Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-34/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-21/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbu l etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 2003-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, N saylı hərbi hissənin “F” dəstəsinin “D” tağımının 3-cü manqasının atıcı-sanitarı vəzifəsində, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, 02 oktyabr 2023-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, Beyləqan rayonu, Mil qəsəbəsində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yaşamışdır. 2. 29 fevral 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 mart 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum N saylı hərbi hissəsinin “F” dəstəsinin “D” tağımının 3-cü manqasının atıcı-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının kart hesablarına mədaxil edildiyini bildiyindən tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli yolla elektron məlumat daşıyıcısı hesab olunan kartlardan nağdlaşdırmaq yolu ilə talamaq qərarına gəlmişdir. Bu məqsədlə 20 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində əsgər yataqxanasında olarkən xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin Qarabağ bölgəsində döyüş tapşırığının icrası məqsədilə ezam olunduğuna görə heç kimin olmamasından istifadə edərək xidmət yoldaşı “F” dəstəsinin “D” tağımının 2-ci manqasının qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 məxsus şəxsi dolabın yerləşdiyi “41” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-nə məxsus “**********399132” nömrəli, “F” dəstəsinin “C” tağımının 4-cü manqasının baş snayperi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs3 məxsus şəxsi dolabın yerləşdiyi “40” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-nə məxsus “**********323095” nömrəli, xid mət yoldaşı “P” dəstəsinin “C” tağımının atıcı-radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 məxsus şəxsi dolabın yerləşdiyi “36” nömrəli otağa daxil olaraq həmin dolabdan sonuncunun istifadəsində olan "xxxx" ASC-nə məxsus “**********902048” nömrəli, xidmət yoldaşı, “P” dəstəsinin “C” tağım komandirinin müavini, leytenant Zərərçəkmiş şəxs1 məxsus şəxsi dolabın yerləşdiyi “20” nömrəli otağa daxil olaraq çarpayısından sonuncunun istifadəsində olan "xxxx" ASC-nə məxsus “**********255531” nömrəli elektron məlumat daşıyıcısı hesab olunan əmək haqqı bank kartlarını götürmüşdür. Bundan sonra, Məhkum cinayətkar məqsədinə nail olmaq üçün həmin gün, yəni 20 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində y erləşən hərbi hissənin daxilində quraşdırılmış, "xxxx" ASC-nə məxsus bankomata zərərçəkmiş şəxsə bank kartını daxil edərək əvvəlcədən sonuncu ilə olan dosltluq münasibətlərinə görə ona məlum olan kartın gizli dördrəqəmli şifrəsini zərərçəkmiş şəxsin icazəsi və məlumatı olmadan istifadə etməklə kartda olan 1597 manat pul vəsaitini birdəfəyə məxaric etmək mümkün olmadığından, 597 manat və 1000 manat olmaqla iki dəfəyə məxaric edib, ümumilikdə zərərçəkmiş şəxsə 1597 (min beş yüz doxsan yeddi) manat miqdarında maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 21 sentyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində Göytəpə şəhərində yerləşən “Elvin” marketə yaxı nlaşaraq satıcıya özünün hərbçi olduğunu, müharibədə iştirak etdiyini, anasının xəstə olduğunu və hazırda pula ehtiyacı olduğunu deyərək üzərində olan əldə etdiyi Zərərçəkmiş şəxs3 məxsus bank kartını öz maaş kartı kimi təqdim edərək gizli şifrəsini unutduğunu deyib satıcını aldatmaqla, həmin mağazada quraşdırılmış “pos terminal” vasitəsilə kartdan hissəhissə olmaqla 1624 manat 80 qəpik pul vəsaitini 100 manatdan artıq olduqda xüsusi şifrə tələb edildiyi üçün hər dəfə əsasən 99 manat olmaqla nağdlaşdırmış və səhəri gün, 22 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində yenidən Göytəpə şəhərində yerləşən “Elvin” marketdə olan satıcını eyni yolla aldatmaqla həmin marketdə quraşdırılmış “pos terminal” vasitəsilə Zərərçəkmiş şəxs3 istifadəsində olan bank kartından 1015 manat pul vəsaitini də eyni üsulla hissə-hissə nağdlaşdırmaqla, habelə həmin gün saat 19 radələrində Masallı şəhəri ərazisində yerləşən “Lukoil” Yanacaq doldurma məntəqəsində aldığı yanacaq üçün 35 manat ödəniş etməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 2674,80 (iki min altı yüz yetmiş dörd manat, səksən qəpik) manat miqdarında maddi ziyan vuraraq, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 23-24 sentyabr 2023-cü il tarixlərdə müxtəlif vaxtlarda Bakı şəhərində yerləşən müxtəlif ticarət obyektlərinə, yəni “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon mağazası, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” mağazasına yaxınlaşaraq ticarət obyektlərində satıcılara hərbçi olduğ unu, üzərində gəzdirdiyi bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla Zərərçəkmiş şəxs1 məxsus yuxarıda qeyd olunan bank kartından həmin mağazalarda quraşdırılmış “pos terminal” vasitəsilə nağdlaşdırmaq yolu və ödəniş etmək yolu ilə bank kartından ümumilikdə 1911 manat, 18 qəpik pul vəsaitini öz xeyrinə hüquqazidd və əvəzsiz olaraq hissə-hissə məxaric edib gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1911,18 (min doqquz yüz on bir manat, on səkkiz qəpik) manat miqdarında maddi ziyan vuraraq təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar məqsədini davam etdirərək, 26 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Göytəpə şəhərində yerləşən “Lider” marketdən “Hell” enerji içkisi alaraq məhsulun müqabilində 90 qəpik məbləğində ödənişi əldə etdiyi Zərərçəkmiş şəxs2 istifadəsində olan "xxxx" ASC-nə məxsus “**********902048” nömrəli bank kartı vasitəsilə nağdsız qaydada etmişdir. Daha sonra Bakı şəhərinə yola düşmüş, saat 20 radələrində isə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən mağaza köşklərindən birinə yaxınlaşaraq satıcıya hərbçi olduğunu, istifadəsində olan bank kartının gizli şifrəsini unutduğunu və təcili pula ehtiyacı olduğunu deyib satıcını aldatmaqla həmin köşkdə Zərərçəkmiş şəxs2 istifadəsində olan və onun əldə etdiyi bank kartından quraşdırılmış “pos terminal” vasitəsilə hissəhissə nağdlaşdırmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 297,90 (iki yüz doxsan y eddi manat, doxsan qəpik) manat miqdarında maddi ziyan vuraraq, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir.
5. Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-12/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cəlilabad Hərbi Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə təy in edilmiş cəzanın müstəqil icra olunmasının nəzərə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, ailə vəziyyətini, vurmuş olduğu zərərin əvəzini ödəməyə çalışmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-21/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı və həmin qərarda yol verilmiş anlaşılmazlığın aradan qaldırılmasına dair 18 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096 )-12/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmiş, təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum 2021-ci il tarixdən Azərbaycan Re spublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrində xidmət müddətində dəfələrlə Azərbaycan Respublikasının müdafiəsi uğrunda əməliyyatlarda iştirak etmiş və yaralanmış, 2022-ci il sentyabrda keçirilmiş antiterror əməliyyatında aktiv iştirak etmiş və müxtəlif xəsarətlər ilə bərabər kəllə-beyin travması və qəlpə yaraları almışdır. Bundan başqa anası da uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və səhhəti getdikcə pisləşir. Əməlindən səmimi peşmançılıq çəkir. Qeyd olunan halları nəzərə alaraq, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyas ı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tə ləbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində cəzasını yüngülləşdirən halların nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etməklə, faktiki olaraq təyin edilən cəzanın ağır olduğunu iddia etmiş, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-21/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakılar ı qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarla rı).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəz ərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və A vropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında həddində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
26. Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran hal olaraq cinayəti alçaq niyyətlə törətməsini nəzərə alınaraq cəza təyin edildiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi onun ilk dəfə məhkum olduğunu, yaşını və ailə vəziyyətini nəzərə alıb təyin edilmiş cəzanı 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqd an məhrum etmə cəzasına endirmişdir.
27. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsinə dair apellyasiya məhkəməsi kollegiyasının mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir. Müvafiq olaraq, məhkəmə kollegiyasının fikrincə məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün hər hansı digər əsas müəyyən edilmir.
28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mü hakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxı şını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-21/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-21/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.