Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-33/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra m ətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) N3N.N-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, N-N(N07)-NN/N3 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum xx.xx.N00N-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan N ünvanında qeydiyyatda olan və faktiki yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər olmuşdur.
2. İttiham aktına əsasən, Məhkum döyüş sursatı hesab edilən 3 (üç) ədəd 7,6Nx39 mm PS markalı patronları talamışdır. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 4-cü taborunun NN-ci bölüyünün 3-cü taqımının N-ci manqasının snayperi vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, N9 iyul NN-ci il tarixdə saat N5:00 radələrində bölüyün silah otağında digər hərbi qulluqçularla birlikdə bölük komandirinin döyüş sursatlarının sayılması və daraqlara yığılması ilə bağlı tapşırığını icra edərkən hərbi hissəyə məxsus, istifadəyə yararlı, N ədədinin qiyməti 0.83 manat olmaqla, ümumilikdə N.49 manat dəyərində olan 03 (üç) ədəd 7,6Nx39 mm çaplı patronu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə hərbi xidmətdən xatirə saxlamaq üçün təsbeh düzəltmək məqsədilə sursat yeşiyindən götürüb şalvarının cibinə qoyaraq döyüş sursatını talamış, verilən tapşırığı icra edib bitirdikdən sonra silah otağından çıxarkən üzərlərində böyük təyin edilmiş həmin bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 tərəfindən paltarlarının ciblərinə baxış keçirilən zaman həmin üç ədəd patronlar aşkar edilərək götürülmüşdür.
3. Tərtər Hərbi Məhkəməsinin (hakimlər: XNN (sədrlik edən), XNN (məruzəçi) və X5 ibarət məhkəmə tərkibində) 0N sentyabr N3-cü il tarixli, N-N(098)-NN9/N3 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in N3N.N-ci maddəsi ilə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və barəsində 0N (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin başlanğıcının hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, barəsində seçilmiş «hərbi hissə komandanlığının müşahidəsi altına vermə» növündə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək, Nizamnamə tələblərinə ciddi riayət edərək, nümunəvi olaraq hərbi xidmət keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələrinin qoyulması, Məhkum sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə o, sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad ed ilməsi, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsinin xidmət yeri üzrə hərbi hissə komandanlığına, xidmətdən tərxis olunduqda sonra yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya xidmətinə həvalə edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan dövlət ittihamçısı, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısıN apellyasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi isə apellyasiya şikayəti vermişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: XN3 (sədrlik edən və məruzəçi), X9 və XN ibarət məhkəmə tərkibində) NN dekabr N3-cü il tarixli, N-N(N07)NN/N3 nömrəli qərarı ilə dövlət ittihamçısı, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısıN tər əfindən verilmiş apellyasiya protestinin, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in N3N.N-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 0N sentyabr N3-cü il tarixli, N-N(098)-NN9/N3 nömrəli hökmünün baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, NN(N07)-NN/N3 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi material larında öz əksini tapan sübutlara istinadlar edilərək Məhkum CM-in N3N.N-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifi mübahisələndirilərək qeyd edilmişdir ki, hazırkı iş üzrə araşdırılmış sübutlarla talanan sursatların təqsirəndirilən şəxsin öhdəsində, yəni saymaq üçün olsa belə tapşırıq əsasında ona etibar edildyi, silah sursatın xidməti tapşırıq əsasında onun öhdəsində olması tam təsdiqini tapmışdır. Məhkəmə isə hökmündə tamamilə fəqli mövqe ortaya qoymuş, daha doğursu bu cinayətin vəzifəli şəxs tərəfindən törədilməsini şərtləndirən yanlış əsaslandırma aparmağa çalışmışdır.
8. Bununla da, Şəki Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətlə ndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) N43-N46-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 4N6.N.N və 4N6.N.N5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, N-N(N07)-NN/N3 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya protestinə qarşı etira z daxil olmamışdır.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 4N9-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibed ilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 4N6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in N43-N46-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkumun CM-in N3N.N-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsas sız olaraq Azərbaycan Respublikası CM-in N3N.N.3-cü maddəsindən həmin Məcəllənin N3N.N-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 4N6.N.N və 4N6.N.N-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 4N9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, N-N(N07) NN/N3 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət işinin materiallarına əsasən, Cavadov XN0 Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 4-cü taborunun NNci bölüyünün 3-cü taqımının N-ci manqasının snayperi vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, N9 iyul NN-ci il tarixdə saat N5:00 radələrində bölüyün silah otağında digər hərbi qulluqçularla birlikdə bölük komandirinin döyüş sursatlarının sayılması və daraqlara yığılması ilə bağlı tapşırığını icra edərkən hərbi hissəyə məxsus, istifadəyə yararlı, N ədədinin qiyməti 0.83 manat olmaqla, ümumilikdə N.49 manat dəyərində olan 03 (üç) ədəd 7,6Nx39 mm çaplı partonu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə hərbi xidmə tdən xatirə saxlamaq üçün təsbeh düzəltmək məqsədilə sursat yeşiyindən götürüb şalvarının cibinə qoyaraq döyüş sursatını talamış, verilən tapşırığı icra edib bitirdikdən sonra silah otağından çıxarkən üzərlərində böyük təyin edilmiş həmin bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 tərəfindən paltarlarının ciblərinə baxış keçirilən zaman həmin üç ədəd patronlar aşkar edilərək götürülmüşdür.
20. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli, N77 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin müvafiq nömrəli sərəncamına əsasən Məhkum Gəncə şəhəri N nömrəli hərbi hissədən gəldiyinə görə N iyun NN-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin 4-cü taborunun NN-ci bölüyünün 3-cü taqımının N-ci manqasının snayperi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust NN-ci il tarixli, N54 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum həmin hərbi hissənin 4-cü taborunun NN-ci bölüyünün 3-cü taqımının N-ci manqasının snayperi vəzifəsindən 3-cü taborunun 8-ci bölüyünün 4-cü taqımının N-ci qrupunun kəşfiyyatçı snayperi vəzifəsinə təyin edilmişdir.
21. Həmçinin cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli, 33 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 4-cü taqımının N-ci qrupunun kəşfiyyatçı-s nayperi vəzifəsindən 3-cü taborunun 8-ci bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-snayperi vəzifəsinə təyin edilmişdir.
22. Həmçinin cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, NN3 nömrəli əmrindən çıxarışdan görünür ki, Məhkum xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunduğundan N aprel N3-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N3cü il tarixli, NN4 nömrəli əmrindən çıxarışdan görünür ki, Məhkum xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Goran h.ş) gəldiyinə görə N aprel N3- cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin N-ci motoatıcı taborunun 6-cı motoatıcı bölüyünün 3-cü taqımının N-ci manqasının snayperi vəzifəsinə təyin olunmuşdur.
23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, Məhkum ittiham olunduğu CM-in N3N.N.3-cü maddəsi üzrə xüsusi subyekt səlahiyyətinə malik olmaması, ona xüsusi vəzifə tapşırılmaması, şəxsi heyətin üzərində böyük təyin olunmaması, sonuncunun sursatın sayılması ilə bağlı sərəncam vermək səlahiyyətlərinin olmaması, yalnız onun bölük komandiri baş leytenant ŞahidN sursatın daşınması ilə bağlı digər əsgərlər kimi göstərişini icra və manqa komandiri kiçik çavuş XN şər h edilən işlərin görülməsi üçün verilmiş olan əsgər olması qənaətinə gəlinməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası CM-in N3N.N.3-cü maddəsinə tövsif edilməsi üçün əsasların olmaması nəticəsinə gəlməsi, apellyasiya instansiya məhkəməsinin də həmin qənaət ilə razılaşması qanuni və əsaslı olmuşdur.
24. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in N3N.N.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsasların olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin CM-in N3N.N.3-cü maddəs i ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün əsas hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in N39-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətl ərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.N-ci maddəsinin şərh edilməsinə dair” N7 mart N0NN-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
29. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
30. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in N43-N46-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
31. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respubl ikası CPM-in NN.N və NN.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
32. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzər ə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 9N9/N5, § 9N, N6 noyabr N0N7).
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in N45.N-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəm əsi tərəfindən Azərbaycan Respublikası CPM-in 4N6.N-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarrıını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, N-N(N07)-NN/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 4N9.N0.N-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3N.N-ci maddələri ilə təqsirli b ilinərək məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının NN dekabr N3-cü il tarixli, N-N(N07)-NN/N3 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.