Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-31/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs Qalib oğlunun, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 oğlunun, Məhkum2 və onun mü dafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakları ilə x xxxxx 2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşamış, N nömrəli hərbi hissənin 1-ci taborunun minaatan batareyasının 1-ci tağımının 1-ci manqasının heyət nəfəri, əsgər, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 182.2.1, 182.2.2, 329.2.1, 329.2.3, 329.2.4, 329.2.6 və 332.3-cü maddələri ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaq la yaşamış, N nömrəli hərbi hissənin 4-cü taborunun minaatan batareyasının 1-ci tağımının 1-ci manqasının heyət nəfəri, əsgər, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 329.2.1, 32.5, 329.2.1, 32.5, 329.2.3 və 332.3-cü maddələri ilə, xx xxxxxxx 1997-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, N nömrəli hərbi hissəsinin 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 1-ci manqasının heyət nəfəri, əsgər, halhazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 32.5, 329.2.1, 32.5, 329.2.3 və 332.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)-32/2023 nömrəli hökmündən Məhkum1, Məhkum2 müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlu, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Fətəliyev İlqar Vaqif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1-1(095)-134/2022 nömrəli hökmü ilə (hakimlər İ.M.Quliyev (sədrlik edən), V.M.Nəsirov və S.Ə.Əzizovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, həmçinin o, CM-in 329.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 332.3-cü ma ddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, həmçinin hökmlə о, CM-in 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 332.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan mə hrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2, 32.5, 329.2.1, 32.5, 329.2.3 və 332.3-cü maddələri ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)-32/2023 nömrəli hökmü ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apelyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilərək, Tərtər Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1-1(095)-134/2022 nömrəli hökmü ləğv edilmişdir. Təqsirləndirilən şəxs - CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 329.2.1, 329.2.3, 329.2.4 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 332.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - CM-i n 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 329.2.1, 32.5, 329.2.1 və 32.5, 329.2.3cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 332.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 6 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5, 329.2.1 və 32.5, 329.2.3-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 332.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən, Məhkum2 7 aprel 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında silah tətbiq etməklə və işgəncə verməklə zor tətbiq etmiş, habelə onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından başlayaraq həmin batareyanın 2-ci tağımının 1-ci manqasının komandiri, əsgər Məhkum2 və 2-ci tağımının 2-ci manqasının komandiri, əsgər Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özləri üçün daha əlverişli və rahat xidmət şəraiti yaratmaq məqsədilə, hərbi xidmət mənafelərinə əhəmiyyətli dərəcədə zərər vuran, habelə qüvvədə olan qanunvericiliklə hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən normalara və nizamnamə qaydalarına zidd olmaqla mahiyyə tinə görə batareyada əsgərlər arasındakı qarşılıqlı münasibətlərin müvafiq nizamnamələrin tələblərindən fərqli qaydada müəyyən edilmiş tələblər əsasında idarə edilməsindən, «xüsusi statusa» malik olan «starşıların» batareyada xidmət edən şəxsi heyətə qarşı zor tətbiq etmə, onları təhqir etmə, onlara məxsus əmlakı, o cümlədən aylıq pul təminatlarının müəyyən hissəsini ələ keçirmə, üzərində sərəncam vermə, habelə digər çoxsaylı qanunsuz və nizamnamədənkənar hərəkətlərə yol verməklə şəxsi heyət üzərində fiziki zor və psixi təzyiqlər vasitəsilə öz üstünlüklərini nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradələrinə tabe etdirməkdən ibarət olan, şəxsi heyət arasında qeyri-rəsmi şəkildə «starşılıq» adlanan davranış qaydalarını müəyyən etmişdir. O cümlədən, əsgər Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Məhkum1 və Məhkum2la birlikdə müəyyən etdikləri davranış qaydalarının tez bir zamanda şəxsi heyət arasında yayılaraq effektivliyinin artırılması və qeyri-rəsmi şəkildə normaya çevrilərək davamlı olaraq tətbiq edilməsi məqsədi ilə, müəyyən etdikləri qaydaları pozan hərbi qulluqçuları onların hər hansı birinin tabeliyində olub-olmamasından asılı olmayaraq hər üçünün birlikdə və ya ayrı-ayrılıqda cəzalandıracaqlarına dair öz vahid niyyətlərini ifadə edib qabaqcadan razılığa gəlmiş və bu barədə şəxsi heyətə məlumat verərək batareyanın şəxsi heyətini əvvəlcədən xəbərdar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortaların dan həmin ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda batareyanın ərazisində həmin batareyanın hərbi qulluqçuları Zərərçəkmiş şəxs X13, X10 və X5 şəxsiyyətləri üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, yəni tələblərini icra etməyəcəkləri təqdirdə onları döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini, bu səbəbdən onlara pul verməli olduqlarını bildirib özgənin əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Məhkum1 və Məhkum2la birlikdə, təkrarən, hədə-qorxu ilə tələb etməklə, onların həd ələrindən qorxmuş əsgər Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 50 (əlli) manat, əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 60 (altmış manat), əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 10 (on) manat və əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 15 (on beş) manat dəyərində müxtəlif markalı siqaretləri, ərzaqları və digər əşyaları batareyaya müəyyən müddətdən bir gələrək fəaliyyət göstərən səyyar əsgər mağazasından aldırıb həmin əmlakı öz aralarında bölərək qanunsuz ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının sonlarında saat 11-12 radələrində bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman minaatan batareyasının qarşısında bölük növbətçisi kimi xidməti istifadəsinə verilmiş açarları həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan gün növbətçisi xidmətinə təyin edilmiş həmin batareyanın 2-ci tağımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər X17 verərək şəxsi heyəti düzməsini tapşırıb özünün 15 (on beş) dəqiqəyə gələcəyini bildirmişdir. Əsgər X ondan hara getdiyini soruşduqda, əsgər Təqsirləndirilən şəxs onun bu sualından qəzəblənərək əsgər X yaxınlaşmış və onu batareyanın yeməkxanasının arxasına apararaq orada ünvanına nalayiq ifadələr işlədərək sinə nahiyəsinə yumruqla iki zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının sonlarında, səhər saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman batareyanın ərazisində həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan gün növbətçisi xidmətinə təyin edilmiş həmin batareyanın idarəetmə tağımının kəşfiyyat manqasının komandiri, əsgər X27 ilə zarafat edərkən sonuncunun da cavab olaraq onunla zarafat etməsindən qəzəblənib sinəsinə yumruqla bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə, təkrarən, zor tətbiq etmişdir. Həmçinin, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Məhkum1 və Məhkum2la bir likdə 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında onların müəyyən etdikləri, «starşılıq» adlanan davranış qaydalarına tabe olmayıb buna öz etirazını bildirən, komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər X7 batareyanın yerləşdiyi Gülablı kəndindəki istifadəsiz evin həyətinə apararaq orada üçü birlikdə sonuncudan həmin qaydalara riayət etməsini tələb etmiş və əsgərXonların bu tələbinə öz etirazını bildirdiyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı əsgərlər Məhkum1 və Məhkum2la birlikdə vahid niyyətlə əsgər Xbədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, daha sonra bu vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz t abeliyində olan şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında batareyanın şəxsi heyəti ərazinin təmizlənməsi ilə məşğul olduğu zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs ona ayrılmış işin həcminin çox olduğunu, həmin işləri müəyyən edilmiş vaxtda tək halda başa çatdırmağın mümkün olmadığını görüb xidmət yoldaşlarından ona köməklik etməsini xahiş etmişdir. Bundan qəzəblənmiş əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb öz işini başqalarının köməkliyi ilə görmək istədiyinə görə öz iradını bildirmiş və üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxla nılmasına riayət etməli olmaları» tələblərini pozaraq sonuncunun sol qol nahiyəsinə yumruqla bir neçə zərbə vurub ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında xidmət etdiyi batareyanın yataqxanasının yaxınlığında quraşdırılmış su isidici sobanın qarşısında heç bir səbəb olmadan aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, ona yaxınlaşıb tabelik münasibətlərində olmayan h ərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər Zərərçəkmiş şəxs sinəsinə yumruqla bir zərbə vurmaqla ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 1-ci tağımının 1-ci manqasının baş tu şlayıcısı, əsgər X heç bir əsas olmadan xidmətlə bağlı irad bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, ona yaxınlaşıb əsgər X üz nahiyəsinə yumruqla dörd-beş zərbə və təpiklə sol bud nahiyəsinə bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında batareyanın ərazisində yerləşən minaatan döyüş mövqeyində döyüş növbətçiliyinə təyin olunub xidmət apa ran, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs döyüş növbəsində əsgər yoldaşından içməyə su istədiyini görüb ona yaxınlaşaraq üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər Zərərçəkmiş şəxs qarın nahiyəsinə çoxsaylı təpik zərbəsi vuraraq onu yerə yıxmış, daha sonra öz cinayətkar hərəkətlərini davam etdirib bu vəziyyətdə sonuncunun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub ona qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman, həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan, gün növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımın 2-ci manqasının heyət nəfəri, əsgər X uzunboğaz hərbi çəkməsini geyinmədiyinə görüb batareyanın ərazisində ona yaxınlaşaraq buna görə öz iradını bildirmiş, daha sonra sonuncunun üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz n üfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər X boynunu qoltuğunun altına salaraq sıxmış, daha sonra onun sinə və ayaq nahiyələrinə çoxsaylı zərbələr vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında əsgərlər Məhkum1 və Məhkum2la batareyanın yataqxanasında söhbət etdiyi zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq əsgər Məhkum1 siqaret is təmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs, eləcə da onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgərlər Məhkum1la Məhkum2 əsgər Zərərçəkmiş şəxs bu hərəkətini onların müəyyən etdikləri davranış qaydalarının kobud şəkildə pozulması, eyni zamanda «starşılar» kimi onlara qarşı hörmətsizlik kimi qəbul edib buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Məhkum1 əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2 yanında vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qar şılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Məhkum1 və Məhkum2la birlikdə 24 oktyabr 2021-ci il tari xdə 10 (on) günlük növbəti məzuniyyətə getməli olan həmin batareyanın 2-ci tağımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər X batareyanın ərazisində yanlarına çağırmış və orada əsgər Məhkum2 və Məhkum1 yanında vahid niyyətlə ondan məzuniyyətdən qayıtdıqda onlara 5 (beş) ədəd «Kent4» markalı siqaret alıb gətirməsini istəyərək, əks halda buna görə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirib, şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmiş, nəticədə həmin hədələrdən qorxmuş əsgər X 2021-ci ilin noyabr ayı nın əvvəllərində məzuniyyətdən xidmət yerinə qayıdarkən 10 (on) manat dəyərində 3 (üç) ədəd «Kent4» markalı siqareti alıb gətirərək əsgər Təqsirləndirilən şəxs vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında batareyanın ərazisində odun doğramağa ayrılmış aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs və həmin tağımın 1ci manqasının baş tuşlayıcısı, əsgər X fasilə verərək istirahət etdiklərini görüb bundan qəzəblənərək, onların üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin həmin əsgərlərə mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozub hər ikisinin ünvanına təhqiramiz ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmış, habelə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbəsi vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zər ərçəkmiş şəxs batareyanın şəxsi heyətinin əvvəllər yerləşdiyi istifadəsiz evin həyətində hind quşularına qulluq etdiyini görüb heç bir səbəb olmadan sonuncunu yaxınlıqdakı istifadəsiz evə aparmış və orada üzərində öz üstünlüyünü nümayiş etdirmək, bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozub, ünvanına təhqiramiz ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, da ha sonra əsgər Zərərçəkmiş şəxs qarın və sinə nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi kimi xidmət aparan həmin batareyanın 1-ci tağımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər X kunqa mismar vuraraq səs salmasından qəzəblənib ona yaxınlaşaraq bununla bağlı öz iradını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artı rmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, silahın qundağı ilə əsgər X kürək nahiyəsinə bir zərbə vurub onu səngərə yıxmış, daha sonra komanda verərək sürünməsini tələb etmiş və sonuncu etiraz etdikdə yenidən silahın qundağı ilə onun boyun nahiyəsinə bir zərbə vuraraq təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə silah tətbiq etməklə və işgəncə verməklə zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında əsgərlər Məhkum1 və Məhkum2la aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəx s növbəti günə təyin edilmiş iki günlük atış təlimlərinə aparılmayaraq batareyada saxlanılacağını bildikdən sonra, buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sonuncunu yanlarına çağırmış və hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alçaldaraq təlimdə əziyyət çəkəcəklərini, onun isə batareyada qalaraq «kef edəcəyini, buna görə təlimdən qayıtdıqdan sonra orada çəkdikləri əziyyətin «on qat artığını» ona çəkdirəcəklərini bildirərək, onu batareyada onlara məxsus siqaret və digər əşyalardan hər hansı biri yerində olmayacağı təqdirdə artıqlaması ilə ödətdirəcəkləri ilə hədələmiş, əsgər Zərərçəkmiş şəxs isə 2021-ci ilin iyul ayından etibarən hər üçü tərəfindən ona qarşı yol verilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərdən bezib artıq özünü öldürmək qərarına gəldiyindən cavab olaraq «Siz gələndə görün hələ mən harda olacam» deyərək onlardan uzaqlaşmışdır. Daha sonra, Təqsirləndirilən şəxs, həmin vəzifə də və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında əsgərlər Məhkum1 və Məhkum2la birlikdə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs batareyanın ərazisində yanlarına çağırıb öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozaraq batareyada olduğu müddətdə ərazinin mühafizəsinə gələn şəxsi heyətin onlara məxsus siqaret və ya digər əşyalardan istifadə edəcəkləri təqdirdə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirmişlər. Batareyanın şəxsi heyəti 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında atış təlim toplanışında iştirak etmək üçün poliqona getdikdən sonra batareyanın mühafizəsinə təyin edilmiş 2-ci taborun 6-cı bölüyünün hərbi qulluqçuları, əsgərlər X18, X24, X19 və X28, onlara bu barədə əsgər Zərərç əkmiş şəxs tərəfindən qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, 25-26 noyabr 2021-ci il tarixlərində əsgər Məhkum1 məxsus olan 2 (iki) qutu siqareti götürərək istifadə etmiş və bundan sonra əsgər Zərərçəkmiş şəxs onların həmin siqaretləri şəxsi heyət poliqondan gələnə qədər alıb yerinə qoya bilmədiklərini görərək, buna görə əsgərlər Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 tərəfindən cəzalandırılacağı, döyüləcəyini, şərəf və ləyaqətinin alçaldılaraq şəxsi heyət arasında nüfuzdan düşəcəyinə görə emosional gərginlik keçirmiş və həmin əsgərlər tərəfindən 2021-ci ilin iyul ayının ortalarından 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədənkənar hərəkətlər, yəni fiziki və psixoloji basqılar nəticəsində özünü batareyanın şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss etməklə psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünütənzimi və özünüidarəetməsi aşağı səviyyəyə enərək, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməyib bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında təlimdən qayıdacağını bildiyinə görə həmin gün saat 17 radələrində özünə təhkim olunmuş, batareyaya məxsus «AK-74» markalı, 5,45 mm kalibrli, ******* №-li avtomat silahı və patronla dolu bir ədəd darağı batareyanın silah otağından götürərək Gülablı kəndində yerləşən məscidə getmiş və məscidin içərisində özünü öldürmək məqsədilə patronla dolu daraqdakı təlim patronlarını çıxarıb darağı silaha taxaraq onu tək-tək atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, daha sonra torpaq üzərində oturub bu vəziyyətdə silahın qundağını yerə, lüləsini isə çənəaltı nahiyəsinə dirəyərək aşağıdan yuxarı vəziyyətdə bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyənin, ağız boşluğunun, dilin sol yarısının, sərt damağın, burunarxası nahiyənin dəlib-keçən odlu silah (güllə) yaralanması. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq atəşin təsirindən kürəyi üstdə arxaya yıxılmışdır. Daha sonra əsgər Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmədiyini görüb özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə dikələrək torpağın üzərində oturaqlı vəziyyətdə sil ahı yerdən götürüb yenidən qundağını torpağa, lüləsini sol sinə nahiyəsinə dirəyib bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, diafraqmanın sol yarısının, dəlib keçən güllə yarası. Sol tərəfli hemopnevmotoraks. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətləri alaraq atəşin təsirindən kürəyi üstə arxaya yıxılmışdır. Bir neçə saniyə sonra huşu aydınlaşan əsgər Zərərçəkmiş şəxs aldığı həmin xəsarətdən də ölmədiyini görüb yenidən özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə yerdən qalxaraq torpağın üstündə oturmuş və bu vəziyyətdə silahı yerdən götürüb qundağını torpağa, lüləsini isə döş qəfəsinə dirəyərək bu vəziyyətdə tə k-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin, qaraciyərin sol payının, mədənin ön divarının böyük əyriliyinin dəlib-keçən güllə yarası. Hemiperitonit. Travmatikhemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq özünü öldürməyə cəhd etmiş, lakin aldığı xəsarətlərə baxmayaraq, ölməmiş və sürünərək məscidin içərisindən çölə çıxdıqdan sonra həmin istiqamətdə hərəkət edən hərbi qulluqçular tərəfindən aşkar edilib vaxtında hospitala çatdırılaraq orada onu zəruri tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olmuş, bununla da əsgərlər Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qayd alarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən pozmaları ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, öz qanunsuz əməllərininin ağır nəticələrə səbəb olmasına baxmayaraq, həmin əməllərini davam etdirərək, 2021-ci ilin dekabr ayının sonlarında gecə saatlarında bölük növbətçisi xidmətində vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımının kəşfiyyat manqasının məsafəölçəni, əsgər X və 2-ci tağımın 2-ci manqasının baş tuşlayıcısı, əsgər X xidmət apardığı mövqeyə gəlmiş, onlar onun gəlişini gec aşkar etdiklərinə görə öz iradını bildirib hər ikisini tənbeh etmiş, daha sonra əsgər X üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz nüfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Xdan 1-ci minaatan mövqeyindən 6cı minaatan mövqeyinə qədər 30 dəfə qaçmasını tələb etmişdir. Lakin əsgər X onun bu qanunsuz tələbinə öz etirazını bildirib həmin tələbi icra etməyəcəyini, artıq onun, eləcə də əlbir olduğu əsgərlər Məhkum1la Məhkum2 şəxsi heyətə qarşı qanunsuz əməllərindən bezdiyini, buna görə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs onun üzərində daraq olmayan «AK-74» markalı avtomat silahını əlindən alaraq zirehli gödəkçəsindən patronla dolu darağı çıxarıb sila ha taxmış və silahı əsgər Xa uzadaraq «Ala, öldürəcəksən öldür, öldürməyənin var yoxunu s...m» demişdir. Lakin əsgər X özünü öldürməyəcəyini bildirmiş və bundan sonra əsgər Təqsirləndirilən şəxs onun kitelinin yaxasından tutaraq sinəsinə yumruqla bir zərbə vurmuş, daha sonra təpiklə ayağına zərbə vurub onu yerə yıxmış və bu vəziyyətdə kitelinin yaxasından tutaraq onu yerdə 5-6 metr sürüyərək bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmaqla rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Məhkum1 qarşı irəli sürülmüş ittihama görə, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatla r yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmiş, habelə onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 2-ci tağı mının 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından başlayaraq həmin batareyanın 1-ci tağımının 3-cü manqasının komandiri, əsgər Təqsirləndirilən şəxs və 2-ci tağımının 1ci manqasının komandiri, əsgər Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özləri üçün daha əlverişli və rahat xidmət şəraiti yaratmaq məqsədilə, hərbi xidmət mənafelərinə əhəmiyyətli dərəcədə zərər vuran, habelə qüvvədə olan qanunvericiliklə hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən normalara və nizamnamə qaydalarına zidd olmaqla mahiyyətinə görə batareyada əsgərlər arasındakı qarşılıqlı münasibətlərin müvafiq nizamnamələrin tələblərindən fərqli qaydada müəyyən edilmiş tələblər əsasında idarə edilməsindən, «xüsusi statusa» malik olan «starşıların» batareyada xidmət edən şəxsi heyətə qarşı zor tətbiq etmə, onları təhqir etmə, onlara məxsus əmlakı, o cümlədən aylıq pul təminatlarının müəyyən hissəsini ələ keçirmə, üzərində sərəncam vermə, habelə digər çoxsaylı qanunsuz və nizamnamədənkənar hərəkətlərə yol verməklə şəxsi heyət üzərində fiziki zor və psixi təzyiqlər vasitəsilə öz üstünlüklərini nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradələrinə tabe etdirməkdən ibarət olan, şəxsi heyət arasında qeyri-rəsmi şəkildə «starşılıq» adlanan davranış qaydalarını müəyyən etmişdir. O cümlədən, əsgər Məhkum1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə müəyyən etdikləri davranış q aydalarının tez bir zamanda şəxsi heyət arasında yayılaraq effektivliyinin artırılması və qeyri-rəsmi şəkildə normaya çevrilərək davamlı olaraq tətbiq edilməsi məqsədi ilə, müəyyən etdikləri qaydaları pozan hərbi qulluqçuları onların hər hansı birinin tabeliyində olub-olmamasından asılı olmayaraq hər üçünün birlikdə və ya ayrı-ayrılıqda cəzalandıracaqlarına dair öz vahid niyyətlərini ifadə edib qabaqcadan razılığa gəlmiş və bu barədə şəxsi heyətə məlumat verərək batareyanın şəxsi heyətini əvvəlcədən xəbərdar etmişlər. Daha sonra Məhkum1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından həmin ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda batareyanın ərazisində həmin batareyanın hərbi qulluqçuları Zərərçə kmiş şəxs, X13, X10 və X5 şəxsiyyətləri üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, yəni tələblərini icra etməyəcəkləri təqdirdə onları döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini, bu səbəbdən onlara pul verməli olduqlarını bildirib özgənin əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə təkrarən hədə-qorxu ilə tələb etməklə, onların hədələrindən qorxmuş əsgər Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 50 (əlli) manat, əsgər Xa ayrı-ayrı vaxtlarda ümumilikdə 60 (altm ış manat), əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 10 (on) manat və əsgər İ.Z.Kərimova ayrı-ayrı vaxtlarda ümumilikdə 15 (on beş) manat dəyərində müxtəlif markalı siqaretləri, ərzaqları və digər əşyaları batareyaya müəyyən müddətdən bir gələrək fəaliyyət göstərən səyyar əsgər mağazasından aldırıb həmin əmlakı öz aralarında bölərək qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında onların müəyyən etdikləri, «starşılıq» adlanan davranış qaydalarına tabe olmayıb buna öz etirazını bildirən, aralarında tabelik münasibətlərinin olmadığı, əsgər Təqsirləndi rilən şəxs tabeliyində olan batareyanın 1-ci tağımının baş tuşlayıcısı, əsgər X7 batareyanın yerləşdiyi Gülablı kəndindəki istifadəsiz evin həyətinə apararaq orada üçü birlikdə sonuncudan həmin qaydalara riayət etməsini tələb etmiş və əsgər X onların bu tələbinə öz etirazını bildirdiyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə vahid niyyətlə əsgər X bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, daha sonra bu vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmişdir. Həmçinin, Məhk um1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la batareyanın yataqxanasında söhbət etdiyi zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq ondan siqaret istəmişdir. Bu zaman əsgər Məhkum1, eləcə da onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgərlər Təqsirləndirilən şəxsla Məhkum2 əsgər Zərərçəkmiş şəxs bu hərəkətini onların müəyyən etdikləri qavranış qaydalarının kobud şəkildə pozulması, eyni zamanda «starşılar» kimi onlara qarşı hörmətsizlik kimi qəbul edib buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Məhkum1 əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2 yanında vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli ap armalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmaları» tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etmişdir. Həmçinin, Məhkum1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə 24 oktyabr 2021-ci il tarixdə 10 (on) günlük növbəti məzuniyyətə getməli olan həmin batareyanın 2-ci tağımının 1-ci manqas ının baş tuşlayıcısı, əsgər X20 batareyanın ərazisində yanlarına çağırmış və orada əsgər Təqsirləndirilən şəxs onun və əsgər Məhkum2 yanında vahid niyyətlə əsgər X məzuniyyətdən qayıtdıqda onlara 5 (beş) ədəd «Kent4» markalı siqaret alıb gətirməsini istəyərək, əks halda buna görə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirib, şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmiş, nəticədə həmin hədələrdən qorxmuş əsgər X 2021-ci ilin noyabr ayının əvvəllərində məzuniyyətdən xidmət yerinə qayıdarkən 10 ( on) manat dəyərində 3 (üç) ədəd «Kent4» markalı siqareti alıb gətirərək əsgər Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində səhər saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi kimi xidmət aparan həmin batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs ondan icazə almayaraq əsgər O.Z.Məlikzadəni əşya almaq üçün batareyaya gəlmiş mülki şəxsin yanına göndərdiyini bilib bundan qəzəblənərək buna görə Zərərçəkmiş şəxs cəzalandırmaq, eləcə də üzərində öz üstünlüyünü nümayiş etdirmə k və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Məhkum1, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2la aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs növbəti günə təyin edilmiş iki günlük atış təlimlərinə aparılmayaraq batareyada saxlanılacağını bi ldikdən sonra, buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sonuncunu yanlarına çağırmış və hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini qabaqcadan əlbir olan bir qrup şə xs halında təkrarən alçaldaraq təlimdə əziyyət çəkəcəklərini, onun isə batareyada qalaraq «kef edəcəyini», buna görə təlimdən qayıtdıqdan sonra orada çəkdikləri əziyyətin «on qat artığını» ona çəkdirəcəklərini bildirərək, onu batareyada onlara məxsus siqaret və digər əşyalardan hər hansı biri yerində olmayacağı təqdirdə artıqlaması ilə ödətdirəcəkləri ilə hədələmiş, əsgər Zərərçəkmiş şəxs isə 2021-ci ilin iyul ayından etibarən hər üçü tərəfindən ona qarşı yol verilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərdən bezib artıq özünü öldürmək qərarına gəldiyindən cavab olaraq «Siz gələndə görün hələ mən harda olacam» deyərək onlardan uzaqlaşmışdır. Daha sonra, Məhkum1, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında əsgərlə r Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs batareyanın ərazisində yanlarına çağırıb öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri qabaqca dan əlbir olan bir qrup şəxs halında təkrar pozaraq batareyada olduğu müddətdə ərazinin mühafizəsinə gələn şəxsi heyətin onlara məxsus siqaret və ya digər əşyalardan istifadə edəcəkləri təqdirdə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirmişlər. Batareyanın şəxsi heyəti 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında atış təlim toplanışında iştirak etmək üçün poliqona getdikdən sonra batareyanın mühafizəsinə təyin edilmiş 2-ci taborun 6-cı bölüyünün hərbi qulluqçuları, əsgərlər X18, X24, X19 və X28, onlara bu barədə əsgər Zərərçəkmiş şəxs tərəfindən qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, 25-26 noyabr 2021-ci il tarixlərind ə əsgər Məhkum1 məxsus olan 2 (iki) qutu siqareti götürərək istifadə etmiş və bundan sonra əsgər Zərərçəkmiş şəxs onların həmin siqaretləri şəxsi heyət poliqondan gələnə qədər alıb yerinə qoya bilmədiklərini görərək, buna görə əsgərlər Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 tərəfindən cəzalandırılacağı, döyüləcəyini, şərəf və ləyaqətinin alçaldılaraq şəxsi heyət arasında nüfuzdan düşəcəyinə görə emosional gərginlik keçirmiş və həmin əsgərlər tərəfindən 2021-ci ilin iyul ayının ortalarından 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədənkənar hərəkətlər, yəni fiziki və psixoloji basqılar nəticəsində özünü batareyanın şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss etməklə psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünütə nzimi və özünüidarəetməsi aşağı səviyyəyə enərək, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməyib bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında təlimdən qayıdacağını bildiyinə görə həmin gün saat 17 radələrində özünə təhkim olunmuş, batareyaya məxsus «AK-74» markalı, 5,45 mm kalibrli, ******* №-li avtomat silahı və patronla dolu bir ədəd darağı batareyanın silah otağından götürərək Gülablı kəndində yerləşən məscidə getmiş və məscidin içərisində özünü öldürmək məqsədilə patronla dolu daraqdakı təlim patronlarını çıxarıb darağı silaha taxaraq onu tək-tək atış reji mində döyüşə hazır vəziyyətə gətirmiş, daha sonra torpaq üzərində oturub bu vəziyyətdə silahın qundağını yerə, lüləsini isə çənəaltı nahiyəsinə dirəyərək aşağıdan yuxarı vəziyyətdə bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyənin, ağız boşluğunun, dilin sol yarısının, sərt damağın, burunarxası nahiyənin dəlib-keçən odlu silah (güllə) yaralanması. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq atəşin təsirindən kürəyi üstdə arxaya yıxılmışdır. Daha sonra əsgər Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmədiyini görüb özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə dikələrək torpağın üzərində oturaqlı vəziyyətdə silahı yerdən götürüb yenidən qundağını torpağa, lüləsini sol sinə nahiyəsinə dirəyib bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, diafraqmanın sol yarısının, dəlib keçən güllə yarası. Sol tərəfli hemopnevmotoraks. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətləri alaraq atəşin təsirindən kürəyi üstə arxaya yıxılmışdır. Bir neçə saniyə sonra huşu aydınlaşan əsgər Zərərçəkmiş şəxs aldığı həmin xəsarətdən də ölmədiyini görüb yenidən özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə yerdən qalxaraq torpağın üstündə oturmuş və bu vəziyyətdə silahı yerdən götürüb qundağını torpağa, lülüsini isə döş qəfəsinə dirəyərək bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurm aya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin, qaraciyərin sol payının, mədənin ön divarının böyük əyriliyinin dəlib-keçən güllə yarası. Hemiperitonit. Travmatikhemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq özünü öldürməyə cəhd etmiş, lakin aldığı xəsarətlərə baxmayaraq, ölməmiş və sürünərək məscidin içərisindən çölə çıxdıqdan sonra həmin istiqamətdə hərəkət edən hərbi qulluqçular tərəfindən aşkar edilib vaxtında hospitala çatdırılaraq orada onu zəruri tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olmuş, bununla da əsgərlər Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən pozmaları ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum1, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, öz qanunsuz əməllərinin ağır nəticələrə səbəb olmasına baxmayaraq, həmin əməllərini davam etdirərək, 2022-ci ilin yanvar ayının əvvəllərində saat 06 radələrində komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər Xun onu yuxudan oyatmasından qəzəblənib «Sənin nə işinə qalıb? Sən kimsən məni oyadırsan?» deyərək buna görə ona öz iradlarını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, üstünə qışqırıb sol sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum1, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin yanvar ayının ortalarında səhər saatlarında komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər Xun sıranın qarşısında onun tərəfindən batareyanın ərazisində bir çox işlərə ayrılmasına etirazını bildirməsindən qəzəblənib sonuncuya yaxınlaşaraq «Mən sıranın qabağında olan zaman heç kim mənə hörmətsizlik eliyə bilməz» deyib buna görə ona öz iradlarını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sinəsinə yumruqla bir zərbəsi vurub rəis olmaqla hər bi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkum2 qarşı irəli sürülmüş ittihama görə, o, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmiş, habelə onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömr əli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından başlayaraq həmin batareyanın 1-ci tağımının 3-cü manqasının komandiri, əsgər Təqsirləndirilən şəxs və 2-ci tağımının 2ci manqasının komandiri, əsgər Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özləri üçün daha əlverişli və rahat xidmət şəraiti yaratmaq məqsədilə, hərbi xidmət mənafelərinə əhəmiyyətli dərəcədə zərər vuran, habelə qüvvədə olan qanunvericiliklə hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən normalara və nizamnamə qaydalarına zidd olmaqla mahiyyətinə g örə batareyada əsgərlər arasındakı qarşılıqlı münasibətlərin müvafiq nizamnamələrin tələblərindən fərqli qaydada müəyyən edilmiş tələblər əsasında idarə edilməsindən, «xüsusi statusa» malik olan «starşıların» batareyada xidmət edən şəxsi heyətə qarşı zor tətbiq etmə, onları təhqir etmə, onlara məxsus əmlakı, o cümlədən aylıq pul təminatlarının müəyyən hissəsini ələ keçirmə, üzərində sərəncam vermə, habelə digər çoxsaylı qanunsuz və nizamnamədənkənar hərəkətlərə yol verməklə şəxsi heyət üzərində fiziki zor və psixi təzyiqlər vasitəsilə öz üstünlüklərini nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradələrinə tabe etdirməkdən ibarət olan, şəxsi heyət arasında qeyri-rəsmi şəkildə «starşılıq» adlanan davranış qaydalarını müəyyən etmişdir. O cümlədən, əsgər Məhkum2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə müəyyən etdikləri davranış qaydalarının tez bir zamanda şəxsi heyət arasında yayılaraq effektivliyinin artırılması və qeyri-rəsmi şəkildə normaya çevrilərək davamlı olaraq tətbiq edilməsi məqsədi ilə, müəyyən etdikləri qaydaları pozan hərbi qulluqçuları onların hər hansı birinin tabeliyində olub-olmamasından asılı olmayaraq hər üçünün birlikdə və ya ayrı-ayrılıqda cəzalandıracaqlarına dair öz vahid niyyətlərini ifadə edib qabaqcadan razılığa gəlmiş və bu barədə şəxsi heyətə məlumat verərək batareyanın şəxsi heyətini əvvəlcədən xəbərdar etmişlər. Daha sonra, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından həmin ilin deka br ayının sonlarına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda batareyanın ərazisində həmin batareyanın hərbi qulluqçuları Zərərçəkmiş şəxs, X13, X10 və X5 şəxsiyyətləri üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, yəni tələblərini icra etməyəcəkləri təqdirdə onları döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini, bu səbəbdən onlara pul verməli olduqlarını bildirib özgənin əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Məhkum1 və Təqsirləndirilən şəxsla birlikdə təkrarən hədə-qorxu ilə tələb etməklə, onların hədələri ndən qorxmuş əsgər Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 50 (əlli) manat, əsgər Xa ayrı-ayrı vaxtlarda ümumilikdə 60 (altmış manat), əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 10 (on) manat və əsgər X ayrı-ayrı vaxtlarda ümumilikdə 15 (on beş) manat dəyərində müxtəlif markalı siqaretləri, ərzaqları və digər əşyaları batareyaya müəyyən müddətdən bir gələrək fəaliyyət göstərən səyyar əsgər mağazasından aldırıb həmin əmlakı öz aralarında bölərək qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında onların müəyyən etdikləri, «starşılıq» adlanan davran ış qaydalarına tabe olmayıb buna öz etirazını bildirən, aralarında tabelik münasibətlərinin olmadığı, əsgər Təqsirləndirilən şəxs tabeliyində olan batareyanın 1ci tağımının baş tuşlayıcısı, əsgər X7 batareyanın yerləşdiyi Gülablı kəndindəki istifadəsiz evin həyətinə apararaq orada üçü birlikdə sonuncudan həmin qaydalara riayət etməsini tələb etmiş və əsgər X onların bu tələbinə öz etirazını bildirdiyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə vahid niyyətlə əsgər Xn bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, daha sonra bu vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində ola n şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmişdir. Həmçinin, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la batareyanın yataqxanasında söhbət etdiyi zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq əsgər Məhkum1 siqaret istəmişdir. Bu zaman əsgər Məhkum1, eləcə da onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgərlər Təqsirləndirilən şəxsla Məhkum2 əsgər Zərərçəkmiş şəxs bu hərəkətini onların müəyyən etdikləri qavranış qaydalarının kobud şəkildə pozulması, eyni zamanda «starşılar» kimi onlar a qarşı hörmətsizlik kimi qəbul edib buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Məhkum1 əsgərlər Təqsirləndirilən şəxs və Məhkum2 yanında vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələlər i üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmaları» tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etmişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında bölük növbətçisi naryadına təyin olunub xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul X idmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz nüfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, onun qarın nahiyəsinə yumruqla bir neçə zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında bir qrup şəxs halında qabaqcadan əlbir olub cinay ət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə 24 oktyabr 2021-ci il tarixdə 10 (on) günlük növbəti məzuniyyətə getməli olan, komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər X20 batareyanın ərazisində yanlarına çağırmış və orada əsgər Təqsirləndirilən şəxs onun və əsgər Məhkum1 yanında vahid niyyətlə əsgər X məzuniyyətdən qayıtdıqda onlara 5 (beş) ədəd «Kent4» markalı siqaret alıb gətirməsini istəyərək, əks halda buna görə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirib, şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halın da təkrarən hədə-qorxu ilə tələb etmiş, nəticədə həmin hədələrdən qorxmuş əsgər X 2021-ci ilin noyabr ayının əvvəllərində məzuniyyətdən xidmət yerinə qayıdarkən 10 (on) manat dəyərində 3 (üç) ədəd «Kent4» markalı siqareti alıb gətirərək əsgər Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının ortalarında axşam saatlarında batareyanın yataqxanasında aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da şəxsi heyət arasında öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəy ini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub heç bir səbəb olmadan sonuncunun qarın nahiyəsinə yumruqla bir neçə zərbə vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Məhkum2, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs növbəti günə təyin edilmiş iki günlük atış təlimlərinə aparılmayaraq batareyada saxlanılacağını bildikdən sonra, buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sonuncunu yanlarına çağırmış və hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini qabaqcadan əl bir olan bir qrup şəxs halında təkrarən alçaldaraq təlimdə əziyyət çəkəcəklərini, onun isə batareyada qalaraq «kef edəcəyini», buna görə təlimdən qayıtdıqdan sonra orada çəkdikləri əziyyətin «on qat artığını» ona çəkdirəcəklərini bildirərək, onu batareyada onlara məxsus siqaret və digər əşyalardan hər hansı biri yerində olmayacağı təqdirdə artıqlaması ilə ödətdirəcəkləri ilə hədələmiş, əsgər Zərərçəkmiş şəxs isə 2021-ci ilin iyul ayından etibarən hər üçü tərəfindən ona qarşı yol verilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərdən bezib artıq özünü öldürmək qərarına gəldiyindən cavab olaraq «Siz gələndə görün hələ mən harda olacam» deyərək onlardan uzaqlaşmışdır. Daha sonra Məhkum2, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında əsgərlər Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs batareyanın ərazisində yanlarına çağırıb öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər Zərərçəkmiş şəxs mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmi ş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozaraq batareyada olduğu müddətdə ərazinin mühafizəsinə gələn şəxsi heyətin onlara məxsus siqaret və ya digər əşyalardan istifadə edəcəkləri təqdirdə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirmişlər. Batareyanın şəxsi heyəti 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında atış təlim toplanışında iştirak etmək üçün poliqona getdikdən sonra batareyanın mühafizəsinə təyin edilmiş 2-ci taborun 6cı bölüyünün hərbi qulluqçuları, əsgərlər X18, X24, X19 və X28, onlara bu barədə əsgər Zərərçəkmiş şəxs tərəfindən qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, 25-26 noyabr 2021-c i il tarixlərində əsgər Məhkum1 məxsus olan 2 (iki) qutu siqareti götürərək istifadə etmiş və bundan sonra əsgər Zərərçəkmiş şəxs onların həmin siqaretləri şəxsi heyət poliqondan gələnə qədər alıb yerinə qoya bilmədiklərini görərək, buna görə əsgərlər Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 tərəfindən cəzalandırılacağı, döyüləcəyini, şərəf və ləyaqətinin alçaldılaraq şəxsi heyət arasında nüfuzdan düşəcəyinə görə emosional gərginlik keçirmiş və həmin əsgərlər tərəfindən 2021-ci ilin iyul ayının ortalarından 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədənkənar hərəkətlər, yəni fiziki və psixoloji basqılar nəticəsində özünü batareyanın şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss etməklə psixikasında baş vermiş mənfi dəyişikl iklərdən özünütənzimi və özünüidarəetməsi aşağı səviyyəyə enərək, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməyib bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında təlimdən qayıdacağını bildiyinə görə həmin gün saat 17 radələrində özünə təhkim olunmuş, batareyaya məxsus «AK-74» markalı, 5,45 mm kalibrli, ******* №-li avtomat silahı və patronla dolu bir ədəd darağı batareyanın silah otağından götürərək Gülablı kəndində yerləşən məscidə getmiş və məscidin içərisində özünü öldürmək məqsədilə patronla dolu daraqdakı təlim patronlarını çıxarıb darağı silaha taxaraq onu t ək-tək atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, daha sonra torpaq üzərində oturub bu vəziyyətdə silahın qundağını yerə, lüləsini isə çənəaltı nahiyəsinə dirəyərək aşağıdan yuxarı vəziyyətdə bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyənin, ağız boşluğunun, dilin sol yarısının, sərt damağın, burunarxası nahiyənin dəlib-keçən odlu silah (güllə) yaralanması. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq atəşin təsirindən kürəyi üstdə arxaya yıxılmışdır. Daha sonra əsgər Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmədiyini görüb özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə dikələrək torpağın üzərində oturaqlı vəziyyətdə silahı yerdən götürüb yenidən qundağını torpağa, lüləsini sol sinə nahiyəsinə dirəyib bu v əziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, diafraqmanın sol yarısının, dəlib keçən güllə yarası. Sol tərəfli hemopnevmotoraks. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətləri alaraq atəşin təsirindən kürəyi üstə arxaya yıxılmışdır. Bir neçə saniyə sonra huşu aydınlaşan əsgər Zərərçəkmiş şəxs aldığı həmin xəsarətdən də ölmədiyini görüb yenidən özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə yerdən qalxaraq torpağın üstündə oturmuş və bu vəziyyətdə silahı yerdən götürüb qundağını torpağa, lüləsini isə döş qəfəsinə dirəyərək bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsd ən ağır zərər vurmaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin, qaraciyərin sol payının, mədənin ön divarının böyük əyriliyinin dəlib-keçən güllə yarası. Hemiperitonit. Travmatikhemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq özünü öldürməyə cəhd etmiş, lakin aldığı xəsarətlərə baxmayaraq, ölməmiş və sürünərək məscidin içərisindən çölə çıxdıqdan sonra həmin istiqamətdə hərəkət edən hərbi qulluqçular tərəfindən aşkar edilib vaxtında hospitala çatdırılaraq orada onu zəruri tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olmuş, bununla da əsgərlər Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən pozmaları ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)-32/2023 nömrəli hökmünün onun Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə ona bəraət verilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)32/2023 nömrəli hökmünün Məhkum2 məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə Məhkum2 bəraət verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, işin məhkəmə baxışı zamanı dindirilmiş şəxslərdən heç biri Məhkum2 onlara qarşı zor tətbiq etdi yini təsdiq etməmişdir. Ona görə də birinci instansiyası məhkəməsi tərəfindən tamamilə əsaslı olaraq Məhkum2 bəraət verilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi ibtidai araşdırma zamanı toplanmış ziddiyyətli sübutlara istinad etməklə heç bir mötəbər sübuta istinad etmədən Məhkum2 məhkum etmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)32/2023 nömrəli hökmünün onun Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə ona bəraət verilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)-32/2023 nömrəli hökmünün Təqsirləndirilən şəxs məhkum edilməsinə dair hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs, müdafiəçilər – İ.Şahməmmədovun, B.İmanverdiyevin və S.İsmayılovun və Zərərçəkmiş şəxs, kassasiya şikayətlərinin təmin edilməməsi dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə ə məl edilib-edilməməsi yoxlanılır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün onun Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə ona bəraət verilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün Məhkum2 məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə Məhkum2 bəraət verilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün onun Azərbaycan Respubli kası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsi və həmin maddələrlə ona bəraət verilməsi xahiş olunur. Məhkum X1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs məhkum edilməsinə dair hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti ü zərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsinə əsasən “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 182.2.2. təkrar törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsinə əsasən: “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 329.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 329.2.1. təkrar törədildikdə; 329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 329.2.4. silah tətbiq etməklə törədildikdə; 329.2.6. işgəncə verməklə törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinə əsasən “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbyacan Respublikası CM-in 332.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddəl ərində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Ko nstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli o lan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçə kmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, o nun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündə məhkumlar X1, Məhkum1 və Məhkum2 ittiham olunduqları cinayət əməlləri ilə əlaqədar sübutların geniş təhlili verildiyindən məhkəmə kollegiyası apelyasiyası məhkəməsinin mövqeyi ilə razılaşır və həmin sübutların təkrar geniş şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməllərini Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 329.2.1, 32.5, 329.2.1, 32.5, 329.2.3 və 332.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 329.2.1, 329.2.3, 329.2.4, 329.2.6 və 332.3-cü maddələri ilə və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 32.5, 329.2.1, 32.5, 329.2.3 və 332.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin, yəni onlara CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmələrinə dair dəlillərini cina yət işinin materialları ilə birgə təhlil edərək aşağıdakıları qeyd edir: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs və Məhkum1 CM-in 182.2.1, 182.2.2-ci maddələri ilə ittiham irəli sürmüşdür ona görə ki, onlar manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, qabaqcadan əlbir olub bir qrup şəxs halında birlikdə təkrarən hədə-qorxu ilə tələb etməklə, ayrı-ayrılıqda Zərərçəkmiş şəxs 50, Seyidağa Səmədovdan 60, İlkin Sayılovdan 10 İbrahim Kərimovdan 15 manat dəyərində müxtəlif markalı siqaretləri, ərzaqları və digər əşyaları səyyar əsgər mağazasından aldırıb, Elvan Yaqubovdan isə məzuniyyətdən xidmət yerinə qayıdarkən 10 manat dəyərində siqareti aldırıb həmin əmlakı öz aralarında bölərək qanunsuz ələ keçirmişlər. Azərbaycan Respublikası CM-in 182-c i maddəsinin tələbinə görə hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməni özündə ehtiva edir ki, bu faktlarda da məhkumları əməllərində kifayət qədər mövcud olmuş və məhkəmə istintaqı zamanı zərərçəkmiş və şahidlərin ifadələri və digər sübutlarla ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə əlavə edilmiş sənədlərdən və işin hallarından görünür ki, cinayət hadisələri baş verən zaman məhkumlarla zərərçəkmiş şəxslər arasında tabelik münasibətləri olmuş və təqsirləndirilən şəxslər zərə rçəkmiş şəxslərə rəis hesab edilmişlər, həmin xüsusat N nömrəli hərbi hissədən verilmiş arayışlarla da təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum1 və İ.brahimovun əməllərində CM-in 182.2.1 və 182.2.2-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərin dəlillərini cinayət işinin materialları ilə birgə təhlil edərək, qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 özlərini qeyd edilmiş cinayət əməllərinin törədilməsində özlərini təqsirli bilməsələr də, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X29, X13, X14, X30, X15, X10 və X3 ifadələri, ş ahidlər X11, X31, X21, X22, X28, X24, X16, X23 və X8 ifadələri, iş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 11 may 2022-ci il tarixli, 600 nömrəli, 26 aprel 2022-ci il tarixli, 519 nömrəli, 4 aprel 2022-ci il tarixli, 270, 271, 273, 276 nömrəli rəyləri, məhkəmə-tibbi ekspertizanın 2 dekabr 2021-ci il tarixli, 1680 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizanın 4 aprel 2022-ci il tarixli, 11/106 nömrəli rəyi, N nömrəli hərbi hissədən verilmiş arayışlar, maddi sübutlar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab e dir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 barələrində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğun u, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)-32/2023 nömrəli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM- nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 barələrində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 1-1(104)- 32/2023 nömrəli hökmü verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-31/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-31/2024
28.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver