Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-38/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 335.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhku m barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(097)-157/2018 saylı hökmü ilə (sədrlik edən hakim Ə.B.Nəcəfov) xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əfəndiyev küçəsi, 20 №-li evdə daimi qeydiyyatda olan, xx xxxx 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xəzər rayon idarəsindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər, hal-hazırda MN-i n N nömrəli hərbi hissəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 335.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 1 (bir) il 2 (iki) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin intizam xarakterli hərbi hissəyə təhvil verildiyi tarixdən hesablanması və hökmün icrasına nəzarəti n MN-in N saylı hərbi hissəsnin komandanlığına həvalə edilməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən artilleriya divizionunun 2ci batareyasının idarəetmə taqımının rabitə manqasında radiotelefonçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, öz sağlamlığına zərər vurma yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmək qərarına gəlib, xx xxxx 2018-ci il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinin palatasında bilərəkdən əl-üz dəsmalını su ilə isladaraq çarpayının üstünə sərib xx xxxx 2018-ci il tarixə saat 07 radələrinədək üzərinə uzanıb yataraq öz sağlamlığına zərər vurmaqla sutka ərzində şəxsi heyət üçün günün nizam qaydalarında nəzərdə tutulmuş hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, oğurluq etmək qərarına gəlib, bu məqsədlə xx xxxx 2018-ci il tarixdə saat 04 radələrində həmin batareyanın komandiri, kapitan X1 batareyanın qərargahında olan xidməti otağına arxa pəncərədən qanunsuz daxil olaraq əvvəlcədən özü ilə gətirdiyi balta vasitəsilə orada olan metal şkafın kilidini qırıb içərisindən qeyd olunan divizionun 2-ci batareyasının 2-ci taqımının komandiri, leytenant Zərərçəkmiş şəxs məxsus pul qabından 720 manat pulu saxlandığı yerdən qanunsuz götürərək özgənin əmlakını binaya daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan əlavə, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hə rbi hissəsinin Füzuli rayonunda yerləşən 1-ci motoatıcı taborunun minaatan batareyasının idarəetmə taqımının rabitə manqasında radiotelefonçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinəyə göndərilmiş, orada olan zaman “praktiki sağlam” diaqnozu ilə xidmət yerinə qayıdacağı barədə məlumat əldə etmiş, öz sağlamlığına zərər vurma yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmək qərarına gəlib, xx xxxxxxx 2018-ci il tarixdə saat 11 radələrində qəsdən sol saidini hospitalın 204 nömrəli palatasındakı pəncərənin dəmir məhəccərinin kəsici hissəsinə davamlı olaraq sürtərək öz sağlamlığına “sol saidin cızılmış yarası” diaqnozlu, dərəcəsi təyin edilməyən zərər vuraraq həmin tarixdən xx xxxxxxx 2018-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinədə saxlanılmaqla həmin müddət ərzində şəxsi heyət üçün günün nizam qaydalarında nəzərdə tutulmuş hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmiş, habelə daxili xidmət naryadlarından azad edilməsinə nail olmuşdur. Bunlarla yanaşı, Məhkum qeyd olunan vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, öz sağlamlığına zərər vurma yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmək qərarına gəlib, bu məqsədlə xx xxxxxxx 2018-ci il tarixdə saat 09 radələrində xidmət etdiyi batareyanın əsgər hamamının yaxınlığında üzərində olan alışqanın metal hissəsi ilə qəsdən sol qolunda çoxsaylı kəsiklər edib öz sağlamlığına “sol saidin içəri səthinin çoxsaylı kəsilmiş yaraları” diaqnozlu, dərəcəsi təyin edilməyən zərər vuraraq həmin tarixdən xx xxxxxxx 2018-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində stasionar müayinə və müalicəyə, xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ambulator müayinəyə qəbul edilməklə həmin müddət ərzində şəxsi heyət üçün günün nizam qaydalarında nəzərdə tutulmuş hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmiş, habelə daxili xidmət naryadlarından azad edilməsinə nail olmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), K.S.Bəşirov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edərək, hökmü dəyişdirmi ş, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 1 (bir) il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasını N (altı) aya endirmiş, həmin cəza Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təyin edilmiş N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 7 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əs aslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkuma təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasına dair hissədə əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərar çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkumun xx xxxx 2017-ci il tarixdən 1 il 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə qəbul olunaraq qanunla nəzərdə tutulmuş xidmət müddətinin xx xxxxxx 2019-cu il tarixdə başa çatmasına baxmayaraq ona intizam xarakterli hərbi hissədə saxlama cəzası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilərək, Məhkum qanunla müəyyən edilmiş xidmət müddətini başa vurduğuna görə ona daha yüngül cəza təyin edilmə sinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxs X2 isə məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəll əsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 335.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza təyininə dair hissədə dəyişdirilmişd ir. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız məhkuma daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, məhkəmə baxışlarında sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının poz ulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 177.2.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərər çəkmiş şəxsin, iş üzrə şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bə ndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş zərərin tam şəkildə ödənilməsini və zərər çəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona ittiham olunduğu CM-in 177.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara əsasən məhkuma CM-in 62-ci maddəsi ilə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətini kifayət qədər yüngülləşdirmişdir. Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, h abelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. Qanunun tələbinə əsasən, göstərilən hərbi qulluqçulara bu cəza növü hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddəti başa çatmamış olduqda təyin edilir. “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci (Həqiqi hərbi xidmətin başlanğıcı və sonu) maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İş materiallarından görünür ki, Məhkum ehtiyata buraxılmamış və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum məhkəmələr tərəfindən cəza təyin edilərkən onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmasına baxmayaraq intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsinə dair dəlilləri əsaslı hesab edilməməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, Məhkum törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyanı tam ödəməsini, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xar akterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 335.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-38/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-38/2019
11.04.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver