Məhkəmə qərarları › İş №1-1(102)-33/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-33/2023

22.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-33/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumların müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ci nayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxx 1987-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmayan, N №-li hərbi hissənin baş çavuşu vəzifəsində xidmət etmiş, vətən müharibəsi iştirakçısı, Şuşanın və Xocəvəndin azad olunması uğurunda medalları ilə təltif olunmuş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamışdır.

2. Məhkum3 xx xxxxxx 1982-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, məhkum olunmayan, Kəngərli rayonun un Qıvraq qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamışdır.

3. Məhkum2 xx xxxxxx 1987-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, 3 uşaq atası, məhkum olunmayan, işsiz, İİ qrup əlil, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 N nömrəli hərbi hissəsinin qərargah bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən 23 noyabr 2021-ci il tarixdə Məhkum2 ilə görüşərək Məhkum3 zəng vurub onda psixotrop maddə olub olmamasını soruşmuşlar, sonuncu olmadığını dedikdə Məhkum2lə birlikdə Məhkum3 yaşadığı ünvana gedib orada Məhkum3 “iranlı tanışına” zəng vurub psixotrop maddə və narkotik vasitə sifariş verməsin i istəmişlər, bundan sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əlaqəsinə girərək “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmə barədə razılığa gəlmiş, bu məqsədlə Məhkum3 həmin tarixdə saat 20 radələrində ona məxsus telefondakı “whatsapp” proqramı vasitəsilə adı istintaqa Bayramı Shahrouz Mohammad oğlu kimi bəlli olan İran İslam Respublikasındakı üzvü ilə danışaraq 200 manat pul dəyərində “metamfetamin” psixotrop maddəsini və “həşiş qətranı” narkotik vasitəsini sifariş edərək, həmin maddələri avtomobilə məxsus ehtiyat hissəsi olan “rele”nin içərisində gizlədərək göndərilməsi barədə razılaşmış, 24 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən razılaşdıqları kimi Məhkum3 Məhkum2 idarə etdiyi “Mercedes” markalı, “**BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, o, isə taksi vasitəsilə Şahtaxtı Gömrük Keçid Məntəqəsinə gedərək orada görüşdükdən sonra, birlikdə narkotik vasitə və psixotrop maddənin alınması üçün 200 manat pulu İİR vətəndaşı Bayramı Shahrouz Mohammad oğluna göndərərək qayıtmışlar, sonra həmin şəxs İran İslam Respublikasında narkotik vasitə və psixotrop maddəni əldə edib, daşımaqla malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edərək “rele” adlı avtomobil ehtiyat hissəsinin içərisində gizlətməklə adı istintaqa Rousta Hamid Eynolah oğlu kimi məlum olan digər İran İslam Respublikasının vətəndaşı vasitəsilə Şahtaxtı Gömrük K eçid Məntəqəsinə göndərmiş, həmin şəxs Şahtaxtı Gömrük Keçid Məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə içərisində narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini Şahtaxtı Gömrük Keçid Məntəqəsinin anbarına təhvil vermiş, Məhkum3 bu barədə məlumatlandıqdan sonra əvvəlcədən ümumi razılaşmalarına əsasən Məhkum1 bunu bildirmiş, sonuncu Məhkum2lə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şahtaxtı Gömrük Keçid Məntəqəsinə getmişlər, lakin Şahtaxtı Gömrük keçid Məntəqəsinin əməkdaşı tərəfindən “rele” avtomobil ehtiyat hissəsi gömrük rejimindən Naxçıvan Muxtar Respublikasının ərazisinə buraxılmadığından öz əməllərini b aşa çatdırmaq məqsədilə Məhkum1 müxtəlif vəzifəli şəxslərə həmin avtomobil ehtiyat hissəsinin gömrük rejimindən onlara təhvil verilməsi barədə xahiş etdikdən sonra saat 17 radələrində içərisində gömrük nəzarətindən gizli keçirdikləri narkotik vasitə və psixotrop maddə olan “rele” avtomobil ehtiyat hissəsini Şahtaxtı Gömrük Keçid Məntəqəsinin anbarından götürüb narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib, Məhkum2lə birlikdə saxlayıb daşıyaraq Qıvraq qəsəbəsinə gətirdikdən sonra orada Məhkum3la görüşərək sonuncunun qaynına məxsus həyətdə yerləşən qaraja getmişlər, orada Məhkum3la narkotik vasitəni və psixotrop maddəni bölüşdürərkən Məhkum2 çöldə durub gəlib-gedənin olub-olmamasını müşahidə etmiş, sonra onun idarə etdiyi “Mercedes” markalı, “**-BB-***” dövlət nömrə nişanl ı avtomobildə Məhkum2 və Məhkum3la birlikdə həmin metamfetamin psixotrop maddəsindən istifadə etmiş, bölgüdən sonra özünə düşən satış məqsədi ilə əldə etdiyi psixotrop maddə “metamfetamin”dən əvvəlcədən satmaq barədə razılaşdığı Şahid15 və Şahid14 hər birinə 100 manat müqabilində satmış, bundan sonra onların birgə qaçaqmalçılıq yolu ilə əldə edib, saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Məhkum1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman təmiz çəkisi 0.281 qram “Metamfetamin” adlı psixotrop maddə, 26 noyabr 2021-ci il tarixdə, saat 10 ra dələrində Məhkum3 yaşadığı evin qarajına baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.105 qram “Metamfetamin” adlı psixotrop maddə və 10.217 qram “Həşiş qətranı” narkotik vasitəsi aşkar edilərək götürülmüşdür.

5. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 4 may 2022-ci il tarixli, 1-1(092)16/2022 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 1 qəti cəza olaraq 5(beş) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti cəza olaraq 5 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5(beş) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti cəza olaraq 5 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.M.Mirzəyev, hakimlər Ə.N.Novruzov və Y.S.Qurbanovdan ibarət tərkibdə) 17 iyun 2022-ci il tarixli, 1-1(108)-10/2022 saylı qərarı i lə təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri

9. Məhkum1 müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, məhkuma təyin edilmiş cəza törətdiyi əmələ adekvat deyil və həmçinin, məhkumun ailəsinin maddi vəziyyətinin ağır olması, himayəsində iki azyaşlı övladının olması, səmimi peşmançılığı, Vətən Müharibəsi iştirakçısı olması və həmçinin, istintaqla əməkdaşlıq edərək hər şeyi səmimi etiraf etməsi cəza təyini zamanı nəzərə alınmamışdır. Kassasiya şikayətinin müəllifi bu əsasla məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün sayır və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının Məhkum1 münasibətdə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun olaraq cəzanın şərti tətbiq edilməsi ilə barəsində 1 il sınaq müddətinin təyin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkum3 müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, məhkuma təyin edilmiş cəza törətdiyi əmələ münasibətdə ədalətli deyil və həddən artıq ağırdır. Məhkəmə tərəfindən cəza təyini zamanı məhkumun himayəsində bir azyaşlı övladının olması, həmçinin səmimi peşmançılığı və ailəsinin maddi vəziyyəti nəzərə alınmamışdır. Bu əsasla, məhkumun müdafiəçisi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının Məhkum3 münasibətdə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun olaraq cəzanın şərti tətbiq edilməsi ilə barəsində 2 il sınaq müddətinin təyin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

11. Məhkum2 müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı cəza təyini aspektindən qeyri-humanist və ədalətsizdir. Belə ki, cəza təyini zamanı şəxsin ailəsinin ağır maddi vəziyyəti, özünün səmimi peşmançılığı və İİ qrup əlil olması nəzərə a lınmamışdır. Bu əsasla, məhkumun müdafiəçisi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının Məhkum2 münasibətdə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun olaraq cəzanın şərti tətbiq edilməsi ilə barəsində 2 il sınaq müddətinin təyin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. III.Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi kassasiya şikayətlərində məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlar barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi bar ədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1-1(108)-10/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 onlara hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası həmçinin məhkumlar barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

22. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiy asına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

23. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsin də təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

25. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah ol unmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).

26. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlar barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza - onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının aşağı həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddələrinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 verdiyi kassasiya şikayətləri təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1-1(108)10/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barəsində olan 17 iyun 2022-ci il tarixli, 1- 1(108)-10/2022 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar