun gəlməyən və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin elmişdir. Məhkəmə Məhkumvə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, məhkumun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını, onun şəxsiyyətini, işin hallarını, habelə cəzam yüngülləşdirən və ağırlaşdıran halları lazımi qaydada nəzərə a lmamış, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar Qanunun tələblərinə əməl etməmiş, kifayət qədər əsaslar olmadan, eləcə də hansı halların müstəsna hal hesab edilməsi yekun məhkəmə qərarında göstərilmədən CM-nin 62-ci maddəsini tətbiq edərək məhkuma əsassız olaraq, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etmiş və bu zaman "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli qərarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, Məhkum CM-in 332.2.1, 332.2.2, 182.2.2-ci maddələri ilə məhkum olunması, eləcə də ona qarşı CM-nin 332.2.3, 182.2.1 -ci maddələri ilə irəli sürülmüş ittihamların ümumi ittiham dan xaric edilməsi və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin x xxxx 2019-cu il tarixli hökmü CPM-nin 399.1.2, 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, yəni, birinci məhkəmələrin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, həmçinin təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması əsasına görə ləğv edilməlidir. Dövlət ittihamçısı kassasiya protestinə dəyişiklikdə göstərmişdir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsaslıdır, lakin x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikli k edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu iləCM-nə 332.1-1-ci maddə əlavə edilmişdir. Təqsirləndirilən şəxs və Məhkum tərəfindən A.Quliyevdən, S.Süleymanidən, O.Sadıqovdan, A.Səfərzadədən, F.İsmayılovdan, T.Əhmədxanovdav hədə-qorxu ilə pul tələb etmə epizodları üzrə əməllərində CM-nin 332.1-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yaratmadığından və A.Səfərzadə və S.Abışova qarşı zor tətbiq etməklə döymələri epizodları üzrə əməlləri CM-nin 332-ci maddəsinə edilmiş dəyişikliyə əsasən cinayət məsuliyyətini istisna etdiyindən, onların barəsində CM-nin 182.2.1, 182.2.2 və 332.2.1, 332.2.3-cü maddələri ilə verilmiş ittihamdan imtina edilməli, yalnız “Cavid İbrahimov və qardaşı Nicat İbrahimlidən 116 manat pul tələb etməsi” epizodu üzrə isə əməlləri CM-nin 332.2.2 və 332.2.3-cü maddəsinə tövsif edilməli, onların barəsində cinayət təqibi CM-nin 332.2.2 və 332.2.3-cü maddələri ilə davam etdirilməli, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə dəyişiklik edilməlidir. Dövlət ittihamçısı qeyd edilənləri əsas götürərək məhkumların barəsində cinayət təqibi Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3-cü maddələri ilə davam etdirilməklə həmin cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya protestinə dəyişikliyin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya protestinə dəyişikliyin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya protestinə dəyişiklik Təqsirləndirilən şəxs Kamil oğluna aid hissədə təmin edilməməli, lakin Məhkum aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya in stansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya protestində məhkum Təqsirləndirilən şəxs Kamil oğlunun təqsirli olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiall arından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs prokurorluq orqanında verdiyi ilk ifadəsindən heç kimdən pul almadığını qeyd etmiş, Quliyev Asif Zakir oğlundan isə 20 manat borcunu tələb etmişdir. Zərərçəkmiş A.Z.Quliyev deyilənləri birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə təsdiq etmişdir. Bundan başqa, zərərçəkmiş şəxslərin həm Müdafiə Nazirliyinin 7-ci təhqiqat bölməsinə yazdıqları ərizələrində, həm də məhkəmələr zamanı verdikləri ifadələrdə yalnız Fərruzxadə Pərvin Paşa oğlundan narazı olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs Kamil oğlunun onlara qarşı qanunsuz hərəkət etməsinə dair heç bir ifadə verməmişlər. Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs onlardan hədə qorxu ilə pul tələb etməməsi barədə məhkəmələrdə qeyd edilmiş ifadələri il ə onların istintaq zamanı vermiş olduqları ifadələr arasında olan ziddiyyətlə bağlı araşdırma apararkən müəyyən etmişdir ki, onlar istintaq zamanı vermiş olduqları ifadələrində onlara qarşı hədə qorxu ilə pul tələb edilməsi əməlini Məhkum Təqsirləndirilən şəxs ilə birlikdə törətmiş olduqlarını bildirmişlər. Bununla belə onlar birinci instansiya məhkəməsində işə baxılarkən onlara bu ziddiyyət barədə verilən suallara cavab verərkən onlar istintaqda da məhkəmədə vermiş olduqları ifadələrlə eyni ifadə vermiş olduqlarını göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs Kamil oğlununbarəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymə tləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası Kassasiya protesti və kassasiya protestinə dəyişikliyin Məhkum aid müddəalarını nəzərdən keçirərək kassasiya protesti və kassasiya protestinə dəyişikliyin qismən təmin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə edilmiş son dəyişikliklərdə Cinayət Məcəlləsinin 332-ci maddəsinə 332.1-1-ci “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” - yarımbəndi əlavə edilmişdir. Cinayət Məcəlləsinin 332-ci maddəsinə əlavə edilmiş «Qeyd» hissəsinə əsasən, bu Məcəllənin 332.1-1-ci maddəsində «xeyli miqdar» dedikdə, yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən “A.Quliyevdən 97 manat, S.Süleymanidən 58 manat, O.Sadıqovdan 68 manat, A.Səfərzadədən 39 manat, F.İsmayılovdan 40 manat, T.Əhmədxanovdan 40 manat aldığından, təkrarən Asif Quliyevdən 60 manat, Fərid İsmayılovda n 30 manat, Ağababa Səfərzadədən 20 manat, Cavid İbrahimov və Nicat İbrahimli qardaşlarının hər birindən 30 manat pulu hədə-qorxu ilə tələb etməsi”epizodları üzrəməbləğlər xeyli miqdardan az olduğu üçün Məhkum əməli CM-nin 332.1-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmır. Bundan başqa, Məhkum “Asif Quliyev, Fərid İsmayılov, Ağababa Səfərzadə və Səid Abışova qarşı zor tətbiq etməklə döyməsi, həmçinin Fərid İsmayılovun qaş və kirpiklərini ütməsi kimi zor tətbiq etməsi” epizodları üzrə iş materiallarında olan məhkəmə-tibbi ekspertizalarının rəyinə əsasən zərərçəkmiş şəxslərin bədən səthində xəsarət və xəsarət izləri aşkar edilmədiyindən, yəni zərərçəkmiş şəxslərə yüngül xəsarət yetirilmədiyindən həmin epizodlar üzrə əməli CM-nin 332-ci maddəsinə edilmiş dəyişikliyə əsasən həmi n maddə üzrə cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri əsasən Məhkəmə kollegiyası hesab edir ki, “Cavid İbrahimov və qardaşı Nicat İbrahimlidən 116 manat pul tələb etməsi” epizodu üzrə isə Məhkum əməli CM-nin 332.2.2-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəza nı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təm inatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təyin edilmiş cəzanin yüngüllüyü ilə bağlı müddəalarla razılaşmayaraq qeyd edir ki, məhkum barəsində təyin olunmuş cəza ədalətlidir və işin hallarına tam uyğundur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərba ycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təy in edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Şərh edilənlərə məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təh-lükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya protestinə dəyişiklik Təqsirləndirilən şəxs aid hissədə təmin edilməsin. Kassasiya protesti və kassasiya protestinə dəyişiklik Məhkum aid hissədə qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 332.2.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 332.2.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum cəzasını çəkib qurtardığından dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar