Məhkəmə qərarları › İş №1-1(102)-34/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-34/2020

01.07.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-34/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 və Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 1(098)-258/2018 nömrəli 09 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vidadi Nəsirov) Məhkum, 20 fevral 1990-cı il tarixdə **** rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ****** rayonunun, ******* kəndində qeydiyyatda olan və ****** rayonunun, ******** kəndində yerləşən ****** düşərgəsində məskunlaşmış, Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 03 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X2 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla təkrarən xeyli miqdarda ö zgə əmlakinı gizli yolla talanmasına köməkçilik etmişdir. Belə ki, o, tamah niyyəti ilə, tanışı Müdafiə Naziliyinin ***** nömrəli Hərbi Hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik-çavuş hərbi rütbəsində xidmətdə olan X2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakinı gizli yolla talama məqsədilə, cinayətin törədilməsi üçün məsləhətlər, məlumatlar verib maneələri aradan qaldırmaqla etdiyi köməkliklərlə sonuncunun 30 dekabr 2017-ci il tarixdə saat 23 radələrində X1 məxsus ünvan qəsəbə bina 1 ev 56 saylı ünvanına gedərək, evdə heç kimin olmamasına əmin olduqdan sonra özü ilə gətirdiyi baltanın uc hissəsi ilə evin qapısınin açar mexanizmi çəftəsindən aralayıb açmaqla evə qanunsuz daxil olaraq, yataq otağında olan sandığın üzərində olan qıfılı n keçirildiyi dəmir halqaya həmin balta ilə zərbə vuraraq qırıb oradan 5000 (beş min) manat pul vəsaitini gizli yolla talamasına nail olmaqla V6 maddi ziyan vurmuşlar, daha sonra X10 İbrahimova evdən 1100 (bir min yüz) manat pul götürdüyünü deyərək həmin pulun yarısinı, yəni 550 (beş yüz əlli) manatını sonuncuya verməklə cinayət yolu ilə ələ keçirilmiş pulu bölmüşlər. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, tanışı X2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talama məqsədilə, cinayətin törədilməsi üçün məsləhətlər və məlumatlar verib maneələri aradan qaldırmaqla etdiyi köməkliklərlə V6 04 fevral 2018-ci il tarixdə saat 10 radələrində ***** rayonunun****** kəndi ərazisində X5 məxsus fərdi yaşayış evinə gedərək, evdə heç kimin olmamasına əmin olduqdan sonra evin qapısına fiziki güc tətbiq edərək qıfıl mexanizmini qapıdan tamamilə aralayaraq, qapını açıb qanunsuz içəri daxil olub, evin yataq otağında döşəkləri dağıtdıqdan sonra döşəklərin arasında olan 30 (otuz) manat pulu, daha sonra isə digər yataq otağında olan sandığın qıfılın keçirildiyi dəmir halqaya yerdən götürdüyü dəmir boru ilə zərbə vuraraq qırdıqdan sonra içərisində olan düyü torbasinda saxlanılan 22230 (iyirmi iki min iki yüz otuz) manat pul vəsaitini gizli yolla talamasına nail olmaqla M.O.Cəfərova xeyli miqdarda maddi ziyan vurmuşlar, daha sonra X10 İbrahimova evdən 5000 (beş min) manat pul götürdüyünü deyərək həmin pulun 3400 (üç min dörd yüz) manatinı sonuncuya verməklə cinayət yolu ilə ələ keçirilmiş pulu bölmüşlər. Hökmdən iş üzrə zərərçəkmiş şəxs X7 və digər məhkum X2 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(104)15/2019 nömrəli 14 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri ona cəza təyin edərkən onun ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olması nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını və valideynlərinin xəstə olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 f evral 2019-cu il tarixli qərarı Məhkum adi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə bax an məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarının ona aid hissədə dəyişdirilməsini, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlilinə münasibət bildirməmişdən öncə onu qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin ittiham hökmündən Məhkum apellyasiya şikayəti verməmişdir. Bu isə ona dəlalət edir ki, o, ittiham hökmü ilə və ona təyin olunmuş cəza ilə razılaşmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallar ından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmiş şəxslərin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutl ara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 32.5, 177.2.2, 32.5, 177.2.3 və 32.5, 17.2.4-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə kolle giya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.517.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə məhkumlar Məhkum və V6 təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək dəyişdirilmədən saxlamış və zərərçəkmiş şəxsin məhkumlara təyin olunmuş cəzanın yüngül hesab edilməsi barədə dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onu n törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımınd an yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Məhkumun valideyninin xəstə olması dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin valideyinin xəstə olması cəzanı yüngülləşdirən hal deyildir. Odur ki, kassatorun bu dəlilinin də heç bir əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hü dudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarının məhkuma aid hissədə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cin ayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 fevral 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.2, 32.5, 177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar