Məhkəmə qərarları › İş №1-1(102)-37/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-37/2017

04.05.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-37/2017 04.05.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-37/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı tarixli qərarından Məhkum2 müdafiəçisi Hacıyev Cəfər Hacalı oğlu və Məhkum1 müdafiəçisi Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1-l-(095)-151/2016 saylı hökmü ilə (hakimlər X24 (sədrlikedən), HüseynovSalmanBilaloğlu(məruzəçi) vəNəsirovVidadiZahidoğlu) xx xxxx 1972-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Məhkum1 cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanması, xx xxx 1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Qızılağac kəndində daimi qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin rabitə bölüyünün baş çavuşu, Məhkum2 AzərbaycanRespublikasıCM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə hərbi rütbədən məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq hərbi rütbədən məhrum edilməklə 04 ( dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 cəza çəkmə müddətinin əvvəli xx xxx 2016-cı il tarixdən hesablanması, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum2 hərbi rütbədən məhrum edilməsi barədə həmin rütbəni vermiş orqanaAzərbaycan Respublikası Müdafiə Nazirinə təqdimat göndərilməsi, Məhkum1 X8 əldə etdiyi 3000 manat, X9 əldə etdiyi N manat, X25 əldə etdiyi 2200 manat, X2 əldə etdiyi 1200 manat, X22 əldə etdiyi 2800 manat, X10 əldə etdiyi 1500 manat, X4 əldə etdiyi 400 manat, X16 əldə etdiyi 200 manat, Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi X3 əldə etdikləri 2500 manat və 500 ABŞ dolları (2015-ci ilin iyul ay ı üçün manatla ekvivalenti 520 manat), ümumilikdə cinayət yolu ilə əldə edilmiş 18.020 (on səkkiz min iyirmi) manatın 6350 (altı min üç yüz əlli) manatı qaytarıldığından ödənilməmiş 11.670 (on bir min altı yüz yetmiş) manatın 10.160 (on min yüz altmış) manatı Məhkum1, 1510 (bir min beş yüz on) manatı Məhkum2 Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq tutulub dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsi müəyyən edilmişdir. İ Ş İ N HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2014cü ilin iyul ayının ortalarında uzun müddət tanıdığı Şəmkir şəhər sakini X26 ilə Şəmkir şəhərinin ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb söhbət edərkən E.F.Novruzovun rayon ərazisi ndəki hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istədiyini bildikdən sonra E.F.Novruzova Şəmkir şəhərində yerləşən 3-cü Ordu Korpusunda çoxlu hərbiçi tanışlarının olduğunu, onların vasitəsi ilə bir çoxlarını müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirdiyini və bu məsələni müvafiq sənədlərlə birlikdə 3000 manat pul müqabilində həll edə biləcəyini bildirib sonuncunu ələ alaraq dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və razılığını aldıqdan sonra aralarındakı sövdələşməyə əsasən, 2014-cü ilin iyul ayının sonunda E.F.Novruzovla Şəmkir şəhərinin ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb ondan 3000 manat məbləğində pulu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul olunması üçün topladığı sənədləri götürərək ona yaxın iki ay ərzində bu məsələni həll edəcəyini bildirmişdir. Bundan başqa, Məhkum1 2014-cü ilin sentyabr ayının əvvəllərində qonşusu X27 ondan Müdafiə Nazirliyinin Füzuli rayon ərazisində yerləşən N saylı hərbi hissəsində gizir kimi hərbi xidmətdə olan əmisi oğlu X28 xidmət yerini Şəmkir rayonunun ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsində köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə C.M.Əhmədova həmin məsələni adını qeyd etmədiyi hərbi hissə komandirinə N manat məbləğində pul verməklə həll edə biləcəyini bildirib sonuncunu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və razılığını aldıqdan sonra aralarındakı sövdələşməyə əsasən, bir neçə gün sonra C.M.Əhmədovla Şəmkir şəhərinin ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb ondan N manat pulu götürərək ona yaxın üç-dörd ay ərzində bu məsələni həll edəcəyini bildirib aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2014-cü ilin noyabr ayının sonlarında Şəmkir rayon Mədəniyyət və Turizm İdarəsində baş məsləhətçi vəzifəsində işləyən qardaşı X17 xahişi ilə həmin idarədə baş mühasib vəzifəsində işləyən X40 və onun qardaşı X41 ilə qardaşı Məhkum1 iştirakı ilə orada görüşərək aralarındakı söh bət zamanı X48 şəhərində yerləşən hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istədiyini bildikdən sonra Y.O.Əliyevə həmin məsələni çoxsaylı hərbiçi tanışlarından birinin vasitəsi ilə müvafiq sənədlərlə birlikdə 2200 manat məbləğində pul müqabilində həll edə biləcəyini bildirib sonuncunu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və razılığını aldıqdan sonra, xx xxxxxx 2014-cü il tarixdə Şəmkir rayon Mədəniyyət və Turizm İdarəsinin binasında N.O.Əliyevin və qardaşı Məhkum1 yanında Y.O.Əliyevdən 2200 manat məbləğində pulu və qardaşı Nicat Əliyevin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə qəbul olunması üçün topladığı sənədləri götürərək ona y axın bir ay ərzində bu məsələni həll edəcəyini bildirmişdir. Bundan başqa, o, 2015-ci ilin iyul ayının əvvəllərində, günorta saatlarında Şəmkir şəhər sakini X5 xahişi ilə onunla şəhər ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı çay evində görüşüb söhbət edərkən N.M.Əmiraslanov ona oğlu Ərəstun Əmiraslanovun rayon ərazisində yerləşən hərbi hissələrin birinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istədiyini bildirib ondan bu işdə köməklik edə bilib-bilməyəcəyini soruşduqda, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə N.M.Əmiraslanova 3-cü Ordu Korpusunda hərbiçi tanışının olduğunu deyib onun köməkliyi ilə bu məsələni həll edəcəyini bildirmiş və həmin gün axşam saatlarında N.M.Əmirasl anova zəng edərək ona korpusda polkovnik-leytenant Azər Nurəliyev adlı zabitlə danışdığını və onun köməkliyi ilə 3000 manat məbləğində pul müqabilində oğlunun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması məsələsini həll edə biləcəyini deyib N.M.Əmiraslanovu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Daha sonra o, iyul ayının ortalarında N.M.Əmiraslanova zəng edərək ona özü ilə ilkin olaraq 500 manat pul və oğlunun hərbi xidmətə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri götürüb Şəmkir şəhəri ərazisindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı çay evində görüşməyi təklif etmiş və sonuncu buna razılıq verdikdən sonra, həmin gün onunla orada görüşmüşdür. N.M.Əmiraslanovla görüşüb söhbət etdikləri zaman Məhkum1lə digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə rüşvət verməyə təhrik edib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ələ keçirməyə dair razılığa gələrək cinayət əlaqəsinə girmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qarnizon rabitə qovşağı və avtomatik idarəetmə sistemləri bölüyünün baş çavuşu vəzifəsində xidmət edən baş gizir Məhkum2 da oraya gəlmiş və aralarındakı rol bölgüsünə əsasən, Məhkum1 yanında N.M.Əmiraslanova özünü 3-cü Ordu Korpusunda xidmət edən polkovnik-leytenant Azər Nurəliyevin yanında xidm ət edən şəxs kimi təqdim edib onu məsələnin həll olunacağına inandırdıqdan sonra, Məhkum1 N.M.Əmiraslanovun avtomobilində sonuncunun aralarındakı razılaşmaya əsasən özü ilə gətirdiyi 500 ABŞ dolları məbləğində pulu və sənədləri gizir Məhkum2 vermişdir. Bundan təxminən 10 gün sonra, 2015-ci ilin iyul ayının ortalarında Məhkum1 N.N.Əmiraslanova zəng edərək oğlunun hərbi xidmətə qəbul olunması üçün tələb olunan pulun qalan hissəsini və çatışmayan bəzi əlavə sənədləri hazırlamasını tapşırmış və bir neçə gün sonra yenidən N.M.Əmiraslanovla Şəmkir şəhəri ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı çay evində görüşüb ondan 2500 manat pulu və müvafiq sənədləri götürərək xx xxxxxx 2015-ci il tarixədək oğlunun hərbi xidmətə qəbul olunacağını bildirib aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakınıələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 2015-ci ilin iyul ayının sonlarında Şəmkir şəhərinin ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında Şəmkir rayon sakini X18 ilə görüşüb söhbət edərkən sonuncu ona Rusiya Federasiyasından deportasiya olunduğunu və yenidən oraya qayıtmaq üçün ad və soyadını, daha sonra isə sənədlərini dəyişdirmək istədiyini bildirib ondan bununla bağlı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Məhkum1 V.S.Mustafayevə bu məsələni müvafiq sənədlər təqdim olunacağı təqdirdə 1200 manat məbləğində pul müqabilində həll edə biləcəyini bildirib sonuncunu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və bir neçə gündən sonra V.S.Mustafayevlə həmin yerdə görüşüb ondan ilkin olaraq 600 manat pulu və müvafiq sənədləri, bundan bir neçə gündən sonra isə qalan 600 manat pulu, yəni ümumilikdə 1200 manat pulu alıb ona yaxın 25 gün ərzində sənədlərinin düzələcəyini bildirmişdir. Bundan başqa, E.D.X1 ilə birlikdə Rusiya Federasiyasında işləmiş və oradan deportasiya olunmuş Yevlax rayonunun Cırdaxan kənd sakini X35 ilə 2015-ci ilin avqust ayında Şəmkir şəhərində görüşüb söhbət edərkən H.Q.Əliyevə yenidən Rusiya Federasiyasına qayıtmaq üçün müvafiq sənədlər təqdim olunacağı təqdirdə 2800 manat məbləğində pul müqabilində ad və soyadını, daha sonra isə sənədlərini dəyişdirməkdə köməklik edə biləcəyini bildirib sonuncunu ələ alaraq onu do layı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və bir neçə gündən sonra H.Q.Əliyevlə Şəmkir şəhərində görüşüb ondan razılaşdıqları 2800 manat məbləğində pulu və müvafiq sənədləri alıb yaxın 10 gün ərzində sənədlərinin düzələcəyini bildirmişdir. Bundan başqa, o, xx xxxxxx 2015-ci il tarixdə Şəmkir rayonunun Dəllər qəsəbə sakini X29 ilə həmin qəsəbədə yerləşən çay evində görüşüb söhbət edərkən N.Q.Əhmədovun pensiya almaq istədiyini bildikdən sonra N.Q.Əhmədova müvafiq sənədlər təqdim olunacağı təqdirdə 1500 manat məbləğində pul müqabilində pensiya almasında köməklik edə biləcəyini bildirib sonuncunu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüş vət verməyə təhrik etmiş və elə həmin gün bir neçə saatdan sonra Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin yaxınlığında N.Q.Əhmədovla görüşüb razılaşdıqları 1500 manat məbləğində pulu ondan alıb xx xxxxxxxx 2015-ci il tarixdən etibarən hər ay 170 manat məbləğində pensiya alacağını vəd vermişdir. Bundan əlavə, Məhkum1 2015-ci ilin sentyabr ayında Şəmkir şəhərinin ərazisindəki çayxanada həmin rayonun Keçili kənd sakini X42 ilə söhbət edərkən sonuncudan oğlu X31 rayonunun Zəyəm qəsəbəsinin ərazisində yerləşən Texnologiyalar Zavodunda fəhlə kimi işə düzəlmək istədiyini öyrənib təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə E.Q.Fərəcova oğlunu 400 manat məbləğində pul müqabilində həmin zavod a işə qəbul etdirəcəyini deyib sonuncunu ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və E.Q.Fərəcov elə həmin gün yaşadığı evə gəlib bu barədə oğlu N.Qoçuzadəyə məlumat verdikdə, sonuncu Şəmkir rayonunun Xuluf kəndində yaşayan dostu X11 da iş axtardığını deyərək ona bu barədə məlumat vermişdir. Bundan sonra E.Q.Fərəcov xx xxxxxxxx 2016-ci il tarixdə Məhkum1lə qabaqcadan telefonla danışdıqdan sonra oğlu N.E.Qoçuzadə və onun dostu V.P.Məhərrəmli ilə birlikdə həmin gün səhər saatlarında Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin yaxınlığındakı çayxanaya gələrək orada Məhkum1lə görüşmüş və görüş zamanı sonuncu N.E.Qoçuzadə ilə V.P.Məhərrəmlini 400 manat məbləğində pul müqabilində Texnologiyalar Zavoduna fəhlə kimi işə düzəldə biləcəyini bildirib təkrarən onları ələ alaraq dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və orada N.E.Qoçuzadədən ilk əmək haqqısını aldıqdan sonra 200 manat vermək şərti ilə 200 manat, V.P.Məhərrəmlidən isə 400 manat pul alıb onlara zavoda işə düzəldəcəyinə dair vəd verərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bununla da Məhkum1 təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yo lu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qarnizon rabitə qovşağı və avtomatik idarəetmə sistemləri bölüyünün baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2015ci ilin iyul ayının əvvəllərində aralarında tanışlıq münasibətləri olan Şəmkir rayon sakini Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncuya oğlu Ərəstun Əmiraslanovu rayon ərazisində yerləşən hərbi hissələrin birinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasında köməklik göstərməsi üçün müraciət etmiş Şəmkir şəhər sakini X12 xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik edib 3000 manat məbləğində əmlakını qanunsuz ələ keçirməyə dair razılığa gəlmiş və bu məqsədlə aralarındakı rol bölgüsünə əsasən, iyul ayının ortalarında Məhkum1 N.M.Əmiraslanovla birlikdə Şəmkir şəhəri ərazisindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı çay evində oturub söhbər etdikləri vaxt oraya gələrək, özünü N.M.Əmiraslanova onun oğlunu hərbi xidmətə qəbul elətdirməli olan 3-cü Ordu Korpusunun zabiti, polkovnik-leytenant Azər Nurəliyevin yanında xidmət edən şəxs kimi təqdim edib oğlunun hərbi xidmətə qəbul olunması məsələsinin həll olunacağına inandırmaqla ələ alaraq onu dolayı yolla, vasitəçidən istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlə rə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və N.M.Əmiraslanovun avtomobilində sonuncu tərəfindən aralarındakı razılaşmaya görə Məhkum1 ilkin ödəniş kimi təqdim edilmiş 500 ABŞ dolları vəözü ilə gətirdiyi sənədləri ondan alaraq aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Hökmdən Məhkum2 və onun müdafiəçisi Hacıyev Cəfər Hacalı oğlu, Məhkum1 müdafiəçisi Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: X36 (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apell yasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum2 müdafiəçisi Hacıyev Cəfər Hacalı oğlu kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının dəyişdirilməsini və yeni ədalətli qərar çıxarılmasını; Məhkum1 müdafiəçisi Heydərov X37 Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Məhkum1 aid olan hissəsini ləğv edib, ona Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddələri ilə bəraət verilməsini, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş cərimə cəzası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. K A S S A S İ Y A Ş İ K A Y Ə T L Ə R İ N İ N D Ə L İ L L Ə R İ: Məhkum2 müdafiəçisi Hacıyev Cəfər Hacalı oğlu kassasiya şikayətini onunla əs aslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası Məhkum2 cəza təyin edərkən onun gəncliyini, cinayət məsuliyyətinə ilk dəfə cəlb edildiyini, evli olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailədə tək qazanc gətirən olduğunu, ailəsinin kirayədə yaşadığını, yaşlı atasının olmasını, anasının vəfat etdiyini, bu müddət ərzində ailəsinin acınacaqlı vəziyyətə düşməsini, cinayəti etiraf etməsini və törətdiyi cinayətdən səmimi peşman olduğunu nəzərə almamışdır. Məhkum1 müdafiəçisi Heydərov Nadim Nadir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 törətdiyi cinayət əməlində özünü təqsirli bilsə də ifadəsində göstərmişdir ki, o, digər şəxsləri rüşvət verməyə təhrik etməmiş, o, zərərçəkmiş şəxsləri aldadaraq işə, müddətdən artıq hərbi qulluğa qəbul etdirəcəyini, pensiya düzəltməsini söz vermişdir və onlardan pul almışdır, lakin aldığı pulu o, heç kimə verməmiş və şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Yəhya Əliyevi aldadaraq 2200 manat almamış, 1900 manat pul almışdır və həmin pulun 500 manatını, Vüqar Mustafayevdən aldığı 1200 manatını özünə, 600 manatını isə Vüqarın yeznəsi Alim Cəfərova, Habil Əliyevdən aldığı 2800 manatın 1600 manatını geri qaytarmışdır, təqsirləndirilən şəxs Məhkum2la Ərəstun Əmiraslanovdan aldıqları 3000 manat pulun isə 1200 manatını geri qaytarmışdır və hazırda törətdiyi əməlindən peşmandır. Lakin birinci instansiya məhkəməsi onun bu barədə verdiyi ifadəsini özünü müdafiə xarakterli olması kimi qiymətləndirərək iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmadığından i nandırıcı hesab etməmiş və işin faktiki hallarını tam araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi isə hesab etmişdir ki, Məhkum1 əməllərində apellyasiya baxışı zamanı CM-nin 32.4, 312.2-ci maddələri ilə bəraət verilməsi üçün və Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə isə ona təyin olunmuş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün əsaslar yoxdur. Məhkum1 zərərçəkmiş şəxsləri aldadaraq onların işinin düzəltməsinə vasitəçi olmasına söz versə də onlardan aldığı pulu hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmamış, o aldığı pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəmələri Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə ittiham verərkən haqlı olmamışdır, işin obyektiv halları na uyğun nəticəyə gəlməmişdir və məhkəmələr Məhkum1 tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol vermişlər. Həmçinin kassator qeyd edir ki, Məhkum1 iki azyaşlı uşağı var, ailəsi ilə birlikdə kirayədə yaşayır, ailə vəziyyəti ağırdır, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, ilk dəfə olaraq cinayət törətmiş, törətdiyi cinayət əməlini etiraf etmiş və əməlinə görə səmimi peşman olmuşdur, yaşayış yerindən müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəmişdir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkumlar məhkəmədə iştirak etmək arzularını bildirməmişlər, müdafiəçilər və iş üzrə zərər çəkmiş şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRe spublikasıCPM-nin 419.4-cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası məruzəçi hakimin iş üzrə məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb,cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətlərinin təmin edilməməsi barədədövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki,aşağıdakı səbəblərdən kassasiya şikayətləri qismən təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilməli, Məhkum1 və Məhkum2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum1 Davud oğlunun müdafiəçisi N.N.Heydərov tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, müdafiəçi İ.Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə ittiham verərkən haqlı olmadığını, işin obyektiv hallarına uyğun nəticəyə g əlmədiyini və məhkəmələrin Məhkum1 tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol verdiklərini göstərsə də, Məhkum1 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə birinci və apellyasiya instansiyalarında məhkəmə istintaqı zamanı özünün səmimi etirafı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə sübuta yetirilmişdir. Məhkum1 yuxarıda qeyd edilən şəraitdə CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələrində, Məhkum2 yuxarıda qeyd edilən şəraitdə 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmu ş cinayət əməllərini törətmələrini təsdiq edən sübutların qanuni üsullarla əldə edilməsini, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilməsini qeyd edən məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı iş üzrə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli tam və obyektiv tədqiq edilməməsi, maddi və prosessual normaların pozulması barədə dəlillərini əsassız hesab edir. Bundan əlavə, cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum1 və Məhkum2 ittiham olunduqları cinayət əməllərini törətmələri halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutla r birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 törətmiş oldugu cinayət əməlləri CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə, Məhkum2 törətmiş oldugu cinayət əməlləri CM-in 178.2.1, 178.2.3, 178. 2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən bir azyaşlı uşağının olmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, səmimi etirafını, müsbət xarakterizə edilməsini, Məhkum1 Tahir oğlunun isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal hesab etmiş, onların əməllərində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, habelə barələrində şərti məhkum etmənin və təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulan həddən az müddətə cəza təyin edilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu cəzanı düzgün cəza hesab etmişdir. Birinci və apellyasiya insta nsiyası məhkəmələrinin Məhkum2 və xxx barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının və onların müddətlərinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsa da, həmin cəzanın müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmalıdır. Belə ki, Məhkum2 təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.3, 178.2.4 maddələrinin, Məhkum1 təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2, 178.2.4 maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 32.4, 312.2-ci maddəsinin sanksiyasında isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutul muş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmi n etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqtey i-nəzərindən qiymətləndirilməlidir. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Yuxarıda qey d edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər X29, X23, X32 və X7 Məhkəməyə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş ərizələrində Məhkum1 onlara olan borcunun, zərər çəkmiş şəxs X20 isə Məhkum2 ona olan borcunun ödənildiyini həmin şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Məhkum2 və xxx barəsində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən təyi n olunmuş cəzanın onların ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası məhkumlar xxx və Məhkum2 tərəfindən törədilmiş cinayətin baş vermə şəraitini və motivini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə cinayət nəticəsində zərər çəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və zərərçəkmiş şəxslərin onlara qarşı hər-hansı tələblərinin olmamasını, əməllərində cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə almaqla, qeyd edilən yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab edərək, qeyd edilən yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab edərək, CM-nin 62-ci maddəsini tətbiq etməklə onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tut ulmuş cəzadan daha yüngül cəza təyin edilməsini ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Heydərov Nadim Nadir oğlu və Məhkum2 müdafiəçisi Hacıyev Cəfər Hacalı oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının hazırkı cinayət işi üzrə olan xx xxxxxx 2016-cı il tarixli qərarı məhkumlar xxx və Məhkum2 cəza təyini hissələrində dəyişdirilsin. Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə, CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilmş 05 (beş) il müdd ətinə azadlıqdan məhrum etmə cəzasının müddəti isə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə endirilsin. CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla xxxə müəyyən olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin edilmş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə, CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilmş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti isə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 3 (üç) ay müddətinə endirilsin. CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla Məhkum2 müəyyən olunmuş cəzalar qismən toplamaq yol u ilə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırki cinayət işi üzrə olan xx xxxxxx 2016-cı il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar