Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-31/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şəmmədova Leyla Xaliq qızının iştirakları ilə Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2 019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim V.Nəsirov) xx xxx 1999-cu il tarixdə Yardımlı rayonunun Mirimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq əsgəri, Ünvan1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib CM-nin 150.2.5-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə, CM-nin 332.2.1 və 332.2.2-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ş.Q.Rzaquliyev, hakimlər E.İ.Xasməmmədov və R.Z.Mamed ovdan ibarət tərkibdə) 01 noyabr 2019-cu il tarixli qərarı ilə Məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, təkrarən, iki və ya daha çox şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münas ibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla və onlara qarşı zor tətbiq etməklə əlaqədar pozmuş, həmçinin təkrarən, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və belə zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun qumbaraatan manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən təxminən 2018-ci ilin yanvar ayının axırlarında, saat 21 radələrində həmin taborun rabitə taqımının telefon manqasının əsgəri Zərərçəkmiş şəxs2nun əmlakını qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xidmət etdiyi taborun əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs2u yanına çağırıb tabelik münasibətlərində ol mayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir” tələblərini pozaraq sonuncudan ona 2 (iki) manat məbləğində pul verməsini tələb etmiş, əsgər Zərərçəkmiş şəxs2 pul verməyəcəyini bildirdikdə onu döyəcəyini, gününü qara edəcəyini deyərək şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və həmin vaxt əsgər Zərərçəkmiş şəxs2dan 2 (iki) manat məbləğində pulu almışdır. Bundan başqa, o, həmin vəzifədə və rütbədə hərbi xid mətdə olarkən təxminən 2018-ci ilin aprel ayının sonlarında, saat 21 radələrində xidmət etdiyi taborun əsgər yataqxanasının arxasında həmin taborun rabitə taqımının telefon manqasının əsgəri Rəhimov Əjəskər Səfərəli oğlu ilə həmin manqanın əsgəri Zərərçəkmiş şəxs2nun uca səslə mübahisə etdiklərinə görə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə bir sillə, əsgər Zərərçəkmiş şəxs2un isə sol sifət nahiyəsinə iki sillə və sinə nahiyəsinə bir təpik zərbəsi vurmaqla iki zərərçəkmiş şəxsə qarşı zor t ətbiq etmişdir. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 15 may 2018ci il tarixdə, saat 12 radələrində xidmət etdiyi taborun əsgər yataqxanasının ehtiyat çıxış qapısının yaxınlığında təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs2ndan ona 2 (iki) manat məbləğində pul verməsini tələb etmiş, əsgər Zərərçəkmiş şəxs2 pul verməyəcəyini bildirdikdə onu döyəcəyini, gününü qara edəcəyini, əsgərlər arasında nüfuzdan salacağını demiş, əsgər Zərərçəkmiş şəxs2 yenə də ona pul verməkdən imtina etdikdə isə əli ndə tutduğu yanan vəziyyətdə olan siqareti əsgər Zərərçəkmiş şəxs2un sol qol nahiyəsinə basaraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol saidin yuxarı 1/3-nin arxa səthinin termiki yanıq yarası” xəsarətini yetirməklə təkrarən, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və belə zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Daha sonra o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 29 may 2018-ci il tarixdə, saat 14 radələrində xidmət etdiyi taborun əsgər yataqxanasının qarşısında təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs2na məzuniyyətdən qayıdarkən gətirdiyi şirniyyatı, siqareti və 2 (iki) manat məbləğində pulu ona verməsini, əks təqdirdə döyəcəyini, taborda olduğu müddət ərzində gününü qara edəcəyini deyərək təkrarən, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və həmin vaxt əsgər Zərərçəkmiş şəxs2dan 2 (iki) manat məbləğində pulu, hər birinin dəyəri 1 (bir) manat olan 2 ədəd “KİNG” markalı siqareti və dəyəri 1 (bir) manat 40 (qırx) qəpik olan 1 ədəd çipsini almışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2018-ci ilin iyun ayının ortalarında, saat 23 radələrində təkrarən tabelik münasibətlərində olm ayan zərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş tələbləri zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla əlaqədar pozaraq xidmət etdiyi taborun əsgər yataqxanasında yatan həmin taborun maddi-texniki təminat taqımının təsərüffat manqasının əsgəri Əlizadə Əmrah Ədalət oğlunun yatdığı çarpayıya yaxınlaşıb özünün alt tumanını aşağıya doğru çəkərək cinsiyyət orqanını çıxarıb əsgər Əmrah Əlizadənin iradəsinə zidd olaraq onu nüfuzdan salmaq və şəxsiyyətini alçaltmaq məqsədi ilə gərginləşdirilmiş vəziyyətdə olan cinsiyyət orqanını əsgər Əmrah Əlizadənin baş nahiyəsinə qoyduğu sağ əlinin bilək nahiyəs inə bir neçə dəfə sürtərək zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 27 iyun 2018-ci il tarixdə, saat 01 radələrində təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrində göstərilmiş tələbləri zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla əlaqədar pozaraq xidmət etdiyi taborun əsgər yataqxanasında yatan əsgər Zərərçəkmiş şəxs2nun yatdığı çarpayıya yaxınlaşıb özünün alt tumanını aşağıya doğru çəkərək cinsiyyət orqanını çıxarıb əsgər Zərərçəkm iş şəxs2un iradəsinə zidd olaraq onu nüfuzdan salmaq və səxsivvətini alçaltmaq məqsədi ilə gərginləşdirilmiş vəziyyətdə olan cinsiyyət orqanını əsgər Zərərçəkmiş şəxs2un ağız nahiyəsinə sürtərək təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma məhkəmələr tərəfindən təyin edilmiş cəza məqsədəuyun deyildir. Belə ki, Gəncə Hərbi Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi və həmçinin ibtidai istintaq orqanı tərəfindən tədqiq edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Cəza verilərkən məhkumun şəxsiyyəti və digər müsbət davranışları nəzərə alınmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qərarını dəyişdirərməklə Məhkum barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən məhkumun müdafiəçisi L.X.Şəmmədova kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğularaq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üç ün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhk əməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, təkrarən, iki və ya daha çox şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla və onlara qarşı zor tətbiq etməklə əlaqədar pozma, həmçinin təkrarən, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və belə zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün s übutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. İşə baxan apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayə t törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun t örədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, qanunla müəyyən edilmiş müddətdə xidmət etməklə ordu sıralarından tərxis edilməsi, xidməti cəhətdən müsbət xarakterizə olunması), cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud de yildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisi Şəmmədova Leyla Xaliq qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-31/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-31/2021
03.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver