Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-36/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli, qərarından dövlət ittihamç ısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum xx xxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, bağlar massivində yaşayır. 2. 31 yanvar 2020-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin orkestr taqımının musiqiçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X11” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində “STP” zavodunun yaxınlığından keçən 36-cı km-də, 12 oktyabr 2019-cu il tarixdə, saat 20 radələrində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələbini pozub yolu sağdan sola keçən piyada X4 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona “qarının küt travması, daxili qanitirmə, qara ciyərin, sağ böyrəyin, dalağın cırı lmış yaraları, hər iki bud, sol baldır sümüklərinin sınığı, sağda V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, bədən səthinin qançırı və yaraları” ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib ölümünə səbəb olmuşdur. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olmaqla, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələr baş verdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin “piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməlidir” kimi tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır 3. 17 fevral 2020-ci il t arixdə Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum cinayət hadisəsi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsi hökm edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsi, Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 1-1(105)-13/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin -1(093)-7/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-28/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(105)-13/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd edilir ki, Məhkum ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi nəzərindən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürü lmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bundan əlavə, Məhkum zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin onun tərəfindən (təqsiri olmadan olsa belə) törədilməsini qəbul etsə də, zərərçəkmişin ölümünə səbəb olmuş onun əməlində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin tərkibinin olub-olmamasına heç bir münasibət bildirməmiş, iş üçün əhəmiyyətli olan hüquqi məsələni qərarında müzakirə belə etməmişdir. Hansı ki, işin hallarından göründüyü kimi, Məhkum əməli nəticəsində yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş X8 ağır bədən xəsarətləri alaraq hadisə yerində köməksiz vəziyyətdə qalmış, Məhkum zərərçəkmişə kömək göstərmək imkanı olduğu halda bunu etməyərə k hadisə yerindən yayınmışdır. Bundan başqa, qərarını qəbul edərkən apellyasiya instansiyası məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarının tələbləri və tövsiyələrinə əməl etməmişdir. Dövlət ittihamçısı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrinə əsaslanmaqla, məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası m əhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apell yasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən q ərar qəbul edilərkən sübutların Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2 022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tö vsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilm əsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
23. Belə ki, cinayət işinin materiallarında olan Ali Məhkəmənin 1-1(102)28/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarından müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı ləğv edilərkən, cinayət işi üzrə yeri apellyasıya baxışında Məhkum hadisənin baş verməsi ilə əlaqədar verdiyi ifa dələrinin həqiqəti əks etdiribetdirmədiyini dəqiqləşdirmək üçün zəruri olan hərəkətlərin edilməsi, o cümlədən iş materiallarına əlavə edilmiş video görüntülərdə əksini tapan halların dəqiqləşdirilməsi məqsədilə videotexniki (məhkəmə-fonoskopik) ekspertizasının keçirilməsi, eləcə də birinci instansiyası məhkəməsi tərəfindən keçirilmiş istintaq eksperimentində prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verildiyindən, mərhum zərərçəkmiş şəxs X8 ilə eyni fiziki göstəricilərə malik digər şəxsin (statistin) iştirakı ilə təkrar istintaq eksperimentinin keçirilməsi barədə göstərişlər verilmişdir.
24. Ali Məhkəmənin birinci göstərişi apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilib Məhkəmə Ekspertiza Mərkəzinin 4/1187-3/1143 nömrəli, 13 sentyabr 2022ci il tarixli rəyi əldə edilmiş, həmin rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 3 ədəd DVD diskdəki video görüntülərdə tədqiqatı tələb vizual hadisənin piyadanın vurulması ilə baş verən olunan yol-nəqliyyat hadisəsinin olduğu görüntüləri müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası CPM-nın 97.4.2-ci və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq və rəy vermək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmi ilə işarələnmiş disklərdəki istintaq üçün zəruri olan video görüntülərdə heç bir şəxs əks olunmayıb. Tədqiqata təqdim edilmiş “3” rəqəmi ilə işarələnmiş diskdəki istintaq üçün zəruri olan video görüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxslərin xarici görünüşünün an atomik elementləri - sifət cizgiləri, sifətin ümumi konfiqurasiyası, alını, qaşları, gözləri, göz qapaqları, dodaqları, ağzı, burun dodaq süzgəci, burnu, burun kürəkləri, burun sonluğu, burun əsası, burunüstü hissə, qulaq şeyvanı, çənəsi, yanaqları, tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqat üçün yararsızdır.
25. Ali Məhkəmənin ikinci göstərişinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında qeyd etmişdir ki, “məhkəmə kollegiyası istintaq eksperimentinin keçirilməsi ilə bağlı məsələni müzakirə edərkən müvafiq statistin müəyyən olunması üçün proses iştirakçılarının, o cümlədən zərərçəkmişin hüquqi varisi X2 fikri öyrənilərkən sonuncu təkrar istintaq eksperimentinin keçirilməsinə zərurətin olmamasını, birinci instansiya məhkəməsi tərəfindən ke çirilmiş istintaq eksperimentinin nəticələrilə razı olduğunu bildirmiş, digər tərəfdən istintaq eksperimenti keçirilməsi üçün zəruri olan statistin orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində (yəni, hadisə zamanı mərhumun olduğu orta dərəcəli alkoqol sərxoşluğu) olması üçün konkret vəziyyətə gətirilməsinin qeyri-mümkünlüyü, yəni ittiham tərəfinin iş üzrə mövcud parametrlərə uyğun statistin təqdim etməsinin mümkün olmaması barədə mövqeyini, həmçinin hadisənin baş verdiyi ərazinin artıq mövcud olmaması, yəni hadisə baş verən ərazidə yolun genişləndirilərək əvvəlki vəziyyətinin dəyişdirilməsi məhkəmə tərəfindən istintaq eksperimentinin keçirilməsini mümkünsüz etmişdir”.
26. Zərərçəkmiş şəxsin hüquqi varisinin təkrar istintaq eksperimentinin keçirilməsində zərurət duymadığına görə Ali Məhkəm ənin göstərişinin icra edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 37.6-cı maddəsinə əsasən ictimai ittiham qaydasında həyata keçirilir.
27. Azərbaycan Respublikası CPM-nin 7.0.4-cü maddəsi ilə cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət kimi müəyyən edilir.
28. Həmin Məcəllənin 8.0 və 8.0.3-cü maddələri ilə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırması cinayət mühakimə icraatının vəzifələrinə aid edilmişdir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-i bəndinə görə isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: m əhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 may 2009cu il).
31. İstinad edilən normaların birgə təhlilindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhindən göründüyü kimi, Məhkum ittiham edildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən, bu növə aid olan cinayət təqibi üzrə aparılan istənilən tədbir də zərərçəkmiş şəxsin hüquqi varisini n iradəsindən asılı deyil, üstəlik hazırki halda istintaq eksperimentinin keçirilməsi obyektiv həqiqətin müəyyən edilməsinə yönəldiyindən, onun icrasının təmini də məhkəmənin birbaşa vəzifəsinə aid edilir.
32. Məhkəmə kollegiyası istintaq eksperimenti keçirilməsi üçün zəruri olan statistin orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olması üçün konkret vəziyyətə gətirilməsinin qeyri-mümkün olması barədə apellyasiya instansiyası məhkəməsinin dəlilini də qəbul etmir ən azından ona görə ki, Azərbaycan Respublikası CPM-nin 262.5-ci maddəsi insanların həyatı və sağlamlığı üçün təhlükə yarandıqda istintaq eksperimentinin aparılmasına yol vermir, statistin isə sərxoş vəziyyətə gətirilib daha sonra həmin vəziyyətdə avtomobil yolunda həyata keçirilən tədbirdə iştirak etməsi halı belə təhlükənin y aranmasını istisna etmir.
33. Digər tərəfdən, Ali Məhkəmənin müvafiq qərarında eksperiment keçirilərkən statistin mərhum zərərçəkmiş şəxslə eyni fiziki göstəricilərə, yəni eyni yaşa, boya və çəkiyə malik olmasının mütləq olduğunun vurğulanması ilə yanaşı zərərçəkmiş şəxsin sərxoş olmasının da nəzərə alınmasının zəruri olduğunun qeyd edilməsi heç də onu nəzərdə tutmur ki, təkrar istintaq eksperimenti keçirilərkən statist özü də sərxoş vəziyyətdə olmalıdır. Əksinə cinayət-prosessual qanunvericiliyinə görə istintaq hərəkətlərinin həyata keçirilməsində sərxoş şəxslərin iştirakına yol vermədiyindən, statistin mərhum zərərçəkmiş şəxslə eyni fiziki göstəricilərə malik olması kifayətdir, istintaq eksperimenti ayıq vəziyyətdə olan belə bir şəxsin iştirakı ilə keçirildikdən sonra ekspert mövcud meto dologiyaya əsaslanaraq müvafiq düsturlardan istifadə etməklə əldə edilmiş göstəriciləri sərxoş vəziyyətdə olan şəxsin göstəricilərinə uyğunlaşdıra bilər.
34. Nəhayət, hadisənin baş verdiyi ərazidə avtomobil yolunun vəziyyətinin dəyişdiyindən istintaq eksperimentinin keçirilməsinin mümkün olmadığı haqda apellyasiya instansiyası məhkəməsinin dəlilini də məhkəmə kollegiyası qəbuledilməz hesab edir ona görə ki, cinayət işinin materiallarında hadisə yerinin sxemi və fotoşəkilləri mövcuddur, bu sənədlərdə olan məlumatlara əsaslanmaqla, məsələn, Bakı – Dağıstan sərhədi magistral yolunun oxşar göstəricilərə malik olan hissəsində, bu mümkün olmadıqda X10 Agentliyindən müvafiq məlumat əldə etməklə başqa oxşar göstəricili yolda, ölkə ərazisində mövcud olan avtomobil yollarında ümumiyyətlə belə yer ol madıqda isə istənilən yerdə hadisə yerinin şəraitini bərpa etməklə (səhnəsini qurmaqla) eksperimentin keçirilməsi mümkündür.
35. Təsvir edilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir.
36. Həmin Məcəllənin 144-cü maddəsinə maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
37. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərindən görünür ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
38. Həmin Məcəllənin 145.2-ci maddəsində təsbit edilmişdir ki, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir.
39. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
40. Nəhayət, Azərbaycan Respublikası CPM-nin 416.1 və 416.1.2-ci maddə lərinin ümumi məzmunu ilə müəyyən edilir ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, qəbul edilmiş Ali Məhkəmənin əvvəlki qərarında müəyyən etdiyi göstərişlərin tam icra edilməsi məqsədi ilə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərb aycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1-1(105)-14/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.