Məhkəmə qərarları › İş №1-1(102)-35/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-35/2021

23.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-35/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Zərərçəkmiş şəxs13 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.6 və 341.1-ci maddələri ilə təqsi rli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2N0-ci il tarixli qərarından Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2N0-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Quliyev) xx xxxxxx 1972-ci ildə Tərtər rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə verilmiş ittihamlar sübuta yetirilmədiyindən bəraət verilmiş, CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzası, CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CMin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2ci maddəsinə əsasən, təyin olunmuş cərimə və azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 1000 (min) manat cərimə cəzası və beş il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, üzərinə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat ver mədən hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək daimi qeydiyyatda olmaqla, yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun və qonşu Sumqayıt, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması müəyyən edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Muradov Oktay Rəcəb oğlu və Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 17 avqust 2N0-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs12 apelyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2N0-ci il tarixli hökmü dəyişdirilmişdir. Dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və X6 təhqir etməsi ilə əlaqədar CM-in 331.2-ci maddəsi ilə ona verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Məhkuma qarşı cinayət təqibinə və həmin şəxslərin iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Məhkum öz tabeliyində olan digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmi ş şəxs16, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs18 təhqir etməsi ilə bağlı ona verilmiş ittihamlardan dövlət ittihamçısı imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissələrdə cinayət təqibinə xitam verilmişdir. Məhkum CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq, həmin Məcəllənin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilmiş və ona qarşı CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə irəli sürülmüş ittihamlardan 329.2.2-ci maddə çıxarılmışdır. Məhkum CM-in 329.2.1 və 329.2.6cı maddələri ilə təqsirli bilinmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə üç min manat miqdarında cərimə cəzasına məhkum edil mişdir. Məhkum CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə səkkiz yüz manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq üç min beş yüz manat miqdarında cərimə cəzası təyin edilmişdir. Baxılmış apelyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2N0-ci il tarixli qərarından Zərərçəkmiş şəxs13 Tofiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum rəis və vəzifəli şəxs kimi, müntəzəm olaraq qulluq səlahiyyətini aşaraq, habelə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yeti rilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etmiş, həmçinin döymüş və işgəncə vermiş və nəticədə bu əməllər əhəmiyyətli zərər vurmuşdur. Belə ki, Məhkum NNNN ərazisində yerləşən N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, polkovnik rütbəsində hərbi xidmətdə olduğu müddətdə, həmin hərbi hissə ilə eyni, yəni İ Ordu Korpusunun tabeliyində olan N nömrəli hərbi hissənin əsgəri X8 30 aprel 2017-ci il tarixdə, saat 23:30 radələrində düşmənlə təmas xəttində yerləşən döyüş mövqeyində döyüş növbətçiliyində olarkən, xidmət yerində aşkar olunmaması və bir müddət sonra düşmən mövqeləri ilə arada yerləşən, qadağan olunmuş neytral ərazi istiqamətindən gəlməsi, buna görə də onun düşmənin, yəni qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşl arı ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması barədə hərbi hissə komandanlığı tərəfindən aidiyyəti üzrə yuxarı komandanlığa məruzə edilmişdir. Bu barədə 01 may 2017-ci il tarixdə məlumat alan N nömrəli hərbi hissənin (İ ordu korpusunun) komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X57, həmin faktla bağlı ilkin olaraq N nömrəli hərbi hissədə araşdırma apararaq, N may 2017-ci il tarixdə ilkin araşdırma materiallarını Tərtər Hərbi Prokurorluğuna göndərmiş və orada 03 may 2017-ci ildə toplanmış material əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində N nömrəli hərbi hissənin MAXE kicik çavuş X7 dövlətə xəyanət etməsi faktı üzrə onun barəsində CM-in 274-cü maddəsi ilə cinayət işinin başlanılaraq istintaq aparıldı ğını və həmin cinayət işinin istintaqı zamanı digər hərbi qulluqçuların dövlətə xəyanət etmələri barədə məlumatların da araşdırılmasını bildiyi halda xidməti vəzifələrinin icrasına aid olmamasına, eləcə də prosessual şəxs olmadığından, cinayət təqibi aparmaq, istintaq və prosessual hərəkətləri yerinə yetirmək, təhqiqat və ya istintaq altında olan şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, səlahiyyətli dövlət orqanlarının qanuni istintaq-əməliyyat fəaliyyətinə paralel olaraq, onlarla N nömrəli hərbi hissənin komandanlığı tərəfindən zəruri istintaq-əməliyyat işlərinin aparılması üçün əlaqələndirici şəxs təyin edildiyindən və istintaq qrupunun əməkdaşlarının tələbinə əsasən N nömrəli hərbi hissənin tabeliy ində olan hərbi qulluqçularının dindirilməsi üçün XX vasitəsi ilə icra edilməsi barədə N nömrəli hərbi hissə komandanlığı tərəfindən o, məsul şəxs təyin olunaraq və bu haqda N nömrəli hərbi hissənin tabeliyində olan hissə komandirləri məlumatlandırıldığdan, öz qulluq mövqeyindən sui-istifadə edərək, bilavasitə özü, göstərilən faktın aşkar edildiyi bölmənin hərbi qulluqçularını, habelə N nömrəli hərbi hissənin, eləcə də N nömrəli hərbi hissənin tabeliyində olan digər hərbi hissələrin düşmənlə məxfi əməkdaşlığa cəlb edilməkdə və dövlətə xəyanət etməkdə şübhəli bilinən hərbi qulluqçularını, o cümlədən hərbi qulluqçuların düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qoyulmaqla, sonradan barələrində rüsvayed ici məlumatlar yaymaq hədəsi ilə məxfi əməkdaşlığa cəlb edilmələri faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, arxa keçəcək dəliyi nahiyələrində həmin dəlik vasitəsi ilə uşaqbazlıq edilməsi nəticəsində yaranmağa xarakterik əlamətlər olub-olmamasının müəyyən edilməsi məqsədilə, həmin hərbi hissələrin şəxsi heyətinin hərbi hospitalların həkimləri və tibb ekspertləri tərəfindən müayinə olunmalarını təşkil edərək, həmin nahiyələrində müvafiq morfoloji dəyişiklik və xəsarət aşkar edilmiş hərbi qulluqçuları sorğu-sual edərək, qanunsuz araşdırma aparmaq qərarına gəlmişdir. Bu məqsədlə, XX yuxarı komandanlığın razılığı və məlumatı əsasında, 01 may 2017-ci il tarixdən etibarən, sorğu-sual etmək üçün özünün çağırtdırdığı hərbi qulluqçuların, 03 may 2017-ci il tarixdən isə istintaq qrupunun əməkd aşları tərəfindən dindirilməsi zəruri olan şəxslərin N nömrəli hərbi hissənin ərazisində yerləşən köhnə qərargaha gətirilmələri barədə hərbi hissələrə tapşırıq verərək, həmçinin hissə komandanlığı tərəfindən hər hansı səbəbdən düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan tabeliklərində olan hərbi qulluqçuların müəyyənləşdirilərək, onun dediyi vaxtlarda N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsinin (köhnə Marquşavan kəndi) ərazisində yerləşən köhnə qərargah binasına gətirilərək orada saxlanılmalarını, o cümlədən ərazinin və orada saxlanılan şəxslərin mühafizəsini həyata keçirmələri, kənar şəxslərin daxil olmasının qarşısını almaları və verdikləri cavablar qane etmədikdə sorğusual edəcəyi şəxslərə qarşı fiziki zor tətbiq etmələri və işgəncə vermələri məqsədilə, N nömrəli hərbi hi ssənin kəşfiyyat bölüyünün hərbi qulluqçularının, o cümlədən N nömrəli hərbi hissənin tabeliyində olan, N nömrəli hərbi hissənin hərbi qulluqçularının bilavasitə öz xidməti vəzifələrinin icrasından ayrılaraq, qanunsuz sorğulama prosesinin davam etdiyi müddətdə və onların istintaq qrupunun əməkdaşlarının rəsmi qaydada dindirilməsinədək köhnə qərargah binasına gəlmələrini və saxlanılmasını təmin etmişdir. Bir neçə gündən sonra isə XX, düşmən hərbi qulluqçularının və ya xüsusi xidmət orqanlarının, N nömrəli hərbi hissənin köhnə qərargah binasında düşmənlə məxfi əməkdaşlıq etməkdə şübhəli bilinən hərbi qulluqçuların sorğu-sual edildiklərini və saxlanıldıqlarını bildiklərini və düşmən mövqelərinə yaxın ərazidə yerləşdiyindən, düşmənin orada saxlanılan şəxsləri məhv etmək məqsədilə həmin binanı artilleriya atəşinə məruz qoya biləcəyini ehtimal edib, yuxarı komandanlıq qarşısında məsələ qaldıraraq, 08 may 2017-ci il tarixdə gecə saatlarında düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların N nömrəli hərbi hissənin köhnə qərargah binasından N nömrəli hərbi hissənin XXX qəsəbəsinin ərazisində yerləşən binasına aparılaraq orada saxlanılmalarını təmin etməklə qanunsuz sorğu-sual prosesini həmin yerdə davam etdirmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən XXin onlara verilən göstərişə əsasən, həmin hissənin hərbi qulluqçuları 01 may 2017-ci il tarixdə gizir X9, N may 2017ci il tarixdə gizir X21, gizir X47, 03 may 2017-ci il tarixdə baş gizir X22, kiçik gizir X16, 04 may 2017-ci il tarixdə leytenant X1, 05 may 2017-ci il tarixdə gizir X17 N nömrəli hərbi hissənin kö hnə qərargah binasının və orada saxlanılan şəxslərin mühafizəsini həyata keçirmək, habelə qanunsuz sorğu-sual prosesi zamanı XXin göstərişlərini icra etmək məqsədilə, həmin binaya sonuncunun sərəncamına göndərilmişlər. Həmin ərəfədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq qrupunun həmin ərazidə CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi üzrə aparılan istintaq zamanı digər hərbi qulluqçuların dövlətə xəyanət etmələri barədə məlumatların da araşdırılması zamanı N nömrəli hərbi hissənin tabeliyində olan aşağıda adları çəkilən 18 (on səkkiz) nəfər hərbi qulluqçularının dövlətə xəyanət etmələri sübuta yetirilərək, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri, baş leytenant X5 C M- in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3- cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah rəisi, kapitan X58 CM-in 274, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının komandiri, leytenant X18 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 2-ci tağımının komandirinin müavini, gizir X36 CM-in 274, 331.2, 331.3, 338.2, 341.3-cü mad dələri ilə təqsirli bilinərək qəti olaraq 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, əsgər X19 CM-in 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağımının komandiri, baş leytenant X37 CM-in 32,5, 120.2.1, 32.5, 120.2.4, 32.5, 32.5, 120.2.12, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandiri, leytenant X38 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandirinin müavini, gizir X39 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.2, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, çavuş X23 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 16 il müddətə azadlıqd an məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, kiçik çavuş X10 CM-in 274-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 7 il müddətə və N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci pulemyot manqasının tuşlayıcısı, əsgər X24 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 32.5, 331.2, 32.5, 331.3, 338.2, 32.5, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmünə əsasən N nömrəli hərbi hiss əsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, kiçik çavuş X28 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3, 349.2.1 və 349.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X48 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, çavuş X29 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274. 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci tağımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, əsgər X40 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 il azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, kiçik çavuş X59 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3-cü maddələri i lə təqsirli bilinərək qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci tağımının 1-ci manqasının sabiq baş atıcısı, əsgər X11 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.4, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci tağım komandirinin sabiq müavini, gizir X25 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü dəyişdiril mədən saxlanılmışdır. Bununla yanaşı, həmin ərəfədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq qrupunun həmin ərazidə 2017-ci ilin may ayı ərzində CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi üzrə aparılan istintaq zamanı digər hərbi qulluqçuların dövlətə xəyanət etmələri barədə məlumatların da araşdırılması zamanı N nömrəli hərbi hissənin tabeliyində olanhərbi hissələrdə xidmət edən əlavə olaraq 30 nəfər, o cümlədən N nömrəli hərbi hissədədən olan altı nəfər hərbi qulluqçu olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 barədə CM-in 274-cü maddəsi ilə ittiham irəli sürülərək Tərtər Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Lakin 16 iyun 2017-ci il tarixdə N nömrəli hərbi hissə sinin hərbi qulluqçusu, gizir X2 ölməsi faktına görə Qarabağ Hərbi Prokurorluğunda CM-in 120.1 və 341.2.3-cü maddələri ilə başlanılan cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilmişdir ki, XXin və onun tabeliyinə verilmiş hərbi qulluqçular X14, X20, X41, X15, X3, X30, X31, X1, X21, X17, X9, X47, X22 və X16 tərəfindən 109 nəfər hərbi qulluqçuya işgəncələr verilərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş və bu xəsarətlər nəticəsində onlardan səkkiz nəfəri ölmüşdür. XXin adları sadalanan şəxslərə birlikdə, həmçinin özü tərəfdən şəxsən yuxarı komandanlığın razılığı və məlumatı əsasında verdiyi, hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək sorğu-sual edilmələri üçün bu məqsədlə ayrılmış yerlərə göndərilmələrinə dair qanun suz tapşırığı ilə əlaqədar olaraq, 703, N və N nömrəli hərbi hissələrdən gətirilən şəxslər istintaq orqanı tərəfindən onlar dindirilənədək, düşmənlə məxfi əməkdaşlıq etmələrini iddia etməyə heç bir ciddi əsas olmadığı halda, ehtimallara əsaslanaraq və dövlətə xəyanət etməkdə günahlandıraraq, bilə-bilə qanunsuz sorğu-sual prosesinin həyata keçirildiyi yerə göndərmiş, əksər hallarda da XXin rəhbərliyi ilə düşmənlə əməkdaşlıq etmələri iddia edilən hərbi qulluqçulardan özlərinin və ya digərlərinin düşmənlə əməkdaşlıq etmələrinə dair etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindikləri əmələ görə “cəzalandırmaq”, iradələri əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə, əllərini və gözlərini, bəzən də ayaqlarını bağlayaraq, müqavimət göstərmək imkanl arını aradan qaldırdıqlarından, aşkar surətdə köməksiz vəziyyətdə olan həmin hərbi qulluqçulara qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə, müxtəlif üsullarla güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə, o cümlədən bəzi hallarda gecəni lüt, əlləri və gözləri bağlı vəziyyətdə sulu döşəmənin üstündə saxlamaqla, bəzən isə üzərilərinə su töküb, səs-küy salıb ümumiyyətlə yatmağa icazə verməməklə, yemək və su ilə təmin etməməklə, tualetə gedərək şəxsi ehtiyaclarını ödəmələrinə imkan verməməklə əzab vermişdir. Nəticədə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmuş hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri aldığından, onların sağlamlıqlarına fiziki zərər vurulduğundan, habelə həm məruz qaldıqları qeyri-insani rəftara, həm də barələrində xidmət yoldaşları arasında yaranmış mənfi fikir və arzuolunmaz şübhələrə görə psixikalarında dərin iz buraxmaqla, şəxsiyyətlərinin alçaldılması ilə əlaqədar onlara mənəvi zərər vurulduğundan, eləcə də bəzi hərbi qulluqçular sorğu-sual prosesi zamanı işgəncə altında verdikləri yalan məlumatları yenidən işgəncəyə məruz qalmaq qorxusu ilə istintaq zamanı dindirilərkən də bildirdiklərinə görə, həmin ifadələr əsasında bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edildiyindən və istintaqın gedişində təqsirsizlikləri sübut edilənədək həbsdə saxlanıldıqlarından, XX tərəfindən törətdilən qanunsuz əməllər ağır nəticələrə səbəb olmuşdur. Bu əməllərə görə X57 CM-in125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X14 CM-in 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X20 CM-in 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə, X41 CM-in 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə, X15 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə, X3 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə, X30 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə, X31 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X1 CM-in 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X21 CM-in 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X17 CM-in 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3- cü maddələri ilə, X9 CM-in 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1, 341.2.3-cü maddələri ilə, X47 CM-in 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, X22 CM-in 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə və X16 CM-in 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə yuxarıda qeyd edilən əməllərə görə müvafiq olaraq Gəncə Apelyasiya Məhkəməsinin 26 sentyabr 2019 və 30 sentyabr 2019-cu il tarixli və Şəki Apelyasi ya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli yekun qərarları ilə təqsirli bilinərək məhkum edilmişlər. Bununla yanaşı, Gəncə Apelyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli preyudisial qüvvəyə malik olan qərarı ilə XXə verilmiş ittihama əsasən onun rəhbərliyi altında qanunsuz sorğu-sual prosesinə məruz qoyulmuş 101 nəfər zərərcəkmiş şəxsin arasında N nömrəli hərbi hissənin dövlətə xəyanət edilməsində şübhəli bilinən aşağıda adları sadalanan on dörd nəfər zərərcəkmiş şəxsə də müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə yuxarıda göstərilən şəraitdə işgəncə verilməsi faktları müəyyən edilmişdir. Belə ki, 2017-ci ilin may ayı ərzində N nömrəli hərbi hissənin aşağıda adları sadalanan hərbi qulluqçuları: 1) Zərərçəkmiş şəxs1, 2) Zərərçəkmiş şəxs2, 3) Zərərçəkmiş şəxs3, 4) Zərərçəkmiş şəxs4, 5) Zərərçəkmiş şəxs5, 6) Zərərçəkmiş şəxs6, 7) Zərərçəkmiş şəxs7, 8) Zərərçəkmiş şəxs8, 9) Zərərçəkmiş şəxs9, 10) Zərərçəkmiş şəxs11, 11) Zərərçəkmiş şəxs12, 12) Zərərçəkmiş şəxs15, 13) Zərərçəkmiş şəxs17 və 14) Zərərçəkmiş şəxs18 XXin göstərişi ilə N nömrəli hərbi hissənin komandiri Məhkum tərəfindən şəxsən və ya onun əmri ilə N nömrəli hərbi hissənin köhnə qərargahına və N nömrəli hərbi hissənin köhnə yataqxana binasına təhvil verilmiş və orada onlara XXin rəhbərliyi ilə müxtəlif dərəcəli xəsarətlər yetrilməklə işgəncələr verilmişdir. Eyni zamanda, 07 may 2017-ci ildə hərbi prokurorluğun istintaq qrupu tərəfindən N nömrəli hərbi hissənin nəzdində olan ayrı-ayrı hərbi hissənin hərbi qulluqçularından aşağıda adları sadalanan 6 nəfər haqqında artıq CM-in 274-cü maddəsi ilə ittiham i rəli sürülərək, X42, X36, X49, X5, X56 və X43 barədə həbs qətimkan tədbirinin seçilməsi haqqında məlumat daxil olduğundan, XXin N nömrəli hərbi hissənin sorğulanmağa aparılmış hərbi qulluqçularının da düşmənlə əlaqədə olması barədə məlumat əldə olunması, verdiyi məlumata və hərbi hissələrdə hər hansı səbəbdən düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuları müəyyənləşdirmək tapşırığına əsasən döyüş bölgəsində yerləşən və düşmənlə təmas xəttində olan N nömrəli hərbi hissənin komandiri Məhkum tabelyində olan və XXin göstərişinə əsasən sorğulanmaya göndərilən aşağıda adları göstərilən N nömrəli hərbi hissənin hərbi qulluqçuları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 Şücayət oğlu barədə CM-in 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həbs qətimkan tədbiri seçilimiş, haqqında məlumat alaraq onlarla təmasda olan aşağıda adları göstərilən N nəfər N nömrəli hərbi hissənin hərbi qulluqçuları olan Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13 Tofiq oğlu, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs19 öz təşəbbüsü ilə sorğulanmaları üçün N nömrəli hərbi hissənin köhnə qərargahına və N nömrəli hərbi hissəyə təhvil verilmələrini təmin etmişdir. Bununla yanaşı, Məhkum Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istittaq qrupunun CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi üzrə aparılan istintaq zamanı digər hərbi qulluqçuların dövlətə xəyanət etmələrinə dair məlumatların təsdiq olunaraq onların cinayət məsuliyyətinə cəlb edilib, həbs edilmələri barədə məlumat alaraq və XX, onun tabeliyində olan və adları yuxarıda göstərilən hərbi qulluqçuların da dövlətə xəyanət etmələrində şübhələndiklərini bildirdiyindən və özünün şübhələndiyi adları yuxarıda göstərilən şəxsləri sorğulanmaya göndərmək qərarına gələrək onları həmin ərazidə yerləşən istintaq qrupunun əməkdaşları tərəfindən dindirilmələrini təmin edən səlahiyyətli və əlaqələndirici şəxs bildiyi XXə təhvil verilməsi üçün N nömrəli hərbi hissənin köhnə qərargahına və N nömrəli hərbi hissənin köhnə yeməkxanasına təhvil verilmələri üçün göndərərək aşağıdakı qanuszuluğlara yol vermişdir. Belə ki, Məhkum XXX kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, polkovnik rütbəsində hərbi xidmətdə olarkən 07 may 2017-ci ildə günorta saatlarında həmin hərbi hissənin əlahiddə tank bölüyünün tuşlayıcı operatoru, gizir Zərərçəkmiş şəxs3 xidmət apardığı XX rayonunun ərazisində yerləşən, şərti olaraq “Çay” adlanın döyüş postuna getmiş, onu nizamnaməyə uyğun şəkildə qarşılamaq istəyən Zərərçəkmiş şəxs3 sinəsinə sağ ayağı ilə bir zərbə vurmuş, onun göstərişinə əsasən tabeliyində olan hərbi qulluqçular zərbənin təsirindən arxası üstə yerə yıxılan Zərərçəkmiş şəxs3 arxadan naqillər məftillə bağladıqdan sonra da tankı düşmənə satmaqda günahlandırıb, onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmuş, ayaqlarını da naqillə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağlatdıraraqdindirilməsi üçün həmin gün N nömrəli hərbi hissənin köhnə qərargahına təhvil vermişdir. Bundan başqa, Məhkum 07 may 2017-ci il tarixdə, ax şam saatlarında N nömrəli hərbi hissənin əlahiddə tank bölüyünün3-cü tağımının komandiri, leytenant Zərərçəkmiş şəxs4 xidmət yerindən hərbi hissənin qərargahına gətizdirmiş, sıra meydanında Zərərçəkmiş şəxs4 düşmənlə əməkdaşlıq etməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs4 bunu təkzib etdikdə onun başına sağ əli bir yumruq, sinəsinə sağ ayağı ilə bir təpik zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs4 arxası üstə yerə yıxılmış, bundan sonra əllərini və ayaqlarını naqillə bağlatdıraraq, 2017-ci ilin may ayının 07-dən 08- nə keçən gecəN nömrəli hərbi hissənin köhnə qərargahına təhvil vermişdir. Bundan başqa, Məhkum 07 may 2017-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının komandirinin müavini, gizir Zərərçəkmiş şəxs5 07 may 2017-ci il tarixdə, a xşam saatlarında əlləri arxadan kəndirlə bağlanmış, habelə ətrafda baş verənləri görməməsi üçün başına maska taxılmış vəziyyətdə hərbi hissənin XXX kəndinin ərazisində yerləşən təlim mərkəzinə gətizdirib, ünvanına nalayiq sözlər demiş, sinəsinə sağ ayağı ilə iki dəfə təpik zərbəsi vurmuş, səhərədək otaqların birində həmin vəziyyətdə saxlatmış, 08 may 2017-ci il tarixdə, günorta saatlarında onu əlləri arxadan kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün gözləri əski parçası ilə bağlanmış, başına maska taxılmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə qərargahına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının komandiri, leytenant Zərərçəkmiş şəxs6 08 may 2017-ci il tarixdə, səhər saatlarında hərbi hissənin XXX kəndinin ərazi sində yerləşən təlim mərkəzinə gətizdirmiş, ona "bu nə məsələdir" deyə sual vermiş, Zərərçəkmiş şəxs6 söhbətin nədən getməsini başa düşmədiyini bildirdikdə "guya özün bilmirsən?" deyib, onun bədəninin müxtəlif nahiyələrinə, habelə qarnına, ayaqlarına və qollarına çoxsaylı yumruq və təpik zərbələri vurmuş, 08 may 2017-ci il tarixdə günorta saatlarında onu əlləri arxadan kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün gözləri əski parçası ilə bağlanmış, başına maska taxılmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə qərargahına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri, baş leytenant Zərərçəkmiş şəxs7 08 may 2017-ci il tarixdə, səhər saatlarında əlləri arxadan kəndirlə bağlanmış, habelə ətrafda baş verənləri görməməsi üçün baş ına maska taxılmış vəziyyətdə hərbi hissənin XXXXX kəndinin ərazisində yerləşən təlim mərkəzinə gətizdirib, ünvanına nalayiq sözlər demiş, əynindəki kitelin üzərində olan rütbə nişanlarını dartaraq qoparmış, sinəsinə sağ ayağı ilə təpik zərbəsi vurub yerə yıxdıqdan sonra sifətinə də bir neçə təpik zərbəsi vurmuş, 08 may 2017-ci il tarixdə günorta saatlarında onu əlləri arxadan kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün gözləri əski parçası ilə bağlanmış, başına maska taxılmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə qərargahına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci tağımının komandiri, leytenant Zərərçəkmiş şəxs11 08 may 2017-ci il tarixdə gecə saatlarında xidmət yerindən hərbi hissənin qərargahına gətizdirmiş, qərargahın q arşısında düşmənlə əməkdaşlıqda günahlandıraraq Zərərçəkmiş şəxs11 ünvanına nalayiq sözlər demiş, sifətinə və qarnına çoxsaylı sillə və təpik zərbələri vurmuş, bundan sonra əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün başına torba keçirilərək üzərindən yapışqanlı lentlə bağlatdıraraq səhərədək həmin vəziyyədə qərargahın otaqlarının birində saxlatmış, səhəri gün 09 may 2017-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs11 N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborünun 4-cü bölüyünün komandiri, kapitan Zərərçəkmiş şəxs12 08 may 2017-ci il tarixdə, axşam saatlarında hərbi hissənin qərargahında düşmənlə əməkdaşlıq etməkdə günahlandıraraq onun ünvanına nalayiq sözlər demiş, onu əlləri arxadan kən dirlə bağlanmış, başına maska taxılmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə qərargah binasına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 1ci pulemyot manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs10 08 may 2017-ci il tarixdə, günorta saatlarında hərbi hissənin XXXX kəndinin ərazisində yerləşən bölməsinə gətizdirib, həmin bölmənin yataq otağında Zərərçəkmiş şəxs10 düşmənlə əməkdaşlıq etməkdə günahlandıraraq ünvanına nalayiq sözlər demiş, yerə yıxmaqla başına, kürəyinə, sinəsinə, çiyinlərinə və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmuşdur və o, tibbi müayinədən keçirildikdən sonra xidmət yerinə qaytarılmışdır. Bundan başqa, Məhkum 09 may 2017-ci il tarixdə, səhər saatlarında N nömrəli hərbi hissənin qərargahının qarşısında həmin hərbi hissənin 2-ci taborunun komandiri, polkovnik-leytenant Zərərçəkmiş şəxs13 Tofiq oğlunu xidmət yerindən hərbi hissənin qərargahına gətizdirib qərargahın qarşısında düşmənlə əməkdaşlıq etməkdə günahlandıraraq onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər demiş, qanunsuz göstərişinə əsasən tabeliyində olan hərbi qulluqçular Zərərçəkmiş şəxs13 yerə yıxıb dizi üstə çökdürdükdən və arxadan əllərini tutduqdan sonra onun sifətinə, qarnına, bədəninin digər nahiyələrinə çoxsaylı təpik zərbələri vuraraq, ona sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “başın sağ alın-gicgah, sağ təpə-gicgah, ənsə, sol kürək nahiyələrinin, sol baldırın ön səthinin yaraları” xəsarətini yetirmiş, əynindəki kitelin üzərində olan rütbə nişanlarını, sonra isə ümumiyyətlə əynindəki kiteli və köynəyi cıraraq, habelə çəkmələrini və corablarını soyunduraraq çıxartdırmış, əllərini kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağlatdıraraq N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün komandirinin şəxsi heyət üzrə müavini, baş leytenant Zərərçəkmiş şəxs14 09.05.2017-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs14 xidmət yerindən hərbi hissənin qərargahına gətizdirmiş, qərargahın qarşısında Zərərçəkmiş şəxs14 nizamnaməyə uyğun olaraq özünü təqdim etmək istədikdə onu düşmənlə əməkdaşlıq etməkdə günahlandıraraq sol əli ilə sifətinin sağ tərəfinə yumruq zərbəsi vurmuş, onun göstərişinə ə sasən tabeliyində olan hərbi qulluqçular zərbənin təsirindən müvazinəti itirən Zərərçəkmiş şəxs14 yerə yıxıb arxadan əllərini kəndirlə bağladıqdan sonra da ünvanına nalayiq sözlər deyərək yerdə sifət, qarın və bədəninin digər nahiyələrinə çoxsaylı təpik zərbələri vuraraq ona sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “sağ əlin arxa səthinin, burun belinin, sol budun arxa səthinin yaraları” xəsarətini yetirmiş, əynindəki kiteli və köynəyi cırıb ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağlatdıraraq N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmişdir. Bundan başqa, Məhkum 10 may 2017-ci il tarixdə, günorta saatlarında N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının komandirinin müavini, gizir Zərərçəkmiş şəxs18 əlləri arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün gözləri əski parçası ilə bağlanmış vəziyyətdə xidmət yerindən hərbi hissənin qərargahına gətizdirmiş, xidməti otağında onun ünvanına nalayiq sözlər demiş, belinə bir neçə təpik zərbəsi vurmuş, bundan sonra N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmişdir. Bundan başqa, Məhkum 17 may 2017-ci il tarixdə, günorta saatlarında qərargahın qarşısında N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandiri, baş leytenant Zərərçəkmiş şəxs19 yanına çağırıb ünvanına nalayiq söz deyərək hərbi papağının qabağının yuxarı olmasını irad tutmuş və “yəqin bu da özünü erməniyə satıb” deyərək N nömrəli hərbi hissəyə göndərilməsi barədə göstəriş vermiş, bundan sonra 20 may 2017-ci il tarixdə onu N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün hərbi qulluqçularının dövlətə xəyanət etdikləri təqdirdə bölüyün sabiq komandiri, həmin vaxt 9-cu bölüyün komandiri vəzifəsində xidmət edən, kapitan Zərərçəkmiş şəxs16 da dövlətə xəyanət etməsinin istisna olunmadığını ehtimal edərək, 10 may 2017-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs16 əlləri arxadan kəndirlə bağlanmış, başına maska taxılmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə yataqxana binasına göndərmiş, 25 may 2017-ci ildə MəhkumN nömrəli hərbi hissədə olarkən, onu görüb onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr demiş, sağ əli ilə onun qarnına güclü bir yumruq zərbəsi vurmuşdur. Beləliklə, Məhkum rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetiri lməsi zamanı öz tabeliyində olan 13 nəfər şəxsi təhqir etmiş, həmçinin döymüş və işgəncə vermiş, habelə onlardan bir neçəsi barədə XX tərəfindən işgəncə altında qanunsuz sorğulanmaya məruz qoyularaq verdikləri məlumatlarda, habelə həmin dövrdə CM- in 274-cü maddəsi ilə aparılan ibtidai istintaq zamanı hərbi prokurorluğun əməkdaşları tərəfindən onlar dindirilərək, özləri və ya digər şəxslər barədə, o cümlədən qanunsuz soğulanmaya və ibtidai istintaq zamanı, habelə digər dindirilən və qanunsuz sorğulanmaya məruz qoyulan şəxslər tərəfindən də onların dövlətə xəyanət etmələri və ya digər cinayət xarakterli məlumatların əldə olunmamasına baxmayaraq, onların həmin proseslərə cəlb edilməsinə əsasən Məhkum tərəfindən xidməti uyğunsuzluq haqqında fikir formalaşdırdığından onlar ordu sıralarından xidməti uyğunsuzluğa görə tərxis edilmişlər, bununla da müntəzəm olaraq qulluq səlahiyyətini aşmış və nəticədə bu əməllər əhəmiyyətli zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs13 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 17.08.2N0-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, o, Məhkumun təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin Şəki Apellyasiya Məhkəməsinin 17.08.2N0-ci il tarixli hökmü ilə sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə prosesinin gedişində dövlət ittihamçısı bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 iyun 2N0-ci il tarixdən qüvv əyə minmiş Azərbaycan Respublikası Qanunu ilə CM-in 331.2 və 331.3-cü maddələri ləğv edilmiş, CM-in 329.1 və 341.1-ci maddələri yeni redaksiyada verilmişdir. CM-nə edilmiş dəyişikliyə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq rəisin öz tabeliyində olan şəxsi təhqir etməsi cinayət məsuliyyəti yaratmır. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İlk növbədə qeyd etmək zəruridir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 01 iyun 2N0-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə CM-in 331.2-ci və 331.3-cü maddələrinin ləğv edilm əsi və dövlət ittihamçısının həmin maddə üzrə ittihamdan imtina etməsi əsas tutularaq həmin hissədə cinayət təqibinə xitam verilməsi tamamilə qanunsuzdur. Belə ki, CM-in 331.2-ci və 331.3-cü maddəsi ləğv edilmiş olsa belə, CM-in 329.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Belə olan halda Məhkum CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməli “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaya məhkum edilməli idi. Belə ki, Məhkum tərəfindən yalnız onun ünvanına nalayiq sözlər işlədilərək təhqir edilməmiş, eyni zamanda, onun tərəfindən fiziki zor tətbiq edilmiş, bədəninə çoxsayl ı əl və təpik zərbələri endirilmişdir. Göründüyü kimi, onun yalnız alçaldılmağı deyil, eyni zamanda, ona fiziki zor tətbiq edilməsi işin halları ilə sübut edilmişdir. Vüsal Əlsəgərov tərəfindən ona qarşı zor tətbiq edilmiş olması işin halları ilə sübuta yetirilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslanmadan, iş üzrə o da daxil olmaqla 19 nəfərdən ibarət zərərçəkən şəxslərin məhkəmə iclasında verdiyi ifadələri təhrif edildiyi halda, yalnız Məhkum heç bir sübuta əsaslanmayan yalan dolu ifadələrini əsas kimi qəbul edərək hazırkı iş üzrə qanunsuz və ədalətsiz qərar çıxarmışdır. Məhkumun törətdiyi cinayət əməllərinin sübuta yetirilməsi üçün tam hərtərəfli məhkəmə araşdırması aparmamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin 17.08.2N0 ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin 17.08.2N0-ci il tarixli qərarını ləğv etməklə, Məhkum CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs13 kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum şikayətin dəlilləinin əsassız olduğunu bildirib kassasiya şikayətinin təmin olunmamasını xahi ş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş kassasiya şikayətində m əhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2N0-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zər ərçəkmiş şəxsin, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2N0-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkuma Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə verilmiş ittihamlar sübuta yetirilmədiyindən bəraət verilmiş və o, CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməlini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasını n 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilməsi və ona qarşı CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə irəli sürülmüş ittihamlardan 329.2.2-ci maddənin çıxarılması, Məhkumun CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gəlmişdir. Hər iki məhkəmə instansiyasında aparılmış məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Məhkum CM-in 331.2, 331.3, 341.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, təkcə zərərçəkmiş şəxslərin ifadələri ilə deyil, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə istintaq hərəkətinin protokolları və s. mötəbər sübutlarla tam təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, dövlətə xəyаnət işi üzrə istintаq qrup u tərəfindən аpаrılаn istintаq dövründə 2017-ci ilin mаy аyının 3-dən iyun аyının 15-dək XX və оnun tаbeliyində оlаn hərbi qulluqçulаr tərəfindən 101 nəfər hərbi qulluqçuya işgəncə verilməsi, 8 nəfər hərbi qulluqçunun isə аldıqlаrı xəsаrətlərdən ölmələri fаktı üzrə cinаyət məsuliyyətinə 16 nəfər hərbi qulluqçu cəlb edilmişdir. O cümlədən, XX və оnun tаbeliyinə verilmiş 14 nəfər N və N nömrəli hərbi hissənin kəşfiyyаtçılаrı, həmçinin həmin vаxt N nömrəli hərbi hissənin kоmаndiri оlmuş pоlkоvnik MM. Məhkəmə istintаqı zаmаnı müəyyən edilmişdir ki, ibtidаi istintаq dövründə N və N nömrəli hərbi hissənin kəşfiyyаtçılаrınа və MMа verilmiş ittihаmlаrdа оlаn isgəncə epizоdlаrındа аdlаrı göstərilən 33 nəfər, 30 nəfər, 37 nəfər və 19 nəfər zərərçəkmiş şəxslərin аdlаrı XXə verilmiş ittihаm üzrə işgən cə verilmiş 101 nəfər zərərçəkmiş şəxslərin siyаhısındаdırlar. Həmin şəxslərin Tərtər Hərbi Məhkəməsinin müvаfiq оlаrаq 28 dekаbr 2018, 31 yаnvаr 2019 və 13 mаrt 2019-cu il tаrixli yekun qərаrаlаrından verdikləri apellyаsiyа şikаyətlərinə və prоtestinə əsаsən Gəncə Аpelyаsiyа Məhkəməsində bu işlər üzrə yekun qərаrlаr müvаfiq оlаrаq 20 sentyаbr və 30 sentyаbr 2019-cu il tаrixlərdə və Şəki Аpelyаsiyа Məhkəməsində 10 dekаbr 2019-cu il tаrixdə qəbul оlunmuşdur. Göstərilənlərə əsasən, işə baxan birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən digər cinayət işləri üzrə qəbul edilmiş qərarlar CPM-nin 142-ci maddəsinə uyğun olaraq preyudisial əhəmiyyət kəsb etdiyi barədə nəticəyə gəlmişlər. Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikl iklər edilməsi haqqında” 01 iyun 2N0-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə CM-in 331.2 və 331.3-cü maddələri ləğv edilmiş, CM-in 329.1 və 341.1-ci maddələri yeni redaksiyada verilmişdir. Həmin zaman qüvvədə olan və təqsirləndirilən şəxs Məhkumun təqsirli bilinib məhkum edildiyi CM-in 331.2-ci maddəsinə görə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi - bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama, 331.3-cü maddəsinə görə isə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. CM-in 341-ci maddəsinin əvvəlki mətninə görə, rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda – iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. CM-in 341.1-ci maddəsinin qüvvədə olan yeni mətnində isə göstərilir ki, (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, apellyasiya məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı cinayət qanununda edilmiş dəyişik liyə əsasən, Məhkum CM-in 331.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etmiş, Zərərçəkmiş şəxs12 və X4 zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsini, onun CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.2.1, 329.2.2, 329.2.6-cı maddələrinə tövsif edilməsini və cinayət təqibinin CM-in 329.2.1, 329.2.2, 329.2.6 və 341.1-ci maddələri ilə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1 may 2N0-ci il tarixli 68-VİQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2N0-ci il, № 103) ilə CM-ə edilmiş dəyişikliyə əsasən, CM-in 331-ci maddəsi ləğv edilmiş, 329.1-ci maddəsi isə yeni redaksiya da verilmişdir. CM-in 329-cu (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddəsinin yeni redaksiyasında hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutur. Beləliklə, Məhkumun CM-in 331.2 və 331.3-cü maddələri ilə ittiham olunduğu döymə cinayət əməli hazırda CM-də zorakı hərəkətlər kimi nəzərdə tutulduğundan, apellyasiya məhkəməsi tərəfindən CM-in 331.2-ci maddəsi ilə bağlı hissədə Məhkuma qarşı cinayət təqibinə və həmin şəxslərin iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş, o nun CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməli «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 22 may 2N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif olunmuşdur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum unislah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsinin qərarını şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.6 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 17 avqust 2N0-ci il tarixli qərarı Zərərçəkmiş şəxs13nun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar