Məhkəmə qərarları › İş №1-1(102)-36/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-36/2025

08.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-36/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – “Xəzər konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 1-1(095)-24/2023 nömrəli (hakimlər: Məmmədov Vüqar Kamal oğlu (sədrliyi ilə), Hüseynli Nurəddin Nizami oğlu (məruzəsi ilə) və Muxtarov Kamran Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 oktyabr 1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəmdə bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq zabiti, N nömrəli hərbi hissənin zabiti, baş leytenant, xxx-də q eydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin və əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsi, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 1-1(104)-24/2024 nömrəli (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edə n və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) hökmü ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 5 (beş) il sınaq müddəti müəyyən edilərək şərti tətbiq edilmiş, sınaq müddəti ərzində Məhkum üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, asudə vaxtından səmərəli istifadə etmək, daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək vəzifələ ri qoyulmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin və əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti, müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, x şəhərində dislokasiya olunan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin madditexniki təminat bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkə n N nömrəli hərbi hissənin ərazisində xidmət aparan mülki mühafizə işçiləri saat 09:00-dan saat 19:00-a kimi xidmətdə olduqdan sonra hərbi hissənin idman şəhərciyi salınan açıq ərazisi mühafizəsiz qaldığı üçün 2021-ci ilin may ayında idman şəhərciyi tikilməsi üçün hərbi hissənin ərazisinə gətirilən tikinti materiallarının qorunması məqsədi ilə saat 19:00-dan saat 09:00-dək olan müddət ərzində şifahi əmr əsasında bölüyün şəxsi heyətindən dörd nəfər - MAHHXHQ-ları, əsgər X19, əsgər Şahid6, əsgər Şahid4 və çavuş X13 ibarət gündəlik patrul naryadı təyin etmiş, həmin naryadlardan iki nəfər bir gün, iki nəfər isə növbəti gün xidmət aparmaqla bir gündən bir istirahətə buraxılmışdır. 2021-ci ilin may ayının sonlarında baş leytenant Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nazamnaməsinin 122-ci bəndinin tələbinə əsasən onun vəzifəsi hesab edilən “...bölükdən (gəmidən) təyin edilən sutkalıq naryadın (gəmi naryadının) şəxsi heyətini hazırlamaq və onun xidmət aparmasına nəzarət etmək” və 211-ci bəndinə əsasən “Sutkalıq naryad...təyin olunan bölmənin komandiri naryada təyin olunan şəxslərin hazırlanması, həmçinin onların dəyişməyə...vaxtında göndərilməsi üçün məsuliyyət daşıyır”, həmin Nizamnamənin 222-ci bəndinə əsasən, “Sutkalıq naryada təyin olunanlar naryada təyin olunduqları gündən qabaqkı gecə bütün məşğələlərdən və işlərdən azad edilməlidirlər. Naryada başlamazdan qabaq şəxsi heyətə onun xidmət aparmağa hazırlaşması, öz vəzifə borcunu bilməsinin yoxlanması və istirahət edə (yata) bilməsi üçün üç saatdan az olmayaraq vaxt verilməlidir. Sutkalıq naryadd an çıxanlar həmən gün işdən və məşğələlərdən azad edilirlər" kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar təqribən 18-20 may 2021-ci il tarixdə sutkalıq patrul naryadına çıxan bölüyün MAHHXHQ-ları, çavuş X və əsgər Şahid6, eləcə də həmin gün istirahətə buraxılmış əsgər X və əsgər Şahid4 istirahətdən hərbi hissənin avtomobil təmiri qarajının yanına çağırıb onların apardığı naryadın digərlərinə nisbətən rahatlığını, yəni naryaddan sonra bir gün ərzində istirahətə buraxıldıqlarını, naryada göndərilərkən təlimatlandırmaya çağırmamasını, naryadda olarkən yoxlamamasını, naryaddan çıxdıqdan sonrakı gün səhər yerbəyerində iştirak etməmələrini deyib bölük komandiri kimi onları başqa hərbi qulluqçularla əvəzləmək, naryadın təşklini yoxlamaq, naryad ayırmaq və hazırlamaq səlahiyyətinin olmasını bil dirərək, naryadda xidmət aparan hərbi qulluqçuların xidmətinə laqeyd münasibət göstərməsi müqabilində, yəni patrul aparan şəxsi heyəti tez-tez yoxlamaması, onlar istirahət buraxıldıqdan sonra onları müxtəlif bəhanələrlə xidmətə, səhər yerbəyerində iştirak etməyə geri çağırmaması, çıxışa göndərməməsi ilə onlara güzəşt etdiyini, onların çox istirahət etdiklərini, ancaq xidmət vaxtı yerlərində olmadıqlarını, naryadı dəyişib başqa hərbi qulluqçuları təyin edəcəyini çatdırmış, naryada təyin edilən şəxslər Məhkum onlardan rüşvət istədiyini başa düşmüş, buna görə sonuncuya müraciət edərək “Xəcalətindən çıxarıq, komandir” demiş, onlar bu barədə Xla danışaraq onu özlərindən yaşlı olduğu üçün Məhkum yanına göndərmiş və Məhkum fikrini, yəni onlardan nə qədər pul istəməsini öyrənməsini xahiş etmişlər. X Məhkum yanına gedib qayıtdıqdan sonra sonuncunun onları gündəlik patrul naryadı kimi saxlamaq, digər şəxslərlə əvəz etməmək, naryadın aparılmasını yoxlamamaq və naryaddan sonra istirahət etmələrinə mane olmaması müqabilində hər birindən ayrılıqda hər ay 50 (əlli) manat pul yığılıb ona verilməsini istədiyini bildirmiş, X, Şahid6 və Şahid4 da bununla razılamış, 2021-ci ilin may ayının sonunda X özü də daxil olmaqla Şahid4 verdiyi 5N manat, Şahid6 verdiyi 5N manat, cəmi 15N manat pulu baş leytenant Məhkum xidməti otağında sonuncuya vermiş, baş leytenant Məhkum həmin pulu qəbul edərək, xidmətin həmin hərbi qulluqçular tərəfindən vəd etdiyi qaydada aparılmasını təmin etməklə, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə, habelə hərəkətsizli yə görə, eləcə də xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi neməti istəmiş və şəxsən almış, yəni rüşvət almışdır. Bundan başqa, Məhkum həmin hərbi hissədə qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin iyun ayının ortalarında patrul naryadına təyin edilmiş şəxslərin patrul naryadına təyin edildiklərinə görə, onların naryadı davam etdirmələri, başqa şəxslərlə əvəz edilməmələri, səhər yerbəyerinə, sürücü kimi hərbi hissədən kənara çıxışlara çağırmaması və bununla da onlara naryaddan sonra verilən istirahətə maneə yaratmaması üçün daimi patrul naryadında olanlardan X-in, Şahid6 və Şahid4 hər birinin ona 5N manat pul verəcəyini deyərək həmin pulu götürüb işdən sonra ona gətirməsini Xdən xahiş etmiş, sonuncu da müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, əsgər X, əsgər Şahid4 və əsgər Şahid6 hər birindən 5N manat olmaqla ümumilikdə 15N manat pulu götürmüş, belə ki, razılığa əsasən əsgər X 5N manat və Şahid4 5N manat pulu X-in əmək haqqı kartına yükləmiş, Şahid6 5N manat pulu X-ə vermiş, sonuncu da xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində 38-ci hərbi şəhərcikdə yaşadığı binanın yaxınlığında həmin 15N manat pulu məzuniyyətdə olan Məhkum özünə vermiş, baş leytenant Məhkum həmin pulu qəbul edərək, xidmətin həmin hərbi qulluqçular tərəfindən vəd etdiyi qaydada aparılmasını təmin etməklə, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə, habelə hərəkətsizliyə görə, eləcə də xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa, həmçinin vasitəçidən istifadə etməklə maddi n eməti istəmiş və almış, yəni rüşvət almışdır. Bundan başqa, əvvəllər N nömrəli hərbi hissənin yerləşdiyi ərazidə N nömrəli hərbi hissəyə verildiyindən hərbi hissənin ərazinin mühafizəsi üçün sutkalıq naryad təşkil edilməsi barədə hərbi hissə komandiri tərəfindən xx.xx.2021-ci il tarixli 336 nömrəli əmr verilmiş və hərbi hissənin qərargah rəisi həmin əmrin icrası məqsədi ilə xx.xx.2021-ci il tarixdə maddi-texniki təminat bölüyündən on iki nəfər hərbi qulluqçunun sutkalıq naryada ayrılması barədə tapşırıq vermiş, buna görə MTT bölüyündən ayrılan əvvəlki naryad ləğv edilmişdir. Baş leytenant Məhkum həmin vaxt məzuniyyətdə olduğu üçün bölük komandiri vəzifəsini icra edən, bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan X on iki nəfər hərbi qulluqçu ayırmaqla qərargah rəisinə təqdim e tmiş və həmin şəxslər patrul nəfəri təyin edilmişlər. Baş leytenant Məhkum həmin hərbi hissədə qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin iyul ayının 5-də məzuniyyətdən qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixdən patrul naryadına ayrılmış şəxsi heyəti naryadı təhvil verdikdən sonra tez-tez istirahət vaxtı olmasına baxmayaraq hərbi hissəyə geri çağırmış, patrulların düzülüşü zamanı onların patrul naryadına davam etmələri, onları digər şəxslərlə əvəz etməməsi, səhər yerbəyerinə, sürücü kimi hərbi hissədən kənara çıxışlara çağırmaması və bununla da onlara naryaddan sonra verilən istirahətə maneə yaratmaması kimi səlahiyyətlərinin olması xatırladaraq hər bir patrul naryadının xidmətə əvvəlki kimi naryadlar kimi davam edəcəklərini bildirərək pul vermələrini istəmiş, patrul n aryadına təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər X19, çavuş X21, əsgər Şahid6, əsgər X22, əsgər X1, əsgər X15, çavuş Şahid3 və əsgər X23 patrul naryadına təyin edildiklərinə görə, onların naryadı davam etdirmələri, başqa şəxslərlə əvəz edilməmələri, səhər yerbəyerinə, sürücü kimi hərbi hissədən kənara çıxışlara çağırmaması və bununla da onlara naryaddan sonra verilən istirahətə maneə yaratmaması üçün öz aralarında baş leytenant Məhkum əvvəlki naryadların verdikləri miqdarda, yəni 5N manat pul vermək barədə razılığa gəlmiş, baş leytenant Məhkum rüşvət vermək üçün xx.xx.2021ci il tarixdə əsgər X 51 manat məbləğində pulu “MilliÖn” ödəniş terminalı vasitəsilə, baş leytenant Məhkum **********166721 nömrəli Kapitalbank kartına göndərmiş, əsgər X isə 5N manat p ulu N nömrəli hərbi hissənin NBM-nin qarşısında Məhkum vermiş, X 5N manat, X 5N manat, Şahid6 5N manat, X 5N manat, X 25 manat məbləğində pulu X-ə vermiş, X X8 əvəzinə Məhkum 45 manat pul verməyi xahiş etmiş, buna görə də X həmin şəxslərin verdikləri pulu xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “Kapital Bank”ın Kəpəz filialının yaxınlığında olan “MilliÖn” ödəniş terminalı vasitəsilə, baş leytenant Məhkum Muxtar oğlunun **********166721 nömrəli Kapitalbank kartına göndərmiş, baş leytenant Məhkum həmin pulu qəbul edərək, xidmətin həmin hərbi qulluqçular tərəfindən vəd etdiyi qaydada aparılmasını təmin etməklə, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə, habelə hərəkətsizliyə görə, eləcə də xidmət üzrə laqeydlik müqabilində özü üçün birba şa, habelə vasitəçidən istifadə etməklə maddi neməti istəmiş və almış, yəni rüşvət almışdır. Aşağı instansiya məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini, müdafiəçisi Müdafiəçi3 isə kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, iş üzrə ibtidai istintaq və apellyasiya məhkəməsi baxışı zaman CPM-in 28, 125, 144-146-ci maddələrinin tələbləri kobud surətdə pozulmuş, cinayət işinin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, cinayət işi üzrə əldə olunmuş sübutlar işin faktiki hallarına uyğun olmadığı halda apellyasiya məhkəməsi tərəfindən sübutlar müqayisəli şəkildə təhlil edilməmiş və mötəbərliyi müəyyənləşdirilib qiymətləndirilmədiyindən əsassız olar aq Məhkum Gəncə Apelaysiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Gəncə Apelyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlərin ifadələri ümumilikdə qiymətləndirdikdə müəyyən olunmuşdur ki, ittiham aktına əsasən təqdim olunmuş şahidlərdən 9 nəfərin hər biri Məhkum onlardan rüşvət istəmədiyini, onların da rüşvət vermədiklərini, ittihamda qeyd olunan pulları bölükdə aparılan təmir işlərinə xərclənməsi məqsədilə verdiklərini bildirmişlər. Şahidlər birinci instansiya məhkəməsində ifadə verərkən də oxşar məzmunlu ifadələr verməklə vermiş olduğu pulları Məhkum rüşvəti kimi deyil, kazarmanın təmir üçün verdiklərini bildirmişlər və ona görə də, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusu hərb i məhkəmə tərəfindən qiymətləndirilməklə bəraət hökmü çıxarılmışdır. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsi 26 sentyabr 2024-cü il tarixli hökmündə Gəncə Hərbi Məhkəməsinin hökmünü ləğv etməyə yeganə səbəb patrula gedən hərbçilərin 5N manat, digərlərinin isə 13-14 manat təmirə görə pul vermələri olmuşdur. Apellyasiya məhkəməsi bu fərqin nə ilə bağlı olmasını izah edə bilməmələrini mötəbər sübut kimi qəbul edərək ədalətsiz hökm çıxarmışdır. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, ittihamda şişirdilmiş naryad təyini məsələsi Məhkum aidiyyəti olmamış, o, məzuniyyətdə olduğu vaxtlarda qərargah rəisinin əmri ilə şəxsi heyətin hərbi qulluqçuları naryada təyin olunmuş və həmin xidmətin digərlərə münasibətdə hər-hansı gözə çarpan dərəcədə güzəştləri olmamış, sadəcə olaraq axşam vaxtlarında növbəti günü naryada kimlərin çıxacağı bəlli olduğundan, səhər düzülüşündən onlar azad olunmuş, lakin naryad vaxtlarında xidmətdə olub vəzifələrini icra etmişlər. Bundan başqa məhkəmə, hökmündə 44 gün müddətində davam etmiş Vətən Müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən «Qubadlının azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Laçının azad olunmasına görə» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilməsini, 2022-ci ilin sentyabr və 2023-cü ilin sentyabr ayında Qarabağda aparılmış antiterror əməliyyatlarından iştirak etməsini, himayəsində 1 azyaşlı uşağın və işləməyən yoldaşının olmasını guya yüngülləşdirici hal kimi sadala maqla 8 il azadlıqdan məhrum etmə cəzası təyin edərək, CM-in 70-ci maddəsi tətbiq olunmaqla 5 il sınaq müddəti təyin etməsi, döyüşdə yaralanan zabitin islah olunmasına deyil, gənc bir ailənin, Vətən müharibəsində canını belə əsirgəməyən zabitin qüruruna ləkə gətirən ədalətsiz bir hökm olmuşdur. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilərək, Məhkum qarşı elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Müdafiəçi3 çıxış edərək, məhkuma verildiyi deyilən 576 manatın məhkumun xidmət yoldaşlarının verdiyini, bu pulun rüşvət qismində deyil hərbi hissənin təmiri üçün verildiyini, hərbi hissədə gedən təmirlə bağlı alınan malların qəbzlərinin olduğunu, hərbi hissə komandirinin verdiyi pulun ittihama qeyd olunmadığını bildirib verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 26 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin və ona əlavənin (bundan sonra ancaq “kassasiya şikayəti”) dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəllə sinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin (həmçinin əlavənin) dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə həmin hökmün ləğv edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmlər indən görünür ki, Məhkum verilmiş təkrarən rüşvət alma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməmiş, lakin sonradan işə baxan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmamış, X-in CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinməli olduğuna dair nəticəyə gəlmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə nəzərd ə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində (həmçinin əlavədə) Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin hökmünün ləğv edilməklə ona əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət verilməli olduğu iddia edilir. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin hökmü ilə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyy ən edilmişdir. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktl ar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan veri r. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (pulların kazarmanın təmiri üçün verilməsi və s.) mövcud olub-olmamasına münasibət bildirməyə, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassa siya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiy a şikayətində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin dispozisiyasın dan və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsi, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiə tərəfin kassasiya şikayətində göstərdiyi “məhkum edilmiş şəxsin səlahiyyətli şəxs olmamasına” dair dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməklə, həmçinin məhkumun verilmiş ittiham üzrə təqsirlilik məsələsinə də qiymət verməyi məqsədəmüvafiq hesab edir. CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə d ə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericilik lə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına istinad edildikdə, Məhkum hərəkətlərinin hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə edilməsi, xüsusilə də Müdafiə Nazirliyinin hərbi hissəsinin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən fəaliyyəti ilə əlaqədar olan hərəkətlərdən yaranan münasibətlərin hüquqi xarakterə malik olması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəldiyi barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə əsaslı hesab edilir. N nömrəli hərbi hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 139 №-li əmri ilə Məhkum Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0134 nömrəli əmrinə əsasən həmin hərbi hissənin maddi-texniki təminat böyüyünün komandiri təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və qazan təminatına salınmışdır. Belə ki, Məhkum vəzifəsi, səlahiyyət dairəsi dəqiq müəyyən edilmiş və konkret olaraq hansı hərəkətləri etməyə borclu olması təsbit edilmişdir. Bu isə onun vəzifəli şəxs qismində rüşvət almanın subyekti qismində çıxış etdiyini deməyə əsas vermişdir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlərindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəaliyyətin mümkünlüyüdür. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər X10 xx.xx.2021-ci il tarixli 670 daxil olma nömrəli ərizəsindən görünür ki, MTT bölük komandiri, baş leytenant Məhkum ondan patrul naryadına təyin edilməsi qarşılığında hər ay 5N manat olmaqla ümumilikdə 15N manat pul almışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 814 daxil olma nömrəli xülasədən görünür ki, MTT bölük komandiri, baş leytenant Məhkum 2021-ci ilin may ayında MTT bölüyünün MAHHXHQ-lar Şahid4 5N manat, Şahid6 5N manat, X-dən 5N manat istəmiş, sonuncu ümumilikdə 15N manat pulu baş leytenant X-in özünə vermişdir. Həmin sənədə əsasən, 2021-ci ilin iyun ayında patrul naryadına X əlavə olunmuş, naryadda olan o biri hərbi qulluqçular sonuncuya bildirmişdirlər ki, onlar patrul naryadına görə baş leytenant Məhkum aylıq 5N manat pul verirlər. Həmçinin 2021-ci ilin iyun ayında X və Şahid4 ikisi birlikdə cəmi 101 manat pulu, Şahid6 isə 5N manat pulu baş leytenant Xə çatdırması üçün X-ə vermişdirlər. Bundan başqa, 2021-ci ilin iyul ayında patrul naryadına görə X baş leytenant Məhkum əmək haqqı kartına 51 manat pul göndərmiş, X 51 manat pulu X-in maaş kartına göndərmiş, Şahid6 5N manat, X 5N manat, X 5N manat, Şahid4 5N manat, Şahid3 4N manat, X 25 manat pulu baş leytenant Məhkum verməsi üçün X-ə vermişdirlər. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 336 nömrəli əmri ilə Maddi-texniki təminat baş idarəsinin rəisinin xx.xx.2021-ci il tarixli 69 saylı əmri ilə “Gəncə38” hərbi şəhərciyinin 60 ha torpaq sahəsinin mühafizəsinin təşkili N nömrəli hərbi hissəyə həvalə edildiyindən həmin ərazinin müdafiə və mühafizəsi üçün gündəlik olaraq bir nəfər patrul rəisi, beş nəfərlik patrul heyəti ayrılmışdır. N nömrəli hərbi hissə komandirinin N saylı ‘‘Sutkalıq naryadın tərkibi haqqında nizami hissə üzrə əmrlər” kitabından çıxarış edilmiş vərəqlərinin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hərbi hissə komandirinin müvafiq əmrləri ilə hərbi hissənin ərazisinə patru l maddi-texniki təminat bölüyündən 6 (altı) nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla ayrılmışdır. Cinayət işinin materiallarında olan “Kapitalbank” verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Məhkum aid debit kartına xx.xx.2021-ci il tarixdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 51 (əlli bir) manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan “Kapitalbank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Məhkum aid debit kartına xx.xx.2021-ci il tarixdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 300 (üç yüz) manat pul mədaxil edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ittiham cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş çox saylı şəxslərin bir-biri ilə uzlaşan ifadələri ilə də təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası düzgün olaraq qeyd edilən prosessual normaların tələblərindən çıxış edərək ibtidai istintaq zamanı verilmiş ifadələri işin həqiqi faktiki hallarına uyğun, mənsubiyyəti, mümkünlüyü baxımından mötəbər hesab etmiş, əksinə məhkəmə baxışlarında həmin şahidlərin ifadələrini biri-biri ilə uzlaşmayan, məhkum edilmiş şəxsi müdafiə etmək məqsədi daşıyan ifadələr kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün kassasiya şikayətinin dəlill əri məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək o qənaətə gəlir ki, Məhkum N nömrəli hərbi hissənin ərazisində idman şəhərciyi tikilməsi üçün hərbi hissənin ərazisinə gətirilən tikinti materiallarının qorunması məqsədi ilə 2021-ci ilin may ayında saat 19:00-dan saat 09:00-dək olan müddət ərzində şifahi əmr əsasında bölüyün şəxsi heyətindən olan hərbi qulluqçuların gündəlik patrul naryadı kimi saxlamaq, digər şəxslərlə əvəz etməmək, naryadın aparılmasını yoxlamamaq və naryaddan sonra istirahət etmələrinə mane olmaması müqabilində hər birindən ayrılıqda hər ay 5N manat pul yığılıb ona verilməsini istəməsi və həmin pul u qəbul edərək, xidmətin həmin hərbi qulluqçular tərəfindən vəd etdiyi qaydada aparılmasını təmin etməklə, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə, habelə hərəkətsizliyə görə, eləcə də xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi neməti istəməsi və şəxsən alması öz təsdiqini tapmışdır. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadi səsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdi yi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (44 günlük “Vətən Müharibəsi” iştirakçısı olması, İİ Qarabağ müharibəsində gedən döyüşlərdə göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən «Qubadlının azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Laçının azad olunmasına görə» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif edilməsi, cinayət əməlinin törədildiyi vaxtdan keçən 3 ildən artıq müddətdə heç bir cinayət əməli törətməməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsin in tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş kassasiya şika yətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar