Məhkəmə qərarları › İş №1-1(102)-32/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-32/2024

16.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-32/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, X3 müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Əliyev Samir Sa hib oğlunun iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)-N6/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs XN0 N3 may N995-cı il tarixdə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi q ulluqçusu – baş çavuş, Bərdə rayonunun Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, X4 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölyünün N-ci mühafizə tağımının 2-ci mühafizə qrupunun komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N8 iyul 2022-ci il tarixdə saat 06:53-də müvafiq sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrliyində (Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında) Bakı şəhəri istiqamətində təxminən 50-60 km saat sürətlə hərəkətdə olan zaman «Yol h ərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin N-ci hissəsinin «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, sol tərəfdə yerləşən dördüncü, yəni sonuncu hərəkət zolağında avtomobilin ön sağ hissəsi ilə yolu sağdan sola düzünə keçən piyada, xx.xx.200N-ci il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, həmin yerdə qeydiyyatda olan X5 vuraraq, ona ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası və sol gicgah nahiyəsinin qançır-şişkinliyi, sol baldır sümüklərinin orta N/3nin qapalı sınığı, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin və sol əlin arxa səthinin əzilmiş-cırılmış yaraları, boyun kökünün sol yarısının və sol çiyin qurşağı nahiyəsinin kəsilmiş yaraları, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları» xəsarətlərini yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur.

3. Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim: XNN) N7 fevral 2023-cü il tarixli, NN(093)-N8/2023 nömrəli hökmü ilə X7 CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək N (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməkl ə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. XN Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin N-N(093)N8/2023 nömrəli, N7 fevral 2023-cü il tarixli hökmünü ləğv edərək X7 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: XN6 (sədrlik edən və məruzəçi), XN2 və X2 ibarət məhkəmə tərkibində) 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)N6/2023 nömrəli hökmü ilə apellyasiya şikayətinin təmin edilməsi, Bak ı Hərbi Məhkəməsinin X7 CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair N-N(093)-N8/2023 nömrəli, N7 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsi və yeni hökm çıxarılması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.N.4-cü maddəsinə əsasən X7 CM-in 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, XN0 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dərhal ləğv edilməsi, bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının X8 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübut və məhkə mə məsrəfi məsələləri də həll edilmişdir

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3N oktyabr 2023-cü il tarixli, NN(N03)-N6/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanılmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – “Azərbaycan Respublikası CPM”) N43-N46-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, n əticədə X8 əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 4N6.N.2 və 4N6.N.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)-N6/2023 nömrəli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

8. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

9. Qərardan bəraət almış şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən d övlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən X3 müdafiəçiləri Müdafiəçi2 və Əliyev Samir Sahib oğlu kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 4N9-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 4N9.N-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 4N6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyi, nəticədə X8 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz hökm qəbul edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-in 4N6.N.2 və 4N6.N.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 4N9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)-N6/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respu blikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-in N39-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi təl əb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozul masına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin N-ci bəndinin və həmin Məcəllənin 3N4-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 2N.2 və 2N.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

22. Cinayət mühakimə ic raatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in N25, N44, N46-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

23. Azərbaycan Respublikası CPM-in N44-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

24. Həmin Məcəllənin N45.N və N45.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsasl andığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

26. Kassasiya müraciətində apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Resp ublikası CPM-in N44-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in N45-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPMin N46-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

27. Belə ki, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş ekspertlərin ifadələrində göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması və təhlükənin yaranma anının müəyyən edilməsi hissəsini cinayət işi materiallarında olan, həmçinin qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar əsasında tədqiq edib, mövqeyini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı təhlükənin yaranma anını birinci hərəkət zolağının başlanğıcından götürməsini onunla əsaslandırmışdır ki, məhz həmin andan piyada hərəkətə başlamış, piyadanın görünməsini məhdudlaşdıran iri qabaritli avtomobillərin hərəkəti müşahidə edilməmişdir (məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi barədə 09 sentyabr 2022-ci il tarixli qərar). Məhkəmə kollegiyası, piyadanın birinci hərəkət zolağının başlanğıcından hərəkətə başlaması halını qəbul etsə də, piyadanın görünməsini məhdudlaşdıran halların olmaması barədə nəticəni qəbul etməmiş və bunun yalnız ehtimala dayandığı qənaətində olmuşdur, çünki XN0 ifadələrində dörd zolaqda nəqliyyat axının olmasını bildirmiş, bu hal videogörüntü ilə təsdiq edilmiş, piyadanın məhz onun sağ hissəsində hərəkətdə olan Kia markalı avtomobilin arxa hissəsindən çıxdığı an gördüyünü bildirmişdir. Yəni, XN0 piyadanın birinci hərəkət zolağının başlanğıcından hərəkətə başlaması anında görə bilmədiyini göstərmişdir. Piyadanın görünməsini məhdudlaşdıran iri qabaritli avtomobillərin hərəkətinin müşahidə edilməməsi qənaəti ekspertlərin ehtimalı olmuşdur. Cinayət işinin materiallarında piyadanın, təqsirləndirilən İsmayıl Cəfərovun görünüş dairəsinə hansı andan, hansı nöqtədən düşməsini özündə əks etdirən heç bir sübut olmamış, bu hal ekspertlər tərəfindən belə müəyyən edilməmiş, istintaqın piyadanın hərəkət hissəsinə daxil olduğu andan sürücü İsmayıl Cəfərovun görünüş dairəsinə düşməsi barədə gəldiyi nəticə də tama milə ehtimallara əsaslanmışdır.

28. Nəticədə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, metodika piyadanın eyni istiqamətdə hərəkətdə olan, yaxud dayanmış nəqliyyat vasitəsinin qarşından, həm də qarşıdan əks istiqamətdə hərəkətdə olan, yaxud dayanmış nəqliyyat vasitəsinin arxasından yolu keçməsi və həmin nəqliyyat vasitələrinin piyadanın əvvəlcədən tam görünməsini məhdudlaşdırdığı şəraitdə piyadanın sürücünün görünüş dairəsinə hansı andan düşməsinin müəyyən edilməsinə dair olmuş, çoxsaylı avtomobil axnının qarşısından keçən piyadanın sürücünün görnüş dairəsinə hansı andan düşməsinin müəyyən edilməsi ilə bağlı yol-nəqliyyat hadisəsi ekspertizası sahəsində hər hansı bir ekspertiza metodikasının mövcud olmamış, hazırkı rəylər verilərkən də istinad edilməmişdir.

29. Həmçinin apellyas iya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, iş materiallarında olan videogörüntüdən açıq-aydın görünür ki, yol dörd zolaqlıdır, avtomobillərin dörd zolaqda axını vardır, zərərçəkmiş şəxs görüntünün 20-ci saniyəsində yolun sağ kənarından N-ci hərəkət zolağı ilə adi yerişlə sağdan sola düzünə hərəkətə başlayır, həmin zolaqda hərəkətdə olan avtomobillərin qarşısından keçir, görüntünün 23cü saniyəsində yolun sağ kənarından 2-ci hərəkət zolağına daxil olur, həmin zolaqda hərəkətdə olan avtomobillərin qarşısından keçir, iti yerişlə görüntünün 26-cı saniyəsində yolun sağ kənarından 3-cü hərəkət zolağına daxil olur, həmin zolaqda hərəkətdə olan avtomobillərin qarşısından keçir, görüntünün 27-ci saniyəsində yolun sağ kənarından 3-cü hərəkət zolağının təxminən mərkəzindən qaçışla yolun sağ kənarından 4-cü hərəkət zolağına doğru qaçır, görüntünün 28-ci saniyəsində yolun sağ kənarından 4-cü hərəkət zolağında hərəkətdə olan Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılır.

30. Bununla da apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri istintaq tərəfindən ehtimallarla müəyyən edilmiş hadisənin mexanizmi üzərində qurulmuş, hadisənin real mexanizmini əks etdirməmişdir. Apellyasiya instansiya məhkəməsi kollegiyasının müəyyən etdiyi mexanizim təqsirləndirilən şəxsin ifadələri və hadisəni özündə real əks etdirən videogörüntülərlə uzlaşmışdır. Həmin mexnizm üzrə ekspertlər tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilir ki, 200N-ci il təvəllüdlü kişi cinsli piyadanın iti qaçışın yuxarı həddi ilə 3-4 metr məsafəni 0,65- 0,86 s aniyə vaxt ərzində qət edə bilərdi. Lakin qeyd edilir ki, həmin vaxt ərzində sürücünün yaranmış təhlükəyə reaksiya verərək piyadanı vurana kimi tormozlama əməliyyatı aparması mümkün deyildir. Bu da onu göstərir ki, X7 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır.

31. Həmçinin, məhkəmə belə qənaətə gəlmişdir ki, hadisə baş verən yerdə piyada keçidi — yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə olmamış, bununla da piyada tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin N-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

32. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X7 təqsirli olması haqda qənaətinə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edilmiş, yaranmış bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğu barədə qanunvericilik norması nəzərə alındıqda Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.

33. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və qeyd edir ki, qismən məhkəmə istintaqı keçirilməklə ələd edilmiş sübutların cinayət işi materiallarında olan sübutlarla əlaqəli tədqiqinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkum barəsində CM-in 263.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyindən bəraət verilməsi i lə düzgün qənaətə gəlmiş, belə qənaətə əsaslanmaqla qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in N43-N46-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 4N6.N-ci madd əsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçilərinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)-N6/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 4N9.N0.Nci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 3N oktyabr 2023-cü il tarixli, N-N(N03)-N6/2023 nömrəli hökmü apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münaibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar