Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-33/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünə əsasən Məhku m Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), R.Q.Abbasov və C.C.Ramazanov ibarət tərkibdə) 12 noyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1995-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Hərbi Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.1, 333.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq ona 500 manat məbləğin də cərimə və 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmış, Bakı Hərbi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 333.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza birləşdirilərək ona qəti olaraq 600 manat məbləğində cərimə və 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə həmin hökmün cəza hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.02.2019-c u il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilib qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, N nömrəli hərbi hissənin həmlə taborunun 2-ci həmlə bölüyünün atəş dəstək tağımının qumbaraatan manqasının komandiri vəzifəsində, əsgər hərbi rürtbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzanı Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) məhkum və müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, N nömrəli hərbi hissənin həmlə taborunun 2-ci həmlə bölüyünün atəş dəstək tağımının qumbaraatan manqasının komandiri vəzifəsində, əsgər hərbi rürtbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ilin mart ayının ortalarında tanışı Şahid1 bacısı oğlu Şahid3 zabit kimi hərbi xidmətə qəbul etdirmək və N nömrəli hərbi hissəyə maliyyə xidməti rəisi vəzifəsinə təyin etdirmək arzusunda olduğunu öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, zabit kimi hərbi xidmətə qəbul etdirmək və N nömrəli hərbi hissəyə maliyyə xidməti rəisi vəzifəsinə təyin etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və Şahid1 hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 25 mart 2018-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, Səməd Vurğun adına bağda Şahid1la görüşərək, tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə 5000 manat pul müqabilində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə Şahid3 hərbi xidmətə qəbul etdirib N nömrəli hərbi hissəyə maliyyə xidməti rəisi vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verərək rüşvət verməyə təhrik etmişdir. Şahid1 Məhkum inanıb onun təklifini Qazax rayonunda yaşayan bacısı Şahid2 ilə müzakirə etmiş və sonuncu pul verməyə razılaşaraq 28 mart 2018-ci il tarixdə Məhkum çatdırılması üçün 5.000 manat məbləğində pulu Qazax rayonundan taksi fəaliyyəti ilə məşğul olan avtomobillə Bakı şəhərinə qardaşı Şahid1 göndərmişdir. Şahid1 həmin gün pulu aldıqdan sonra saat 18 radələrində Məhkumlə Bakı şəhəri, Binəqədi rayonu, Memar Əcəmi metro stansiyasının yaxınlığında görüşmüşdür. Görüş zamanı Məhkum Şahid1 4500 manat məbləğində pul almışdır. 2018-ci ilin aprel ayının əvəllərində saat 19 radələrin də qarşılıqlı razılıq əsasında, Məhkum Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında Şahid1la görüşmüş və sonuncudan qabaqcadan razılaşdırılmış pulun digər hissəsi olan 500 manatı, ümumilikdə 5000 manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin may ayının əvvəllərində tanışı Şahid5 Canbulaq oğlunun Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən N nömrəli hərbi hissəsinə gizir kimi hərbi xidmətə qəbul olunmaq arzusunda olduğunu öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, N nömrəli hərbi hissəyə gizir kimi hərbi xidm ətə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, habelə Şahid5 hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 2018-ci ilin may ayının əvəllərində Şahid5la Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən N.Nərimanov adına metro stansiyasının yaxınlığında görüşərək, ona tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə 1300 manat məbləğində pul müqabilində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə onu N nömrəli hərbi hissəyə gizir kimi hərbi xidmətə qəbul etdirəcəyi barədə yalan vəd verərək təkrarən rüşvət verməyə təhrik etmişdir. Şahid5 Məhkum inanıb onun təklifi ilə razılaşdıqdan sonra, 09 may 2018-ci il tarixdə saat 19 radələrində Məhkum Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən, N.Nərimanov adına metro s tansiyasının yaxınlığında Şahid5la görüşərək, sonuncudan 1300 manat məbləğində pul almışdır. Daha sonra Məhkum Şahid5 asanlıqla pul verməsini görüb sonuncunu aldatmaqda davam edərək 20 may 2018-ci il tarixdə Şahid5la mobil telefonla əlaqə saxlayıb istədiyi işin həll edilməsi üçün əvvəllər verdiyi pulun yetərli olmamasını, hərbi xidmətə qəbul olunması ilə əlaqədar həkim komissiyası və test imtahanından keçirilməsi üçün adını və vəzifəsini çəkmədiyi yüksək vəzifəli şəxsə əlavə 300 manat məbləğində pul verməli olduğunu bildirərək Şahid5 inandırmış və 21 may 2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, M.Əcəmi metro stansiyasının yaxınlığında Şahid5la görüşərək, sonuncudan əlavə olaraq 300 manat, ümumlikdə vahid niyyətlə 1600 manat məbləğində pul alm ış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin may ayının sonlarında tanışı Şahid5 Canbulaq oğlunun dostu Şahid6 qardaşı Şahid7 Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən N nömrəli hərbi hissəsinə mülki işçi kimi sürücü vəzifəsinə işə düzəltmək arzusunda olduğunu öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, N nömrəli hərbi hissəyə mülki işçi kimi işə düzəltmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, habelə işə qəbul olunması üçün Toğlul İmanova hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 2018-ci ilin may ayının sonlarında Şahid5la mobil telefonla əlaqə saxlaya raq, tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə 1700 manat məbləğində pul müqabilində adını və vəzifəsini çəkmədiyi yüksək vəzifəli şəxsin vasitəsi ilə Şahid7 N nömrəli hərbi hissəyə mülki işçi kimi sürücü vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalan vəd verib təkrarən rüşvət verməyə təhrik etmişdir. Şahid5 Məhkum inanıb onun təklifini Şahid6la müzakirə etmiş və sonuncu pul verməyə razılaşdıqdan sonra, 05 iyun 2018-ci il tarixdə saat 13 radələrində Məhkum Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, "İnşaatçılar” metro stansiyasının yaxınlığında Şahid6la görüşərək, sonuncudan 1700 manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlillər i: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2020-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək məhkəmələr tərəfindən barəsində ağır cəza təyin olunduğunu, cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayətinin əsassız yerə təmin olunmadığını vurğulayaraq kassasiya şikayətinin təmin olunmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət -prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiya sı məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictima i təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə q əbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olun acaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum əməlini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi olmasını müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Hərbi Məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlü kəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun, əsaslı nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-33/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-33/2021
23.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver