Məhkəmə qərarları › İş №1-1(102)-32/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-32/2020

07.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-32/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 və Məhkum müdafiəçisi X3 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2. 4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-119/2019 nömrəli 20 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Vidadi Nəsirov, hakimlər Nurəddin Hüseynli və Kamran Muxtarovdan ibarət tərkibdə), Məhkum, 01 avqust 1997-ci il tarixdə Kürdəmir rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olmamış, ******* rayonunun ****** kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin **** nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət ü zrə hərbi qulluqçusu, əsgər; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 09 yanvar 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin **** nömrəli Hərbi Hissəsinin 2-ci taborunun 8-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində şərti olaraq «****» adlandırılan döyüş postunda müddətli həqiqi hərbi xidmətdə olarkən 09 yanvar 2019-cu il tari xdə, saat 13:40 radələrində postun sığınacağında həmin manqanın əsgəri X7 ona termosda çay dəmləməsini tapşırdıqda o, narazı şəkildə termosun axşama lazım olduğunu bildirmişdir. Həmin vaxt əsgər A6 onunla uca səslə danışması səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı onlar qarşılıqlı olaraq biri-birilərinin ünvanına nalayiq sözlər demiş və dalaşmaq istədikdə sığınacaqda olan digər əsgərlər onları ayırıb sakitləşdirmiş və dava etmələrinə imkan verməmişlər. Bundan sonra əsgər A6 istirahət etmək üçün öz çarpayısına uzanıb yatmışdır. O, əsgər A6dən onu söyüb təhqir etdiyinə görə qisas almaq və əsgər A6i qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, bir neçə dəqiqədən sonra digər əsgərlərin diqqətinin onda olmamasından istifadə edərək öz cinayətkar niyyətini həyata keçirmək ü çün sığınacaqda olan silah saxlanılması üçün nəzərdə tutulmuş şkafdan özünə təhkim olunmuş AKM markalı LB 4473 nömrəli avtomat silahı və bir ədəd içərisində 30 ədəd patron olan darağı götürüb darağın içərisindən üç ədəd təlim patronunu çıxarmış və həmin patronları, eləcə də darağı əynindəki şalvarının ciblərində gizlətmişdir. Sonra o, sığınacaqdakı yemək masasının arxasında əyləşib nahar edən əsgərlər X12 və X4 şübhələndirməmək üçün silahı yemək yeyilən masanın sağ kənarında döşəmənin üzərində sökərək guya həmin silahı təmizləməsi görüntüsünü yaratmış, daha sonra isə döşəmənin soyuq olduğunu bəhanə edərək sökdüyü silahı və onun komplekt hissələrini götürüb sığınacağın çarpayılar olan tərəfinə gedərək əsgər A6 alt yarısında yatdığı ikimərtəbəli çarpayı ilə üzbəüz yerləşən digər ikimərtəbəli çarpayının alt yarısının üzərində oturmuşdur. Bundan sonra saat 14:10 radələrində o, sökülü vəziyyətdə olan avtomat silahını yığmış, cibində olan darağı çıxarıb silahın üstünə taxmış, silahın qoruyucusunu açıb avtomatik atış rejiminə qoyaraq sürgü qolunu çəkib buraxmaqla patronu patron yuvasına yeridib silahı atəş üçün döyüşə hazır vəziyyətə gətirmiş və silahın lüləsini qarşısındakı çarpayıda, ondan təxminən 112 sm məsafədə yatmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əsgər A6 sinə nahiyəsinə tərəf tuşlayaraq eni təxminən 370 sm, uzunluğu təxminən 790 sm və hündürlüyü təxminən 230 sm ölçülərdə olan sığınacağın içərisində təxminən bir metr radiusda digər şəxslərin olmalarına, yəni ondan təxminən 150 sm məsafədə solda masanın arxasında əsgərlər A7 və T6 oturub nahar etmələrinə, özünün oturduğu çarpayının üstündəki çarpayıda ondan təxminən 45 sm məsafədə əsgər X1, əsgər A6 yatdığı çarpayının üstündəki yan çarpayıda ondan təxminən 115 sm məsafədə isə əsgər X5 yatmalarına, eləcə də ondan arxada təxminən 145 sm məsafədə içərisi sursatla dolu sursat yeşiklərinin və təxminən 210 sm məsafədə içərisində silahlar olan silah saxlama şkafının yerləşməsinə, bununla da, əsgərlər A7, T6, K6 və T6 də həyat və sağlamlıqları üçün real təhlükə törətdiyini, yəni atəş açacağı təqdirdə silahın təpməsi və ya güllələrin nişan aldığı birinci hədəfə, yaxud ikinci maneələrə, o cümlədən çarpayının metal hissələrinə və bərk materialdan olan digər əşyalara dəyib sivişərək (rikoşet verərək) istiqamətini dəyişməsi nəticəsində həmin şəxslərə dəyə biləcəyini, eləcə də göstərilən sursat yeşiklər inə və ya silah saxlama şkafına dəyərək güclü partlayışın baş verə biləcəyini dərk etməsinə baxmayaraq, buna əhəmiyyət verməyərək əsgər A6i qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə tətiyi basıb 7 (yeddi) atəş açaraq sonuncuya yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən girib, boynun sol arxayan səthindən çıxan, sol İİİ, sağ İİ qabırğaların açıq qəlpəli sınıqları, hər iki ağciyərin yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən girib, sağ yarısının ön-bayır səthindən çıxan, sol İV, sağ İİ qabırğaların açıq, qəlpəli sınıqları, hər iki ağciyərin, ürək əzələsinin, yumşaq toxumaların zədələnmələri i lə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən girib, sağ yarısının ön-bayır səthindən çıxan, sol V, sağ İV qabırğaların açıq, qəlpəli sınıqları, hər iki ağciyərin, yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən girib, sağ yarısının ön-bayır səthindən çıxan, hər iki ağciyərin, ürək əzələsinin, yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısının bayır səthindən girib, sağ yarısının ön-bayır səthindən çıxan, sağ V qabırğanın açıq, qəlpəli sınığı, hər iki ağciyərin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısının bayır səthindən girib, sağ yarısının ön-bayır səthindən çıxan, bazu sümüyünün açıq, qəlpəli sınığı, yumşaq toxumaların zədələnmələri ilə mü şayiət olunan sol bazunun orta 1/3-nin bayır səthindən girib, yuxarı 1/3-nin iç səthindən çıxan, bazu sümüyünün açıq, qəlpəli sınığı, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan sağ bazunun yuxarı 1/3nin iç səthindən çıxıb aşağı 1/3-nin ön səthindən çıxan, yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan sağ mil-bilək oynağının ön səthindən girib, sağ əl pəncəsinin ovuc səthindən çıxan və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunaraq sağ saidin yuxarı 1/3-nin ön səthindən girib, sağ dirsək oynağının arxa səthindən dərialtı yumşaq toxumalarda kor qurtaran, sağ bazunun yuxarı 1/3-nin ön və iç səthlərində yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan toxunub-keçən yaralar» xəsarətlərini yetirməklə əsgər A6i qəsdən öldürmüş, yəni ümumi təhlükəli üsulla onun üçün aş kar surətdə köməksiz vəziyyətdə olan əsgər A6i qəsdən həyatdan məhrum etmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X9 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(104)87/2019 nömrəli 02 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əlizamin Abdullayev, hakimlər Salman Hüseynov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) Gəncə Hərbi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi N.N.Heydərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən prosessual hüquq normaları müvafiq hökm və qərar çıxarılarkən düzgün tətbiq olunmamışdır. Bundan başqa, məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığını, çay dəmləmək üstündə mübahisə edərkən onu təhqir etdiyini, bundan sonra silahını götürərək çarpayıda yatan A6ə yaxınlaşdığını, sakit səslə ondan üzr istəməyi tələb etdiyini, lakin Azərin yenə də onu təhqir etdiyini, bu zaman bir anlıq idarəetmə qabiliyyətini itirdiyini və yaxın məsafədən ona atəş açaraq öldürdüyünü göstəmişdir. Bu zaman o, başqalarının həyatı üçün heç bir təhlükə yaratmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Kassator göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, ona təyin olunmuş cəzanın və cəzaçəkmə rejiminin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikas ı CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən iş üzrə düzgün araşdırılma aparılmadığını, onun zərərçəkmişi öldürmək fikri olmadığını, zərərçəkmiş o nu təhqir etdiyinə görə bir anlıq idarəetmə qabiliyyətini itirdiyini və yaxın məsəfədən ona atəş açaraq öldürdüyünü, həmçinin ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarının ona aid hissədə dəyişdirilməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq cəzasının və cəzaçəkmə rejiminin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan R espublikası CPM-in 143- 146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olubolmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxslərin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə, mütəxəssis rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetir ilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edilmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə də CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-nin 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə burada cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin (şəxs lərin) həyatı deyil, həm də bu cinayət hadisəsinin törədilməsi ilə bağlı başqa şəxsin (şəxslərin) həyatı da ola bilər. Qərarın 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparmış, iş üzrə təqdim edilən bütün dəlilləri yoxlamış, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləmiş, ekspertiza rəylərini, sənədləri tədqiq etmiş və təkzibedilməz sübutlar əsasında məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, məhkəmə iş üzrə Məhkum zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, cinayəti odlu silahdan istifadə etməklə törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirərək ona təqsirli bilindiyi Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzasının ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum təyin edilən cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2- ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi y anaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Məhkum əsgər A6dən onu söyüb təhqir etdiyinə görə qisas almaq və əsgər A6i qəsdən öldürmək qərarına gəlmiş, özünə təhkim olunmuş AKM markalı LB 4473 nömrəli avtomat silahı götürərək yatmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əsgər A6 sinə nahiyəsinə tərəf tuşlayaraq 7 (yeddi) atəş açmış, sonuncuya yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri ni yetirməklə əsgər A6i qəsdən öldürmüş, ümumi təhlükəli üsulla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əsgər A6i qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istər Plenum qərarının tövsiyələri, istərsə də məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik nəticəsi, cinayət nəticəsində bir əsgərin qəsdən öldürülməsi fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib ol malı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai-təhlükəliliyi fövqündə ona təyin edilən 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Məhkəmə kollegiyası məhkumun cəzaçəkmə rejiminin yüngülləşdirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, hökmlə məhkumun cəzasının ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəz açəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. CM-in 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkum təqsirli bilindiyi CM-in 120.2.4 və 120.2.9-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxil olduğundan qanun normasının tələbinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən q ərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar