Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-35/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlunun iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 134, 274, 331.2, 331.3, 333.6 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Z.Həmidov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli il tarixli hökmü ilə (hakimlər Məmmədov Vüqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Nəsirov Vidadi Zahid oğlundan ibarət tərkibdə) Məhkum, 5 avqust 1988-ci il tarixdə Masallı rayonunun Xallıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətə ndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri “kiçik çavuş” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, Masallı rayonunun Xallıcallı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-in 134, 274, 331.2, 331.3, 333.6 və 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in (30 may 2014-cü il tarixədək qüvvədə olan redaksiyada) 274-cü maddəsi ilə 10 (on) il müddətə, CM-in 333.6-cı maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinə əsas ən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.5-ci maddəsinin tələbinə uyğun olaraq Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla və azadlıqdan məhrum etmə cəzasının ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, CM-in 134, 331.2, 331.3 və 338.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, CM-in 68.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaların müs təqil icra olunması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, dövlətə xəyanət etmiş, yəni Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçmiş, casusluq etmiş və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsləri döymüş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarı lması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozmuş, habelə çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla, üç gündən az olsa belə, altı ay ərzində təkrarən döyüş şəraitində yerləşən hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Məhkum N №-li hərbi hissənin “Qan çanağı” döyüş postunda manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, istintaqa məlum olmayan şəraitdə qarşı tərəfdə olan Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onların xeyrinə məxfi əməkdaşlıq etməyə cəlb edilmiş, şərti olaraq “Qan çanağı” adlandırılan döyüş postunda xidmət aparan digər hərbi qulluqçuların da düş mən hərbi qulluqçuları tərəfindən zorakılıq və alçaldıcı hərəkətlərə məruz qalaraq, həmin prosesin video çəkilişini aparmaqla gələcəkdə həmin çəkilişin “İnternet” vasitəsi ilə yayılacağı hədəsi altında şantaj edilərək məxfi əməkdaşlığa cəlb edilmələri barədə düşmən hərbi qulluqçularından tapşırıq almışdır. Məhkum həmin tapşırığın icrası ilə əlaqədar olaraq “Qan çanağı” döyüş postuna yeni təyin edilmiş əsgər Zərərçəkmiş şəxs1 düşmənə təhvil vermək qərarına gələrək, həmin niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs1 iradəsini “sındıraraq” özünə tabe etdirmək və ona verəcəyi istənilən göstərişi yerinə yetirmək dərəcəsinə çatdırmağa çalışmışdır. Bundan sonra o, “Qan çanağı” döyüş postunda əsgər Zərərçəkmiş şəxs1lə birlikdə 2007-ci ilin oktyabr ayında gecə saatlarında uzunmüddətli atəş nö qtəsində döyüş növbəsinə çıxmış və onu düşmən postuna aparmaq qərarına gəlmişdir. Məhkum döyüş növbəsində olarkən döyüş mövqeyinə yeni təyin edilmiş Zərərçəkmiş şəxs1 ayıq-sayıq olmasını tapşıraraq yatmış və bununla da ikisinin arasında “söz sahibinin” və “böyüyün” özünün olduğunu nümayiş etdirmişdir. Məhkum düşmən hərbi qulluqçularından aldığı tapşırığın icrası ilə bağlı Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçularına təhvil vermək üçün onu düşmən mövqelərinə getməsinə razı salmaq üçün bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında ikinci dəfə Zərərçəkmiş şəxs1lə birgə döyüş növbəsinə çıxmış, döyüş növbəsində olarkən Zərərçəkmiş şəxs1 onun göstərişlərindən çıxmayacağına əmin olduğu üçün ona birlikdə düşmən postuna getməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 düşmən postuna getmə yin “xəyanət” olduğunu bildirdikdə, Məhkum əsəbləşərək, Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla onu döyərək iradəsini “sındırmaqla” özünə tabe etməyə çalışmışdır. Məhkum Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlığa cəlb etmək üçün düşmən hərbi qulluqçularına təhvil vermək məqsədi ilə bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında üçüncü dəfə Zərərçəkmiş şəxs1lə birlikdə döyüş növbəsində olarkən, Məhkum Zərərçəkmiş şəxs1 onu düşmən postuna aparacağını bildirmiş və etiraz edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 hədənin real olduğunu göstərmək üçün Məhkum xidməti istifadəsində olan avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək havaya bir atəş açmış, atəş səsinə döyüş növbəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinə gəlmiş digər hərbi qulluqçulara guya düşmən kəşfiyyatçısına bənzətdiyi qaraltıya atəş açması barədə yalandan bildirmişdir. Digər hərbi qulluqçular getdikdən sonra Məhkum Zərərçəkmiş şəxs1 iradəsini sındırmaq və düşmən postuna getməyə müqavimət göstərməsinin qarşısını almaq üçün onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuş, habelə döyüş növbəsinə çıxarkən götürdüyü avtomat silahın qundağı ilə Zərərçəkmiş şəxs1 qarın və ayaq nahiyələrinə çoxsaylı zərbələr vuraraq döymüşdür. Zərərçəkmiş şəxs1 qorxduğundan hava xətti ilə təxminən 220 metr məsafədə yerləşən düşmənin şərti olaraq “Yumru təpə” adlandırılan döyüş postuna getmək məcburiyyətində qalıb razılıq vermişdir. Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşəcəyinə əmin olduqdan so nra Məhkum “Qan çanağı” döyüş postunun qarşı tərəfində yerləşən neytral əraziyə gedib əvvəlcədən danışıb razılaşdıqları kimi 2 düşmən hərbi qulluqçusu ilə görüşmüş, onları bu barədə məlumatlandırmış, sonra səngərə qayıdıb Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşməyə getməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 yenə də etiraz etməyə başladıqda onun iradəsini “sındırmaq” üçün Zərərçəkmiş şəxs1 bədəninə yumruq və təpik zərbələri vurmuş, döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Zərərçəkmiş şəxs1 özü ilə birlikdə neytral əraziyə getməyə məcbur etmişdir. Zərərçəkmiş şəxs1 neytral əraziyə gedərkən xidməti istifadəsi üçün verilmiş “PKM” markalı pulemyot silahını uzunmüddətli atəş nöqtəsində qoymuşdur. Zərərçəkmiş şəxs1 neytral ərazidə iki d üşmən hərbi qulluqçusunu görüb qorxuya düşdükdə düşmən hərbi qulluqçularından biri Zərərçəkmiş şəxs1 çiyninə əli ilə vuraraq Azərbaycan dilində ona qorxmamasını bildirmiş və onlar düşmən hərbi qulluqçuları ilə birlikdə özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” döyüş postuna getmişlər. Düşmənin “Yumru təpə” döyüş postuna çatdıqdan sonra orada daha bir neçə düşmən hərbi qulluqçusunun olduğunu görmüş, düşmən hərbi qulluqçuları və Məhkum birlikdə Zərərçəkmiş şəxs1 bədəninə yumruq və təpik zərbələri vuraraq onu döymüş, daha sonra düşmən hərbi qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağını gətirərək yerə sərmiş və Zərərçəkmiş şəxs1 bayrağı tapdalamasını, üstünə tüpürməsini və üstünə işəməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 qorxd uğundan düşmən hərbi qulluqçularının tələblərini icra etmiş və bu proses kənarda dayanmış digər düşmən hərbi qulluqçusu tərəfindən video kamera ilə çəkilmişdir. Düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 taqım və bölükdə olan zabitlərin adını, soyadını, rütbələrini, tağımda olan silahların sayı və markalarını öyrənib Məhkum vasitəsi ilə onlara bildirilməsi barədə tapşırıq vermiş və verilmiş tapşırığı icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı etdiyi təhqiredici hərəkətlərin videoçəkilişinin “İnternet” vasitəsi ilə yayılacağını bildirməklə Zərərçəkmiş şəxs1 şantaj edəcəyi ilə hədələmiş və bu yolla Zərərçəkmiş şəxs1 özləri ilə məxfi əməkdaşlığa cəlb etməyə çalışmışlar. Məhkum Zərərçəkmiş şəxs1lə birlikdə düşmənin “Yumru təpə” döyüş postunda təxminən bir saa t olduqdan sonra öz postlarına qayıtmış, düşmən postundan qayıtdıqdan sonra Məhkum Zərərçəkmiş şəxs1 bu barədə heç kimə heç nə bildirməməsini və düşmən hərbi qulluqçuları tərəfindən qoyulmuş tapşırığı icra etməsini tapşırmış, Məhkum hətta döyüş növbəsi dəyişdirilərkən istifadə edilən parolların öyrənilməsi barədə də Zərərçəkmiş şəxs1 tapşırıq qoymuşdur. Bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında Məhkum gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Zərərçəkmiş şəxs1 yenidən özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” postuna aparmış, düşmən postuna doğru hərəkət zamanı Məhkum düşmən hərbi qulluqçuları ilə əvvəlcədən razılaşdıqları kimi alışqanın arxasında olan işıqla düşmən postu istiqamətində işarə verərək gəldiklərini bildirmiş, düşmən postu istiqamətindən də işıq yandırılaraq onların gəlmələrinə icazə verildiyinə işarə etmişlər. Məhkum və Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşmək üçün düşmən postuna getmiş, orada görüş zamanı Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçularının tapşırığına əsasən əldə etdiyi məlumatları, yəni taqım və bölükdə olan zabitlərin adı, soyadı, rütbələri, tağımda olan silahların sayı və markaları, həmçinin döyüş növbəsini dəyişərkən istifadə olunan parolları düşmən hərbi qulluqçularına bildirmiş, görüş zamanı düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 Azərbaycan dilində və əlifbasında olmayan, üzərində rus və erməni dilində yazıldığını ehtimal etdiyi vərəq təqdim etmiş və həmin vərəqə imza e tməsi tələb edilmiş, Zərərçəkmiş şəxs1 imza edəcəyi vərəqin nə olduğunu soruşduqda Məhkum ona verilmiş məxfi tapşırıqları icra edəcəyi barədə imza etdiyini bildirmiş, tapşırıqları icra etməyəcəyi təqdirdə isə ailə üzvlərinə xəsarət yetiriləcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 də vərəqdə nə yazıldığını bilməyərək qorxduğundan artıq sual verməmiş, vərəqdə imza etmiş və düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə bu qaydada Zərərçəkmiş şəxs1 məxfi əməkdaşlığa cəlb olunmasına nail olmuşlar. Düşmən postunda təxminən bir saat qaldıqdan sonra Məhkum və Zərərçəkmiş şəxs1 öz postlarına geri qayıtmış, düşmən postundan qayıdarkən Məhkum yol boyu geriyə çevrilib alışqanın arxasında olan işığı yandırıb söndürməklə öz postları istiqamətində getdiklərini və posta çatdıqlarını düşmən hərbi qulluqçu larına işarə vermişdir. Bundan əlavə, 2007-ci ilin oktyabr ayından 2008-ci ilin aprel ayınadək olan müddətdə Məhkum Zərərçəkmiş şəxs1 daha bir neçə dəfə eyni qaydada, yəni gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” postuna aparmış, hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə Zərərçəkmiş şəxs1 “Qan çanağı” postunda olan “DŞK” silahı, habelə həmin bölüyün “Çənlibel” postunda olan və “İstiqlal” adlanan “İST-14,5” markalı silah barədə soruşmuş, Zərərçəkmiş şəxs1 öz postlarında olan “DŞK” silahı barədə bildiyi məlumatları düşmən hərbi qulluqçularına versə də, “İST-14,5” markalı silahın onun xidmət etdiyi postda olmadığını və silahın orduya yeni verilməsi səbəbindən silah barədə məlumatının olmadığını düşmən hərbi qulluqçularına bildirmişdir. Hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə Zərərçəkmiş şəxs1 xidmət etdiyi postda olan hərbi qulluqçuların nə ilə qidalanmaları, nə yemələri, hətta hansı siqaret çəkmələri barədə soruşmuş, Zərərçəkmiş şəxs1 də düşmən hərbi qulluqçularının verdiyi sualları cavablandırmışdır. Düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 ordu sıralarından ehtiyata tərxis olunduqdan sonra Məhkum vasitəsi ilə onunla əlaqə saxlayacaqlarını, digər şəxslə əlaqə saxlayacaqları təqdirdə həmin şəxsin ona parol olaraq “Xoren” və ya “Vazgen” adı ilə yaxınlaşacağını, Zərərçəkmiş şəxs1 isə həmin adamın tapşırıqlarını sözsüz icra etməli olduğunu bildirmişlər. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyabr ayının əvvəllərində xidmətini davam etdirmək üçün döyüş şəraitində yerləşən “Qan çanağı” postuna göndərilmiş Zərərçəkmiş şəxs1 özünün “söz sahibi” olduğunu, postda xidmət edən hərbi qulluqçuların onu “böyük” kimi qəbul etdiklərini və Zərərçəkmiş şəxs1 onun üçün “heç kim” olduğunu göstərmək üçün şəxsi heyətin yanında Zərərçəkmiş şəxs1lə şit zarafatlar edərək onu ələ salmış, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər deyərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyab r ayında “Qan çanağı” postunda tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 əsgər yataqxanasında kürəyini qaşımasını bildirmiş, Zərərçəkmiş şəxs2 onun kürəyini qaşımaqdan imtina etdiyini görüb əsəbləşmiş və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə, xüsusən də qarın və bel nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Həmçinin, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında əsgər yataqxanasında olan naranın üzərində uzanmış vəziyyətdə əsgər Zərərçəkmiş şəxs2 ona çay gətirməsini bildirmiş, Zərərçəkmiş şəxs2 ona çay gətirməkdən imtina etdiyini görüb əsəbləşərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Habelə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında axşam saatlarında postda xidmət edən hərbi qulluqçular əsgər yeməkxanasında şam edərkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasının və əsgər yeməkxanasının üzərinə neytral ərazidən daşlar atıldığını bildirmiş, əsgər yeməkxanasından bayıra çıxan Məhkum əraziyə baxıb heç kimin olmadığını görmüş, əsgər yeməkxanasında olan hərbi qulluqçuların daş atılması səslərini eşitmələri barədə dediklərinə məhəl qoymayan Məhkum Zərərçəkmiş şəxs1 əsgər yataqxanasının və əsgər yeməkxanasının üzərinə neytral ərazidən daş atılması ilə bağlı yalan danışdığını bəhanə edib Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrin ə yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonları - 2008-ci ilin əvvəllərində, gecə saatlarında əsgər yataqxanasının qarşısında növbəyə təyin edilmiş Zərərçəkmiş şəxs1 havanın soyuq olması səbəbindən üşüdüyünü bildirərək qızınmaq üçün əsgər yataqxanasına daxil olmuş, həmin vaxt əsgər yataqxanasında olan Məhkum bundan əsəbləşərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu əsgər yataqxanasından bayıra çıxarmış, bir müddət sonra Zərərçəkmiş şəxs1 yenidən üşüdüyünü bildirib əsgər yataqxanasına daxil olmuş, Məhkum Zərərçəkmiş şəxs1 bu hərəkətindən əsəbləşib yenə də Zərə rçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq əsgər yataqxanasından bayıra çıxarmış və Zərərçəkmiş şəxs1 növbədə olduğu bir saat müddətində bu hal bir neçə dəfə davam etmiş, bu hərəkəti ilə Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2008-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs1 döyüş növbəsində olacağı uzunmüddətli atəş nöqtəsinə gedərkən hərəkət etdiyi daşlıq-qayalıq ərazidə ayağı sürüşərək yıxılmış, Zərərçəkmiş şəxs1 yıxılması zamanı xidməti istifadəsində olan “PKM” markalı pulemyot silahının qundağı qaya daşına dəyərək çatlamış, Məhkum bundan əsəbləşmiş və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qarnına və boynuna çoxsaylı yumruq və təpik zərbələri, üzünə isə şillə zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı Cümşüdov Cavid Əbülfəz oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum və onun müdafiəçisi B.Z.Həmidov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 15 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyi şdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından müdafiəçi B.Z.Həmidov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikay ətlərinə əsasən təkrarən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə) 31 may 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, dövlət ittihamçısı ittihamın bir hissəsindən – Məhkum qarşı irəli sürülmüş ittihamın CM-in 331.2 və 333.6-cı maddələri ilə təqsirli bilinməsinə dair hissələrdən imtina etməsi nəzərə alınmaqla həmin hissədə hökm ləğv edilərək, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 43.1.1-ci maddəsinə əsasən hökm Məhkum CM-in 331.2 və 333.6-cı maddələri ilə təqs irli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, bu hissədə cinayət işinin icraatına xitam verilmiş, Məhkum CM-in 331.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə törətdiyi əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa uyğunlaşdırılaraq Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif olunmuş, CM-in 75-ci maddəsinə onun CM-in 274 və 329.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar əsasən ona həmin maddələrlə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə məhkum olunmuş şəxsə CM-in 134 və 338.1-ci maddələri ilə təqsirli bilinərək on a cəza təyin edilməməsi hissədə hökm dəyişdirilmədən saxlanılmış, Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə sonuncuya təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi qət edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə ləğv edilərək o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Z.Həmidov apellyasiya instansiyası məhkəməsinə kassasiya şikayəti adlandırdığı sənəd təqdim edərək Məhkum barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Müdafiəçinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı müraciətin məzmunu: Müdafiəçi B.Z.Həmidovun apellyasiya instansiyası məhkəm əsinə ünvanladığı müraciətdən görünür ki, həmin müraciət aşağıdakı məzmunda bir cümlədən ibarətdir: “Hörmətli məhkəmə kollegiyası, bəraət Məhkum haqqıdır.” Həmin müraciətin sonunda isə onun müəllifi kassasiya icraatında məhkəmə araşdırmasını Məhkum iştirakı ilə keçirilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində aparılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Cinayət prosesinin iştirakçıları müdafiəçi B.Z.Həmidovun bu müraciətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əla qədar olaraq proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq müdafiəçi B.Z.Həmidovun müraciətinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İlk növbədə məhkəmə kollegiyası müdafiəçi B.Z.Həmidovun yuxarıda g östərilən məzmunda Gəncə Apellyasiya Məhkəməsinə təqdim etdiyi və kassasiya şikayəti adlandırdığı müraciətin məzmununa diqqət yetirərək və bu müraciətin kassasiya müraciəti kimi qiymətləndirilərək ona baxılmasının mümkün olub-olmamasını yoxlayaraq qeyd etməyi lazım bilir ki, sonuncu həmin müraciətində hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 31 may 2023-cü il tarixli qərarına istinad etmədən, öz mülahizəsinə görə, bu qərarın qanunsuzluğunun, əsassızlığının və ya ədalətsizliyinin nədən ibarət olmasını hər hansı şəkildə əsaslandırmamış, bununla bağlı heç bir dəlil irəli sürülməmiş, öz müraciətində qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edərkən isə cinayət işinin materialları na istinad etməmiş və konkret olaraq bəraətin hansı əsaslarına görə bu haqda qərarın qəbul edilməli olmasını göstərməmişdir. Halbuki, CPM-in 413.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protestində aşağıdakılar öz əksini tapmalıdır: 413.1.1. kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı; 413.1.2. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu; 413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı; 413.1.4. hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması; [514] 413.1.5. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi; 41 3.1.6. kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı. CPM-in 413.2-ci maddəsinin tələblərindən görünür ki, hökmün dəyişdirilməsinin və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda (belə zəruriliyi də müdafiəçi B.Z.Həmidov öz müraciətində əsaslandırmamışdır) kassasiya şikayəti və ya kassasiya protestində işin müvafiq vərəqlərinə istinad edilməlidir. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir. Bu tələblərə baxmayaraq, müdafiəçi B.Z.Həmidovun müraciətinin mümkünlüyü yoxlanılmadan Gəncə Apellyasiya Məhkəməsinin sədrinin 6 fevral 2024-cü il tarixli 11(104)-01/2023 saylı məktubu ilə həmin müraciət ona mahiyyəti üzrə baxılması üçün cinayət işinin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə gönd ərilmişdir. Hərçənd CPM-in 415.1.3-cü maddəsində təsbit edilmişdir ki, kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı baxılmamış saxlamaq hüququna malikdir. CPM-in 415.2-ci maddəsinin tələbinə və mənasına görə isə kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxs tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin (CPM-in 413.1-ci maddəsi ilə birlikdə) tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barəd ə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə, o cümlədən prosessual hüquq normalarının tələblərinə əsaslanıb müdafiəçi B.Z.Həmidovun müraciətinə baxılmasının mümkünlüyü barədə sonuncunun və dövlət ittihamçısı H.B.İmranovun, qanunun tələblərindən məlumatsız olması haqda isə məhkum olunmuş Məhkum çıxışlarını dinləyərək hesab edir ki, hazırki iş üzrə müdafiəçi B.Z.Həmidovun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından verdiyi və kassasiya şikayəti adlandırdığı m üraciətin kassasiya şikayətinə dair tələblərə cavab verilibverilməməsinin yoxlanılması üçün həmin müraciət baxışdan çıxarılmalı və bu müraciət Məhkum son olaraq CM-in 134, 274, 329.1 və 338.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının bu haqda qənaəti isə yuxarıda göstərilənlərlə yanaşı həmçinin CPM-in 418.3-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cina yət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 413, 415 və 418.3-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi Həmidov Babək Ziyafəddin oğlunun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından verdiyi və kassasiya şikayəti adlandırdığı müraciət onun kassasiya şikayətinə dair tələblərə cavab verilibverilməməsinin yoxlanılması üçün həmin baxışdan çıxarılsın və bu müraciət Məhkum son olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 274, 329.1 və 338.1-ci mad dələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-35/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-35/2024
11.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver