Məhkəmə qərarları › İş №1-1(102)-35/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-35/2018

08.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-35/2018 08.02.2018 ALİ MƏHKƏMƏ 08 fevral 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum müdafiçisi-Lənkəran rayon Hüquq Məsləhətxanasının vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarındanMəhkum müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmişkassasiya şikayətinəmahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx 2016-ci il tarixli hökmü ilə (sədrlik edən R.Q.Abbasov) Məhkum (16 oktyabr 1996-cı ildə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Silahlı Qüvvələrinin təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu-əsgər) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.2, 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 332.3-cü maddəsi i lə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X11 da məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət məhkəmə tərkibi) Bakı Hərbi Məhkəməsinin hökmü Məhkum Sahib oğluna CM-nin 182.2.1, 182.2.2, 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təyin edilmiş cəzalar CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qət i təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasından5 (beş) il 3 (üç) aya endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən salxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçikassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, iki və ya daha çox zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ağır nəticələrə səbəb olmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə təkrarən tələb etmişdir. Məhkum18 oktyabr 2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Qaraheybət” təlim mərkəzinin tədris prosesinin təminatı taborunun mühafizə bölüyünün 2-ci mühafizə tağımının 1-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2015-ci ilin oktyabr ayının əvvəllərində bölüyün köhnə çağırışdan olan əsgərləri tərxis olunduqdan sonra, mühafizə bölüyünün 1-ci mühafizə tağımının 1-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan X11 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində köhnə çağırışdan olan əsgərlər kimi nüfuzdan istifadə edib aşağı çağırışdan olan əsgərlərə öz üstünlükl ərini nümayiş etdirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək kimi tələblərini kobud surətdə pozaraq onlara qarşı psixoloji zor tətbiq etməklə əmlaklarını qanunsuz ələ keçirtmək qərarına gəlmiş və bu məqsədlə 2015-ci ilin noyabr ayının 16-sı tabelik münasibətlərində olmadıqları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Qaraheybət” təlim mərkəzinin tədris prosesinin təminatı taborunun mühafizə bö lüyünün gənc əsgərləri X12, X15 və X1 bölüyün 1-ci yataq otağına çağıraraq sonrakı aylarda aylıq pul təminatlarını alıb, həmin pul hesabına ləvazimat aldıqdan sonra qalan pul məbləğini onlara verməli olduqlarını demiş, pul verməyəcəkləri təqdirdə onlara əziyyət verəcəkləri, zor tətbiq edəcəkləri, təhqir etməklə bölüyün şəxsi heyətinin qarşısında şərəf və ləyaqətlərini alçaldacaqları, bununla da şəxsi heyət arasında rüsvay olacaqları ilə hədələmişlər. Həmin vəzifədə və rütbədə xidmət edərkən Məhkum xx xx2015-ci il tarixdə saat 16 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, əsgər X2 xidmətdə olduğu bölüyün yataqxanasında tabelik münasibətlərində olmadığı əsgər X13 yaxınlaşaraq aldığı aylıq pul təmin atından ləvazimat aldıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. İlqar Fərəcov ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 1 manat məbləğində pulu X2a vermişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, təkrarən xx xx2015-ci il tarixdə saat 16:30 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, o, mühafizə bölüyünün qarşısında tabelik münasibətlərində olmadığı əsgər X3 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat aldıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. Ərəstun Məmmədzadə ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 4 manat məbləğində pulu Məhkum vermişdir. Həmin vəzifədə və rütbədə xidmət edərkən, Məhkum təkrarən xx xx2015-ci il tarixdə saat 17 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, o, mühafizə bölüyünün əsgər yataqxanasının 1-ci yataq otağında tabelik münasibətlərində olmadığı əsgər X6 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat aldıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmiş dir. X5 ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 4 manat məbləğində pulu Məhkum vermişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, təkrarən 22 noyabr 2015-ci il tarixdə əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, əsgər X2 hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olan tabelik münasibətlərində olmadığı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Qaraheybət” təlim mərkəzinin tədris prosesinin təminatı taborunun, mühafizə bölüyünün gənc əsgəri X7 yaxınlaşaraq sonrakı aylarda aldığı aylıq pul təminatından ləvazimat aldıqdan sonra qalan pulu ona verməli olduğunu demiş, 2015-ci ilin noyabr ayında aldığı pul təminatından 3 manat məbləğində pulu ona verməsini tələb etmiş, pulu vermə yəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. X21 Hüseynovun tələbini rədd edərək pulu yalnız borc kimi verə biləcəyini demiş və həmin vaxt X2a borca verdiyi 3 manat məbləğində pulu xx xx 2015-ci il tarixdə saat 20:00 radələrində tibb məntəqəsindən bölüyə yazıldıqdan sonra geri almışdır. Həmin vəzifədə və rütbədə xidmət edərkən, Məhkum təkrarən xx xx 2015-ci il tarixdə saat 22 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə X2 ilə birlikdə hərbi hissənin mühafizə bölüyünün məişət otağında tabelik münasibətlərində olmadığı əsgər X4yanlarına çağıraraq aldığı aylıq pul təminatından ləvazimat aldıqdan sonra qalan pulu onlara verməsin i yenidən tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, təkrarən 16 dekabr 2015-ci il tarixdə saat 17 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək X2 mühafizə bölüyünün ayaqyolunda tabelik münasibətlərində olmadığı əsgər X3 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat alındıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. X3 ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxara q 4 manat məbləğində pulu X2a vermişdir. Həmin vəzifədə və rütbədə xidmət edərkən, Məhkum təkrarən xx xx 2015-ci il tarixdə saat 16 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, əsgər X2 taborun qarşısında tabelik münasibətlərində olmadığı əsgər X6 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat alındıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. X5 ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 5 manat məbləğində pulu X2a vermişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, təkrarən xx xx 2016-cı il tarixdə saat 17 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərək, o, mühafizə bölüyünün əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı əsgər X6 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat alındıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. X5 ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 4 manat məbləğində pulu Məhkum vermişdir. Həmin vəzifədə və rütbədə xidmət edərkən, Məhkum təkrarən xx xx 2016-cı il tarixdə saat 17:30 radələrində əsgər X2 ilə qabaqcadan gəldikləri razılığa əsasən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə rollarını bölüşdürərə k, əsgər X2 mühafizə bölüyünün ayaqyolunda tabelik münasibətlərində olmadığı əsgər X3 yaxınlaşaraq aldığı aylıq pul təminatından ləvazimat alındıqdan sonra qalan pulu ona verməsini tələb etmiş, pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq ediləcəyi, şəxsi heyət arasında nüfuzdan salınacağı, şərəf və ləyaqətinin alçaldılacağı ilə hədələmişdir. X5 ona qarşı zorakı hərəkətlərin ediləcəyindən qorxaraq 3 manat məbləğində pulu X2a vermişdir. Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, əsgər yoldaşı X2 ilə birlikdə xidmət etdikləri mühafizə bölüyündə siqaret alış-verişi ilə məşğul olub, aralarında tabelik münasibətləri olmayan bölüyün əsgəri c bir neçə ay müddətində onlardan borca siqaret almasına görə toplanmış 85 manat borcu ilə əlaqədar, xx xx 2016-cı il tarixdə sonuncunu mühafizə böl üyünün inzibati binasının kənarına apararaq ondan qeyd edilən miqdarda borcunu dərhal ödəməyi tələb etmişlər. X22 həmin məbləğdə pulu qaytarmaq imkanının olmamasını, lakin xx xx 2016-cı il tarixdə atası yanına gələn zaman pul götürərək borcunu qaytaracağına söz vermişdir. Əsgərlər Məhkumvə X18 Baxışovun pul borcunu ödəməməsindən hiddətlənərək öz üstünlüklərini və nüfuzunu nümayiş etdirməklə təkrarən özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə X22a 85 manat məbləğində pul borcunu dərhal ödəməyəcəyi təqdirdə, bu andan etibarən onun borcunun 85 manat deyil, 200 manat təşkil edəcəyini demiş və xx xx 2016-cı il tarixədək olan müddətdə həmin pul məbləğini onlara verməsini tələb edərək pulu çatdırmayacağı təqdirdə onu sıranın qarşısına çıxarıb ünvanına nalayiq ifadələr işl ətməklə şərəf və ləyaqətinin alçaldılacağı, bununla da, bütün əsgər yoldaşlarının yanında rüsvay ediləcəyi, nüfuzdan salınacağı ilə hədələmişlər. xx xx 2016-cı il tarixdə nahar vaxtı Məhkum X2la birlikdə əsgər yeməkxanasında X5 yaxınlaşaraq təyin olunmuş vaxtın bitməsinə az qaldığını bildirməklə hədələrini təkran etmiş və günün axırına kimi onalara 200 manat məbləğində pulu verməsini tələb etmişlər. X5 xx xx 2016-cı il tarixdə tələb edilən miqdarda pulu hazırlaya bilmədiyi üçün tərəfindən real olaraq şərəf və ləyaqətinin alçaldılmaqla əsgər yoldaşlarının yanında rüsvay ediləcəyindən və nüfuzdan salınacağından qorxu hissi, əlacsız vəziyyətdə narahatlıq və həyacan fonunda psixogen mənşəli gərginlik və depressiya halı keçirmiş və bu halda çıxış yolu tapa bilməyərək həmin günü saat 17:40-da mü hafizə bölüyünün saxlanc anbarına gedərək otağa daxil olmuş, qapısını içəridən bağladıqdan sonra əsgər şalvarı üçün nəzərdə tutulmuş bel kəmərindən istifadə edib otağın tavanında olan dəmir armaturdan özünü asaraq intihar etməyə cəhd etmişdir. Səsküy eşidən hərbi qulluqçuların vaxtında müdaxiləsi nəticəsində bu cəhdin qarşısı alınsa da, X22 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilən “Boyunun xaricdən sıxılması nəticəsində boğulma. Kəskin asfiksiya. Posthipoksik koma. Qlazko koma şkalası-3. Requqitasiya. Aspirasiyadan sonrakı vəziyyət. Postravmatik şok”la müşayiət olunan bədən xəsarətləri almışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş Kamal Baxışovun özünü öldürməyə cəhd etməsi il ə Məhkum hərəkətləri arasında səbəbli əlaqə olmadığı halda o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsas verən məsuliyyəti yügülləşdirən müstəsna halların olmasına baxmayaraq, məhkəmələr tərəfindən həmin hallar nəzərə alınmamış, nəticədə Məhkum həddindən artıq ağır cəza təyin edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilib, həmin hissədə Məhkum bəraət verilməsini, Məhkum Cinayət Məcəll əsinin 182.2.1, 182.2.2, 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə həmin maddələrlə Camallıya təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının azaldılmasını və qəti cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci mad dəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Məhkum əməllərində Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığını, Cinayət Məcəlləsinin 182.2.1, 181.2.2, 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə və qəti olaraq təyin olunmuş cəzaların isə həddindən artıq ağır olduğunu, Məhkum məsuliyyətini yünügülləşdirən müstəsna hallar nəzərə alınmadan təyin olunduğunu iddia edərək, faktiki olaraq Məhkum Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, digər maddələrlə cəzaların təyin edilməsi hissəsində isə qərarın dəyişdirilməsi və həmin cəzaların Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq yüngülləşdirilməsi, məhkumun barəsində şərti məhkum etmənin tətbiq edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməs ini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.6 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi kassasiya şikayətində irəli sürdüyü Məhkum əsassız olaraq (əməlində cinayət tərkibi olmadığı halda) Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsində dair iddiasının əksinə olaraq, Məhkum ona istinad edilən, hazırki qərarın “İşin halları” böl məsində təsvir edilmiş, istər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi, istərsə də CM-in digər maddələri ilə tövsif olunmuş əməlləri törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin birinci instansiya məhkəməsində baxılmış sübutl arın məcmusu, iş üzrə müəyyən olunmuş faktik hallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum X2la birlikdə xx xx 2016-cı ildə xidmət yerində X22dan 200 manat məbləğində pul tələb etmiş, pul vermədiyi təqdirdə onu əsgərlərin sırası qarşısında rüsvay edəcəkləri, şərəf və ləyaqətini alçaldacaqları ilə hədələmiş, bu səbəbdən qorxu, psixogen mənşəli gərginlik və depressiya halları keçirən X5 həmin gün özünü asmaqla özünü öldürməyə cəhd etmiş, cəhdin qarşısı digər hərbi qulluqçular tərəfindən alınsa da, onun sağlamlığına ağır zərər vurulmuşdur, yəni Ucal Məhkum qabaqcadan əlbir olan bir qrup şəxsin halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalrını bu şəkildə pozması X5un özünü öldürməyə cəhd etməsi və onun sağlamlığına ağır zərərin vurulması kimi ağır nəticəyə səbəb olmuşdur. Qeyd olunan hallar zərərçəkmiş şəxs X8, şahidlərin ifadələri, zərərçəkmiş X5un barəsində keçirilmiş məhkəmə-tibbi ekspertin xx xx2016-cı il tarixli 641 saylı, kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xx 2016-cı il tarixli 760 saylı rəyləri ilə təsdiq olunur (bu və digər sübutlar hökmdə ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya məhkəməsi isə həmin sübutların məcmusundan çıxış etməklə müdafiə tərəfinin sözügedən iddiasını cavablandırdığından, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının Cinayət Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində göstərilən pozulma hallarının ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti məhz Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur. Beləliklə, apellyasiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlarla yanaşı Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin və digər maddələrinin düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gət irilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin şərh olunan məsələ üzrə nəticələrini, o cümlədən Məhkum əməllərində Cinayət Məcəlləsinin 332.3-cü maddəsi, eləcə də CM-in digər maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, onun həmin cinayətlərin törədilməsində təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Təsvir olunanlar məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan – CPMin 416.0.6-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Kassasiya şikayətinin Məhkum ayrı-ayrı cinayətlər üzrə və qəti olaraq təyin olunmuş cəzaların ağır olmasına görə mübahisələndirilməsi nə dair dəlillərinə gəldirkdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Müdafiə tərəfində məhkəmələrin Məhkum məsuliyyətini yüngülləşdirən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq müstəsna hallar kimi qiymətləndirməməsi xüsusilə etiraz doğurmuşdur. Hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, hazlırki işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsi və buna nail olması, vurulmuş maddi ziyanı tam həcmdə ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması isə Məhkum cəzasını yünügülləşdirən hallar kimi qiymətləndirilmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Həqiqətən də, Məhkum zərərçəkmiş şəxslə razılı q əldə etməyə cəhdlər edib barışması, onlara vurulmuş maddi ziyanı tam şəkildə ödəməsi onun törətdiyi cinayətə tənqidi münasibətinin, islah olunmağa meylinin, cinayət törətdikdən sonra davranışının müsbət yöndə dəyişməsinin göstəricisidir və bu səbəbdən, eyni zamanda həmin xüsusatlar Məhkum əməllərinin ictimai təhlükəliliyini də əhəmiyyətli dərəcədə azaltdıqlarına görə, Məhkum Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında cəzanın təyin edilməsinə əsas verən, onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından az cəzalar (eləcə də daha az müddətli qəti cəza) vasitəsi ilə islah oluna biləcəyini mümkün edən hallar kimi nəzərdən keçirilə bilərlər. Belə ki, cinayətə gorə muəyyən edilmiş cəzadan daha yungul cəzanın təyin edilməsi i nstitutunu təsbit edən Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuşdur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin torədilməsində rolu, cinayətin torədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı mustəsna hallar, habelə cinayətin ictimai təhlukəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakcılıqla torədilmiş cinayətin iştirakcısı həmin cinayətin acılmasına fəal komək etdikdə, bu Məcəllənin Xususi hissəsinin muvafiq maddəsində muəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə muəyyən ediləndən daha yungul cəza növu təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər” (maddə 62.1). Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yungulləşdirən həm ayrı-ayrı hall ar, həm də bu cur halların məcmusu mustəsna hal hesab edilə bilər.” İş üzrə müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yünüglləşdirən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri ilə müqayisəsindən görünür ki, məhkumun zərərçəkmiş şəxslərlə razılıq əldə etmək üçün cəhdlər edib onlarla barışması, vurulmuş maddi ziyanı tam ödəməsi, Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələyə (təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışına) aid olan hallardır və bu səbəbdən həm ayrılıqda, həm də digər cəzanı yüngülləşdirən başqa hallarla birlikdə götürüldükdə, onların cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsi mümkündür. Məhkəmələrin qeyd olunan halları Məhkum təqsirli bilindiyi CM-in müvafiq maddələri ndə nəzərdə tutulmuş cəzaların aşağı hədlərindən də az cəzaların təyin edilməsinə əsas verən hallar kimi qiymətləndirməyib, həmin maddələrin sanksiyaları daxilində cəzalar təyin etməsi, onu göstərir ki, baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmişdir. Bununla belə, məhkəmə kollegiyası Məhkum CM-in 62-ci maddəsinin qaydaları əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saymadığından, hesab edir ki, onun barəsində şərti məhkum etmə tətbiq edilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin cəza çəkmədən islah olunmasını mümkün saydıqda, ona təyin olunmuş, bu maddədə sadalanan cəzalar ın, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Odur ki, müdafiəçinin kassasiya şikayəti cəzanın mübahisələndirilməsi hissəsində qismən əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi X9, eləcə də kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum və X5 barəsində olan xx xx 2017-ci il tarixli qərarı Məhkum aid hissədə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddə sini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum və X5 barəsində olan xx xx 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Məhkum Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə CM-in182.2.1, 182.2.2-ci maddələri ilə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılsın, Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar