Məhkəmə qərarları › İş №1-1(102)-31/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-31/2023

14.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-31/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən hakim X3) 27 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qaramusalı kəndində daimi qeydiyyatda olan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Məhkum üzərinə yaşayış yerini axşam 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Azərbaycan Respublikasının hüdudlarını tərk etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş vəya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrası yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) 2 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1-(97)-59/2022 saylı hökmündən dövlət ittihamçısı Rəşad Mirzəyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Dövlət ittihamçısı Rəşad Mirzəyev tərəfindən verilmiş apellyasiya protesti əsasən Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1-(97)-59/2022 saylı hökmü dəyişdirilmişdir. Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1-(97)-59/2022 saylı hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62- ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 noyabr 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. Qərarın icrasının Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunmuş, məhkum olunmuş şəxs Məhkum Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilmiş, apellyasiya protestinə əsasən Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1-(97)-59/2022 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 07 dekabr 2021-ci il tarixdə saat 16:10-da xidmət yerini özbaşına tərk edərək ailəsinin yaşadığı Goranboy rayonunun Qaramusalı kəndinə getmiş, 15 mart 2022-ci il tarixdə saat 09:00-da xidmət yerinə qayıdaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan yüngülləşdirici halların müstəsna hal kimi nəzərə alınması və təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü barədə nəticə qanunsuz və əsassız sayıla bilməz. Məhkum məhkəmədəki ifadələrində əsaslandıraraq bildirmişdir ki, onun ailə vəziyyətində yaranmış ciddi problemlərlə əlaqədar xidmətini dayandırmaq məcburiyyətində qalmışdır. Onun ailə vəziyyətində dalbadal yaranan və xidmətini davam etdirməsini qeyri-mümkün edən, lakin məhkəmə sənədlərində açıqlanmayan, yalnız ciddi problemlər kimi ümumi qeyd edilən problemlər aşağıdakılardan ibarət olmuşdu r. Belə ki, Məhkum 2019-cu ilin payız aylarında həmkəndlisi Aysel adlı qızla nişanlanmış, sonradan dünyada tüğyan edən “Covid 19” pandemiyası başlandığından, təqribən 2 ilə yaxın müddətdə toy edib ailə qurmaları geçikdiyindən, eyni zamanda xeyli uzaqda xidmət etdiyi üçün nişanlısı ilə əlaqələrində çətinlik yarandığından, nişanı qaytarılmış və nişanlısı başqa şəxslə ailə qurmuşdur. Bundan başqa Məhkum cavan ailə qurmamış Minarə adlı bacısı “korona” xəstəliyinə tutulmuş, uzunmüddətli müalicədən sonra 2021-ci ilin mart ayında vəfat etmişdir. Bundan əlavə işin faktiki hallarından biri odur ki, Məhkum doğulduğu və qeydiyyatda olduğu yer onun valideyinlərinin yaşadığı Qaramusalı kəndi olsa da, o körpə vaxtından xalası Surayyənin yanında, onun yaşadığı Goranboy rayonu Borsunlu kəndində himayəsind ə yaşamış və böyümüşdür. Övladlığı rəsmiləşdirilməsə də, Cəlal Surayənin faktiki övladı olmuşdur. Surayyə tək qadın olmaqla ailəsi olmamışdır. Məhkum hərbi xidmətdə olduğu vaxtı, faktiki anası olan Surayyə yataq xəstəsi olmuş, onun Cəlalın köməyinə ehtiyacı olmuşdur. Surayyə 2021- ci ilin dekabr ayının 14-də vəfat etmişdir. Birinci instansiya məhkəməsi Məhkum qeyd etdiyi ağır ailə problemlərindən məlumatlı olsa da, göstərilən halları xüsusi vurğulamamış və müstəsna hallar kimi qeyd etməyi diqqətdən qaçırmışdır. Məhkum qüsursuz xidməti ilə bağlı “Hərbi xidmətdə fərqlənməyə görə” təltiflərin olmasını birinci instansiya məhkəməsi nəzərdən qaçırmış, onun şəxsiyyətini müsbət səciyələndirilən hal olmasına baxmayaraq hökümdə qeyd edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfində n hökm çıxarılarkən, Məhkum barəsində CM-nin 62-ci maddəsi tədbiq olunmaqla, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün hesab edilərək, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə dair Füzuli Hərbi Məhkəməsinin hökmü qanunauyğun və ədalətli olduğundan, həmin hökmün apelyasiya protestinə əsasən dəyişdirilərək ağırlaşdırılması barədə apellyasiya məhkəməsinin qərarı ədalətli hesab edilə bilməz. Kassasiya şikayətində Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilərək, CM-nin 62-ci maddəsini tədbiq etməklə cəzasının yüngülləşdirməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya mürac iəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməmə sini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanu nunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəc əsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar n iyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum ordu sıralarından tərxis olunmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq müraciətinin cavavbsız qalmasına görə təqsirləndirilən şəxsin hərbi hissəni özbaşına tərk etmək məcburiyyətində qalmasını, şəxsiyyətini, ailə vəziyyətini, hazırda hərbi qulluqçu olmaması hallarını onun Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunması üçün məqsədəmüvafiq hesab etməyərək, təqsirləndirilən şəxsin ilk dəfə ci nayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ordu sıralarından ehtiyyata tərxis olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb həmin yüngülləşdirici halları “müstəsna hal” kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Məhkum barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növünü təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbi q edərkən yuxarıda qeyd edilən yüngülləşdirici halları müstəsna hal kimi nəzərə almaqla səhvə yol vermişdir. Belə ki, qeyd edilən hallar şəxsə cəza təyin edilərkən yüngülləşdirici hallar kimi nəzərə alına bilsə də, həmin yüngülləşdirici hallar (təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşmançılıq çəkməsi, ordu sıralarından ehtiyyata tərxis olunması) müstəsna hal kimi nəzərə alına bilməz. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hökmündə Məhkum törətdiyi cinayətin hansı məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində hansı rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hansı müstəsna halların olması ona daha yüngül cəza təyin edilməsi üçün əsas ola biləcəyini, həmçinin onu n məhz hansı formada törətdiyi cinayətlərin açılmasına fəal kömək etməsini əsaslandırmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyasının qeyd edilən mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqində düzgün nəticəyə gəlmədiyi üçün hökmdən CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qe yd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstə sna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkar ın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edildiyindən daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi x arakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yaln ız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədə rkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddə lərində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cina yət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar