Məhkəmə qərarları › İş №1-1(102)-34/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-34/2023

06.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-34/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əbdurəhmanov Kənan Səfər oğlunun iştirakları ilə, Füzuli Hərbi Məhkəməsini n 06 iyun 2022-ci il tarixli il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il il tarixli qərarından Məhkum müdafiəçisi K.S.Əbdurəhmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli il tarixli hökmü ilə (hakimlər Süleymanov Əli Ziya oğlu (sədrlik edən və məruzəçi), X32 oğlu və Nəcəfov Əmrah Bəzməddin oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunun Qaraqurdlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində “baş leytenant” hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, Xaçmaz rayonu Qaraqurdlu kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Xaçmaz rayonunun Qaraqurdlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, M-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 311.3.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə, CM-nin 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə, CM-nin 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum edilmişdir ona görə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində olub, həmin bölmənin rəisi vəzifəsini baş leytenant rütbəsində icra edərkən, 2020-ci ilin mart ayının sonlarında səhər saatlarında İmişli rayon sakini X57 Xidmətin ünvan 1 ünvanında yerləşən İmişli rayon şöbəsindəki xidməti otağında Məhkum qəbuluna gəlmiş və orada X3 5 Məhkum oğlu X34 revmatizm xəstəliyindən əziyyət çəkdiyini deyib, onun һərbi xidmətdə əziyyət çəkəcəyindən xidmətə göndərilməməsini bildirmişdir. Məhkum bunun üçün qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə çağırışçı X34un heç bir xəstəliyinin olmadığını əsas gətirib hərbi xidmətə getməli olduğunu və onun 3500 (üç min beş yüz) manat pul verilməsi müqabilində X34un xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırılmamasının mümkün olduğunu deyib digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə ə laqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X34un qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X35 aralarındakı söhbət zamanı həmin məbləğin çox olduğunu deyərək maddi imkanı çatmadığından tələb olunan pulu verməyə etiraz etmiş və razılaşmadan çıxıb getmişdir. Lakin 2020-ci ilin aprel ayında X35 yenidən Məhkum yanına gedərək oğlu X34un xəstə olduğunu bildirmiş, Məhkum yenidən ondan 3500 (üç min beş yüz) manat pul verilməsi müqabilində X34un hərbi xidmətə yararsız hesab olunmasına nail ola biləcəyini bildirdikdə X35 məcbur olub həmin təklifi qəbul etmiş və aralarındakı razılığa əsasən, X35 2020-ci ilin aprel ayında həmin pulun 1200 manat, 2020-ci ilin may ayında isə 1300 manat olmaqla ümumilikdə 2500 manat olan hissəsini xidməti otağında Məhkum vermiş, qalan 1000 manatını isə yaxın müddət ərzində verəcəyini vəd etmişdir. Məhkum, X35dan 2500 manat pulu aldıqdan sonra qalan 1000 manatı da verəcəyi halda onun oğlu X34un hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiyi vəd üzrə X34un xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə X35un 3500 manat məbləğində pulunu ələ keçirməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən bu niyyətini başa çatdıra bilməyərək yalnız onun 2500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin mart ayının sonlarında günorta saatlarında çağırışçı X25 müddətli hə qiqi hərbi xidmətə çağırılması ilə əlaqədar onun qohumu X60 və X51un tanışı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri X41 onların müraciətinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında qəbul etmişdir. Qəbul zamanı Taleh X26 tanış edərək çağırışçı X25in qohumu olduğunu, X25in 31 yaşı olmaqla evli və iki azyaşlı uşağının, həmçinin psixi pozuntusunun olduğunu bildirərək qeyd edilən səbəblərdən onun hərbi xidmətə göndərilməsini istəmədiklərini bildirmişlər. Bu zaman Məhkum, bunun üçün qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış əlverişli şəraitdən istifadə edərək etibardan suiistifadə etmə və aldat ma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə X51 və X41a 3000 manat pul vermələri müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə X25in xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X25in qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X51 həmin məbləğin çox olduğunu, habelə imkanının zəif olduğunu bildirərək 2000 manat verə biləcəyini bildirmiş və Məhkum maddi imkanlarının zəif olduğuna görə onlardan daha artıq pul ala bilməyəcə yinə əmin olduqdan sonra bununla razılaşmışdır. Aralarındakı razılığa əsasən, bir neçə gün sonra 2020-ci ilin mart ayının sonlarında günorta saatlarında X51 X41la birlikdə Məhkum SHXÇDX-nin İmişli rayon şöbəsində olan xidməti otağına gedərək 2000 manat məbləğində pulu X41un yanında Məhkum vermiş, bundan sonra Məhkum X25in hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiyi vəd üzrə X25in xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bununla yanaşı Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020ci ilin aprel ayının əvvəllərində səhər saatlarında həmin ay müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan X18 atası X48 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında ona yaxınlaşmış və oğlu X17nin həqiqi hərbi xidmətə yararsız hesab edilməsini xahiş etmişdir. Bu zaman Məhkum qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum X15a 4000 manat məbləğində pul verməsi müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə oğlu X17nin hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X17nin hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırılmamasının mümkün olduğunu deyib digər şəxsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X17nin qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün təkrarən birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X15 4000 manat pulu həmin ilin avqust ayında toplayıb verəcəyini bildirmiş və Məhkum onunla razılaşmışdır. Bundan sonra Məhkum yaranmış vəziyyətdən istifadə edərək X15nin vəd etdiyi pulu verənədək olan müddət ərzində oğlu X17nin üç aylıq müddətdə növbəti çağırışdan yayındırılmasına nail olacağını düşünüb bu işdən müəyyən qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə X15dan 300 manat məbləğində pul verməsi müqabilində oğlunu 2020-ci ilin avqust ayına kimi çağırışa cəlb etmədən növbəti çağırışdan yayındıracağına dair vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X17ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət qismində istəmişdir. X15 da bu təkliflə razılaşmış və aralarında olan razılaşmaya əsasən bir neçə gün sonra 2020-ci ilin aprel ayının əvvəllərində səhər saatlarında 300 manat məbləğində pulu Məhkum xidməti otağında təklikdə rüşvət qismində vermişdir. Bundan sonra Məhkum, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşı başa çatmış X17nin 2020-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışlara cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pul müqabilində X17nin adını 2020-ci ilin aprel ayı üçün çağırışa cəlb edilən şəxslərin siyahısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının ortalarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış X27 hərbi xidmətə çağırılması ilə əlaqədar onun Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İmişli rayon şöbəsinin sədr müavini vəzifəsində işləyən əmisi X58 və həmin birliyin sədri X41 onların müraciətinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında qəbul etmiş və qəbul zamanı X41 X46i onunla tanış edərək çağırışçı X27nin əmisi olduğunu, X27nin gözlərinin zəif olmaqla gözündən əməliyyat olunduğunu bildirmiş və bu səbəbdən hərbi xidmətdə əziyyət çəkəcəyindən onun hərbi xidmətə göndərilməsini istəmədiklərini bildirmişdir. Bu zaman Məhkum çağırışçı X27nin şəxsi işini götürüb tanış olduqdan sonra bunun üçün qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış əlverişli şəraitdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak ını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə X46 və X41a 3000 manat pul vermələri müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə X27nin xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X27nin qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X46 Məhkum bu məbləğin çox olduğunu və bir qədər güzəşt etməsini xahiş etsə də, Məhkum bunun mümkün olmadığını bildirmiş və X46 məcbur olaraq həmin təklifi qəbul etmişdir. Bundan sonra X46 aralarındakı razılığa əsasən, bir neçə gün sonra 2020-ci ilin may ayının ortalarında günorta saatlarında X41la birlikdə Məhkum SHXÇDX-nin İmişli rayon şöbəsində olan xidməti otağına gedərək 3000 manat məbləğində pulu Məhkum vermişdir. Həmin pulu aldıqdan sonra Məhkum X27nin hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair X27nin əmisi X46 və X41a yalan vəd vermiş və verdiyi vəd üzrə X27nin xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bununla yanaşı Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020ci ilin may ayının ortalarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış X20 atası X28 X23un təklifinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid mətinin İmişli rayon şöbəsindəki xidməti otağında qəbul etmiş və qəbul zamanı X23 ona oğlu X20un «Anadangəlmə hər iki omba nahiyəsinin çıxığı» diaqnozlu xəstəlikdən əziyyət çəkdiyini onun xidmətə göndərilməməsi üçün kömək etməsini xahiş etmişdir. Bu zaman Məhkum çağırışçı X20un həqiqətən də qeyd edilən xəstəlik ilə əlaqədar qanunamüvafiq qaydada həqiqi hərbi xidmətə yararsız hesab ediləcəyi qənaətinə gələrək hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum X23a 2000 manat məbləğində pul verməsi müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə oğlu X20un xəstəliklə ə laqədar hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X20un qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X23 pulunun olmadığını, həyətindəki bir baş iri buynuzlu ev heyvanını hansı qiymətə satarsa pulunu gətirib ona verəcəyi şərti ilə bu təklifi qəbul etmiş və aralarındakı razılığa əsasən, bir neçə gün sonra 2020-ci ilin may ayının ortalarında günorta saatlarında X23 həyətindəki bir baş iri buynuzlu ev heyvanını 1100 manata sataraq Məhkum SHXÇDX-nin İmişli rayon şöbəsində olan xidməti otağına gedərək həmin pulu Məhkum özü şəxsən v ermişdir. Bundan sonra Məhkum ona oğlu X20un yararsız hərbi biletini götürən zaman ona 100 manat əlavə pul verməli olduğunu da bildirmiş, lakin X23 onun bu təklifi ilə razılaşmamışdır. Bundan sonra Məhkum X20un hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiyi vəd üzrə X20un xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının sonlarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış X42 və nənəsi X7 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında X5nın təklifinə əsasən qəbul etmiş və qəbul zamanı X5 ona nəvəsi X42nin böyrəyində daş olduğunu və ayağının diz nahiyəsindən almış olduğu xəsarətə görə hərbi xidmətə aparılmamasını xahiş etmişdir. Bu zaman Məhkum çağırışçı X42nin həqiqətən də qeyd edilən xəstəliklə qanunamüvafiq qaydada həqiqi hərbi xidmətə yararsız hesab ediləcəyi qənaətinə gələrək hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum X42nin yanında nənəsi X5ya 3000 manat pul verməsi müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə nəvəsi X42nin xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X42nin qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Bundan sonra X5 onun istədiyi məbləğdə pulunun olmadığını Məhkum bildirərək bir qədər güzəştə getməsini xahiş etmiş və Məhkum son olaraq bu məsələni 2500 manat məbləğində pula həll edəcəyini bildirmişdir. X5 ona fikirləşib məlumat verəcəyini demək şərti ilə bu təklifi qəbul etmiş və aralarındakı razılığa əsasən, bir neçə gün sonra 2020-ci ilin may ayının sonlarında günorta saatlarında X5 cəmi 2000 manat məbləğində pul toplayaraq Məhkum SHXÇDX-nin İmişli rayon şöbəsində olan xidməti otağına gəlib artıq pul toplaya bilmədiyini bildirib həmin pulu şəxsən Məhkum özünə vermişdir. Bundan sonra Məhkum ona nəvəsi X42nin hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiyi vəd üzrə X42nin xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının sonlarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış X10 atası X11 X8un təklifinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında qəbul etmiş və qəbul zamanı X8 oğlunun açıq mədə əməliyyatı keçirdiyini, hazırda da mədəsində problemlər olduğunu b ildirmiş və bu səbəbdən hərbi xidmətdə əziyyət çəkəcəyini deyərək onun hərbi xidmətə göndərilməməsini xahiş etmişdir. Bu zaman Məhkum çağırışçı X10nin müayinə sənədləri və şəxsi işi ilə tanış olmadan bunun üçün qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə X8a oğlu X10nin heç bir xəstəliyinin olmadığını və hərbi xidmətə yararlı olduğunu və ona 4000 (dörd min) manat pul verilməsi müqabilində X10nin xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırılmamasının mümkün olduğunu deyib digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyy ətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X10nin qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X8 ona həmin məbləğin çox olduğunu və cəmi 2300 manat məbləğində pulunun olduğunu bildirmiş və Məhkum həqiqətən də, X8un maddi imkanının aşağı olduğuna əmin olduqdan sonra həmin təklifi qəbul edərək razılığını bildirmişdir. Aralarındakı razılığa əsasən, növbəti gün 2020-ci ilin may ayının sonlarında səhər saatlarında X8, Məhkum SHXÇDX-nin İmişli rayon şöbəsində olan xidməti otağına gedərək 2300 manat məbləğində pulu Məhkum özü şəxsən vermiş, bundan sonra Məhkum X10nin hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiy i vəd üzrə X10nin xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin iyun ayının əvvəllərində səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan X43 atası X49 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında ona yaxınlaşmış və oğlu X43nin «zəif uşaq» olduğunu, hərbi xidmətdə əziyyət çəkəcəyini bildirmiş və bu səbəbdən hərbi xidmətə yararsız hesab edilməklə xidmətə göndərilməməsini xahiş etmişdir. Bu zaman Məhkum qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum X30ə 4000 manat məbləğində pul verməsi müqabilində guya SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi Xin vasitəsilə X43nin hərbi xidmətə yararsız hesab edilməsinə nail olacağına dair yalan vəd verib, digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X43nin qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X30 hazırda buna imkanının olmadığını, lakin 4000 manat pulu həmin ilin oktyabr ayında düzəldib verəcəyini bildirmiş və Məhkum onunla razılaşmışdır. Bundan sonra Məhkum yaranmış əlverişli vəziyyətdən istifadə edərək X43ni üç ay müddətinə hərbi xidmətə çağırmamaqla onun növbəti çağırışdan yayındırılmasına nail olacağını düşünüb bu işdən müəyyən qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum, X30dən 300 manat məbləğində pul verməsi müqabilində oğlunu 2020-ci ilin oktyabr ayına kimi hərbi xidmətə çağırmamaqla onun növbəti çağırışdan yayındırılmasına dair vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X43ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət qismində istəmişdir. X30 də, bu təkliflə razılaşmış və aralarında olan razılaşmaya əsasən bir neçə gün sonra 2020ci ilin iyun ayının əvvəllərində səhər saatlarında 300 manat məbləğində pulu Məhkum xidməti otağında təklikdə rüşvət qismində vermişdir. Bundan sonra Məhkum, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşı başa çatmış X43nin 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışlara cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pul müqabilində X43nin adını 2020-ci ilin iyul ayı üçün çağırışa cəlb edilən şəxslərin siyahısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. Bununla yanaşı Məhkum, hə min vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020ci ilin iyun ayının sonlarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan X44 atası X61 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında ona yaxınlaşmış və oğlu X44nin Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində orta-ixtisas təhsili aldığını bildirərək təhsilini başa vurması üçün bir illik möhlət verilməsini xahiş etmişdir. Bu zaman Məhkum yaranmış əlverişli vəziyyətdən istifadə edərək X44nin bir il müddətinə növbəti hərbi çağırışdan yayındırılmasına nail olacağını düşünüb bu işdən qanunsuz yolla müəyyən qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum, X61ə 900 manat məbləğində pul verməsi müqabilində oğ luna bir il müddətinə çağırışa cəlb etmədən növbəti çağırışlardan yayındıracağına dair vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X44ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti təkrarən rüşvət qismində istəmişdir. X61 də, öz növbəsində bu təkliflə razılaşmış və aralarında olan razılaşmaya əsasən həmin pulun 450 manatını həmin vaxt, 2020-ci ilin iyun ayının sonlarında səhər saatlarında qalan 450 manatını isə bir neçə gün sonra 2020-ci ilin iyun ayının sonlarında səhər saatlarında xidməti otağında təklikdə Məhkum rüşvət qismində vermişdir. Bundan sonra Məhkum, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarix li «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşı başa çatmış X44nin 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışlara cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pul müqabilində X44nin adını 2020-ci ilin iyul ayı üçün çağırışa cəlb edilən şəxslərin siyahısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və X73 oğlundan i barət tərkibdə) 25 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi K.S.Əbdurəhmanov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum əməllərinin CM-nin 311.3.2 və 32.4,312.2-ci maddələrindən CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməklə ona həmin maddələr əsasında azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, Məhkum verdiyi ifadələrin bir hissəsinə və onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi K.S.Əbdurəhmanov həmin şikayətini belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı əsassızdır ona görə ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü CM-nin 311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilməmiş və bu baxımdan onun əməli həmin maddələrlə düzgün tövsif edilməmişdir. Belə ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamın bütün 9 epizodu üzrə təqsirli bilinmişdir və bu epizodlar çağırışçıların hərbi xidmətdən yayındırılması ilə bağlı olsa da, məhkəmələr onların 6-sı üzrə Məhkum dələduzluq etməsi, digər 3 epizod üzrə isə rüşvət alması qənaətinə gəlmişlər. Halbuki Məhkum bütün epizodlar üzrə çağırışçılara hərbi xidmətə getməyəcəkləri halda hərbi bilet verməsini yalanda n vəd etmiş və bu yolla onların yaxın qohumlarına qarşı dəlduzluq əməli törətmişdir. Ümumiyyətlə istər istintaq orqanı, istərsə də işə baxan məhkəmələr tərəfindən yuxarıda qeyd edilən hallar araşdırılmamışdır. Belə ki, Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində xidmət etməklə həmin bölmənin rəisi vəzifəsini icra etdiyi zaman hansı səlahiyyətlərə malik olması, onun hər hansı çağırışçını çağırışa cəlb edilən şəxslərin siyahısına daxil edilib-edilməməsi ilə bağlı, ümumiyyətlə çağırışçıya möhlət verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin olub-olmaması müəyyən edilməmiş və bu baxımdan onun əməlləri CM-nin 311.3 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Qeyd olunanl ara əsaslanaraq müdafiəçi K.S.Əbdurəhmanov onun kasssiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı H.B.İmranovun və məhkumun müdafiəçisi K.S.Əbdurəhmanovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlə rin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi K.S.Əbdurəhmanovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cinayət əməlinin düzgün tövsif edilməməsini və ona həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarının ləğv edilməli və yeni qərar qəbul edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələr ində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi K.S.Əbdurəhmanovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəmə sinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçiri lməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu m addəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müə yyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsi ndə işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd ed ir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçi K.S.Əbdurəhmanov tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cin ayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cə hətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan Qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığ ının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli mü nasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prose sində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yox lamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyekti vliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzə rdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticə lərinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hşüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərin dən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə Məhkum CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 311.3.2 və 32.4,312.2.2-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşaraq hökmü dəyişdirilmədən saxlamış apellyasiya instans iyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla, y əni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altı na alınması üçün heç bir əsas yoxdur. Bundan başqa, cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında cinayət mühakimə icraatının şərtlərinə və prinsiplərinə uyğun olaraq işə baxılması təmin edildiyindən, apellyasiya instansiyası məhkəməsində artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac olmamış və işə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmış, lakin bununla belə birinci instansiya məhkəməsinin hökmündən verilmiş və yalnız Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmüş apellyasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün həmin məhkəmə də bu sübutlara əsaslanmaqla şikayətin dəlillərinə qanuna müvafiq qaydada cavab vermişdir. Məhkum t örətdiyi əməllərin hüquqi tövsifi ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr toplanmış və araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlmişlər ki, Məhkum rüşvət alma və rüşvət verməyə təhrik etmə cinayələrini törətməklə yanaşı təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, həmçinin təkrarən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş və buna görə onun törədiyi dələduzluq əməlləri həm başa çatmış, həm də başa çatmamış cinayət kimi qiymətləndirilərək CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə və eyni zamanda CM-nin 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası aşağıda təsvir edilənlərə əsaslanaraq Məhkum dələduzluq əməllərinin məhkəmələr tərəfindən belə qiymətləndirməsi və onun bu əməllərinin hüquqi tövsifi ilə razılaşmır və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq onun həmin əməllərinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsi məsələsinə münasibət bildirməklə bu haqda qanuni qərarın qəbul edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan və bu ittiham üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmdən görünür ki, Məhkum CM-nin 178.2.2 və 178.2.3-cü maddələrisi ilə yanaşı həm də CM-nin 29,178.2.2 və 29,178.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində olub, həmin bölmənin rəisi vəzifəsini baş leytenant rütbəsində icra edərkən, 2020-ci ilin mart ayının sonlarında səhər saatlarında İmişli rayon sakini X57 Xidmətin ünvan 1 ünvanında yerləşən İmişli rayon şöbəsindəki xidməti otağında Məhkum qəbuluna gəlmiş və orada X35 Məhkum oğlu X34 revmatizm xəstəliyindən əziyyət çəkdiyini deyib, onun һərbi xidmətdə əziyyət çəkəcəyindən xidmətə göndərilməməsini bildirmişdir. Məhkum bunun üçün qanuni əsaslar olmadan hər hansı şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verməyə səlahiyyəti olmadığı halda yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını (pulunu) ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə çağırışçı X34un heç bir xəstəliyinin olmadığını əsas gətirib hərbi xidmətə getməli olduğunu və onun 3500 (üç min beş yüz) manat pul verilməsi müqabilində X34un xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırılmamasının mümkün olduğunu deyib digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin edilməsi, yəni X34un qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması müqabilində onun özü üçün birbaşa və şəxsən maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. X35 aralarındakı söhbət zamanı həmin məbləğin çox olduğunu deyərək maddi imkanı çatmadığından tələb olunan pulu verməyə etiraz etmiş və razılaşmadan çıxıb getmişdir. Lakin 2020-ci ilin aprel ayında X35 y enidən Məhkum yanına gedərək oğlu X34un xəstə olduğunu bildirmiş, Məhkum yenidən ondan 3500 (üç min beş yüz) manat pul verilməsi müqabilində X34un hərbi xidmətə yararsız hesab olunmasına nail ola biləcəyini bildirdikdə X35 məcbur olub həmin təklifi qəbul etmiş və aralarındakı razılığa əsasən, X35 2020-ci ilin aprel ayında həmin pulun 1200 manat, 2020-ci ilin may ayında isə 1300 manat olmaqla ümumilikdə 2500 manat olan hissəsini xidməti otağında Məhkum vermiş, qalan 1000 manatını isə yaxın müddət ərzində verəcəyini vəd etmişdir. Məhkum, X35dan 2500 manat pulu aldıqdan sonra qalan 1000 manatı da verəcəyi halda onun oğlu X34un hərbi xidmətə yararsız hesab olunaraq ona hərbi biletin veriləcəyinə dair yalan vəd vermiş və verdiyi vəd üzrə X34un xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyind ən istifadə etməklə X35un 3500 manat məbləğində pulunu ələ keçirməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən bu niyyətini başa çatdıra bilməyərək yalnız onun 2500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə kollegiyası hesab edir, Məhkum təsvir olunan əməlini həm başa çatmış, həm də başa çatmayan cinayət kimi qiymətləndirib həmin əməli yuxarıda göstərilən qaydada tövsif edən ibtidai araşdırma orqanı və məhkəmələr cinayət qanunu normalarını düzgün tətbiq etməməklə yanaşı həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izahı da nəzərə almamışlar. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla cinayət işinin materiallarına müra ciət edərək qeyd edir ki, həmin iş üzrə şahid qismində dindirilmiş X45 ifadəsindən görünür ki, o, oğlu X34un hərbi xidmətə yararsız sayılaraq hərbi bilet alması üçün 2020-ci ilin mart ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsini icra edən baş leytenant Məhkum qəbuluna getmiş və söhbət əsnasında Məhkum ona məsələni şöbə rəisinin vasitəsilə 3500 manat məbləğində pulun müqabilində həll edəcəyini bildirdikdə, tələb olunan miqdarda pulu olmadığına görə həmin vaxt Məhkumla ümumi razılığa gələ bilməmişdir. Bundan sonra 2020-ci ilin aprel ayında o, eyni məsələnin həll edilməsi məqsədilə bir daha Məhkum qəbuluna gedib onunla görüşdükdə sonuncu bu dəfə də qəti olaraq işin 3500 manat məbləğində pula həll olunacağını bildirdiyi üçün bu təkliflə razılaşmışdır. Bu söhbətdən təxminən 10-15 gün keçəndən sonra o, yenə də aprel ayında saat 15 radələrində Məhkum xidməti otağına gedərək, əvvəlcədən razılaşdıqları kimi pulu hissə-hissə çatdıracağını bildirərək ona 50 və 100 manatlıq əskinaslardan ibarət 1200 manat məbləğində pul vermişdir. Bundan təxminən bir ay sonra isə, yəni 2020-ci ilin may ayının sonlarında saat 16 radələrində o, növbəti dəfə çağırış şöbəsinə gələrək 50 və 100 manatlıq əskinaslardan ibarət daha 1300 manat məbləğində pulu xidməti otağında Məhkum vermiş və ona qalan 1000 manatı yaxın vaxtlarda çatdıracağını vəd etmiş, lakin maddi imkanı olmadığına görə həmin məbləğdə pulu verə bilməmişdir. Daha sonra 2020-ci ilin iyul ayının əvvəllərində oğlu X35un müddətli həqiqi hərbi xidm ətə çağırılması ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən məlumat aldıqda, dərhal oraya getmiş və bu zaman baş leytenant Məhkum tərəfindən aldadıldığını öyrəndiyinə görə verdiyi 2500 manat məbləğində pulu Məhkum geri almışdır. X35un ifadələri ilə öz məzmununa görə eynilik təşkil edən analoji ifadələri həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismindən dindirilmiş X54 da vermişdir. Bu ifadələrin digər sübutlarla birgə təhlilindən belə nəticə hasil olur ki, Məhkum özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X34un hərbi xidmətə yararsız hesab olunmasına nail ola biləcəyi barədə vəd verərək bu məsəlnin həlli üçün X35 3500 manat məbləğində pul verməyi tələb etsə də, sonuncu ona yalnız 2500 manat məblə ğində pul vermiş, yəni Məhkum dələduzluq yolu ilə onun 2500 manat pulunu ələ keçirmişdir. Məhkəmə kollegiyası işin bu halı ilə bağlı qeyd edir ki, Məhkum istər X35dan istədiyi 3500 manat, istərsə də faktiki ələ keçirdiyi 2500 manat CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həm xeyli, həm də də külli miqdar hesab olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə, törədilmiş dələduzluq əməli yalnız həmin cinayəti törətməyə cəhd kimi o, halda qimyətləndirilə bilər ki, təqsirkar zərər çəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını ələ keçirmək niyyəti izləyərək buna müvafiq hərəkətlər etmiş olsun, məsələn yalançı vədlər versin, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmişin xeyli və ya külli miqdarlarda əmlakını deyil, bundan az məbləğlərdə əmlakını ələ keçirmiş olsu n. Məsələyə bu mövqedən yanaşma həmçinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 11 iyun 2015-ci il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdi kdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki işin hallarına görə, Məhkum X35dan onun oğlu X34un hərbi xidmətə yararsız hesab olunacağı haqda vəd verməklə 3500 manat məbləğində, yəni xeyli və ya külli miqdar olmayan məbləğdə pul verməsini istəsə də, sonradan yalnız 2500 manat məbləğində, yəni yenə də xeyli və külli miqdar hesab edilməyən məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası qanunun təfsirindən və Ali Məhkəmənin Plenumunun izahından çıxış edərək hesab edir ki, bu halda Məhkum öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi bu dələduzluq əməlinin həm başa çatmamış cinayət, yəni xeyli və ya külli miqdarda olmayan ziyan vurmaqla dələduzluğa cəhd etmə, həm də başa çatmış cinayət, yəni yen ə də göstərilən miqdarlarda olmayan ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və bir əməlin eyni zamanda CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə yanaşı həmçinin CM-nin 29,178.2.2 və 29,178.2.3-cü maddələri də tövsif edilməsi əsassızdır, çünki qanunun mənasına və Ali Məhkəmənin Plenmunun izahına görə, bu kimi hallarda əməl yalnız başa çatmış cinayət kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və Məhkum yuxarıda təsvir edilən epizod üzrə törətdiyi dələduzluq cinayətinin düzgün tövsif edilməməsini müəyyən edərək, belə qənaətə gəlir ki, hazırki iş üzrə Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə təqs irli bilinib məhkum olunmasına və bu maddələrlə cəza təyin edilməsinə dair müddəalar həmin qərardan və onunla bağlı olan Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmündən xaric edilməlidir. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarın 36cı bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarın dan sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyət li vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət vermə yə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin fakti ki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Hazırki işin materiallarından göründüyü Məhkum digər cinayətlərlə yanaşı həmçinin CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində olub, həmin bölmənin rəisi vəzifəsini baş leytenant rütbəsində icra edərkən çağırışçı X34 hərbi xidmətə yararsız hesab edilməklə çağırışdan yayındırılması məsələsini başqa vəzifəli şəxslərin vasitəsilə həll edəcəyini vəd edərək 20 20-ci ilin aprel-may aylarında sonuncunun atası X45 2500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməklə yanaşı onu həmin məbləğdə pulu digər vəzifəli şəxsə çatdırılması adı ilə rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, eyni ilə çağırışçılar X25, X27, X20, X22 X10 da hərbi xidmətə çağırışdan yayındırılmaları (hərbi xidmətə yararsız hesab edilməklə) məsələsini başqa vəzifəli şəxslərin vasitəsilə həll edəcəyinə yalandan vədlər verib adları çəkilən çağırışçıların yaxın qohümları X51 2000 manat məbləğində, X46 3000 manat məbləğində, X23 1100 manat məbləğində, X5 2000 manat məbləğində və X8 2300 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçirmiş və eyni zamanda adları çəkilən şəxsləri göstərilən məbləğlərdə rüşvət verməyə təhrik etmişdir. Bununla yanaşı Məhkum həmçi nin 2020-ci ilin aprel ayında çağırışçı X18 və 2020ci ilin iyun ayının əvvəllərində X43 da müəyyən pul məbləğlərini digər vəzifəli verməklə hərbi xidmətə çağırışdan yayındırlmalarının mümkün olmasını bildirərək həmin çağırışçıların yaxın qohumları X36 4000 manat məbləğində və X37 4000 manat məbləğində pul şəklində rüşvət verməyə təhrik etmiş, lakin həmin şəxslərin bu məbləğlərdə pullarını dələduzluq yolu ilə ələ keçirməmişdir. Bu epizodlar üzrə toplanmış və araşdırılmış sübutlara görə, X55, X25in, X27nin, X20un, X42nin, X10nin, X17nin və X43nin hərbi xidmətə yararsız hesab edilməsi üçün həmin şəxslərin qohumlarından başqa vəzifəli şəxslərə rüşvət vermək adı ilə müxtəlif miqdarlarda pul istəyərkən, yəni həmin şəxslərin pul şəklində rüşvət verməyə təhrik edərkən, hər hansı vəzifəli şəxsə rüş vət vermək niyyəti izləməmiş və onun məqsədi bu üsulla, yəni rüşvət verməyə təhrik etmə yolu ilə həmin şəxslərin əmlaklarını (pullarını) dələduzluq yolu ilə ələ keçirmək olmuş, nəticədə isə 6 nəfərin yuxarıda göstərilən məbləğlərdə pullarını bu yolla ələ keçirsə də, X15un və X30in əmlaklarını ittihamın təsvirində göstərilmiş səbəblərdən ələ keçirə bilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkumm təhlil olunan epizodlar üzrə törətdiyi cinayət əməllərində qanunsuz əmələ görə rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığından onun CM-nin 32.4,312.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı və onunla bağlı Füzuli Hərbi Məhkəməsinin 06 iyin 2022-ci il tarixli hökmü ləğv edilməli və CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə xitam verilməli, bununla bağlı kassasiya şikayəti isə qismən təmin edilməlidir. CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkum üç epizod üzrə də əməllərinin rüşvət alma kimi deyil, dələduzluq kimi qiymətləndirilməli olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin epizodlar üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində olub, həmin bölmənin rəisi vəzifəsini baş leytenant hərbi rütbəsində icra edərkən 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmalı olan X29 həmin ilin avqust ayına qədər möhlət verilməsi üçün onun atası X15 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X17ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət qismində istəmişdir. X15 da bu təkliflə razılaşmış və aralarında olan razılaşmaya əsasən bir neçə gün sonra 2020-ci ilin aprel ayının əvvəllərində səhər saatlarında 300 manat məbləğində pulu Məhkum xidməti otağında təklikdə rüşvət qismində vermişdir. Bundan sonra Məhkum, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşına çatmış X17nin 2020-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışlara cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pul müqabilində X17nin adını 2020-ci ilin aprel ayı üçün çağırışa cəlb edilən şəxslərin siyahısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. Bundan başqa, araşdırılmış sübutlarla həmçinin təsdiq olunur ki, Məhkum, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin iyun ayının həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan X43 atası X30 atası X38 300 manat məbləğində pul verməsi müqabilində onun oğlunu 2020-ci ilin oktyabr ayına kimi hərbi xidmətə çağırmamaqla onun növbəti çağırışdan yayındırılmasına dair vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X43ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət qismin də istəmişdir. X30 də, bu təkliflə razılaşdıqdan bir neçə gün sonra 2020-ci ilin iyun ayının əvvəllərində səhər saatlarında 300 manat məbləğində pulu Məhkum xidməti otağında təklikdə rüşvət qismində vermişdir. Bundan sonra Məhkum, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşına çatmış X43nin 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışa cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pul müqabilində X43nin adını 2020-ci ilin iyul ayı üçün çağırışa cəlb edilən şəxslərin siya hısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. Bununla yanaşı, araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin iyun ayının sonlarında səhər saatlarında həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan X44 atası X61 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindəki xidməti otağında ona yaxınlaşmış və oğlu X44nin Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində orta-ixtisas təhsili aldığını bildirərək təhsilini başa vurması üçün bir illik möhlət verilməsini xahiş etmişdir. Bu zaman Məhkum yaranmış əlverişli vəziyyətdən istifadə edərək X44nin bir il müddətinə növbəti hərbi çağırışdan yayındırılmasına nail olacağını düşünüb bu işdən qanunsuz yolla müəyyən qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, X61ə 900 manat məbləğində pul verməsi müqabilində onun oğlunu bir il müddətə çağırışa cəlb etmədən növbəti çağırışlardan yayındıracağına dair vəd verib, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, yəni qanuni əsas olmadan X44ni hərbi xidmətdən yayındırmaqla özü üçün birbaşa və şəxsən maddi neməti təkrarən rüşvət qismində istəmişdir. X61 də, öz növbəsində bu təkliflə razılaşmış və aralarında olan razılaşmaya əsasən həmin pulun 450 manatını 2020-ci ilin iyun ayının sonlarında, 450 manatını isə bir neçə gün sonra Məhkum rüşvət qismində vermişdir. Bundan sonra Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə D övlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişinin tələbinə əsasən çağırış yaşına çatmış X44nin 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə onu çağırışa cəlb etməli olmasına baxmayaraq, bu tələbləri kobud surətdə pozmuş və aldığı pulun müqabilində X44nin adını 2020-ci ilin iyul ayı üçün çağırışa cəlb edilən şəxslərin siyahısına daxil etməməklə onu növbəti hərbi çağırışdan yayındırmağa nail olmuşdur. İşin müəyyən edilmiş bu faktiki halları ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 311.1-ci maddəsində rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi, CM-nin 178.1-ci maddəsində isə dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Vəzifəli şəxsin rüşvət alma cinayətini təkrar törətməsi isə belə şəxsin CM-nin 311.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin bu normaların mənasına görə, şəxsin özgənin mülkiyyətində, i stifadəsində və ya sərəncamında olan əmlakı (əmlak hüquqlarını) ələ keçirməsi ilə bağlı əməlin ya rüşvət alma, ya da qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi qiymətləndirilib-qiymtələndirilməməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə hər iki halda həmin şəxsin vəzifəli şəxs olubolmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizliyin) onun xidməti vəzifəzisinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olub-olmaması, yəni bu hərəkətin (hərəkətsizliyin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin icti mai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşy alarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya g üzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrasi ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxs in anlayışı da CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. Dələduzluq cinayəti isə həm obyektinə, həm də obyektiv cəhətlərinə görə rüşvət alma cinayətindən kəskin fərqlənən, mülkiyyət əleyhinə törədilən cinayətlər kateoriyasına aiddir və bu cinayətin obyekti qismində mülkiyyətin və əmlak hüquqlarının idarə olunması və bölüşdürülməsi sahəsində mülki münasibətlər çıxış edir. Obyektiv cəhətdən isə həmin cinayət etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluğun törədilməsi zamanı dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə deyil, hər hansı şəxsin bu və ya digər əmlakı və ya əmlak hüquqları ələ keçirilməklə ona həmin əmlakın dəyəri məbləğində zərər vurulur. Buna görə, rüşvət alma cinayətindən fərqli olaraq, bu cinayətin törədilməsi nəticəsində əmlakından və ya əmlak hüququndan məhrum olmuş şəxs (fiziki və ya hüquqi) zərər çəkmiş şəxs qismində tanınaraq ona vurulmuş ziyanı tələb etmək hüququna malik olur. Bundan fərqli olaraq rüşvət alma cinayətinin törədilməsi nəticəsində rüşvət vermiş, yəni aktiv rüşvətxorluq cinayətini törətmiş şəxs bunun nəticəsində məhrum olunduğu hər hansı maddi neməti tələb etmək hüququna malik olmur, belə nemət cinayət təqibi mərhələsində aşkar edildikdə isə, onun dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində tal ama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərin i xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ k eçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülki yyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni hüquqi mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istif adə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əm lakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Təhlil edilən Qərarda məhkəmələrin nəzərinə həmçinin çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan b aşa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Bundan başqa, məhkəmələrə izah edilmşdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin ş ərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əml akının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət qanununun yuxarıda göstərilən normalarının və həmin normalara verilmiş təfsirin, habelə Ali Məhkəmənin Plenmunun izahlarının hazrki işə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilindiyi təkrar rüşvət alma cinayətini törətdiyi dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsind ə hərbi xidmətdə olmaqla eyni zamanda həmin bölmənin rəisi vəzifəsini baş leytenant hərbi rütbəsində icra etmiş və CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsinin tələbləri baxımından onun həmin dövrdə vəzifəli şəxs olması ilə ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya instansiyası məhkəməsi də razılaşmış, bu hal isə kassasiya şikayətində də mübahisələndirilməmişdir. Cinayət işi üzrə Məhkum təkrar rüşvət alma cinayətini törətməsinə dair epizodlarla bağlı sübutların, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 01 iyul 2013-cü il tarixli «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin vəzifəli şəxslərinin funksional vəzifələrinin müəyyən edilməsi» barədə göstərişin təhlili göstərir ki, Mə hkum həmin Xidmətin İmişli rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifələrini icra edən şəxs kimi digər vəzifələrlə yanaşı həmçinin çağırış yaşına çatmış şəxslərin çağırış dövründə hərbi xidmətə göndərilmələri üçün öz səlahiyyətləri çərçivsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək, o cümlədən belə şəxsləri müəyyən edərək onların adlarını hərbi xidmətə çağırılmalı olan şəxslərin siyahılarına daxil etmək, həmin siyahıları təsdiq edərək rəhbərliyə təqdim etmək vəzifələrini daşımışdır. Bu hallar ona dəlalət edir ki, çağırış yaşına çatmış X17nin, X43nin və X44nin adlarını çağırışçıların siyahılarına daxil edərək onların müəyyən olunmuş vaxtda hərbi xidmətə göndərilmələrini təmin etmək müstəsna olaraq Məhkum səlahiyyətlərinə aid olmuş və o, qanunsuz olaraq adları göstərilən şəxslərin hərbi xidmətə çağırışdan yayındırılması üçün onların adlarını müvafiq siyahılara daxil etməmiş, bu qanunsuz hərəkətinə görə isə sonuncuların qohumlarından təkrarən pul şəklində rüşvət almışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş bu faktiki hallarından və cinayət qanunu normalarına yuxarıda göstərilən qaydada verdiyi təfsirdən çıxış edərək hesab edir ki, Məhkum təhlil edilən üç epizod üzrə məhz təkrarən rüşvət alma cinayətini törətmişdir və onun bu əməllərinin başqa cür, o cümlədən dələduzluq cinayəti kimi qiymətlənlirilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası Məhkum təsvir edilən əməllərinin CM-nin 311.3.2ci maddəsindən CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsini mümkün bilmir və bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır. Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirməyi zəruri hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğu na görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyi nin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xa rakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda t əyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən ha l qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi i lə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-nin 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun s özügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə gör ə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi nə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl et məlidirlər. Hazırki cinayət işi üzrə birinci instansiyası məhkəməsinin hökmündən və bu hökmlə razılaşan apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum onun təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.3-cü maddələri (CM-nin 178.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) və 311.3.2-ci maddələri ilə (həmin maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) həmin maddələrin sanksiyaları hədlərində, habelə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cina yətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzxərdə tutulmuş hal), CM-nin 59.2-ci maddəsinə əsasən isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, bununla da iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsi n barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəz anı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası işin hallarından, Məhkum törətdiyi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cəza təyini zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallardan çıxış edərək belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona ayrıayrı maddələrlə təyin olunmuş cəzaların həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına dəlalət edir. Eyn i zamanda, məhkəmə kollegiyası Məhkum təyin olunmuş qəti cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini də məqsədə uyğun hesab etməyərək aşağıdakıları vurğulayır. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş qəti cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmiş və bu zaman qanunvericiliyin tələblərinə əməl etməklə həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarnda əksini tapmış izah və tövsiyələri də nəzərə almışlar. Belə ki, həmin Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əs asların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Bununla belə, məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı hazırki qərarda gəldiyi nəticəni, yəni onun CM-nin 29,178.2.2 və 29,178.23-cü maddələri ilə təqsirli bilinməsi və ona həmin madd ələrlə cəzanın təyin edilməsi haqda müddəaların xaric edilməsini, habelə onun CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini nəzərə alaraq, ona CM-nin 178.2.2, 178.2.3 və 311.3.2-ci maddələri ilə təyin olunmuş cəzaları CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəzanın müəyyən edilməsini, nəticədə isə ona birinci instansiya məhkəməsinin hökmü ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın nisbətən yüngülləşdirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi K.S.Əbdurəhmanovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq h esab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və həmin maddələrlə ona cəzanın təyin edilməsinə dair müddəalar həmin qərardan və onunla bağlı olan Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmündən xaric edilməli, eyni zamanda Məhkum CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı və onunla bağlı Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ləğv edilməklə həmin hissədə cinayət işi üzrə icraata CPM-nin 39.1.2-ci m addəsinə əsasən, yəni əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığına görə xitam verilməli və CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum olunmuş şəxsə CM-nin 178.2.2, 178.2.3 və 311.2.3-cü maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci i il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından və onunla bağlı Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona həmin maddələrlə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı və onunla bağlı Füzuli Hərbi Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ləğv edilsin və Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni onun əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 311.2.3-cü maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar