Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-38/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 334.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əzizov Sevindik Əziz oğlu) Məhkum, xxxxxxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 09 iyul 2013-cü il tarixli hökmü ilə CM-nin 128 və 331.3-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edi lməklə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci tağım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudl aşdırma cəzasına məhkum edilmiş, N avqust 2019-cu il saat 16:15-dən 29 avqust 2019-cu il saat 11:16-dək Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtında müvəqqəti həbs edilənlər kamerasında saxlanıldığı 01 (bir) gün müddət və 29 avqust 2019-cu il saat 19:00-dan 01 sentyabr 2019-cu il saat 19:00-dək Bərdə Qarnizonu Hərbi Polisinin haupvaxtında həbsdə saxlanıldığı 03 (üç) gün müddət, cəmi dörd gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir gününün hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın üç gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasından 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının saxlanılmış və bu cəzasının onun xidmət yeri üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməsi, təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrasına hökm qanuni qüvvəyə mindikdən sonra başlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, üç aydan artıq müddətə xidmət yerinə geri qayıtmayaraq fərarilik etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci tağım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən hərbi hissə kom andanlığına etdiyi müraciət əsasında komandanlıq tərəfindən 07 may 2019-cu il tarixdə hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. O, 08 may 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyasından keçmək üçün sənədləri təqdim etmiş və sənədləri təqdim etdikdən sonra həkim müayinələrindən tam keçməyərək həmin gün saat 14 radələrində hərbi poliklinikanı tərk edərək ünvan 1 ünvanında yaşayan valideynlərinin yanına getmişdir. O, hərbi hissəyə qayıtmamaqla nəticədə hərbi xidmətdən tərxis edilməsinə nail olmaq məqsədi ilə hərbi hissəyə qayıtmamış, lakin N avqust 2019-cu il tarixdə saat 16:15-də Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin axtarış bölməsinin əməkdaşı tərəfindən yaşadığı ünvanda saxlanılaraq Bakı Qarnizonu Hərbi Polisinə gətirilmişdir. O, 29 avqust 2019-cu il tarixdə N nömrəli hərbi hissədən gələn nümayəndələrə təhvil verildikdən sonra Bərdə Qarnizonu Hərbi Polisinə aparılmışdır. Bununla da o, 08 may 2019-cu il tarixdən N avqust 2019-cu il tarixədək olan müddətdə, yəni üç aydan artıq müddətə xidmət yerinə geri qayıtmayaraq fərarilik etmişdir. Hökmdən dövlət ittihamçısı Bayramov Mahir Ələmdar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 28 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə də yişdirilərək “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Məhkum əməli CM-in 334.1-ci maddəsindən CM-nin 333.4-1-ci maddəsinə tövsif edilmiş, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, Məhkum N avqust 2019-cu il saat 16:15-dən 29 avqust 2019-cu il saat 11:16-dək Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtasında müvəqqəti həbs edilənlər kamerasında saxlanıldığı 01 (bir) gün müddət və 29 avqust 2019-cu il saat 19:00-dan 01 sentyabr 2019cu il saat 19:00-dək Bərdə Qarnizonu Hərbi Polisinin haupvaxtında həbsdə saxlanıldığı 03 (üç) gün müddət, cəmi dörd gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü islah işləri növündə cəzanın üç gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasından 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və məhkum edi lmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Belə ki, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları ara şdırmamış, məhkumun əvvələr də cinayət törətməsini nəzərə almamışdır. Həmçinin dövlət ittihamçısı kassasiya protestində bildirir ki, birinci instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həmin cinayətin törədilməsi hallarını, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, gənc zabit olmasını, əməlindən peşman olmasını, evli olmaqla iki azyaşlı uşağın olmasını, hərbi xidmətini davam etdirməsini və “başın tüklü hissəsinin seboreya” xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin mümkün olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma apararaq Məhkum islah işləri cəzası təyin etmişdir. Məhkəmənin Məhkum himayəsində azyaşlı uşaqlarının olması istisna olmaqla digər halların cəzanı yüngülləşdirən hallar kimi əsas götürülməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur. Belə ki, Məhkum təkcə açıq-aşkar olan faktı etiraf etməsi səmimi peşmançılıq kimi deyil, bu hərəkəti törətdiyi cinayətə görə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməsi kimi nəzərə alınmalıdır. Həmçinin Məhkum hərbi xidmətə açıq-aşkar nifrət bəsləyən ifadələri digər hərbi qulluqçuların, xüsusən onunla təmasda olan zabit yoldaşlarının və tağım komandiri kimi tabeliyində olan əsgərlərin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərməklə, ön cəbhədə birbaşa düşmənə qarşı dayanan hərbi hissədə döyüş qabiliyyyətinin aşağı düşməsinə təsir göstə rə bilər. Həmçinin, məhkəmə məhkurpun şəxsiyyətini araşdırarkən, obyektiv mövqu tutmamış, cinayət işində olan xidməti xasiyyətnaməyə əsasən Məhkum N saylı hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilməsinə baxmayaraq, cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən bu halı, həmçinin əvvəllər iki dəfə cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq bundan nəticə çıxarmayıb üçüncü dəfə cinayət törətməsini nəzərə almamışdır. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən onun törətmiş olduğu cinayətin, yəni 3 aydan artıq müddət ərzində hərbi xidmətdən yayınması halına tənqidi yanaşmamış və diqqətdən kənarda qoymuşdur. Məhkəmə tərəfindən Məhkum təyin edilmiş cəza sosial ədalətin bərpası və yeni cinayətlərin qarşısını almaq məqsədinə xidməit etməyib, cinayətin ağırlı ğına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkum R.N.Alıkişiyevin barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci mad dəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM -nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qər arın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, o nların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam m ənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. C əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan c əzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəza nı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə icl asında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddə si) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olar aq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəti cəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyəedilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarak teri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, üç aydan artıq müddətə xidmət yerinə geri qayıtmamış, bununla da CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən birinci və apellyasiya instansiya məhkəmələri iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 334.4-1-ci maddəsi ilə, yəni zabitin üç aydan artıq müd dətə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması kimi qiymətləndirmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən və bunlarla bağlı digər kassasiya müraciəti olmadığından məhkəmə kollegiyası da həmin məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 334.4-1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ndən, Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı apellyasya instansiyası məhkəmələrinin əsaslandığı hallara da müraciət etməyi zəruri bilir. Apellyasiya instansiyası məhkəməsinin qırarından görünür ki, məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Məhkum əməli CM-nin 334.1ci maddəsindən həmin Məcəllənin 333.4-1-ci maddəsinə tövsif etlmiş və barəsində CMnin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddə ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin etmişdir. Bu zaman məhkəm ə Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkum olunmuş şəxsin əməlini etiraf edərək hərəkətlərindən peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olmasını, “başın tüklü hissəsinin seboreyası” xəstəliyindən əziyyət çəkməsini CM-nin, 59.1.4 və 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək nəzərə almış və eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etmişdir. Məhkum barəsində əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqi barədə kassasiya protestinin əsas dəlilnə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilm əsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağ ıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. C M-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə aza ldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, c inayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri, mənası və yuxarıda göstərilən qaydada təfsiri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar - məhkum olunmuş şəxsin əməlinin etiraf edərək hərəkətlərindən peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olma sını, “başın tüklü hissəsinin seboreyası” xəstəliyindən əziyyət çəkməsini, hadisədən sonrakı xidmət müddətində digər qanun pozuntusuna yol verməməsini, törətdiyi cinayət əməli nəticəsində heç bir ağır, qarşısı alınmaz nəticə baş verməməsini cinayətin təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldılmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq bu halları məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin və onun özünün ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan, yəni cəzanı yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirmiş və qanuni və əsaslı olaraq Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə koll egiyası hesab edir ki, bu nəticə həm işin hallarına, həm də törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həbelə onun şəxsiyyətini səciyyələndirən hallara uyğundur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış sübutlara müraciət edərək həmçinin vurğulamağı lazım bilir ki, həmin sübutlara əsasən Məhkum xidmət etmək istəmədiyindən deyil, səhhətində olan problemlərlə bağlı hərbi xidmətdən tərxis olunmaq qərarına gəlmiş və buna görə təqrirlə (qanuna müvafiq qaydada) N saylı hərbi hissənin komandanlığına müraciət etmişdir. Bu müraciətə uyğun olaraq o, hərbi-həkim komissiyasının müayinəsindən keçməkdən ötrü 07 may 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Hərbi Hospitalına göndərilmiş, lakin orada müayinə ke çmədən də ordu sıralarından tərxis oluna biləcəyini guman edərək və bununla səhvə qənaətə gələrək müayinəni sona qədər keçməmiş və 08 may 2019-cu il tarixdən başlayaraq üç aydan artıq müddət ərzində - N avqust 2019-cu il tariədək xidmət yerinə üzrlü səbəblər olmadan qayıtmamışdır. Bunla belə iş üzrə ən əhəmiyyətli hal ondan ibarətdir ki, işə əlavə olunmuş 22 yanvar 2020-ci il tarixli 189 saylı məktuba əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 dekabr 2019-cu il tarixli müvafiq əmri ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da Məhkum törətdiyi cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi çıxış etməklə onun CM-nin 333.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının çəkməsinə lüzum olmamasına dəlalət edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum cəza təyin edilməsi məsələsinə eyni mövqedən yanaşmış və hələ barəsində hökm çıxarılanadək artıq hərbi xidmətdən tərxis edilmiş təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən cəzanı yüngülləşdirən digər hallarla yanaşı onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azalmasını, təqsirləndirilən şəxsin isə ictimai təhlükəli şəxs olmamasını da nəzərə almışdır. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən müəyyən etdiyi halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməsində də hər hansı qanun pozuntusuna yol verilməsini görmür. Kassasiya protestinin Məhkum əvvəllər də məhkum olunmasının apellyasiya instansiyas ı məhkəməsi tərəfindən nəzərə alınmaması haqda dəlili ilə bağlı məhkəmə kollegiyası yenə də iş materiallarına müraciət edərək vurğulamağı lazım bilir ki, Məhkum həqiqətən də əvvəllər Gəncə Hərbi Məhkəməsinin 09 iyul 2013-cü il tarixli hökmü ilə CMnin 128 və 331.3-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, lakin CM-nin 83.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq onun həmin məhkumluqları ödənilmiş, bundan sonra Məhkum yenidə n qəsdən cinayət törətməsi cinayətlərin residivinin yaranmasına səbəb olmamışdır. Bu halların mövcudluğu kassasiya protestinin müəllifi tərəfindən də mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum yuxarıda göstərilən məhkumluqlarını ona cəza təyin edərkən nəzərə almayan apellyasiya instansiyası həm CM-nin 61.2, həm də CM-nin 83.6-cı maddələrinin tələblərinə əməl etmiş və təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin göstərilən dəlili tamamilə əsassızdır. Belə ki, CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, o cümlədən şəxsin məhkumluğu ödənilsə də onun əvvəllər məhkum olunması barədə hal cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CM-nin 83.6-cı maddəsinin tələbinə görə isə, məhkum luğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bu isə o deməkdir ki, ödənilmiş məhkumulqların cəza təyini zamanı nəzərə alınması da istisna edilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq və onları qəbul edilməz sayaraq, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verilməməsini qeyd həmin protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının isə ləğv edilməsi üçün əsaslar görmür. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya protestinə məhkəmə baxışı iclasında həmin protestinin təmin edilməməsi xahişi ilə çıxış edən Məhkum bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 28 oktyab 2020-ci il tarixli qərarı icraya yönəldikdən sonra həmin qərar icra edilmiş və o, hal hazırda ona təyin edilmiş islah işləri cəzasını çəkərək dövlət nəfinə aylıq qazancının 10 faizi məbləğində pul ödəyir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini bir daha nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısının, protestin təmin edilməməsi haqda isə məhkum olunmuş şəxsin çıxışlaını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protestitəminedilməsin. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-38/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-38/2021
27.07.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver