Məhkəmə qərarları › İş №1-1(102)-36/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-36/2021

09.07.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-36/2021 09.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, X4, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Müdafiəçilər – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili X35, Bakı şəhəri 20 saylı Vəkil Bür osunun vəkili X6 və Bakı Şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Əliyev Seyfəddin Sadıx oğlunun iştirakları ilə Bakı Hərbi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 240.2.1, 3121.1, 341.2.1, və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmündən məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə (s ədrlik edən hakim Həsənov Həbib Bəhram oğlu, hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu və Ramazanov Camal Cumar oğlu) xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxxxx vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 240.2.1, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6-cı maddələri ilə 18 (on səkkiz) il müddətə, CM-in 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 3121.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsini n tələblərinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. 27.09.1992-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan X19 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.5 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.1 və 120.2.5-ci maddələri ilə 17 (on yeddi) il müddətə, CM-in 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən, təyin edilmiş cəzaları q ismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin, X36 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X41, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçiləri X29 və Əliyev Seyfəddin Sadıx oğlu, X10 müdafiəçisi Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Əkbərov Kamran Hüseyn oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Babayev Qədim Xali d oğlu) 15.01.2020ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə, Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X12, onun nümayəndəsi X30 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X41 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən hakim Nəsirov İnqilab Maşallah oğlu, hakimlər Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlu) 24.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs2 münasibətdə ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 aid hissədə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X41 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Qaraqurbanlı Ramin Afad oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və X45 oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilmiş və ona CM-in 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmündən məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən, Məhkum1 2018-ci ilin aprel-may aylarında Şirvan şəhərində xxxxxxxx hərbi qulluqçu kimi kapitan rütbəsində xidmət edərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində narkotik vasitələrin qaça qmalçılığı və qanunsuz dövriyyəsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 19.04.2018-ci il tarixdə X3 yaşadığı ünvan 3 ünvanında özünün əməliyyat qrupunun üzvü kimi, yaxın adamı olan X21 isə hal şahidi qismində iştirakı ilə axtarış aparılaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edilib saxlanılan 77,4 qram çəkidə 258 ədəd preqabalin həblərindən ibarət külli miqdarda güclü təsir edən maddə aşkar edildiyini yəqinliklə bildikdən və xxxxin cinayət işi üzrə 19.04.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmasından sonra həmin tarixdə axşam saatlarında Məhkum3un vasitəsi və iştirakı ilə xxxxxin anası X5 ilə sonuncunun evində görüşüb oğlunun psixi xəstəliyinə görə həbsdən buraxılması üçün müvafiq tibbi sənədlərin qısa zaman ərzində toplanıb istintaqa təqdi m edilməsinə köməklik göstərəcəyinə razılaşaraq 20.04.2018-ci il tarixdə Məhkum3un vasitəsilə 2.000 manat pulunu aldıqdan sonra xxxxin həbsdən buraxılmasına köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxsdan 23.000 manat almağın mümkün olması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin rəisi vəzifəsində hərbi qulluqçu kimi polkovnik-leytenant rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 məlumat vermiş, xxxxin 21.04.2018-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən dərhal sonra vəzifəsinin və xidmətdə olduğu qurumun müstəsna səlahiyyətlərindən yararlanıb tamah karlıq məqsədi ilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxsnın həmin məbləğdə nağd pulundan ibarət maddi neməti nüfuz alveri, yəni özlərinin güman edilən təsir imkanlarından istifadə etməklə istintaq və məhkəmə orqanlarının qərarlarına qanunsuz təsir etmək yolu ilə istəyib almaq üçün Təqsirləndirilən şəxs2 və Məhkum3la qabaqcadan əlbir olub qrupda birləşərək Təqsirləndirilən şəxs2 verdiyi göstərişlər əsasında 24.04.2018-ci il tarixdə Məhkum3un iştirakı ilə Zərərçəkmiş şəxsdan sonuncunun evində 25.000 manat nağd puldan ibarət maddi nemət istəyib şəxsən qəbul edərək 23.000 manatı Təqsirləndirilən şəxs2, 500 manatı isə Məhkum3a verərək qalan məbləği özünə götürmüş, 2018-ci ilin may ayınadək olan müddətdə xxxxxxin həbsdən azad edilməsin ə köməklik göstərilmədiyini görən Zərərçəkmiş şəxsnın dəfələrlə Məhkum3un vasitəsilə əlaqə saxlayıb pulun ondan alınması ilə bağlı görüşlərdə edilmiş söhbətlərin audioyazısını saxladığını və oğluna kömək olunmayacağı təqdirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təqdim etməklə məlumat verəcəyini bildirməsi barədə Təqsirləndirilən şəxs2 etdiyi məruzələrindən sonra sonuncu ona 23.000 manatı verib pulları Zərərçəkmiş şəxsya qaytarmağı tapşırmış, Zərərçəkmiş şəxsnın pulu geri almaq istəmədiyini və oğlunun həbsdən buraxılmasına köməklik göstərilməsini inadla tələb etməsi ilə əlaqədar bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə məlumat veriləcəyi təqdirdə tutduğu məsul vəzifəyə görə ciddi problemlərlə üzləşə və cinayət məsuliyyətinə cəlb oluna biləcək lərini görüb qabaqcadan əlbir olduğu qrupda törətdikləri cinayətləri gizlətmək və vəzifədə qalmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ona etibarlı adamı vasitəsilə Zərərçəkmiş şəxsnın susması üçün aradan götürülməsi, yəni sifarişlə qəsdən öldürülməsi barədə göstəriş verməsindən sonra eyni məqsədlə, habelə Zərərçəkmiş şəxsya pulları qaytarmamaqla maddi öhdəlikdən azad olmaq üçün onu qəsdən öldürmək niyyəti ilə 19.05.2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan, yaxın münasibətlərdə olduğu X19 ilə telefon əlaqəsi saxlayıb həmin qəsəbədə görüşərək 7.000 manat müqabilində Zərərçəkmiş şəxsnı qəsdən öldürməyi sifariş verib sonuncunun təklifi qəbul etməsi ilə onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, cinayətin törədilmə planını, zaman və məkanını müzakirə edib, ilk günlərdə Zərərçəkmiş şəxsnın yaşadığı binanın qarşısında bıçaqla öldürülməsi təklifi ilə əlaqədar onun Şirvan şəhərində yerləşən yaşadığı binanın birinci mərtəbəsindəki mənzilinin yerini 21.05.2018-ci il tarixdə Məhkum2 göstərmiş, daha sonra cinayətin Şirvan şəhərindən kənarda törədilməsini qət edərək Məhkum2un onun məlumat verəcəyi tarixdə Bakı şəhərindən kirayəyə avtomaşın götürərək Şirvan şəhərinə gəlməsini şərtləşdirərək 7.000 manatı sifarişin icrasından sonra verəcəyini razılaşdırıb, özündə olan 10-217 rəqəmlərindən ibarət saxta qeydiyyat nişanlarını Məhkum2 verib avtomaşının üstünə taxmasını tapşırmış, 23.05.2018-ci il tarixdə özünə saxta alibi düzətlmək üçün qızını hazırlığa qoymaq adı ilə Zərərçəkmiş şəxsnın sinif müəlliməsi işlədiyi Şirvan şəhəri, 21 saylı orta məktəbə g edib, əslində isə Şahidin guya 24.05.2018-ci il tarixdə Salyan rayon və ya Şirvan şəhər məhkəmələrində keçiriləcək məhkəmə iclaslarında iştirak etmək üçün etap gətiriləcəyini bildirib, oğlu ilə şəhərin Çılpaqlı qəsəbəsi ərazisində görüşdürəcəyini və bunun üçün həmin gün saat 14 radələrində Şirvan şəhəri, 10 saylı orta məktəbin qarşısındakı dayanacaqdan götürməsi üçün arxasınca avtomaşın göndərəcəyini deyib orada görüşməyi razılaşdırdıqdan sonra qrup üzvü Məhkum2 kirayəyə avtomaşın götürə bilməsi və digər xərclər üçün 23.05.2018ci il tarixdə "xxxx" ASC-nin Şirvan şəhər filialından 100 manat göndərib, növbəti gün Şirvan şəhərinə, 10 saylı orta məktəbin qarşısına gəlməsini tapşırmış, Məhkum2un 24.05.2018-ci il tarixdə Bakı şəhəri, Yusif Səfərov küçəsində “Aventador” firmasının avtomaşınların icarəsi ofisindən sutkası 60 manata ağ rəngli “KİA Rio” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını götürüb sifarişin icrası zamanı istifadə etmək üçün bir ədəd qırmızı rəngli adyal və boş karton qutuları avtomaşının yük yerinə qoyaraq Şirvan şəhərinə gəlib dövlət qeydiyyat nişanlarını dəyişdirməklə 10 saylı orta məktəbin qarşısındakı dayanacaqda dayanandan sonra Zərərçəkmiş şəxsnı həmin avtomaşına əyləşdirib avtomaşında Məhkum2u nazirlikdə işləyən yüksək rütbəli şəxs kimi təqdim edib onu oğlu ilə görüşdürəcəyini bildirmiş, bundan sonra isə qrup üzvü Məhkum2 avtomaşını Şirvan şəhərinin QRES adlanan ərazisinə sürərək, əvvəlcədən planlaşdırdıqları kimi, yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin və müşahidə qurğularının olmadığı Salyan rayonunun Pambıqkənd kəndi ərazisindəki çöllük sahədə saxlayıb, olduğu oturacağı tam arxaya çəkib, salonun arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxsnı boğazından sağ əli ilə tutub boğmaqla ona qəsdən dilaltı sümüyünün sağ qanadının və qırtlaq qığırdağının sol hissəsinin sınığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək mexaniki asfiksiya nəticəsində qəsdən həyatdan məhrum etmiş, həmin gün saat 23 radələrində Şirvan şəhəri, “Salyan dairəsi” adlandırılan ərazidə Məhkum2 sifarişin icrası müqabilində vəd etdiyi 100 manatlıq əsginaslardan ibarət 7.000 manat pul vəsaitini vermiş, törədilmiş qətlin izlərinin ört-basdır edilməsi üçün Zərərçəkmiş şəxsnın meyitinin isə həmin avtomaşının arxa oturacağına uzadılıb üzərinə adyal örtülərək karton qutular yığılmaqla Şamaxı rayonu ər azisinə aparıb baş nahiyəsinə sellofan torba bağlayıb Göylər-Padar çöl yolunda müəyyənləşdirilən dağlıq ərazidə yüksəklikdən dərəyə atmış, sonuncunun çantasını, adyalı, karton qutuları, sifarişin icrası zamanı Məhkum2un əynində olmuş paltarları yandırmaqla məhv etmişlər, saxta nömrə nişanlarını isə “Şirvan” kanalının axmaz hissəsinə tullamış, bununla da qabaqcadan əlbir olduğu qrupda Zərərçəkmiş şəxsnın tamah niyyəti və sifarişlə, başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən öldürülməsini Təqsirləndirilən şəxs2la birlikdə təşkil etməklə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin şəxsində Azərbaycan Respublikasının nüfuzuna və vətəndaşların dövlətə olan etimadına xələl gətirilməsi, xüsusi xidmət orqanları üzrə qərarlaşmış mövcud obyektivlik, qərəzsizlik, ic timai və dövlət mənafeyinin üstün qorunması funksiyalarının ciddi zədələnməsi ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Məhkum1 yaxın münasibətlərdə olduğu X19 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 12.652 qram çəkidə metallik civədən ibarət zəhərli maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıyaraq qrup üzvü Məhkum2 vermiş, sonuncu onu yaşadığı evin zirzəmisində divarda olan dəmir seyfdə saxlamış, 04.06.2018-ci il tarixdə X10 yaşadığı ünvan 4 ünvanında aparılmış axtarış zamanı həmin metallik civə mənzilin zirzəmisində divarda olan dəmir seyfdən bir ədəd şüşə flakonun içərisində aşkar olunaraq götürülmüşdür. Verilmiş ittihamdan fərqli olaraq məhkəmələr yuxarıda göstərilən nəticəyə gəlmişlə r. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: X40 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı cinayətin motivi, cinayətlərin kim tərəfindən törədilməsi və s. kimi məsələlər aydınlaşdırılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə törətmiş olduğu əməlin Azərbaycan Respublikası CM-nin 307 və 240.1-ci maddələri ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu kassasiya şikayətini onun la əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmünü qüvvədə saxlayan, apellyasiya şikayətini təmin etməyən Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmü qeyri-obyektiv, qanunsuz, ədalətsiz olduğundan Məhkum1 aid hissədə ləğv edilməli, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair hissədə onun barəsində CM-nin 35-ci maddəsinə əsasən (icraçının Ekstsessi) bəraət verilməli, CM-nin 240.2.1-ci maddənin dispozisiyasında nəzərdə tutulmuş əməli törətmədiyindən, bu maddəyə dair işin icraatı ayrıca icraata ayrıldığından və bu maddə məhkəmə istintaqı və məhkəmə tədqiqatmm predimeti olmadığından Məhkum1 CM-nin 240.2.1-ci maddəsi ilə təqsir ləndirilməsinə dair hissədə onun barəsində bəraət verilməli, CM-nin Məhkum1 CM-nin 341.2.1-ci, 341.2 3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə onun barəsində bəraət verilməli, Məhkum1 öhdəsində 2 azyaşlı uşağının olması, həyat yoldaşının ağır xəstə olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi, bununla bağlı zərərçəkmiş şəxsin məhkəməyə yazılı ərizəsini nəzərə alaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 312-1.1-ci maddəsi üzrə Məhkum1 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında yeni hökm çıxarılmalıdır. Belə ki, apellyasiya məhkəməsi heç bir əsaslı sübuta, fakta istinad etmədən, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrində göstərilənləri nəzərə almadan, onların ziddinə olaraq əsassız ş əkildə izahı olmayan və anlaşılmayan mövqe nümayiş etdirərək hesab etmişdir ki, birinci instansiya məkəməsinin iş üzrə gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmuşdur. Hazırki cinayət işi üzrə məhkəmə hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara hüquqi qiymət vermək əvəzinə, istintaq orqanının araşdırması zamanı gəldiyi əsassız nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş, məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasında cinayət işinin istintaqı zamanı müdafiə tərəfinin verdiyi vəsatətlə Məhkum2un videoçəkiliş aparmaqla hadisə yerində verdiyi ifadənin video diskinə baxılmışdır. 30may 2018-ci il tarixində videoçəkiliş aparmaqla hadisə yerind ə verdiyi ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, X19 törətdiyi cinayət əməlini etiraf edərək cinayətin mexanizmini dəqiqliklə təsvir etmişdir. X10 30 may 2018-ci il tarixində videoçəkiliş aparmaqla hadisə yerində verdiyi ifadəsində göstərdiklərini sanki unutduğu bir vaxtda müdafiə tərəfinin verdiyi vəsatətə əsasən həmin video diskə məhkəmə iclasında baxıldıqdan sonra mövqeyi tamamilə dəyişmiş və özünü təqsirli saymışdır. Bu video diskdə X2in Zərərçəkmiş şəxsnı öldürməsində iştirak etməməsini tam təsdiq etmişdir. O bildirmişdir ki, Məhkum1 hadisə vaxtı Şirvan şəhərində olmuşdur, o özü bu hadisəni təsadüfən, bilmədən törətmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmünü Məhkum1 ai d hissədə ləğv etməklə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair hissədə onun barəsində CM-nin 35ci maddəsinə əsasən (icraçının Ekstsessi) bəraət verilməsi, CM-nin 240.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə onun barəsində bəraət verilməsi, CM-nin 341.2.1-ci, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə bəraət verilməsi, CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 312-1.1-ci maddəsi üzrə Məhkum1 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi və torpaq üzərində qoyulmuş həbsin götürülməsi, və bununla əlaqədar mülki iddiaya dair hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi S.S.Ə liyev çıxış edərək, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmünün AR Konstitusiyasının 129,60 və 63-cü maddəsinə, zidd olduğunu, apellyasiya məhkəməsinin hökmünün ittiham aktının və Bakı Hərbi Məhkəməsinin hökmündən köçürüldüyünü, cinayət hadisəsinin 24 may 2018-ci ildə baş verdiyini, hüquqlarını müdafiə etdiyi Məhkum1 isə bu tarixə qədər bu hadisə ilə heç bir əlaqəsinin olmadığını, onun ölüm faktı ilə bağlı olması nə ittiham aktında nə məhkəmə hökmlərində qeyd olunmadığını, yalnız ehtimallar və fərziyyələr üzərində ittiham edildiyini, hadisə baş verərkən R.F.X11 Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi ilə təxminən 1 saatlıq görüşdüyünü, DTX rəisinin məhkum Məhkum1lə dəfələrlə telefon danışıqlarının apardığını, lakin verdiyi ifadələrdə bunu inkar etdiyini bildirdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi M.M.Zalıyev çıxış edərək, müdafiəçi S.S.Əliyevin mövqeyi ilə razı olduğunu, kassasiya şikayətinə əlavəsinin olmadığını bildirib, şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi S.S.Abdullazadə çıxış edərək, məhkum Məhkum1 hüquqlarını müdafiə etdiyi Məhkum2 barəsində verdiyi düzgün olan ifadələrin məhkəmələr tərəfindən nəzərə alınmadığını, lakin Təqsirləndirilən şəxs2, Məhkum2 barəsində verdiyi düzgün və həqiqətə uyğun olmayan ifadəsinin nəzərə alındığını və nəticədə ədalətsiz qərar verildiyini, məhkum Məhkum2un özünü CM-nin 240.2.1 və 307.1-ci maddələri ilə təqsirli bildiyini bildirib, ona ittiham edilmiş digər maddələr üzrə cinayət işinə bəraətverici ə saslarla xitam verilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkum Məhkum2 çıxış edərək, müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi V.H.Əhmədova çıxış edərək, məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, lakin X40 Kərim oğlu ilə barışığın əldə olunduğunu və bu səbəbdən də onun kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru H əsənov Kamran Asəf oğlu çıxış edərək məhkum Məhkum1 zərərçəkmiş şəxsi öldürməməsi ilə bağlı verdiyi göstərişlərə dair kassasiya şikayətində qeyd olunmuş dəlillərin əsassız olduğunu, iş materiallarından da göründüyü kimi cinayət işinin təşkilatçıları Məhkum1 və yyyyy olduğunun, cinayətin ekstsesinə gəldikdə isə X40in əməlinin Məhkum1 niyyəti ilə əhatə olunduğunu, cinayət əməlinin sübutlarla tam təstiq olunduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmündən məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi k assasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yox layaraq, aşağıdakıları qeyd edir: Məhkum1 müdafiəçisi S.S.Əliyev tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif olunmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsi ni şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci ma ddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum Məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin, müdafiəçilərin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tari xli hökmü isə Məhkum1 və Məhkum2a aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkum Məhkum1 oğluna və Məhkum2 oğluna verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan R espublikası CM-nin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 240.2.1, 312-1.1, 341.2.1, və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum1 müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası həmin dəlillərə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Bundan başqa, həmin Qərarın 10-cu bəndində göstərilir ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə q əsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Qeyd olunanlara əsasən, müdafiəçinin kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum1 mərhum zərərçəkmiş X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə və sifarişlə, başqa cinayəti gizlətmək məqsədilə qəsdən öldürülməsində təşkilatçı kimi iştirak etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında zəhərli maddəni əldə edərək saxlaması və daşıması, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi (nüfuz alveri), biq qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşaraq dövlətin qanunla qorunan mənafelərinə zərər vurması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnın öldürülməsini Məhkum2 o özü sifariş vermişdir. Daha sonra, ibtidai istintaq zamanı Məhkum2 31.05.2018-ci və 14.06.2018-ci il tarixdə verdiyi ifadələrində törətdiyi əməllərini tam etiraf edərək, civənin Məhkum1 tərəfindən satış məqsədi ilə saxl anılması üçün ona verildiyini, Zərərçəkmiş şəxsnı 7000 manat pul müqabilində 24 may 2018-ci ildə Salyan rayonunun ərazisində icarəyə götürüb idarə etdiyi KİA markalı avtomaşında öldürdüyünü, daha sonra Məhkum1lə birlikdə meyiti Şamaxı rayon ərazisinə aparıb atdığını, qətlə görə aldığı pulun bir qismini xərclədiyini bildirmişdir. Beləliklə, Məhkum1 və Məhkum2un qəsdən adam öldürmə faktı ilə bağlı ilkin etirafedici ifadələri hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunduğundan hər iki məhkəmə kollegiyası düzgün olaraq məhkumların məhkəmə baxışı zamanı verdikləri ziddiyyətli ifadələri, onların cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verdiyi özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş, Məhkum1 Məhku m2 heç bir iş görmədiyi halda 7.000 manat pul verməsini məntiqi baxımdan uyğunsuzluq təşkil etdiyi qənaətinə gələrək qeyd olunan cinayət əməllərini törətmələri barədə yekun nəticəyə gəlmişdir. Məhkum Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində CM-nin 35-ci maddəsinə əsasən (icraçının ekstsessi) CM-nin 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6-cı maddələri ilə Məhkum1 bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 35-ci maddəsində ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi)nin anlayışı verilmişdir: icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. İcraçının ekstsessinə görə cinay ətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Ekstsess icraçının digər iştirakçılarla olan razılığından kənar başqa cinayət əməlini törətməsidir. Cinayət hüquq nəzəriyyəsində icraçının fəaliyyətinin digər iştirakçıların ümumi kriminal niyyətindən hansı istiqamətdə kənara çıxmasından asılı olaraq kəmiyyət və keyfiyyət əlamətlərinə görə ekstessesin növləri fərqləndirilir. Kəmiyyət ekstsessi icraçının digər iştirakçılarla razılaşdırılan əməli deyil, onunla eyni növdən olan əməli törətməsi ilə yaranır. Cinayətin keyfiyyət ekstsessində isə cinayətin icraçısı ümumi razılıqdan kənara çıxaraq həm də başqa obyektə qəsd edir. Cinayətin icraçısının ekstsessi üzrə törədilən cinayətlərin tövsifində təqsirə görə məsuliyyət prinsipi nəzərə alınır. Kassasiya şikayətinin dəlilini cinayət qanununun normaları baxımından iş materialları ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum2un Zərərçəkmiş şəxsnı Məhkum1 sifarişi ilə qətlə yetirməsi hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı mümkün, mötəbər, bir-birini tamamlayan, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq edildiyindən Məhkum2un cinayətin ekstsessi üzrə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla qətl cinayəti törətməsi ilə bağlı göstərilən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkum Məhkum2un kassasiya şikayətində məhkəmələ tərəfindən onun barəsində ədalətsiz qərarlar qəbul edildiyi iddia edilir və əməlinin Azərbaycan Respublikası CM-nin 307 və 240.1-ci maddələri ilə tövsif edilməsi xahiş edilir. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil tamamilə əsassız olduğundan təmin edilməməlidir. Bel ə ki, Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməs i ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Mə hkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumların müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzg ün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 və Məhkum2un hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 240.2.1, 312-1.1, 341.2.1, və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, Məhkum2un hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onların bu maddələr ilə təqsirli b ilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan Məhkum1 və Məhkum2a aid olan hissədə dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 22 iyul 20 19-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 240.2.1, 3121.1, 341.2.1, və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmü məhkum Məhkum1 müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu və X40 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə, Məhkum1 və Məhkum2a aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar