Məhkəmə qərarları › İş №1-1(102)-34/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-34/2018

01.03.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-34/2018 01.03.2018 ALİ MƏHKƏMƏ 01 mart 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İlkin Yusifovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi-Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi verdiyi kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsini n xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən Q.Ş.Sadayev, məruzəçi hakim K.V.Əliyev və hakim V.M.Nəsirovdan ibarət tərkibdə) Məhkum (xx xxxxxxxx 1997-ci il tarixdə Zaqatala rayonunun Car kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Car kəndində qeydiyyatda olan, cinayət edilən vaxt N saylı hərbi hissənin əsgəri olmuş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1, 228.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29,120.1-ci maddəsi 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 332.1-ci maddəsi ilə 3 (üç) ay müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, xx xx 2016-cı il tarixdə saat N radələrində həmin hərbi hissənin Goranboy rayonunun Qaraçinar qəsəbəsi ərazisində yerləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazokarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozaraq hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının idarəetmə tağımının rabitə manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X5 2016-cı ilin yanvar ayında kəşfiyyat bölüyünün əsgəri X2 postun ərazisinə odun gətirməsi barədə göstəri ş verməsini irad tutaraq onun ünvanına nalayiq söyüşlər söymüş, sonuncu ona cavab qaytardıqda əsgər X1 qarşı zor tətbiq etməklə yaxasından tutmuş və yenidən anasının ünvanına nalayiq söyüşlər söyməklə zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra, o, əsgər X1 yaxasını buraxmış, lakin öz cinayət əməllərini davam etdirərək yenidən onun anasının ünvanına nalayiq söyüşlər söymüş, sonuncu həmin söyüşlərlə ona cavab qaytardıqda isə əsgər X1 qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək, bu məqsədlə əsgər X.B.Xəlilova xidməti istifadə üçün təhkim olunmuş, həmin vaxt yeməkxananın divarına söykənmiş vəziyyətdə olan AKMS markalı, AN 4280 №-li avtomat silahı götürərək qanunsuz olaraq odlu silahı əldə etmiş, silahın qoruyucusunu açaraq çaxmağını çəkib silahı d öyüşə hazır vəziyyətə gətirib, nalayiq söyüş söyməklə "səni öldürəcəm peysər" deyərək lüləsini əsgər X1 ürək nahiyyəsinə dirəmiş, sonuncu silahı özündən uzaqlaşdırmaq məqsədi ilə lülə hissəsindən tutaraq geri itələmək istəyərkən, o, X1 qəsdən öldürmək məqsədi ilə silahın tətiyinə basaraq qəsdən bir atəş açmış, nəticədə gülləX1 çənəsinin altından girərək ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "çənə əsasında cırılmış-didilmiş, çənə sümüyünün və dişlərin çoxsaylı sınıqları olan yara. Üst dodaq, sol yanaq, sol gözün və alının sol yarısını əhatə edən geniş toxuma deffektli yaralar. Çənə sümüyünün, əng sümüyünün, burun sümüklərinin, sol almacıq sümüyünün, sol göz yuvasını təşkil edən sümüklərin, sol alın sümüyünün, sol frontal cibinin ön divarını təşkil ed ən sümüklərin sümük deffektləri ilə müşahidə olunan sınıqları. Sol göz almasının tam dağılması. Yuxarı tənəffüs yollarının qanla obstruksiyası. Sol alın cibi nahiyyəsində çıxış yarası. Açıq kəllə beyin travması. Travmatik hemorragik şok İİİ dərəcə. Sol alın cibinin ön və arxa divarının qəlpəli yerini dəyişən sınıqları" xəsarətlərini yetirmiş, lakin əsgər X1 dərhal hadisə yerindən 230 saylı hərbi hospitala təxliyə edilərək orada təxirəsalınmadan cərrahiyyə əməliyyatı olunması nəticəsində sağ qaldığından, o, iradəsindən asılı olmayan səbəblərə görə öz qəsdini başa çatdıra bilməyib qəsdən adam öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyaiya Məhkəməsinin Hərbi kollegiyasının (sədrlik edən və məruzəçi hakim F.H. Əliyev, hakimlər B.C.Əliyev və E.A.Bayramovdan ibarət tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.S.Qılıcov, hakimlər İ.M.Nəsirov və F.K.Əliyevdən ibarət tərkibdə) Məhkum müdafiəçisi M.M.Yaqubovun kassasiya şikayəti qismən təmin edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx xx2017-ci il tarixli qərarı Məhkum cəza təyininə dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilmiş. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi T.A.Muxtarov, hakiml ər Ç.B.Məmmədov və Ə.G.Abdullyevdən ibarət tərkib) Tərtər Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək xx xx 2018-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş dir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinin xx xx 2018-ci il tarixli 17/33-923 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında məhkum H.İ.Kantayevin ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar