Məhkəmə qərarları › İş №1-1(102)-35/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-35/2020

12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-35/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və kassasiya protestinə dəyişikliyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim: Sarıyev Əhməd Mədət oğlu) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, Məhkum, Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hökmün icrası Məhkum xidmət yeri üzrə komandanlığa həvalə edilmiş, cəzasının başlanğıcının aylıq pul təminatından tutulmalar edildiyi vaxtdan hesablanmasıhökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunun Aşağı Ağcakənd qəs əbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin Goranboy rayonunun Meşəli kəndinin ərazisində yerləşən «Tala» adlı ərazidə yerləşən 1-ci taborunun 2-ci bölük komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etdiyi müddətdə, xx xxxxxxxx 2018-ci il tarixdə, xidmət etdiyi taborun nəzarət buraxılış məntəqəsinin növbətçisi təyin olunmuş və xidmət etdiyi bölüyün 3-cü tağımının 1-ci manqa komandiri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, kiçik çavuş Məmmədov Vahid Səfər oğlunun həmin tarixdə bölük üzrə cavabdeh təyin olunmuş, gizir Əliyev Vüsal Fikrət oğlunun həmin gün saat 23 radələrində nəzarət buraxılış məntəqəsinə gəlib aparılan xidməti yoxlamasına etiraz etməsi barədə bir gün sonra, yəni xx xxxxxxxx 2018-ci il tarixdə saat 09 radələrində sonuncudan məlumat al ıb göstərilən səbəbdən kiçik çavuş V.S.Məmmədovu cəzalandırmaq qərarına gələrək xx xxxxxxxx 2018-ci il tarixdə saat 11 radələrində kiçik çavuş V.S.Məmmədovu xidmət etdiyi 1-ci taborun inzibati binasındakı xidməti otağına çağırıb onun bir gün əvvəl gizir V.F.Əliyevə cavab qaytarmasını əsas gətirib özündən böyük rəislərə hörmət etməli, cavab qaytarmamalı olduğunu bildirib irad tutmuş, Vahid Məmmədovun «bir də belə olmaz» deyib otaqdan çıxaraq istirahət etmək üçün yataqxanaya getməsindən az sonra baş leytenant Məhkum V.S.Məmmədovun ardınca yataqxanaya daxil olub Vahid Məmmədova yaxınlaşıb dəstəyi və tiyəsi gümüşü rəng, ümumi uzunluğu təxminən 11 sm ölçüdə olan qatlanan cib bıçağını sağ əlində tutub ona göstərib «indi səni gizir Əliyevin əlinə verək, raport yazsın, yoxsa, vurum» deyə soruşanda Vahid Məmmədovun ona «vur» deyə cavab verməsindən sonra qəzəblənərək cəzalandırmaq niyyətini həyata keçirib sağ əlində tutduğu bıçaqla Vahid Məmmədovun sol baldır nahiyəsinə bir dəfə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan «sol budun aşağı 1/3-nin ön səthinin 1.0x0.6 sm ölçüdə, tünd qəhvəyimtil rəngli çapığı» ilə müşayiət olunan bədən xəsarətini yetirib rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüş və qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Kazmov Toğrul Sahib oğlu CM-in 128 və 331.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə CM-in 128-ci maddəsi ilə olan hissə də cinayət təqbinə xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya protestinə dəyişik verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ona istinad edilən əməli törətdiyini tamamilə etiraf etmişdir. Məhkum törətmiş olduğu cinayət əməli onun özünün səmimi etirafından əlavə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunmuşdur. Lakin, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməli CM-nin 128 və 331.3-cü maddələri ilə düzgün tövsif olunaraq ona qarşı göstərilən maddələrlə düzgün olaraq ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi Məhkum əməlinin CM-nin 331.3-cü maddəsi ilə tövsif edilməsinə razı olmamış, onun əməlinin CM-nin 331.3-cü maddəsindən CM-nin 341.1-ci maddəsinə tövsif etmiş, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşaraq yalnış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Məhkum Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, kassasiya protesti əsaslıdır, lakin x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azə rbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu ilə, CM-nin 331-ci maddəsi ləğv edilmiş, yeni məzmunda 329.1-ci maddə əlavə edilmişdir. Həmin qanun ilə, CM-nin 331-ci maddəsi ləğv edilsə də əməl tamamilə dekriminallaşdırılmamış, əksinə döymə əməlinin tərkib əlaməti olan zor tətbiq etmə CMnin 329-cu maddəsində əksini tapmışdır. CM-nin 329.1-ci maddəsinin sanksiyasında CM-nin 331.3-cü maddəsindən daha yüngül cəza nəzərdə tutduğu və bu iş üzrə məhkumun vəziyyətini yaxşılaşdırdığı üçün Məhkum CM-nin 331.3-cü maddəsi ilə verilmiş ittihamdan imtina edilməli və onun barəsindəcinayət təqibi CM-nin 329.1-ci maddəsi ilə davam etdirilməklə müvafiq olaraq kassasiya protestinə dəyişiklik edilməlidir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə verilmiş ittihamdan imtina edilsin və onun barəsində cinayət təqibi Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə davam etdirilməklə Məhkum Azərbaycan Respublikası CM-nin 341.1ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək,cinayətin işinin apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilmısini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya protestinə dəyişikliyin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya protestinə dəyişikliyin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəf indən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protestinə dəyişiklik qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları n ormalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkumbarəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübut ların məcmusu ilə təsdiq edilərək ona ittiham irəli sürülən zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət məcəlləsinə uyğun olaraq əməli düzgün tövsif edilməklə əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Lakin, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə edilmiş son dəyişiklikl əri nəzərə alaraq hesab edir ki, kassasiya protestinə dəyişiklin qismən təmin edilməlidir. Belə ki, Məhkum “kiçik çavuş Məmmədov Vahid Səfər oğlunun həmin tarixdə bölük üzrə cavabdeh təyin olunmuş, gizir Əliyev Vüsal Fikrət oğlunun həmin gün saat 23 radələrində nəzarət buraxılış məntəqəsinə gəlib aparılan xidməti yoxlamasına etiraz etməsi barədə bir gün sonra, yəni xx xxxxxxxx 2018-ci il tarixdə saat 09 radələrində sonuncudan məlumat alıb göstərilən səbəbdən kiçik çavuş V.S.Məmmədovu cəzalandırmaq qərarına gələrək xx xxxxxxxx 2018-ci il tarixdə saat 11 radələrində kiçik çavuş V.S.Məmmədovu xidmət etdiyi 1-ci taborun inzibati binasındakı xidməti otağına çağırıb onun bir gün əvvəl gizir V.F.Əliyevə cavab qaytarmasını əsas gətirib özündən böyük rəislərə hörmət etməli, cavab qaytarmamalı olduğ unu bildirib irad tutmuş, Vahid Məmmədovun «bir də belə olmaz» deyib otaqdan çıxaraq istirahət etmək üçün yataqxanaya getməsindən az sonra baş leytenant Məhkum V.S.Məmmədovun ardınca yataqxanaya daxil olub Vahid Məmmədova yaxınlaşıb dəstəyi və tiyəsi gümüşü rəng, ümumi uzunluğu təxminən 11 sm ölçüdə olan qatlanan cib bıçağını sağ əlində tutub ona göstərib «indi səni gizir Əliyevin əlinə verək, raport yazsın, yoxsa, vurum» deyə soruşanda Vahid Məmmədovun ona «vur» deyə cavab verməsindən sonra qəzəblənərək cəzalandırmaq niyyətini həyata keçirib sağ əlində tutduğu bıçaqla Vahid Məmmədovun sol baldır nahiyəsinə bir dəfə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan «sol budun aşağı 1/3-nin ön səthinin 1.0x0.6 sm ölçüdə, tünd qəhvəyimtil rəngli çapığı» ilə müşayiət olunan bədən xəsarətini yetirməsi” epizodu üzrə rəisin hakimiyyət həddini aşmaqla zərərçəkmiş şəxsə əhəmiyyətli zərər vurması kimi, yəni CM-in 341.1-ci maddəsinin dispozisiyasına uyğun gələn əməl kimi qiymətləndirilmişdir. Məhkum ittiham irəli sürülərkən Azərbaycan Respublikası CM-nin 341-ci dispozisiyasında “Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda” əməli təsbit edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin 341-ci maddəsinin dispozisiyasında “Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” əməli təsbit edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 20 20-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 329-cu maddəsində dəyişiklik edilmişdir. Həmin maddə yeni redaksiyada aşağıdakı kimi qeyd olunmuşdur. Maddə

329. Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər 329.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.2. Eyni əməllər: 329.2.1. təkrar törədildikdə; 329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 329.2.4. silah tətbiq etməklə törədildikdə; 329.2.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə; 329.2.6. işgəncə verməklə törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan epizod üzrə Məhkum irəli sürülmüş ittihamda CM-nin 341-ci maddəsinin dispozisiyasında qeyd olunan “mühüm zərər vurma” halları müəyyən edilmədiyindən Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu il ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən yuxarıda qeyd olunan epizod üzrə məhkumun əməli CM-nin 341.1-ci maddəsindən həmin məcəllənin 329.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunu n qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsip lərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə dəyişiklik qismən təmin edilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu na əsasən Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 11 (on bir) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar