Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-32/2018 22.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhk um barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci tarixli qərarından Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər Vidadi Nəsirov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Məhəmməd Bağırovdan ibarət tərkibdə) xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonunun Prişib şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu (gizir), barəsində “həbs” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3 və 341.3 maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə hərbi rütbədən məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəza olan azadlıqdan məhrum etmə cəzalarını qismən, azadlıqdan məhrum etmə cəzası ilə cərimə cəzasını isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq hərbi rütbədən məhrum edilməkə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarından cə rimə cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X10 Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsləri təhqir etmiş, döymüş və onlara işgəncə vermiş, rəi s və vəzifəli şəxs kimi hakimiyyətdən müntəzəm olaraq döyüş şəraitində qəsdən istifadə etməmiş, habelə ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun 11-ci bölüyünün 3-cü tağımının komandir müavini vəzifəsində, gizir hərbi rütbəsində bölüyün Tovuz rayonunun Qaralar kəndinin ərazisində, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı dövlət sərhədində, erməni silahlı birləşmələrinin mövqelərindən təxminən 400-450 metr məsafədə yerləşən, şərti olaraq «Səngər» adlanan döyüş postunun başçısı kimi həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin iyun ayının axırlarında saat 12 radələrində həmin ilin iyul ayında ord u sıralarından ehtiyata təxris edilməli olan əsgərlərlə birlikdə meşədən odun doğramaqdan qayıtdıqdan sonra postun əsgər sığınacağının içərisinə daxil olaraq əlində tutduğu təxminən 1 metr uzunluğundakı odun parçasını həmin postda xidmət edən bölüyün 2-ci pulemyot manqasının heyət nəfəri, əsgər X13 göstərib ona «Bu ağır ağacdı?» deyə sual vermiş və əsgər A.M.Yunusov «Xeyr starşına, bu çubuqdu, ağır ağac deyil» deyərək cavab verdikdə, ona «Üçə qədər sayıram, qaç çölə» deyərək sığınacaqdan çölə çıxmasını əmr etmişdir. Əsgər A.M.Yunusov onun əmrinə əsasən sığınacaqdan çölə çıxaraq kənara qaçdıqdan sonra gizir Məhkum onun arxasınca sığınacaqdan çölə çıxıb heç bir səbəb olmadan əlindəki odun parçası ilə əsgər A.M.Yunusovun sağ və sol ayaq nahiyələrinə təxminən 9-10 zərbə vuraraq rəis olmaqla hə rbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüş, əsgər A.M.Yunusov onun bu hərəkətinə öz etirazını bildirdikdə isə ona «Buna çubuq deyil, ağır ağac deməlisən, buna ağır ağac demirsənsə, sığınacaqda olan bironjiletləri əyninə geyin» deyib 1 ədədinin çəkisi 10 kq olan 3 ədəd «Korsar 3M» markalı zirehli gödəkçəni üst-üstə geyinməsini əmr etmişdir. Əsgər A.M.Yunusov verilən əmri yerinə yetirərək zirehli gödəkçələri çətinliklə əyninə geyindikdən sonra gizir Məhkum eyni çəkidə olan həmin markalı daha 5 zirehli gödəkçəni əsgər A.M.Yunusovun geyindiyi 3 ədəd zirehli gödəkçənin üzərinə keçirmiş və əsgər A.M.Yunusova «Nə vaxt ağır ağac deyəcəksən, o vaxta qədər sığınacaqdan ayaqyoluna tərəf gedib geri qayıtmalısan» deyib ona bu vəziyyətdə sığınacaqla ayaqyolu a rasında olan təxminən 100-150 metr məsafəni 2 dəfə gedib qayıtmağa məcbur edərək rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə işgəncə vermişdir. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxx 2016-cı ildə saat 16 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda manqa komandirinin müavini kimi yeni xidmətə başlamış xidmət etdiyi bölüyün 2-ci pulemyot manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 postun ərzaq anbarının pilləkənlərinin üzərində oturub uzunboğaz çəkmələrini təmizləyən əsgər A.M.Yunusova əsgərlərin bulağa getdiklərinə görə sığınacağın içərisindən ona silah-sursatın müvəqqəti verilməsi kitabını gətirməsini tapşırdığı nı, sonuncunun isə əsgər çəkmələrini təmizlədiyini səbəb gətirərək kiçik çavuş R.İ.Mirzəyevə boş olan digər əsgərlərdən birini kitab gətirməyə göndərməsini təklif etdiyini eşidib bundan qəzəblənərək «Mirzəyev təzə maxedi, dediklərini eləməyəcəksiniz!?» deyib buna görə əsgər A.M.Yunusova öz iradını bildirmiş, daha sonra isə sonuncuya yaxınlaşıb boynunu sağ qolunun altına salıb möhkəm sıxmaqla bu vəziyyətdə sol əli ilə onun baş nahiyəsinə yumruqla 4-5 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxx 2016-cı ildə saat 20:30 radələrində heç bir səbəb olmadan başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda xidmət a paran 3-cü tağımın 3-cü maqasının atıcısı, əsgər X8 öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə sonuncunu sığınacağın qarşısında görüb yanına çağıraraq «Məzuniyyətdə olanda mənə niyə zəng eləməmisən?» deyib buna görə ona öz iradını bildirmiş və orada əsgər R.V.Nurəlizadənin çənə nahiyəsinə yumruqla iki dəfə zərbə, sağ dizi ilə sinə nahiyəsinə bir dəfə zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxxx 2016-cı il tarixdə məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısında həmin postda xidmət edən 3-cü tağımın 3-cü manqasının qumbaraatanı, əsgər X3 günorta yeməyindən sonra böyrəyində problem olduğuna görə şalvarına sidik ifraz etməsini bilib bundan qəzəblənərək sığınacağın qarşısında əsgər xxx sifət nahiyəsinə iki dəfə sillə zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin sentyabr ayının axırlarında axşam saatlarında başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının artırmasının pilləkənlərinin yanında heç bir səbəb olmadan özünü böyük kimi göstərmək, digər hərbi qulluqçular üzərində öz üstünlüyünü və gücünü nümayiş etdirmək məqsədi ilə postdakı əsgərlərə «Mən xüsusi təyinatlı N nömrəli hərbi hissədən gəlmişəm, bədəninizi b elə yoxlayıram» demiş, daha sonra isə həmin postda xidmət edən bölüyün 2-ci pulemyot manqasının tuşlayıcısı, əsgər X1 və qol nahiyələrinə yumruqla 5-6 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin sentyabr ayının axırlarında saat 08-09 radələrində əsgərxxxa öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə sonuncunu başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısındakı artırmanın altına çağıraraq orada heç bir səbəb olmadan hər iki əlinin iç tərəfi ilə eyni vaxtda onun sağ və sol qulaq nahiyələrinə zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetir ilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin sentyabr ayının axırlarında səhər yeməyindən sonra başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda xidmət aparan 3-cü tağımın 3-cü manqasının atıcısı, əsgər X14 öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə sonuncunu postun ərzaq anbarının qarşısında yanına çağıraraq sağ və sol sifət nahiyələrinə 6-7 sillə zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin oktyabr ayının əvvəllərində saat 19 radələrində 3-cü tabordan ayrılmış «KAMAZ» markalı maşınla Tovuz -Qaralar magistiral avtomobil yolunun üzərində olan «Sarı bulaq» adlanan yerdən təxminən 300 ədəd kiçik kanistrləri içməli su ilə doldurub qayıtmış əsgərlər Ə.İ.Əvəzxanlının və A.M.Yunusovun başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun yeməkxanasında yemək yediklərini görüb onlara yaxınlaşaraq orada heç bir səbəb olmadan öz üstünlüyünü və gücünü nümayiş etdirmək məqsədi ilə hər ikisinin sağ və sol böyrək nahiyələrinə təxminən 5-6 zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri döymüşdür. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin oktyabr ayının əvvəllərində saat 19:20 radələrində xidmət etdiyi bölüyün 2-ci pulemyot manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X10 ilə birlikdə əsgərlər Ə.İ.Əvəzxanlının və A.M.Yunusovun üzərlərində özlərini böyük kimi göstərmək, öz üstünlüklərini və güclərini nümayiş etdirmək qərarına gələrək, bu məqsədlə başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun yeməkxanasına daxil olub həmin vaxt orada yeməklərini yeyib qurtarmış əsgərlər Ə.İ.Əvəzxanlının və A.M.Yunusovun bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri döymüşdür. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin oktyabr ayının əvvəllərində axşam yeməyindən sonra saat 19:30 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər » adlanan döyüş postunun sığınacağına daxil olaraq orada heç bir ciddi səbəb olmadan əsgərlərxxxa və R.V.Nurəlizadəyə ayaqlarının möhkəm olub-olmadığını yoxlamaq istədiyini bildirib bu bəhanə ilə əsgər Q.İ.Qasımovun sol ayağının bud hissəsinin arxa tərəfinə təpiklə 3-4 zərbə, əsgər R.V.Nurəlizadənin isə sol ayağının bud hissəsinin arxa tərəfinə təpiklə 1 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etmiş və döymüşdür. Həmçinin o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin oktyabr ayının əvvəllərində, günorta yeməyindən sonra başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısında əlində bir litrlik boş kapron su qabını həmin vaxt sığınacağın pilləkə nlərində oturmuş əsgər A.M.Yunusova göstərib ondan suyu kimin içərək qabını yerə atdığını soruşmuş və əsgər A.M.Yunusov «Mən içməmişəm» deyib suyun kim tərəfindən içilərək qabının yerə atıldığını bilmədiyini bildirdikdə bundan qəzəblənərək heç bir ciddi səbəb olmadan əlindəki qabla əsgər A.M.Yunusovun, habelə həmin vaxt sonuncunun yanında dayanmış əsgər R.V.Nurəlizadənin baş nahiyələrinə 2-3 zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri döymüşdür. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin oktyabr ayının əvvəllərində səhər yeməyindən sonra saat 08 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun hamamının qarşısında yığılmış zibili vaxtında oradan g ötürmədiyinə görə əsgər R.V.Nurəlizadəyə öz iradını bildirmiş və onu sığınacağın qarşısına çağıraraq orada yumruqla sonuncunun baş nahiyəsinə bir zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsi təhqir etmişdir. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən təxminən 09-xx xxxxxxx 2016-cı il tarixdə saat 08:30 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısında sığınacağın girişini təmizləmədiyinə görə əsgər R.V.Nurəlizadəyə öz iradını bildirmiş və sonuncunun sifət nahiyəsinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin hərbi rütbə də və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı il tarixdə başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postuna xidmətə yeni təyin edilmiş 3-cü tağımın 3-cü manqasının atıcısı, əsgər X15 2-ci pulemyot manqasının komandiri, kiçik çavuş R.İ.Mirzəyevə postun qayda-qanunlarına və oradakı xidmət şəraitinə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib «Buranın atmosferinə uyğunlaşa bilmirəm» dediyini eşitdikdən sonra hər dəfə əsgər Y.Y.Həşimovu hər hansı bir səbəblə əlaqədar yanına çağırdıqda ona «Atmosfer» deyərək çağırıb sonuncunu məsxərəyə qoymuş və əsgər Y.Y.Həşimov onun bu davranışına etirazını bildirib «Bu nətər postdu, gəlməmişik ki, döyülək, söyülək, gəlmişik ki, xidmət edək» dedikdə bunu bəhanə edərək əsgər Y.Y.Həşimova öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gəlib bu məqsədlə sonuncunu xx xxxxxxx 2016-cı il tarixdə saat 15-16 radələrində postun sığınacağının arxa tərəfində yerləşən odun tədarükünün yığıldığı yerə çağırıb orada hər iki əlinin içi ilə sağ və sol qulaq nahiyələrinə eyni vaxtda 2 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı il tarixdə saat 16-17 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısında heç bir ciddi səbəb olmadan əsgər A.M.Yunusova «Sən nə əsgərsən?» deyərək öz iradını bildirmiş və əsgər A.M.Yunusov ona «Kaçok əsgərəm» deyərək cavab verdikdə ona «Gəl kaçokluğunu yoxlayaq» deyib həmin vaxt on ların yanında dayanmış 2-ci pulemyot manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş R.İ.Mirzəyevlə birlikdə sonuncu əsgər A.M.Yunusovun sağ qolunu kürəyinə doğru burduqdan sonra bu vəziyyətdə dirsəyi ilə onun kürək nahiyəsinə bir zərbə, daha sonra təxminən 30 sm uzunluğunda olan odun parçası ilə baş nahiyəsinə təxminən 7-8 zərbə vurmuş, bundan sonra kiçik çavuş R.İ.Mirzəyev həmin odun parçası ilə əsgər A.M.Yunusovun baş nahiyəsinə zərbə vurmaq istəyərkən sonuncu başını çəkib sağ qolunu irəliyə doğru uzatdığından zərbə onun sağ qolunun bilək hissəsinə dəymiş və bu vəziyyətdə gizir Məhkum əsgər A.M.Yunusovun başını sağ qolunun altına salıb boynunu sıxaraq onun başını 2 dəfə sığınacağın divarına vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə y etirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən yenidən əsgər Y.Y.Həşimova öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə xx xxxxxxx 2016-cı ildə saat 18:20 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun ərzaq anbarının qarşısında sonuncunun sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı ildə saat 15-16 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının arxa tərəfində yerləşən odun tədarükünün yığıldığı yerdə ə sgər A.M.Yunusova öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə sonuncuya «Yunusov, neçə vaxtdı sənə əlim dəymir, gəl sənə də 1-2 sillə vurum» deyərək əlinin içi ilə onun qulaq nahiyəsinə 1 zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi təhqir etmişdir. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı il tarixdə saat 18 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunun sığınacağının qarşısında həmin vaxt hərbi hissənin tibb məntəqəsindən xidmət yerinə qayıtmış bölüyün 3-cü tağımının 3cü manqasının qumbaraatanı, əsgər X4 yanına çağırıb heç bir səbəb olmadan onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və sonuncunun sifətinə iki dəfə si llə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı il tarixdə saat 15:00-dan 17:00-dək başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda döyüş növbətçiliyinə təyin edilmiş əsgər xxx növbədə olarkən özünü saxlaya bilməyib şalvarına sidik ifraz etdiyini bildikdən sonra həmin gün saat 17.30 radələrində sığınacağın içərisinə daxil olub orada sonuncunun sifət nahiyəsinə iki dəfə sillə zərbəsi və sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmə tdə olarkən xx xxxxxxx 2016-cı ildə saat 18:45 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda xidmət edən 3-cü tağımın 3-cü manqasının heyət nəfəri, əsgər X11 öz üstünlüyünü və gücünü nümayiş etdirmək qərarına gələrək bu məqsədlə postun sığınacağının içərisində sonuncunun oğlunun sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi təhqir etmişdir. Daha sonra Məhkum həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı ildə saat 19-20 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda xidmət edən əsgərlərə öz üstünlüyünü və gücünü nümayiş etdirmək məqsədi ilə onları postun sığınacağının içərisində sıraya düzərək «Mən xüsusi təyinatlı N nömrəli hərbi hissədən gəlmişəm, oranın altı aylıq kursunu keçmişəm, köhnə əsgərlər bilir ki, əsgər çepe eləyəndə mən necə vururam, nətər döyürəm» demiş və heç bir ciddi səbəb olmadan sırada dayanmış əsgərlər X24, X18, X16 və X15, eləcə də posta ezam edilmiş taborun AQS manqasının baş atıcısı, əsgər X19 və 3-cü tağımın 3-cü maqasının tuşlayıcısı, əsgər X5 nahiyələrinə yumruqla bir dəfə zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etmişdir. Bundan başqa o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və Qarnizon və Qarovul Xidmətləri Nizamnamələrinə əsasən N saylı hərbi hissə komandiri tərəfindən verilmiş «Birinci eşel onda döyüş növbətçiliyinin təşkili və aparılması» haqqında xx xxxxxx 2016-cı il tarixli, 1 №-li əmrin 3-cü bəndində göstərilmiş «Döyüş növbətçiliyi sutkalıq aparılır, hər mövqedə gündüz və gecə 2-3 müşahidəçi təyin edilir» və 3.1-bəndində göstərilmiş «Növbə başçısı döyüş növbətçiliyinin növbələr şəklində ardıcıl aparlaraq təşkil edilməsinə və müşahidəçilərin postda 2 (iki) saatdan bir dəyişdirilməsinə cavabdehdir» tələblərini pozaraq 2016-cı ilin oktyabr ayının əvvəllərindən xx xxxxxxx 2016-cı il tarixədək olan müddət ərzində özü tərəfindən tərtib edilmiş «Döyüş növbətçiliyinin aparılması kitabı»nda hər gün saat 07:00-dan 23:00-dək döyüş növbətçiliyinin aparılmasına 3 əsgərin təyin olunmasına baxmayaraq, həmin əsgərlərdən yalnız birini və ya ikisini döyüş növbəsinə çıxarmış, əksər vaxtlard a gündüz saatlarında pulemyotun yerləşdirildiyi 03 №-li uzunmüddətli atəş nöqtəsinə, habelə havanın dumanlı olduğu vaxtlarda həmin nöqtəyə və sığınacağın qarşısında olan 1 №-li uzunmüddətli atəş nöqtəsinə hərəsində 1 əsgər olmaqla döyüş növbətçiliyini təşkil etmiş, saat 23:00-dan 07:00-dək isə «Döyüş növbətçiliyinin aparılması kitabı»nda 4 əsgərin döyüş növbətçiliyinin aparılmasına təyin olunmasına baxmayaraq, həmin əsgərlərdən biri əsgər sığınacağının qarşısındakı 1 №-li, digəri isə pulemyotun yerləşdirildiyi 03 №-li uzunmüddətli atəş nöqtəsinə olmaqla yalnız ikisini döyüş növbətçiliyinə təyin etmiş və bu müddət ərzində yəni, saat 23:00-dan 07:00-dək öz vəzifələrini digər şəxsə həvalə etməyib döyüş növbətçiliyini dəyişdirmədən, təlimatlandırmadan və yoxlamadan postun sığınacağında yatmaql a rəis və vəzifəli şəxs kimi müntəzəm olaraq döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmişdir. Daha sonra o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı ildə saat 21 radələrində başçısı olduğu bölüyün şərti olaraq «Səngər» adlanan döyüş postunda xidmət edən əsgərlərdən vəzifə borclarını soruşan zaman əsgər X7 vəzifə borcunu, eləcə də döyüş tapşırıqlarını bilməməsindən, digər əsgərlərin isə vəzifə borclarını və döyüş tapşırıqlarını tam şəkildə bilməmələrindən qəzəblənərək əsgərlər X29, X30, X17 və X21, eləcə də taborun AQS manqasının qumbaraatanı, əsgər X22 postun əsgər yataqxanasının qarşısında sıraya düzmüş və onlara döyüş tapşırıqlarını, eləcə də vəzifə borclarını tam şəkildə öyrənib danışanadək orada qalacaqlarını bildirib həmin əsgərləri tə xminən 3-4 saat ərzində soyuq, tutqun, buludlu və 1,60C hərarətində hava şəraitində çöldə saxlayaraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə işgəncə vermiş və yalnız xx xxxxxxx 2016-cı ildə saat 01 radələrində əsgər Şəxsiyyət Qasımov vəzifə borlarını ona danışdıqdan sonra əsgərlərin yataqxanaya daxil olmalarına icazə vermişdir. Həmçinin Məhkum həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən şərti olaraq «Səngər» adlanan döyüş postunda yenicə xidmətə başlamış və ondan xidməti cəhətdən asılı olmuş əsgər Y.Y.Həşimovu xx xxxxxxx 2016-cı il tarixdə postda xidmətə gəldiyi gündən etibarən «Atmosfer» deyərək çağırıb məsxərəyə qoymaqla, xx xxxxxxx 2016-cı il tarixdə postun ərzaq anbarının qarşısında öz üstünlüyünü və gücü nü nümayiş etdirmək məqsədi ilə sifətinə bir dəfə sillə zərbəsi, xx xxxxxxx 2016-cı il tarixdə postun sığınacağının arxasında hər iki əli ilə sağ və sol qulan nahiyələrinə iki dəfə zərbə, xx xxxxxxx 2016-cı ildə saat 19-20 radələrində sığınacağın içərisində sinəsinə yumruqla bir dəfə zərbə vurmaqla və həmin gün saat 21 radələrində onu digər əsgərlərlə birlikdə təxminən 3-4 saat ərzində soyuq, tutqun, buludlu və 1,60C hərarətində hava şəraitində çöldə saxlamaqla, yəni 14-xx xxxxxxx 2016-cı il tarixləri ərzində sonuncuya qarşı zor tətbiq edib onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmış, nəticədə əsgər Y.Y.Həşimov onun üzərində öz üstünlüyünü və gücünü nümayiş etdirməyə çalışan gizir Məhkum ona qarşı etdiyi qanunsuz və nizamn amədən kənar hərəkətlər səbəbindən fərdi psixi xüsusiyyətlərinə görə frustrasiya halını keçirərək həmin vəziyyətdə xx xxxxxxx 2016-cı il tarixdə saat 09:50 radələrində şəti olaraq «Səngər» adlanın döyüş postunun hamamında bölüyə məxsus «AKMS» markalı, 7,62 mm kalibrli, AFE 4420 №-li avtomat silahdan çənəaltı nahiyəsinə dirənmiş vəziyyətdə bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnmiş və ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid «Sol beyin yarımkürəsinin dağılması, sərt beyin qişasının, sərt damağın, dilin, yumşaq toxumaların zədələnmələri, burunun, üst, alt çənə, kəllə əsası və tağı sümüklərinin defektli, çoxsaylı, çoxqəlpəli, xətti, açıq sınıqları və hər iki gözətrafı nahiyənin hematoması (eynək simptomu) ilə müşayiət olunan kəllə boşluğunu dəlib-keçən bir ədəd yara» xəsarətlərini yetirməklə özünü öldürmüşdür. Bundan başqa Məhkum həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən əsgər Y.Y.Həşimovun özünü öldürməsi ilə əlaqədar başlanmış istintaq zamanı N saylı hərbi hissə komandanlığının göstərişinə əsasən xx xxxxxxx 2016-cı il tarixdə saat N radələrində hərbi hissənin yeməkxanasının qarşısında dayanıb tabeliyində olan əsgərlər X24, X17, X25, X16, Yarıyev Nəcməddin Abdulla oğlu, X18, X30, X29 və X27 ilə söhbət edərkən onlara «196 saylı hərbi hissəyə yazılmışam» deyərək xidmət yerinin dəyişdiriləcəyini bildirmiş və bu zaman əsgər A.A.Məmmədov ona «Starşına, hələ çox yerə yazılma» dedikdə sonuncunun həmin sözlərinə qəzəblənərək sağ əli ilə onun buşlatının yaxasından tutub özünə tərəf çəkib bu vəziyyətdə yu mruqla sonuncunun sinəsindən iki dəfə zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan əlavə o, həmin hərbi rütbədə və vəzifədə həqiqi hərbi xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdə saat N radələrində hərbi hissəyə məxsus «Qazel» markalı hərbi maşının yük yerində N saylı hərbi hissənin qərargahından 3-cü taborun qərargahına gedərkən həmin vaxt onunla birlikdə olan əsgər X19 əsgər X2 havanın soyuq olduğuna görə yük yerindən asılmış çadırı yuxarı qaldırmamasını xahiş etdiyini eşib əsgər A.A.Məmmədova «Mən burdayam, sənin deməyinə ehtiyyac yoxdur» deyərək öz etirazını bildirmiş, daha sonra oturduğu yerdən ayağa qalxaraq bu vəziyyətdə dizi ilə həmin vaxt onunla üzbə-üz oturmuş əsgər A.A.Məmmədovun ayaq və böyür nahiyələrinə, habelə yumruqla sinə və baş nahiyələrinə bir neçə zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Hökmdən Məhkum və müdafiəçisi X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və R.Ş.Muradovdan ibarət tərkibdə) xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə Məhkum aid hissədə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının Məhkum aid hissədə ləğv edilməsini, Mə hkum ittiham olunduğu Azərbaycan Respublikası CM-in 125 və 341.3-cü maddələri ilə bəraət verilməsini, CM-in 331.2 və 331.3-cü maddələri ilə isə həmin məcəllənin 70-ci maddəsi tətbiq olunaraq cəzasının şərti hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlinin Cinayət Məcəlləsinin 125 və 341.3-cü maddələri ilə tövsif edilməsi əsassızdır. Məhkum hadisə ilə bağlı verdiyi ifadələrində Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə özünü təqsirli bilmiş, CM-in 125 və 341.3-cü maddələri ilə isə özünü təqsirli bilməmişdir. Belə ki, irəli sürülmüş ittihama görə guya o mərhum Y.Həşimovu özünü öldürmə həddinə çatdırmışdır. Lakin bu hal həqiqətə uyğun deyil. Çünki zərər çəmiş şəxsin hüquqi varisi ifadəsində göstərmişdir ki, mərhum Y.Həşimov “atmosfer” sözünə və bir silləyə görə özünü öldürə bilməzdi. Bundan başqa elan edilmiş ittihama əsasən Məhkum guya rəis və vəzifəli şəxs kimi hakimiyyətdən müntəzəm olaraq döyüş şəraitində qəsdən istifadə etməmişdir. Lakin bu hal da həqiqətə uyğun deyil, çünki o xidməti dövründə komandanlıq tərəfindən mükafatlandırılmış və müsbət xarakterizə olunmuşdur. Qeyd olunanalara əsasən Məhkum Cinayət Məcəlləsinin 125 və 341.3-cü maddələri ilə bəraət verilməli, həmin Məcəllənin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində bu maddələr üzrə Cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzasının şərti hesab edilməsinə dair qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin ma teriallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi F.İ.İskəndərov, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi xxx və digər zərər çəkmiş şəxslər A.M.Yunusov, Ə.İ.Əvəzxanlı, A.A.Məmmədov, R.V.Nurəlizadə, xxx, R.M.Nəzərov, N.A.Yarıyev,xxx, R.F.Abuşov isə məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələləri nə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 125, 331.2, 331.3 və 341.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum və müdafiəçisi N.N.Heydərovun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi F.İ.İskəndərov əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini qismən müabhisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 125 və 341.3-cü maddələri ilə ona bəraət verilməsini və CM-in 331.2 və 331.3-cü maddələri ilə həmin Məcəllənin 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zaman ı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Belə ki, Məhkum CM-in 125 və 341.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərər çəkmiş şəxslər xxx xxx, xxxun, xxxnin, xxx və zərərçəkmiş şəxsin hüquqi varisi xxxun, şahid xxx məhkəmə baxışında verdikləri ifadələri, şahid R.Ə.Məmmədovun məhkəmə baxış iclasında araşdırılaraq elan olunan ifadəsi, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halla rı təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum CM-in 125 və 341.3-cü maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassas iya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 125, 331.2, 331.3 və 341.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum barəsində onun müdafiəçisinin qeyd etdiyi yüngülləşdirici hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Hazırkı kassasiya şikayəti nin müvafiq dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq təhlil edən apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, onun real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları Məhkum təqsirli bilindiyi maddələrə CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı a ğırlaşdıran halı, cəzanı yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərti məhkum etmənin tətbiqini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3 və 341.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi k ollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-32/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-32/2018
22.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver