Məhkəmə qərarları › İş №1-1(102)-38/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-38/2022

28.06.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-38/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X47ov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Seyfəlov Yusif Kamil oğlunun və məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Əsgərov Natiq Fərhad oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Y.K.Seyfəlov və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi N.F.Əsgərov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Ramazanov Camal Cumar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Rafiq Qaraxan oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs1, xx xxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış və Təqsirləndirilən şəxs2, xx xxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, məhkum olunmamış, 2005-2008-ci illərdə ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, 2008- 2013-cü illərdə ləğv edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-kəşfiyyat baş idarələrində g izir hərbi rütbəsində xidmət etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hər biri CM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək, cəzaların ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ayrı-ayrılıqda 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdilər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq etmiş və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 2008-ci ildə tanışı olan İran İslam Respublikasının vətəndaşı xx.xx.1962-ci il təvəllüdlü X22 vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərində özünü ona X6 kimi təqdim edən, müxtəlif vaxtlarda Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarına X33, X və digər pasport adları ilə X22 etmiş İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Nazirliyinin (Ettelaat) nümayəndəsi ilə görüşərək maddi maraq müqabilində konfidensial əməkdaşlığa cəlb edilmişdir. Təqsirləndirilən şəxs1 həmin görüş zamanı Ettelaat nümayəndəsi tərəfindən onlarla əməkdaşlıq etmənin forma və metodları, yəni görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair qaydalar barədə təlimatlandırılmış və ona həmin dövrdə Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsində xidmət edən həyat yoldaşı Təqsirləndirilən şəxs2 da məxfi əməkdaşlığa cəlb olunması barədə tapşırıq verilmişdir. Bu görüşdən sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına qayıdaraq həyat yoldaşı Təqsirləndirilən şəxs2 X19 Respublikasının xüsusi xidmət orqanının nümayəndələri ilə görüşüb məxfi əməkdaşlığa cəlb olunması barədə məlumat vermiş və sonuncuya İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini təklif edərək bunun müqabilində mütəmadi olaraq pul vəsaitləri əldə edəcəklərini bildirmişdir. Bundan sonra o, qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədilə sonuncunun ona vermiş olduğu keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsinin fəaliyyətinə dair “məxfi” və “tam məxfi” qriflərlə qor unan, məzmunlarına görə dövlət sirri hesab edilən hesabatlar, arayışlar, həmin baş idarənin əməkdaşlarının anket və telefon nömrələrinə dair məlumatları və digər materialları İran xüsusi xidmət orqanının nümayəndəsinin əlaqə saxlamaq üçün ona verdiyi “Elektron ünvan 1” elektron poçt ünvanı vasitəsilə, eləcə də Türkiyə Respublikasının İstanbul şəhərində görüşüb bilavasitə Ettelaatın nümayəndəsinə vermişdir. Həmin cinayət əməllərini davam etdirən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 iyul 2010-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək orada İran İslam Respublikasının vətəndaşı X22 və özünü onlara X6 kimi təqdim edən, həmin ölkənin xüsusi xidmət orqanının X33, X və digər pasport adlarından istifadə edən nümayəndəsi ilə görüş keçirmiş, görüş zamanı xüsusi xidmət orqanının nümayəndəsi Təqsirləndirilən şəxs2 onlarla əməkdaşlığını davam etdirməsi və xidməti vəzifəsi ilə bağlı mütəmadi olaraq yeni məlumatları təqdim etməsi barədə tapşırıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Ettelaat nümayəndəsinin verdiyi təlimat və tapşırıqların icrası qaydasında özünün bilavasitə və Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsinin fəaliyyətinə dair “məxfi” və “tam məxfi” qriflərlə qorunan, məzmunlarına görə dövlət sirri hesab edilən hesabatlar, arayışlar, həmin baş idarənin əməkdaşlarının anket və telefon nömrələrinə dair məlumatları və digər materialları “Elektron ünvan 1” və “Elektro n ünvan 2” elektron poçt ünvanları vasitəsilə, eləcə də 23 oktyabr 2010-10 noyabr 2010, 05 yanvar 2011-24 yanvar 2011, 30 aprel 2011-08 may 2011, 19 iyul 2011-29 iyul 2011, 16 sentyabr 2011-22 sentyabr 2011, 21 iyul 2013-28 iyul 2013, 03 mart 2015-11mart 2015, 17 aprel 2018-21 aprel 2018-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində, 02 yanvar 2012-04 yanvar 2012, 27 iyul 2015-28 iyul 2015, 05 may 2017-07 may 2017, 07 sentyabr 2018-11 sentyabr 2018-ci il tarixlərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində olarkən həmin ölkələrə X33, X və digər pasport adları ilə X22 edən Ettelaat nümayəndəsinə vermiş və məlumatların verilməsi müqabilində pul vəsaitləri almışdır. Bundan başqa 02 yanvar 2012-04 yanvar 2012-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 Gürcüstan Respublikasının Tbi lisi şəhərində olarkən eyni vaxtda həmin ölkəyə X pasport adı ilə X22 edən Ettelaat nümayəndəsi ilə görüş keçirərkən sonuncu tərəfindən ona “Sony Xperia” markalı mobil telefon təqdim edilərək həmin telefon vasitəsilə “Whatsapp” proqram tətbiqi üzərindən əlaqə saxlaması tapşırılmış və Təqsirləndirilən şəxs1 həmin tətbiqdə qeydiyyatdan keçirdiyi Gürcüstan Respublikasının mobil operator şirkətinə məxsus +**********94 telefon nömrəsilə İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin “Whatsapp” tətbiqində qeydiyyatdan keçirdiyi Türkiyə Respublikasının mobil operator şirkətlərinə məxsus +**********61 telefon nömrəsi ilə əvvəlcədən razılaşdırılmış şərti ifadələrdən istifadə etməklə növbəti görüşlərin vaxtı və yerləri, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin, o cümlədən həmin naz irliyin Hərbi-əks kəşfiyyat baş idarəsinin strukturu, əməkdaşların yerdəyişmələri, anket məlumatları, telefon nömrələri, hesabatlar, planlar və sair barədə məlumatların əldə edilməsi, eləcə də Təqsirləndirilən şəxs2 keçmiş Milli təhlükəsizlik nazirinin xx.xx.2013-cü il tarixli 735 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra sonuncunun həmin orqana işə bərpa edilməsi, həmçinin 2018-ci ilin noyabr və dekabr aylarında dövlətə xəyanət cinayətinin törədilməsinə görə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş X17 və X3 ifşa olunma səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar almış və həmin tapşırıqların icrası qaydasında Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, özünün bilavasitə və Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi müvafiq məlumatları 2012-2020-ci illər ərzində həm “Whatsapp” proqram tətbiqi vasitəsilə, həm də Türkiyə Respublikasının İstanbul, Gürcüstan Respublikasının Tbilisi, habelə İran İslam Respublikasının ərazisində görüşərək Ettelaat nümayəndəsinə vermişdir. Təqsirləndirilən şəxs1 3 yanvar 2020-ci il tarixdə saat 18 radələrində İran İslam Respublikasının ərazisində Culfa keçid məntəqəsinin yaxınlığında özünü ona X6 kimi təqdim edən, X33, X və digər pasport adlarından istifadə edən Ettelaat nümayəndəsi ilə görüşərkən sonuncu ona Təqsirləndirilən şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olu nması üçün zəruri tədbirlərin görülməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı X1 götürülməsi və 2018-ci ildə dövlətə xəyanət cinayətinin törədilməsinə görə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş X17 və X3 ifşa olunma səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı yenidən tapşırıq vermiş, Təqsirləndirilən şəxs1 öz cinayət əməllərini davam etdirərək Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, həmin tapşırıqların icrası qaydasında bilavasitə və həyat yoldaşı Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi məlumatları “Whatsapp” proqram tətbiqi vasitəsilə Ettelaat nümayəndəsinə qəsdən verib, casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmişdi r. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq etmiş və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 2008-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-kəşfiyyat baş idarəsinin 2-ci idarəsində gizir hərbi rütbəsində məsul icraçı vəzifəsində xidmət edərkən onun həyat yoldaşı Təqsirləndirilən şəxs1 2008-ci ildə tanışı olan İran İslam Respublikasının vətəndaşı 22 may 1962-ci il təvəllüdlü X22 vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərində özünü ona X6 kimi təqdim edən, müxtəlif vaxtlarda Azərbaycan, Tür kiyə və Gürcüstan Respublikalarına X33, X və digər pasport adları ilə X22 etmiş İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya Nazirliyinin (Ettelaat) nümayəndəsi ilə görüşərək maddi maraq müqabilində konfidensial əməkdaşlığa cəlb edilmişdir. Təqsirləndirilən şəxs1 həmin görüş zamanı Ettelaat nümayəndəsi tərəfindən onlarla əməkdaşlıq etmənin forma və metodları, yəni görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair qaydalar barədə təlimatlandırılmış və ona həmin dövrdə Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsində xidmət edən həyat yoldaşı Təqsirləndirilən şəxs2 da məxfi əməkdaşlığa cəlb olunması barədə tapşırıq verilmişdir. Bu görüşdən sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Res publikasına qayıdaraq həyat yoldaşı Təqsirləndirilən şəxs2 X19 Respublikasının xüsusi xidmət orqanının nümayəndələri ilə görüşüb məxfi əməkdaşlığa cəlb olunması barədə məlumat vermiş və sonuncuya İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini təklif edərək bunun müqabilində mütəmadi olaraq pul vəsaitləri əldə edəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədilə xidmət etdiyi vəzifəsi ilə bağlı ona məlum olan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsinin fəaliyyətinə dair “məxfi” və “tam məxfi” qriflərlə qorunan, məzmunlarına görə dövlət sirri hesab ed ilən hesabatlar, arayışlar, həmin baş idarənin əməkdaşlarının anket və telefon nömrələrinə dair məlumatları və digər materialları İran xüsusi xidmət orqanının nümayəndəsinə vermək üçün həyat yoldaşı Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu da həmin məlumatları xüsusi xidmət orqanı nümayəndəsinin əlaqə saxlamaq üçün ona verdiyi “Elektron ünvan 1” elektron poçt ünvanı vasitəsilə, eləcə də Türkiyə Respublikasının İstanbul şəhərində görüşüb bilavasitə Ettelaatın nümayəndəsinə vermişdir. Həmin cinayət əməllərini davam etdirən Təqsirləndirilən şəxs2 4 iyul 2010-cu il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək orada İran İslam Respublikasının vətəndaşı X22 və özünü onlara X6 kimi təqdim edən, həmin ölkənin xüsusi xidmət orqanını n X33, X və digər pasport adlarından istifadə edən nümayəndəsi ilə görüş keçirmiş, görüş zamanı xüsusi xidmət orqanının nümayəndəsi Təqsirləndirilən şəxs2 onlarla əməkdaşlığını davam etdirməsi və xidməti vəzifəsi ilə bağlı mütəmadi olaraq yeni məlumatları təqdim etməsi barədə tapşırıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Ettelaat nümayəndəsinin verdiyi təlimat və tapşırıqların icrası qaydasında xidməti vəzifəsi ilə bağlı ona məlum olan Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-əks kəşfiyyat baş idarəsinin fəaliyyətinə dair “məxfi” və “tam məxfi” qriflərlə qorunan, məzmunlarınagörə dövlət sirri hesab edilən hesabatlar, arayışlar, həmin baş idarənin strukturu, əməkdaşların yerdəyişmə ləri, anket və telefon nömrələrinə dair məlumatları və digər materialları İran islam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə təqdim edilməsi üçün həyat yoldaşı Təqsirləndirilən şəxs1 təqdim etmiş və sonuncu həmin məlumatları “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçt ünvanları, habelə mobil telefonun “Whatsapp” proqram tətbiqi vasitəsilə, eləcə də 23 oktyabr 2010-10 noyabr 2010, 05 yanvar 2011-24 yanvar 2011, 30 aprel 201108 may 2011, 29 iyul 2011, 14 mart 2013, 25 avqust 2014, 09 dekabr 2016, 28 iyul 2015, 05 may 2017-07 may 2017, 07 sentyabr 2018-11 sentyabr 2018, 25 noyabr 2018-ci il tarixlərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində olarkən həmin ölkələrə X33, X X33port adları ilə X22 edən Ettelaat nümayəndəsinə vermiş və məlumatların verilməsi müqabilində pul vəsaitləri almışdır. Təqsirləndirilən şəxs2 keçmiş Milli təhlükəsizlik nazirinin xx.xx.2013-cü il tarixli 735 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra öz cinayət əməllərini davam etdirərək həmin ilin iyul ayının 21-də həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək orada həmin vaxt X33 pasport adı ilə X22 edən Ettelaat nümayəndəsi ilə görüşmüş, həmin görüş zamanı bilavasitə və görüşdən sonrakı dövrdə Təqsirləndirilən şəxs1 vasitəsilə Ettelaat nümayəndəsi ona Milli Təhlükəsizlik Nazirliyinə işə bərpa olunması üçün səy göstərməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2 X28 Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin ona vermiş olduğu tapşırığın icrası qaydasında 28 oktyabr 2015-ci il tarixli teleqram və 29 oktyabr 2015-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmiş, lakin uyğun sahə üzrə kadrlara ehtiyac olmaması səbəbindən onun həqiqi hərbi xidmətə bərpa olunmasının mümkünsüzlüyü barədə ona cavab verilmişdir. Təqsirləndirilən şəxs2 bundan sonrakı dövr ərzində, eləcə də 2019-cu il və 3 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 İran İslam Respublikası ərazisində X33, X X33port adlarından istifadə edən Ettelaat nümayəndəsi ilə görüşərkən sonuncu tərəfindən dövlətə xəyanət cinayətinin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X14 və X6 ifşa edilmə səbəblərinin öyrənilməsi və digər məlumatların toplanılması ilə əlaqədar verilən tapşırıqların icrası qaydasında əvvəllər onunla birlikdə Milli Təhlükəsizlik Nazirliyində xidmət etmiş əməkdaşlardan aralarında olan səmimi və məişət xarakterli münasibətlərindən istifadə edərək əldə edə bildiyi məlumatları Təqsirləndirilən şəxs1 vasitəsilə İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə qəsdən verib, casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Qasımov Telman Abiəli oğlu, məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Seyfəlov Yusif Kamil oğlu və Baxşəliyeva Firdovsə Əli qızı hər biri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 12 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Y.K.Seyfəlov və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi N.F.Əsgərov kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini, məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham isə öz təsdiqni tapmadığına və sübuta yetirilmədiyinə görə onların barəsində olan cinayət işi üzrə icraata bəraə tverici əsaslarla xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdilər. Kassasiya şikayətlərinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən, Azərbaycan Respublikasının Konstitusiyasına, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçi N.F.Əsgərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Təqsirləndirilən şəxs1 barəsində cinayət işinə baxarkən saxta sübutlara əsaslanaraq onun barəsində ədalətsiz və qanunsuz qərarlar qəbul etmişlər. Müdafiəçi N.F.Əsgərov bildirir ki, Təqsirləndirilən şəxs1 heç bir cinayət törətməmiş, onun barəsindəki cinayət işi üzrə ibtidai araşdırma qərəzli aparılmış, o iş üzrə müəyyən sənədlərə oxumadan qol çəkmiş, cinayət işinin materia llarında olan ibtidai istindaqda verdiyi ifadələr və sənədlər də saxtalaşdırılmışdır. Məhkəmələr iş üzrə müəyyən olunmuş zidiyyətlərə fikir verməmiş, işin hallarını düzgün araşdırmamış və nəticədə Təqsirləndirilən şəxs1 barəsində ədalətsiz qərarlar qəbul etmişlər. Müdafiəçi N.F.Əsgərov bildirir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq sadəcə birinci instansiya məhkəməsinin hökmünü qərarına köçürərək, işin faktiki hallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə istintaqı zamanı verilən ifadələri və vəsatətləri araşdırmadan, onlara ümumiyyətlə heç bir hüquqi qiymət vermədən, apellyasiya şikayətinin dəlillərində göstərilən faktların cinayət işinin materialları ilə təkzib olunmasını heç bir formada əsaslandırmadan düzgün olmayan nəticəyə gələrək qanunsuz və əsassız qərar qəbul etməklə Təqsirləndirilən şəxs1 hüquqlarını pozmuşdur. Ona görə də həmin qanusuz və əsassız qərar kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilib, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Hazırki işin faktiki halları heç bir mötəbər və mümkün sübutlarla, məhkəmə istintaqı zamanı araşdırılan dəlillərlə öz təsdiqini tapmır. Məhkəmələr sadəcə ittiham tərəfinin irəli sürdüyü və məhkəmə istintaqında sübuta yetirilməyən fərziyyələr, şübhələr və ehtimallar əsasında nəticəyə gəlmişlər ki, bu da qanunvericiliklə tamamilə qadağan edilir. Qərarın (hökmün) məzmunundan görünür ki, məhkumların apellyasiya şikayətlərinin dəlilləri, vəsatətləri məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış və qiymətləndirilməmişdir. Həmçinin onlar və şahidlə r tərəfindən məhkəmə iclaslarında verilən ifadələr də qərarda (hökmdə) qeyd edilmədən və onlara ümumiyyətlə hüquqi qiymət verilmədən məhkəmələr sadəcə ibtidai istintaq zamanı verilən ifadələri əsas sübut kimi hökmə və qərara köçürməklə qanunsuz və əsassız nəticəyə gəlmişlər. Halbuki CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Müdafiəçi bildirir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda onun dindirilməsi protokollarında göstərilən ifadələrin düzgün yazılmadığını qeyd edib bildirmişdir ki, tərtib olunmuş dindirmə protokolları ilə tanış olmasına imkan verilməmiş, təhdid altında həmin protokolları imzalamışdır. Həmin protokolların məzmunu ona yalnız ittiham aktını alıb oxuduqdan sonra məlum olmuş, ona görə də o, həmin ifadələri təsdiq etmir. X40in ittiham edildiyi cinayət tərkibini müəyyən edən CM-nin 274-cü maddəsinə görə, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə cinayət məsuliyyəti yaradır. Həmin maddənin qeyd hissəsinə görə bu maddədə nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şə xs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. Müdafiəçinin fikrincə, yuxanda qeyd edilən işin hallarından və cinayət işinin materiallarından görünür ki, H.Ə.Abbasquİiyevin əməlində ittiham edildiyi dövlətə xəyanət cinayət əməlinin tərkib elementləri, həmçinin onun cinayətin törədilməsində təqsirli olmasına dair də heç bir mötəbər və mümkün sübut yoxdur və belə olan halda da təbii ki, hər hansı cinayət əməlinin törədilməsindən söhbət gedə bilməz. Ancaq məhkəmə tərəfindən ədalətl i məhkəmə araşdırılması hüququ pozularaq o, qanunsuz və əsassız olaraq təqsirli hesab edilmişdir. Ona görə də kassasiya instansiya məhkəməsi tərəfindən ədalətli və qanuni qərar qəbul edilib, məhkum Təqsirləndirilən şəxs1 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xilam verilməlidir. İşin faktiki hallarını mübahisələndirən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Y.K.Seyfəlov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış və cinayət işində olan ziddiyyətli sənədlərə əsaslanaraq Təqsirləndirilən şəxs2 qanunsuz olaraq törətmədiyi əmələ görə təqsirli bilinməsi barədə nəticəyə gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs 2 adından yazılmış və hal hazırda özünün təsdiq etmədiyi ifadəsində qeyd edilmişdir ki, guya o, müxtəlif vaxtlarda onunla birlikdə idarədə işləmiş Akif Abbasovdan, Əli Tağıyevdən və Azər Babayevdən mütəmadi olaraq məlumatlar əldə edərək başqa şəxslərə ötürmüşdür. Cinayət işində bu hallar təqsirləndirilən şəxsin ifadəsində qeyd olunsa da adı çəkilən şəxslərin şahid qismində ifadələri alınmamışdır. Bu isə o deməkdir ki, ittiham bu hissədə yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanır ki, hal-hazırda sonuncu özünün adından yazılmış bu ifadəni təsdiq etmir. Qeyd olunan bu səbəblərə görə cinayət işində adları keçən Akif Abbasovun, Əli Tağıyevin və Azər Babayevin məhkəmə iclasına çağrılaraq şahid qismində dindirilmələri barədə vəsatət qaldırılsa da, bu vəsatət məhkəmə tərəfindən təmin edilm əmişdir. Halbuki bu vəsatət təmin edilib həmin şahidlər dindirilsəydi, o zaman belə bir halın mövcud olmadığı öz təsdiqini tapardı. Həmçinin Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda göstərilənlərlə razılaşmayaraq bildirmişdir ki, o hər hansı bir sənədin surətini çıxarmamış və onları heç kimə verməmiş, çalışdığı idarədə hər hansı sənədin surəti çıxarılarkən bu haqda qeydiyyat jurnalında müvafiq qeydiyyat aparılır. Bu səbəbdən Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu verilərək təqsirləndirilən şəxsin işlədiyi şöbədə printer avadanlığından çıxarılmış sənəd surətləri haqqında qeydlər aparılan jurnaldan sənədlərin surətlərinin çıxarıldığı iddia olunan tarixlərə dair çıxarışların təqdim edilməsi haqqında vəsatət də məhkəmə tərəfindən təmin edilib adıçəkilən orqana təqdim edilsə də, çox uzu n müddətdən sonra həmin dövrlərlə bağlı jurnaldan çıxarışlar təqdim olunmamış və eyni zamanda belə bir cavab verilmişdir ki, təqsirləndirilən şəxsin xidmət etdiyi dövrdə müvafiq jurnalın mövcud olub-olmamasından asılı olmayaraq onun aidiyyəti qeydlər aparılmadan, printer avadanlığından sənəd surətlərinin çıxarması imkanının olduğu qeyd edilmişdir. Xidmət tərəfindən verilmiş bu cavabla həqiqətən də printer avadanlığından ksero surətlərin çıxarılması zamanı bu qeydlərin aparıldığı jurnalın mövcud olması təsdiq edilsə də guya müvafiq qeydlər aparılmadan da sənəd surətlərinin çıxarılmasının mümkün olduğu göstərilir. Əgər həmin dövlərlə bağlı qeydiyyat jurnalından çıxarış təqdim edilsəydi, o zaman Təqsirləndirilən şəxs2 tərəfindən sənəd surətlərinin çıxarılmadığı öz təsdiqini tapacaqdı. Təqsirl əndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə, o, dövlət sirri sayılan məlumatları yaymaqda ğəqsirləndirilir, lakin sonuncu yalnız işlədiyi idarədə olan telefon kitabçasında qeyd olunmuş telefon nömrələri haqqında məlumatları əldə edib üçüncü şəxslərə həmin nömrələri dəyişdirərək ötürdüyünü bildirdiyindən həmin məlumatların dövlət sirri sayılıb-sayılmaması müəyyən olunmalıdır. İttihamda qeyd olunmuş və təqsirləndirilən şəxsin 2015-ci ildən istifadə etməsi bildirilən 055 *** ** ** nömrəsinin 2015-ci ildən deyil, 2019-cu ildən alındığı və həmin tarixdən istifadəyə başlanıldığı müdafiə tərəfindən qeyd olunaraq faktın da təsdiq olunması üçün mobil operatora sorğu verilməsi haqqında məhkəmədə vəsatət qaldırılsa da, məhkəmə bu vəsatəti də rədd etmiş və cinayət işi üzrə toplanmış sübutlarla göstərilən nömrənin hansı tarixdən alınıb istifadəyə verilməsi müəyyən edilməmişdir. Halbuki bu nömrə dəqiq olaraq 19 sentyabr 2019-cu il tarixli PC seriyalı, ******* nömrəli abonent müqaviləsi (qeyd olunan abonent müqaviləsi xx.xx.2021-ci il tarixində dəftərxana vasitəsilə apellyasiya məhkəməsinə təqdim edilmişdir) ilə alınıb təqsirləndirilən şəxs tərəfindən istifadə edilmişdir. Daha sonra müdafiəçi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı 12 aprel 2013-cü ildən sonrakı dövrə, yəni işdən çıxdıqdan sonra da dövlətə xəyanət cinyətini ittiham irəli sürülmüş və ittiham bu hissəsinə görə, guya Təqsirləndirilən şəxs2 iş yoldaşları olmuş Şahid1 və X5 xidmətin əməkdaşları olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş X14 və X6 ifşa edilmə səbəbləri barədə onlardan məlumat alıb xarici dövlət in xüsusi orqanının əməkdaşına ötürmüş, lakin birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş hmin şəxslər bu faktı təsdiq etməmişlər. Bu isə ittihamın həmin hissədə sübuta yetirilməməsinə dəlalət edir. Həmçinin müdafiəçi qeyd etmişdir ki, hökmə əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 məlumat ötürdüyü “X6” adı ilə çağırılan agentlə şəkilləri aşkar edilmişdir. Lakin müəyyən olunmuşdur ki, həmin şəkildən Təqsirləndirilən şəxs2 X22lə birlikdə olması görünür ki, sonuncu da onun əri Təqsirləndirilən şəxs1 atasının və ailələrinin yaxın dostu olmuş və onların əksər xeyir və şor işlərində iştirak etmişdir. Bu hal da Təqsirləndirilən şəxs2 xarici dövlətin xüsusi orqanları əməkdaşlıq etməsini, yəni CM-nin 274-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmə sini təkzib edir. Şərh olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikyətinin təmin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaq zamanı tam başqa ifadələr verərək ona elan olunmuş ittihamın hər hansı hissəsini təsdiq etməmiş və həmin ittiham üzrə cinayət əməllərini törətmədiyini bildirmişdir. Buna görə bu ifadələr ibtidai araşdırma orqanı tərəfindən saxtalaşdırılmış və bu haqda birinci instansiya məhkəməsiinin məhkəmə iclasında, habelə apellyasya şikayətlərinə baxılarkən bildirməsinə baxmayaraq, məhkəmələr onun sözlərinə əhəmiyyət verməmiş və onun barəsində qanunsuz məhkəmə aktları qəbul etmişdilər. Həmçinin kassator bildirir ki, onun telefon vasitəsi ilə qarşı tərəfə zənqlər edilməmiş, cinayət işinin material larında olan sənədlərdə göstərilən tarixlərdə və vaxtlarda onun mobil telefonu özünün istifadəsində olmamış, telefonda artıq dəqiqələr olduğu üçün onu qayınanasına vermiş, həmçinin onun mobil telefon müəyyən vaxt ərzində oğlunun da istifadəsində olmuş və sonradan həmin telefon onun müəlliməsi tərəfindən alınaraq məktəbdə saxlanılmışdır. Həmin vaxt onun mobil telefonundan internetə çıxış olmammışdır. Həmçinin məhkum Təqsirləndirilən şəxs2 onun ölkə hüdudlarından kənara getməsinin səbəbini övladının müalicəsi il əlaqədar olmasını qeyd edərək bunun üçün Türkiyə getməsini, oğlunun orada müalicə etdirməsini, orada olarkən əri Həbibin qohumu X22 adlı şəxslə görüşməsini və onunla birlikdə şəkil çəkdirməsini bildirmiş, lakin həmin vaxt hər hansı xarici dövlətin xüsusi xidmətinin nümayəndələri ilə əmkdaşlıq etmədiyini və onlara dövlət sirri olan məlumatları ötürmədiyini bildirmişdir. Məhkum olunmuş şəxsin qənaətinə görə, belə olan halda onun dövlətə xəyanət cinayətini törətməsindən söhbət gedə bilməz. Kassasiya şikayətində başqa faktlara əsaslanaraq onların araşdırılmış sübutlarla təsdiq olunduğunu qeyd edən Təqsirləndirilən şəxs2 heç vaxt dövlətə xəyanət etmədiyini, lakin bu sübutların məhkəmələr tərəfindən nəzərə alınmadığını və əsassız olaraq məhkum olunmasını bildirib onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs2, müdafiəçilər Y.K.Seyfəlovun və N.F.Əsgərovun kassasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 və T əqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və onlar, təqsirlilikləri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdilər. Bununla da, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçilər apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması, Təqsirləndirilən şəxs2 ona bəraət verilməsi, müdafiəçilər isə - cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhk əməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçilər Y.K.Seyfəlovun və N.F.Əsgərovun şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kolleiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə b irinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi ol araq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instans iyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır (kassasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmır və işin faktiki hallarfərqli şəkildə müəyyən edilmir), yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır. Yuxarıda şərh edilmiş qanunvericiliyin normalarının tələblərindən belə nəticə hasil olur ki, kassasiya kollegiyasının vəzifəsi ondan ibarətdir ki, işə məhkəmələrdə mahiyyəti üzrə baxılarkən aşağı instansiya məhkəmələri tərəfindən toplanmış sübutların araşdırılması və qiymətləndərilməsi, işin faktiki hallarının müəyyən edilməsi, cinayət əmələrinin hüq uqi tövsifi, cəza tədbirinin seçilməsi və bu kimi digər məsələlərin həlli zamanı cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının düzün tətbiq edilibedilməməsini yoxlasın və bu yoxlama nəticəsində CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsini aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarının (hökmünün) ləğv edilməsi və ya dəyişdirilməsi haqqında qərar qəbul etsin. Bu nəticə həmçinin cinayət-prosessual qanunun digər tələblərindən də irəli gəlir. Belə ki, CPM-nin 33.1-33.4-cü maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozu lması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı topla nmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkə mənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutların deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlara da aiddir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nət icəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o d eməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan (ibtidai araşdırma zamanı toplanmış) sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkum olunmuş şəxslərin hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymə tləndirilmiş sübutlarla təsdiq olunmuş və onlar elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətdiklərinə görə Bakı Hərbi Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə CM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Həmin hökm isə məhkumların ibtidai araşdırma zamanı heç bir təsir və ya təzyiq göstərilmədən, müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələrlə yanaşı, şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş çoxsaylı sənədlərlə tam təsdiq edilir. Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçilər kassasiya şikayətlərində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı etirafedici ifadələri təsir və təzyiq altında verməsini, sübutların isə saxtalaşdırılmasını iddia etsələr də, iş materiallarından belə halların olmasına dəlalət edən hər hansı əsasın olması görünmür. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında araşdırılmış sübutların hər birisi ayrı-ayrılıqda şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların bütövlükdə hazırki qərarda təsvirinə ehtiyac görmür Odur ki, kassasiya şikayətlərinin müəlliflərinin öz müraciətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində mücərrəd şəkildə əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmu ş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq etmiş və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, ona verilmiş tapşırıqların icrası qaydasında bilavasitə və həyat yoldaşı Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi məlumatları “Whatsapp” proqram tətbiqi vasitəsilə xarici dövlətin xüsusi xidmət orqanı olan “Ettelaat”ın nümayəndəsinə qəsdən verib, casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmiş, Təqsirləndirilən şəxs2 məlumatların toplanılması ilə əlaqədar verilən tapşırıqların icrası qaydasında əvvəllər onunla birlikdə Milli Təhlükəsizlik Nazirliyində xidmət etmiş əməkdaşlardan aralarında olan səmimi və məişət xarakterli münasibətlərindən istifadə edərək əldə edə bildiyi məlumatları əri Təqsirləndirilən şəxs1 vasitəsilə İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə qəsdən verib, casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm bi rinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən məhkumların əməllərinin cinayətin törədildiyi, iş üzrə ibtidai araşdırmanın aparıldığı, birinci və apellyasiya i nstansiyası məhkəmələri tərəfindən yekun məhkəmə aktlarının qəbul edildiyi zamanda CM-nin 274-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. İş materialları ilə müəyyən edilir ki, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilməsələr də, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini özü tərəfindən törədilməsini etiraf edərək həmin cinayətin halları barədə göstərmişdir ki, o, 2005-ci ildə həmyerlisi və orta məktəbdə onunla eyni sinifdə təhsil alan Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuş, 2004-2005-ci illərdə Naxçıvan şəhər İc ra Hakimiyyətinin Mətbuat və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, 2006-cı ildə “Kanal 35” televiziya kanalında bədii direktor vəzifəsində işləmiş, 2006-cı ilin axırlarından isə iş axtarmaq üçün Bakı şəhərinə gəlmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 2005-ci ildə Naxçıvan MR-da Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul olunmuş və hansısa şöbənin kargüzarlıq bölməsində işləmişdir. O, Təqsirləndirilən şəxs2 ilə nişanlı olan vaxtlarda da sonuncu ona Naxçıvan MR MTN-nin Kadrlar idarəsindən onunla maraqlandıqlarını demiş, 2004-cü ildə İstanbuldan Naxçıvana gələrək MTN-ə işə düzəlmək üçün həmin Nazirliyə ərizə vermişdir. Naxçıvan MR-nın MTN tərəfindən 4-5 ay ərzində onun yoxlanılması aparılmış, sonra isə o, tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Na zirliyinə göndərilmişdir. Tibbi müayinədən keçdikdən bir neçə ay sonra ona MTN-ə qəbul olunmasından imtina edildiyi bildirilmiş, ona görə də o, bundan sonra Bakı şəhərinə gələrək 2007-ci ilin axırlarında Bakı şəhərində yerləşən “İmprotex Motors” adlı avtosalonda əvvəl mühafizəçi, bir neçə ay sonra isə satıcı kimi işə düzəlmişdir. 2015-ci ildən 2017-ci ilə kimi “Cinisandaş” daş istehsalı zavodunda satış müdiri, 2018-ci ilin iyun ayından isə “Göknur” Bakı kabel zavodunda satış müdiri vəzifəsində işləmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 2005-ci ildən 2007-ci ilədək Naxçıvan MR-sının keçmiş Milli Təhlükəsizliyi Nazirliyində kargüzar, daha sonra isə 2013-cü ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. Naxçıvanın Şahtaxtı kəndi ilə həmsərhəd olan İra n İslam Respublikasının Poldəşt kəndində yaşayan və onun atası ilə dostluq münasibətləri olan X22 ağa adlı şəxsi 1995-ci ildən tanımış, Səfar ağa əlamətlərinə görə ağ gur saçları, ağ bığı, yumru burnu, təxminən 183-185 sm boyu olan şəxs olmuşdur. X22 ağa onun ailəsi ilə Mamed adlı şəxs vasitəsilə tanış olmuşdur. 2008-ci ilin yay aylarında X22 ağa onun atası X47in mobil telefonuna zəng edərək danışanda atası X22 ağaya onun Türkiyə Respublikasından Belarusiya Respublikasına satış üçün kişi geyim mallarının göndərilməsi işi ilə məşğul olduğunu demiş, X22 ağa da onun atasına bir nəfər özünün tanışının da Türkiyədən geyim mallarının alqı-satqısı ilə məşğul olmaq istədiyini və onun həmin şəxslə bir yerdə bizneslə məşğul olmasını təklif etmişdir. X44 ağanın bu təklifini ona çatdırmış, o da bu tək lifə razı olduğunu bildirmişdir. Təxminən 1 ay sonra X22 ağa öz istifadəsində olan telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona Türkiyə Respublikasının İstanbul şəhərində görüşməyi, onunla biznes əlaqələri qurmaq istəyən şəxsin də oraya gələcəyini bildirmiş, bundan sonra o, 2008-ci ilin sentyabr ayında X22 ağa ilə razılaşmalarına əsasən o, Bakıdan İstanbul şəhərinə getmişdir. İstanbula çatdıqdan sonra X22 ağa hazırda xatırlamadığı Türkiyə nömrəsindən onun mobil nömrəsinə zəng edərək İstanbul şəhəri Sultanahmed adlanan məhəllədə görüşməyi bildirmiş, o, həmin yerə gedəndə təxminən 48-50 yaşlarında, 160-165 boylarında, arıq bədən quruluşlu, saçı tökülmüş, qarabuğdayı, burnu uzunsov və nazik olan şəxsi X22 ağanın yanında görmüşdür. X22 ağa həmin şəxsin adının X6 olduğunu, İranda bizneslə məşğul olduğunu bildirmiş və onlar birlikdə Sultanahmed məhəlləsində kafelərdən birində çay içmişlər. Həmin vaxt X22 ağa siqaret alacağını deyərək onların yanından ayrılmış, bundan sonra X6 adlı şəxs ondan nə işə məşğul olduğunu, harada yaşadığını soruşmuş, o, X6a Bakıda “İmprotex Motors”da satıcı işlədiyini, həmçinin Türkiyədən kişi geyimləri alıb-satmaqla məşğul olduğunu demiş, X6 da ona İran İslam Respunlikasında dövlət işində çalışdığını söyləmişdir. X6 ona həmçinin X22 ağadan öyrəndiyinə görə Təqsirləndirilən şəxs2 Azərbaycanda Milli Təhlükəsizlik orqanlarında çalışdığını söyləmiş və ondan Təqsirləndirilən şəxs2nin MTN-də hansı idarədə, hansı sahədə işləməsi barədə maraqlanmışdır. O, X6a Təqsirləndirilən şəxs2nin həqiqətən də MTN-də işlədiyini bild irsə də dəqiq hansı idarədə işlədiyini deməmişdir. O, özü də X6un dəqiq harada işlədiyini konkret öyrənməyə çalışsa da X6 ona İranda dövlət işində işlədiyini, işinin məxfi iş olduğunu, vaxtı gələndə ona dəqiq deyəcəyini söyləmişdir. O, X6un söhbətindən onun İran xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu başa düşmüş, X6 ona Azərbaycanda dövlət işində işləyən şəxslərlə əlaqələrinin olduğunu, işinin Azərbaycanda dövlət işində işləyən şəxslər barədə məlumat əldə etməkdən ibarət olduğunu və Azərbaycanda dövlət işində işləyən müəyyən adamlar barədə ona məlumat verməyini, bunun müqabilində ona maddi vəsait verəcəyini bildirmişdir. X6 ondan həyat yoldaşı Təqsirləndirilən şəxs2ni nəyə görə özü ilə gətirmədiyini soruşduqda, o, Təqsirləndirilən şəxs2nin işinə görə çıxa bilmədiyini, gələn X22lərdə birlikdə görüşə biləcəklərini söyləmişdir. Bundan sonra X6 ona Elektron ünvan 1 adlı elektron poçt ünvanı və hazırda xatırlamadığı parolunu da verərək, həmin parolla elektron poçta daxil olmağı və orada qaralama olan qovluqda ona gələcəkdə görüş yeri və vaxtı barədə yazacağını, həftədə 1-2 dəfə həmin elektron poçt ünvanını yoxlamasını tapşırmışdır. Daha sonra X6 ona görüş yerlərinin Türkiyədə və Gürcüstanda olacağını, elektron poçt ünvanının qaralama bölməsində “Həştərxan” yazacağı təqdirdə bu görüşün İstanbulda olacağını, Gəncədə görüşməyi bildirdikdə isə bu görüşün Tbilsidə olacağını söyləmişdir. X6 həmçinin ona, məsələn ayın 15-i dedikdə, görüşün ayın 25-i, yəni daha doğrusu ayın tarixində hansı günü göstərəcəkdisə üzərinə 10 gün gəlməklə, görüş gününün təyin etməyi nəzərdə tutduğunu izah etmişdir. Bundan sonra X6 ona əməkdaşlıq etmək barədə həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə danışmasını tapşırmış, o da X6la razılaşaraq bu barədə Təqsirləndirilən şəxs2 ilə danışacağını demişdir. X6dan X22 ağanın bu söhbətlərdən xəbərinin olub-olmadığını dedikdə X6 ona “nə qədər bilməsə, o qədər yaxşı olar” demiş və aralarındakı söhbətlərin öz aralarında qalmasını tapşırmışdır. Söhbətin axırında X22 ağa onların yanına yaxınlaşan zaman X6 onunla olan danışıqların mövzusunu dəyişərək ailə-məişət xarakterli söhbətlərə keçmişdir. Bundan sonra o, X6 və X22 ağa ilə sağollaşaraq onlardan ayrılmışdır. Həmin günün səhəri Bakı şəhərinə gəldikdən bir neçə gün sonra evdə olarkən həyat yoldaşı X27 ağanın vasitəsi ilə İran xüsusi xidmət orqanının X6 adlı əməkdaşı ilə görüşdüyünü deyərək, X6la a ralarında olan söhbətlərin hamısını Təqsirləndirilən şəxs2yə danışmış, Təqsirləndirilən şəxs2 əvvəl etiraz etsə də o, Təqsirləndirilən şəxs2yə maddi vəziyyətlərinin hazırda yaxşı olmadığını, əgər onun sözləri ilə razılaşarsa yaxşı pul əldə edə biləcəklərini dedikdən sonra Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 ondan X6 adlı şəxslə əməkdaşlıq edəcəkləri təqdirdə onlara nə qədər pul verəcəyini soruşmuş, o, Təqsirləndirilən şəxs2yə həmin şəxsin nə qədər pul verəcəyini konkret demədiyini, lakin verdiyi puldan razı qalacaqlarını deməsini bildirmişdir. 2008-ci ilin oktyabr ayında da o, X6la İstanbulda Sultahmed məhəlləsində olan restoranların birində görüşmüş, görüş zamanı X6 ondan Təqsirləndirilən şəxs2 ilə danışıdığını və onu razı salıb-salmamağını soruşduqda probl em olmadığını, Təqsirləndirilən şəxs2ni də onunla əməkdaşlıq etməyə razı saldığını demişdir. Bundan sonra X6 üzərində olan balaca boz rəngli parça materialdan hazırlanmış əl çantasının içərisindən üzərində fars dilində qeydlər olan balaca kağız parçası çıxararaq orada yazılmış suallar barədə, yəni keçmiş Milli Təhlükəsizlik Nazirliyində olan bütün struktur bölmələrin adları, fəaliyyəti, rəhbər şəxsləri, eləcə də həmin strukturlarda işləyən əməkdaşların anket məlumatları, habelə İran xətti ilə işləyən əməkdaşların anket və vəzifələri barədə məlumat toplamağı, əldə edəcəyi məlumatları fləş-kartda və ya kompüterdə yazmamağı, yalnız əllə kağıza yazıb gətiməyi, digərlərinin təhlükəli olduğunu tapşırmışdır. O, isə X6un ona dediklərini şifahi yadında saxlayaraq əldə etdiyi məlumatları ona təqdim edəcəyinə dair söz vermişdir. Bundan sonra X6la sağollaşaraq həmin günün səhəri Bakı şəhərinə yaşadığı evə gəlmiş və X6un ona dediklərini, yəni keçmiş Milli Təhlükəsizlik Nazirliyində olan bütün struktur bölmələrin adları, fəaliyyəti, rəhbər şəxsləri, eləcə də həmin strukturlarda işləyən əməkdaşların anket məlumatları, habelə İran xətti ilə işləyən əməkdaşların anket və vəzifələri barədə məlumat toplamaq lazım olduğunu həyat yoldaşı Təqsirləndirilən şəxs2yə söyləmişdir. Təqsirləndirilən şəxs2 də qeyd olunanları hissə-hissə öyrənərək ona deyəcəyini bildirmiş və hər gün müəyyən qədər öyrəndiyi MTN-də Hərbi Əks Kəşfiyyat baş idarəsinin əməkdaşları barədə olan, eləcə də əldə etdiyi digər əməkdaşlar barədə olan məlumatları, şəxslərin adlarını və vəzifələrini öyrənərək ona şifahi formada demişdi r. O, da bunlar barədə özündə kağız üzərindən yazılı qeydlər aparmış, müəyyən qədər məlumatlar əldə etdikdən sonra 2009-cu ilin təxminən fevral ayında yenidən razılaşmalarına əsasən İran xüsusi xidmət orqanının nümayəndəsi X6la İstanbul şəhərində Sultanahmed məhəlləsində görüşərək, əldə etdiyi həmin məlumatları kağız üzərində yazılı formada ona təqdim etmişdir. Bundan sonra X6 ona üzərində olan əl çantasının içərəsindən çıxararaq 1800 ABŞ dolları məbləğində pul vermiş, amma o, X6 çantasını açan zaman orada təxminən 30 min ABŞ dolları olduğunu görmüşdür. O, çantada 30000 ABŞ dollar pul olmasını pulların qablaşdırılmasına əsasən bilmişdir. X6 ona verdiyi tapşırıqların icrasını davam etdirməsini, yəni digər əməkdaşların barəsində də qeyd etdiyi formada məlumatları, xüsusən də İran xətti ilə i şləyən əməkdaşlar barədə məlumat əldə etməsini, eləcə də MTN-də olan bütün struktur bölmələrin adları, fəaliyyəti, rəhbər şəxsləri barədə məlumat toplamağı ona tapşırmışdır. Bundan sonra o, X6 ilə sağollaşaraq Bakı şəhərinə qayıtmış, həyat yoldaşı Təqsirləndirilən şəxs2yə yenidən əməkdaşlar barədə məlumat toplayaraq ona bildirməsini tapşırmış və X6un ona 1800 ABŞ dolları verməsini demişdir. Beləcə 2009-cu ildən 2010cu ilin yay ayına kimi olan müddətdə müxtəlif aylarda və vaxtlarda təxminən 5-6 dəfə yuxarıda qeyd etdiyi qaydada Təqsirləndirilən şəxs2dən əldə etdiyi məlumatların X6a çatdırılması üçün onunla İstanbul şəhəri Sultanahmed məhəlləsində görüşərək, əldə etdiyi məlumatları ona vermiş, hər dəfə də 1500-2000 ABŞ dolları məbləğləri arasında X6dan pul almışdır. Həmin ərəfələrdə X6 ona yuxarıda qeyd etdiyi elektron poç ünvanında daha istifadə etməməyi, onun verdiyi yeni Elektron ünvan 2 e-mail ünvanı vasitəsilə əlaqə saxlamağı tapşırmışdır. Görüşlərin birində o, X6a MTN-də Hərbi-əks kəşfiyyat baş idarəsinin rəisi olan general-mayor Xun vəzifəsini, həmçinin Təqsirləndirilən şəxs2dən eşitdiklərinə əsasən X24 şəhərində yanacaq doldurma məntəqəsinin, restoranının və evinin olması, onun müavini olmuş soyadını hazırda xatırlamadığı X50 adlı şəxsin, habelə Təqsirləndirilən şəxs2nin rəisi olmuş Azər Babayevin və hazırda xatırlamadığı digər şəxslərin ad, soyad, ata adı və vəzifələri barədə yazılı qeydlər edərək X6a təqdim etmişdir. Görüş zamanı X6 özünə arxayın şəkildə onunla danışaraq ona təqdim edilən yazılı qeydlərə münasibətdə bildiyi şeyləri ona deməməsini, həmin məlumatlar dan, yəni Xun obyektlərindən xəbərinin olduğunu, MTN-də ondan da vacib yüksək vəzifəli şəslərlə əlaqələrinin olduğunu və ona daha vacib olan MTN-də olan əməkdaşların, yüksək rütbəli şəxslərin əməliyyat işləri, planları və əməliyyat tədbirləri barədə məlumat verməsini tapşırmışdır. X6 ona həmçinin Təqsirləndirilən şəxs2 ilə birlikdə Naxçıvan MR-sının MTNdə işləmiş və hazırda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işləyən X9 adlı şəxsin kimlərlə əlaqəsinin olmasını, rəisini və onunla danışaraq işlər barədə məlumat almağı tapşırmışdır. O, X6un bu qədər məlumatlı olmasına çox təəccüblənərək, ona “bu qədər məlumatı bilirsənsə məndən daha niyə məlumat alırsan” dedikdə, X6 ona həm də onu yoxladığını, onun məlumatlarının həqiqiliyini dəqiqləşdirdiyini söyləmişdir. Bir neçə ay sonra sonra onlar yenidən X6la İstanbulda görüşmüş və o, X36 xəttində işləyən əməkdaşlar barədə ona dediklərini çatdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 İran xəttində işləmədiyindən həmin xətt üzrə işləyən əməkdaşların ad, soyad, ata adı və vəzifələri ilə bağlı məlumatları tanışı və yaxın rəfiqəsi X9 adlı şəxs vasitəsi ilə öyrənmiş, lakin sonuncu Təqsirləndirilən şəxs2nin hansı məqsədlə ondan bu əməkdaşlar barədə maraqlandığını bilməmişdir. 2010-cu ilin yay aylarında İran xüsusi xidmət orqanının əməkdaşı X6un əvvəlki tapşırığına əsasən həyat yoldaşı Təqsirləndirilən şəxs2nin X6la görüşdürməsi üçün onu da özü ilə birlikdə İstanbula aparmış və onlar Sultanahmed məhəlləsində restoranların birində X6la görüşmüşlər. Görüş zamanı X6 Təqsirləndirilən şəxs2yə “yəqin X sənə bu məsələləri danış ıb, əlaqələrimizdən xəbərdarsan” deyə bildirmiş, Təqsirləndirilən şəxs2 də hər şeydən xəbərinin olduğunu demişdir. Bir qədər ümumi söhbətdən sonra X6 onlara “sizdə MTN-də kitabça olur, əməkdaşların mobil nömrələri və adalar olan, mənə o lazımdır” sözlərini söyləmiş, Təqsirləndirilən şəxs2 və o, həmin kitabçanı əldə edərək, təqdim edəcəklərini söyləmişlər. Bundan sonra X6 ilə sağollaşmış və digər günləri azyaşlı övladlarının müalicəsi ilə məşğul olmuşlar. Bakı şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 hər dəfə işə gedərkən MTN əməkdaşlarının telefon-məlumat kitabçasından hissə-hissə az-az, bacardığı qədər vərəqlərin ksero surətini çıxararaq yaşadıqları evə gətirib ona vermiş, o da həmin kitabçadan çıxarılmış ksero surətdə olan ad, soyad və ata adı, telefon nömrələri, eləcə də nazirl ikdə olan daxili nömrələrini, yəni kitabçada olduğu formada digər A4 formatlı kağıza köçürərək yığmış və hər dəfə X6 ilə görüşərkən sonuncuya vermişdir. Görüşlərin birində 2011-ci ilin axırlarında o, X6la İstanbulda görüşən zaman, sonuncu ona MTN Hərbi əkskəşfiyyat baş idarəsinin illik hesabatını əldə edərək ona təqdim etməsini tapşırmış, o da Təqsirləndirilən şəxs2yə bu barədə dedikdən sonra sonuncu özünün işlədiyi idarədən həmin ilin illik hesabatının ksero surətini çıxararaq ona təqdim etmiş və o, həmin hesabatı növbəti görüşdə X6a təqdim etmişdir. 2013-cü ilin əvvəlinə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 tərəfindən ksero surəti çıxarılmış telefon-məlumat kitabçasındakı məlumatları A4 formatlı kağıza əlyazma ilə köçürməklə X6a təqdim etmiş, hər dəfə görüşən zaman X6 ona 1500 -2000 ABŞ dolları məbləğində pul vermişdir. 2013-cü ilin aprel ayında həyat yoldaşı Təqsirləndirilən şəxs2 işlədiyi MTNin Hərbi-əks kəşfiyyat baş idarəsindəki işi üzrə əmək müqaviləsinin müddəti artırılmadığına görə işdən azad olunmuş, lakin o, bu barədə İran xüsusi xidmət orqanının nümayəndəsi X6a heç bir söz deməmişdir. 2013-cü ildə Təqsirləndirilən şəxs2 işən azad olunduqdan sonra X6la görüşmək üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə İstanbul şəhərinə gedərək onunla orada görüşmüş, görüş zamanı X6 ona və Təqsirləndirilən şəxs2yə MTN-də İran xətti üzrə işləyən bütün əməkdaşlar barədə, eləcə də Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin rəhbər vəzifəli şəxsləri, əməkdaşları, strukuru və fəaliyyəti barədə məlumat əldə etməyi tapşırmış və onlara 2000 ABŞ dolları məbləğində pul vermişdi r. Bundan sonra, həmin ilin axırı o, yenidən İstanbulda Sultanahmed məhəlləsində X6la görüşərək, Təqsirləndirilən şəxs2dən öyrəndiyi bəzi idarə, şöbə və bölmə rəisləri barədə əldə etdiyi məlumatları X6a vermiş, lakin X6 təqdim edilən məlumatlar barədə artıq xəbərdar olduğunu, daha dəqiq məlumatlar əldə etməsini bildirmişdir. X6 ona Naxçıvan MR MTN-də X51 adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş və sonuncunun xarici görünüşünün əlamətlərini də sadalamışdır. 2014-cü ilin əvvəlində əldə olunmuş razılaşmaya əsasən o, yenidən X6la İstanbul şəhərində Sultanahmed məhəlləsində görüşmüş, görüş zamanı X6 ona Təqsirləndirilən şəxs2nin MTN-də Hərbi-əks kəşfiyyat baş idarəsində işləyib-işləmədiyini soruşmuş, o, Təqsirləndirilən şəxs2nin həmin idarədə işlədiyini dedikdə X6 ona irad bildirərək, “utanmırs an, mənə yalan danışırsan, Təqsirləndirilən şəxs2 neçə aylar bundan qabaq, daha doğrusu 2013-cü ilin aprel ayından işdən azad olunub” sözlərini söyləmişdir. O, X6dan bu xəbərləri necə əldə etdiyini soruşmuş, X6 ona kinayəli formada MTN-də baş verən proseslərdən yaxşı xəbərdar olduğunu, əlaqələrinin geniş olmasını demişdir. X6 ona Təqsirləndirilən şəxs2nin yenidən işinə bərpa etdirməsi üçün adam tapmasını tapşırmış, 2015-ci ilin may ayında X6la Gürcüstanın Tbilisi şəhərində növbəti görüş zamanı sonuncu yenə Təqsirləndirilən şəxs2 barədə maraqlanmış və Təqsirləndirilən şəxs2nin MTN-də işə bərpa edilməsi üçün nə qədər lazımdırsa pul verə biləcəyini söyləmiş və bunun üçün ona ilkin olaraq 5000 ABŞ dolları məbləğində pul vermişdir. O, həmin görüşdə bundan sonra onunla elektron poçt vasitəsi ilə deyil, «whatsapp» tətbiqi vasitəsi ilə əlaqə saxlamasını tapşırmışdır. Bundan sonra o, Bakı şəhərinə qayıtmış və Təqsirləndirilən şəxs2yə X6un dediklərini çatdırmışdır. Təqsirləndirilən şəxs2 də yenidən MTN-ə işə bərpa olunması üçün rəsmi ərizə ilə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs2nin işə qəbul edilməsi mümkün olmamışdır. 2018-ci ilin dekabr ayında X6 onunla «whatsapp» vasitəsilə əlaqə saxlayıb Tbilisidə görüşməyi təklif etmiş, o həmin təklifi qəbul edərək deyilən yerdə X6la görüşmüş, görüş zamanı X6 ona DTX əməkdaşı olmuş Zakir və X6 adlı şəxslərin DTX tərəfindən nəyə və hansı səbəbə görə tutulmalarını və harada saxlanıldıqları barədə məlumat toplamasını, bu məsələni dəqiqləşdirmək üçün X12 soruşaraq dəqiqləşdirməsini, həmçinin X9nın özünün də nəyə görə işdən azad olunmasının dəqiqləşdirilməsini tapşırmışdır. O, Bakı şəhərinə gələndən sonra X6un ona dediklərini Təqsirləndirilən şəxs2yə danışmış, daha sonra isə onlar Təqsirləndirilən şəxs2 ilə birlikdə X30 Aslanov metrosunun yanında olan evlərinə qonaq gedəndə Xlə danışaraq söhbətləşmişlər. Onlar X60 və X6 barədə Xdən maraqlandıqda, sonuncu onlara birinci Zakirin oğlunun və həyat yoldaşının tutulduğunu, daha sonra isə X60in tutulduğunu, Zakirin X6 barədə məlumat ifadə verdikdən sonra sonuncunun da cinayət xarakterli əməllər törətdiyinə görə tutulduğunu, sonradan isə hər ikiisinin barəsində həbs qətimkan tədbirinin seçildiyini söyləmişdir. Bundan sonra 2019-cu ilin fevral ayında o, yenidən Gürcüstanda Tbilisi şəhərində X6 ilə görüşərək, X60 və X6 barədə məlumat vermiş, X6 onun verdiyi məlumatın dolğun məlumat olm adığını, onun bildiyinə görə daha dərin məsələlər olduğunu bildirərək, prosesin daha dərindən və incəliklə öyrənməsini tapşırmışdır. X6 ona “Zakirin ailəsinə pul versəm çatdıra bilərsənmi?” sualına rədd cavabı verərək və qorxduğunu və ifşa edilə biləcəyini söyləmişdir. Həmin görüş zamanı X6 ona 700 ABŞ dolları məbləğində pul vermiş və qeyd olunan məsələni bir daha dərindən öyrənməsini və Təqsirləndirilən şəxs2nin işə qəbul olunması üçün yenidən maraqlanmağını tapşırmış, nə qədər pul lazım olsa verəcəyini demişdir. Həmin görüşdən sonra o, X6la yalnız onun istifadəsində olan +90 xxxxxxxxxx nömrəli mobil telefonla «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamış və X60lə bağlı hələlik dəqiq bir məlumat əldə edə bilmədiyinə görə onunla sonradan görüşməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 i btidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəlki ifadələrində İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi ilə görüşdüyü tarixləri ola bilər ki, dəqiq göstərməmiş, İAMAS-dan çıxarılmış sərhədkeçmə məlumatlarında onun 2010-cu ildən əvvəl xarici ölkəyə X22ləri göstərilməsə də faktiki olaraq o, bundan əvvəlki illərdə dəfələrlə Türkiyədə olmuş və məhz 2008-ci ildə İran İslam Respublikasının xüsusi xidmət orqanının X6 adlı nümayəndəsi ilə İstanbul şəhərində görüşmüşdür. Təqsirləndirilən şəxs2 ilə birlikdə isə o, 2010-cu ilin iyul ayında X6la İstanbulda görüş keçirmişdir. O, həmin ifadəsində həmçinin İran İslam Respublikasının vətəndaşı, İranın Poldəşt şəhərində yaşayan X7 tanıdığını, X7nin onun atası X47 ilə yaxın münasibətlərinin olduğunu, lakin X25 xüsus i xidmət orqanları ilə əlaqələrinin olmasından xəbərsiz olduğunu, sonuncunun onların Naxçıvanda yerləşən evlərindəki ev telefonu ilə əlaqə saxlamasının da onun atası ilə bağlı olduğunu, hətta İbrahimin X22 ağa ilə də qohumluq münasibətlərinin olmasını göstərmişdir. O, həmçinin bildirmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanının özünü ona X6 kimi təqdim edən nümayəndəsi ilə əsasən «Whatsapp» tətbiqi, eləcə də elektron poçt ünvanları vasitəsilə əlaqə saxlamış, elektron poçt ünvanları və onların parollarını X6 özü ona vermiş, həmin poçt ünvanları ilə yazışmaları bir poçt ünvanından digər poçt ünvanına göndərməmiş, sadəcə olaraq müvafiq məlumatları həmin poçt ünvanının qaralama bölməsinə yazıb saxlamış, xüsusi xidmət orqanın nümayəndəsi eyni poçt ünvanının qaralama bölməsinə gi rib məlumatları oxuduqdan sonra onları silmişdir. O, İran xüsusi xidmət orqanının nümayəndəsi ilə Gürcüstan Respublikasının mobil operatorlarına məxsus olan +**********94 saylı telefon nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» vasitəsilə əlaqə saxlamış, həmin nömrəni o, 2012-ci ilin yanvar ayının əvvəllərində ilk dəfə Gürcüstanın Tbilisi şəhərində olarkən X6un tapşırığı ilə özü almış və nömrəni X6un ona alıb verdiyi ağ rəngli “Sony Xperia” markalı mobil telefona qoşmuşdur. X6un nömrəsi isə Türkiyə operatorlarına məxsus +**********61 nömrə olmuş və o, X6un adını telefonun yaddaşına “Ass” adı ilə qeyd etmişdir. O, həmin telefona yazılmış «Whatsapp» tətbiqi vasitəsilə X6la əlaqə saxlamaqla onunla şərti ifadələrdən istifadə edərək mesajlaşmışdır. Belə ki, mesajlarda “dərman” dedikdə “məlumat”, “Gəncə” dedikdə Gürcüstan, “Astraxan” dedikdə İstanbul, “qonaqlar” dedikdə onun özü nəzərdə tutulmuşdur. O, İran xüsusi xidmət orqanının nümayəndəsi X6 və X22 ağa ilə 2010-cu ilin iyul ayında həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə İstanbul şəhərində görüşərkən onlarla bir yerdə şəkil çəkdirmiş, həmin şəkillər ona məxsus olan “Transcend HDD” markalı sərt diskin yaddaşında hazırda da qalmaqdadır. Şəkillərdə olan saçları ağ rəngli və gur olan şəxs X22 ağa, boyu bir qədər alçaq və başı keçəl olan şəxs isə özünü ona X6 kimi təqdim edən şəxsdir. O, həmçinin göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs2 İran xüsusi xidmət orqanının nümayəndəsi ilə məxfi əməkdaşlıq etməsi üçün onu hər hansı formada hədələməmiş, ona zor tətbiq etməmiş, sadəcə olaraq həmin dövrdə pula ehtiyaclar ı olduğuna görə Təqsirləndirilən şəxs2dən buna razı olması üçün israrla xahiş etmişdir. O, xüsusi xidmət orqanın nümayəndəsi ilə eyni vaxtda və eyni xarici ölkədə olarkən hər X22də adətən bir, bəzən iki, bəzən də üç dəfə görüş keçirmiş, hər görüşün müddəti təxminən bir saat çəkmiş, görüşdə yalnız ikisi olmuş, görüşlər həmişə müxtəlif restoranlarda keçirilmiş, hoteldə və ya hansısa mənzildə görüşləri olmamış, görüş yerlərini və vaxtını qabaqcadan X6 özü müəyyənləşdirmişdir. İran xüsusi xidmət orqanının nümayəndəsi X6 sabiq DTX əməkdaşları X və X6un həbs edilmələrinin səbəblərini öyrənməsini ona, əvvəlki ifadəsində qeyd etdiyi kimi, 2018-ci ilin dekabr ayında deyil, 2019-cu ilin hansısa baş ayında «Whatsapp» vasitəsilə soruşmuş və X6 və Xin həbs edilmələri ilə bağlı Azərbaycan saytlarında ol an məqalələrin linklərini «Whatsapp» vasitəsilə ona göndərərək bu barədə maraqlanıb əldə edəcəyi məlumatları ona verməsini tapşırmışdır. 2019-cu ilin dekabr ayının 15-də atası Əbil vəfat etmiş,X47həmin gün Türkiyədə olmuş, atası vəfat edən gün Naxçıvana gəlmiş, 2-3 gün yas yerində iştirak edəndən sonra işləri ilə bağlı Qazaxıstana getmək üçün Bakı şəhərinə gəlmiş və 20 dekabr 2019-cu il tarixdə təyyarə ilə Qazaxıstana uçmuşdur. 27 dekabr 2019-cu il tarixdə Qazaxıstandan Bakıya qayıtmış, atasının vəfatı ilə əlaqədar Bakıda yas mərasimi təşkil etmək və həmin mərasimdə iştirak etmək üçün anasını Naxçıvandan Bakıya gətirməqk məqsədilə 03 yanvar 2020-ci il tarixdə Biləsuvar sərhəd-keçid məntəqəsindən keçərək İrana, oradan isə taksi tutub İran ərazisi ilə Naxçıvan istiqamətində hərəkət etmiş, yolda olarkən onun getdiyi maşın nasazladığından bir qədər yubanmış və başqa taksi ilə yoluna davam etmişdir. Culfa keçid məntəqəsinə gəlib çatanda saat təxminən 18 radələri olmuş, Naxçıvana keçmək üçün İran gömrüyünün qapısına çatanda kimsə arxadan onun qolundan tutmuş və arxaya çevrilib baxanda həmin şəxsin İran xüsusi xidmət orqanının nümayəndəsi X6 olduğunu görmüşdür. X6 kinayə ilə ona “gəlirsən, niyə xəbər eləmirsən?” sözlərini demiş, o, X6un onu orada tapmasından təəccüblənmiş və yolda gəldiyi taksinin nasazlanmasının da məqsədli olması qənaətinə gəlmişdir. X6la rastlaşdıqdan sonra onlar yaxınlıqdakı dükanın yanında ayaq üstə söhbət etmiş, həmin görüşdə X6 ondan keçmiş MTN əməkdaşları X və X6un DTX tərəfindən həbs edilmələrinin səbəblərini, eləcə də X9nın işindən kənarlaşdırılmasının səbəblərini öyrənməsini tapşırmışdır. Bundan sonra o, Naxçıvana, bir neçə gündən sonra isə təyyarə ilə Bakı şəhərinə gəlmiş və yanvar ayının 11- də işi ilə əlaqədar təyyarə ilə Qazaxıstan Respublikasına uçmuşdur. 2020-ci ilin mart ayının 15-də Bakıya qayıtmış, daha sonra isə ölkədə Covid-19 infeksiyası ilə əlaqədar karantin rejimi elan edildiyi üçün Qazaxıstana qayıda bilməmişdir. 2020-ci ilin iyul ayının 24-də isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməlini özü tərəfindən törədilməsini etiraf edərək həmin cinayətin halları barədə ona qarşı irəli sürülmüş ittihama, habelə Ş.Ə.Abbasquliyevin yuxarıda təsvir edilmiş ifadəl ərinə uyğun ifadələr vermişdir. Məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonradan xaricə çıxışları olmadıqlarını, bəzi işçilərin adlarını və telefon nömrələrini X6a vermədiklərini bildirsələr də, məhkəmələr haqlı olaraq məhkumlar tərəfindən ifadələrini dəfələrlə dəyişməsini, bu ifadələrin həm biri-biri ilə, həm də araşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq onların inkaredici ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, məhkum olunmuş şəxslərin ibtidai araşdırma zamanı verdikləri, biri-biri ilə üst üstə düşən və toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlara uyğun olan ifadələrini elan edib tədqiq etməklə həmin ifadələri, habelə şahidlərin ifadələrini və digər s übutları yekun məhkəmə aktlarının əsası kimi qəbul etmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsini təsdiq edən digər sübutların da bir qisminə hazırki qərarda da istinad etməyi zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı keçirilmiş fotoşəkil üzrə tanınma istintaq hərəkətinin keçirilməsi zamanı L.E.X19 Respublikasının xüsusi xidmət orqanı olan “Ettelaat”ın Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarına X33, X və digər pasport adları ilə X22 edən nümayəndəsinin fotoşəkili oxşar əlamətlərə malik digər şəxslərin fotoşəkilləri ilə birlikdə tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs2 həmin fotoşəkilləridə təsvir olunmuuş şəxslərin sırasında X33 və X pasport adlarından istifadə edən şəxsi göstərib onun özünü X6 kimi təqdim edən şəxs olmasını bildimişdir. Eyni ilə, fotoşəkil üzrə tanınma istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 də İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Ettelaat”ın Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarına X33, X adları ilə X22 edən nümayəndəsinin fotoşəkili oxşar əlamətlərə malik digər şəxslərin fotoşəkilləri ilə birlikdə tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 həmin fotoşəkillərin arasından X33 və X pasport adlarından istifadə edən şəxsin şəkilini göstərib həmin şəxsin ona özünü X6 kimi təqdim edən şəxs olduğunu bildimişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən Təqsir ləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdə baxış keçirilərkən həmin ünvandan ağ rəngli “Sony Xperia” markalı telefon aparatında onların və özünü onlara X6 kimi təqdim edən, X33, X pasport adlarından istifadə edən şəxslə birlikdə çəkdirdikləri şəkillər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş “Sony Xperia” markalı mobil telefonun yaddaşına baxış keçirilməsi haqqında 16 sentyabr 2020-ci il tarixli protokola görə, həmin mobil telefon “Sony Xperia” markalı olub, ağ rənglidir, işlək və saz vəziyyətdədir, telefona Gürcüstan Respublikasının mobil operatoruna məxsus olan +**********94 SİM nömrəsi qoşulmuşdur. Telefonun “kontaktlar” bölməsinə “Ass” adı ilə Türkiyə Respublikasına məxsus olan +90 537 *** ** ** telefon nömrəsi yazılmışdır, ba şqa telefon nömrəsi qeyd edilməmişdir. Telefonun “Qalereya” bölməsində hər hansı fayl mövcud deyil. Telefona sosial mübadiləşmə proqramlarından yalnız «Whatsapp» tətbiqi vardır. Bu tətbiq vasitəsilə telefonun kontaktlar bölməsinə “Ass” adı ilə qeyd olunan +90 537 *** ** ** nömrə ilə yazışma aparılmışdır. Yazışmalar 27 mart 2020-ci il tarixdə başlamış və sonuncu yazışma 5 iyul 2020-ci il tarixdə aparılmışdır. Yazışmalar şərti ifadələrdən istifadə edilməklə aparılmış, onların məzmunu əsasən salamlaşıb hal əhval tutma, “dərman”, “dost”, “Gəncə”, “Astraxan” və sair kimi şərti ifadələrdən ibarətdir. Həmçinin həmin nömrələr arasında “Whatsapp” tətbiqi üzərindən qarşılıqlı zənglər edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş kağız parçasının üzər ində Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt ünvanları qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində quraşdırılmış İAMAS-a baxış keçirilməsi haqqında 20 may 2019-cu il tarixli protokolun çıxarışından görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi X33 pasport adı ilə 11 iyul 2013-22 iyul 2013, 14 avqust 2014-20 avqust 2014 və 03 mart 2015-07 mart 2015 tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində X22də olarkən Təqsirləndirilən şəxs2 da 04 iyul 2010-21 iyul 2010, 21 iyul 2013-28 iyul 2013, 26 iyul 2014-25 avqust 2014, 03 mart 2015-08 mart 2015-ci il tarixlərdə eyni şəhərə X22lər etmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin şəhərlərə həyat yoldaşı Təqsirləndirilən şəxs1lə birlikdə X22lər etmişdir. Təqsirləndirilən şəxs1 sərhədkeçmə haqqında məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, o, 23 oktyabr 2010-10 noyabr 2010, 05 yanvar 2011- 24 yanvar 2011, 30 aprel 2011-08 may 2011, 19 iyul 2011-29 iyul 2011, 16 sentyabr 2011-22 sentyabr 2011, 21 iyul 2013-28 iyul 2013, 03 mart 2015-11mart 2015, 17 aprel 2018-21 aprel 2018-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində, 02 yanvar 2012-04 yanvar 2012, 27 iyul 2015-28 iyul 2015, 05 may 2017-07 may 2017, 07 sentyabr 2018-11 sentyabr 2018-ci il tarixlərdə Gürcüstan Respublikasında X22də olarkən “Ettelaat”ın nümayəndəsi 01 yanvar 2012-05 yanvar 2012, 25 iyul 2015-29 iyul 2015, 03 may 2015-09 may 2015, 06 sntyabr 2018-10 sentyabr 2018-ci il tarixlərdə eyni ölkəyə X22lər etmişdir. İbtidai araşdırma zamanı keçirilmiş əməliyyat-texniki tədbirlər zamanı, Təqsirləndirilən şəxs2 istifadəsində olan 55 ***-**** mobil telefon nömrəsindən 15 dekabr 2019-cu il saat 18:35-18:39 aralığında İrana məxsus **********91 telefon nömrəsinə 3 dəfə zəng edilmiş, lakin danışıq qeydə alınmamışdır. L.E.X28 Respublikasının mobil operatoruna məxsus nömrəsinə zəng edərkən Naxçıvan MR-də, Təqsirləndirilən şəxs1 isə Türkiyə ərazisində olmuş və təxminən 1 saat sonra “Sədərək” SNM-dən keçərək Azərbaycana daxil olmuşdur. Təqsirləndirilən şəxs1 bu X22dən öncə sonuncu dəfə 01 sentyabr 2019-cu il tarixdə Qazaxıstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etdiyi, oradan Türkiyə ərazisinə gələrək quru yolla Azərbaycana daxil olması, onun Türkiyə ərazisində “Ettelaat”ın əməkdaşları və yaxud onların əlaqələndiricisi ilə görüşməsini ehtimal etmək olar. Qeyd olunan İranın mobil operatoruna məxsus telefon nömrəsinin ətrafında keçirilmiş əməliyyat-texniki tədbirlər zamanı, 13 iyun 2015-ci il tarixdə saat 19:10-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31A (Q.Qarayev metrostansiyasının yanı) ünvanında quraşdırılmış ***-***-**-** universal tipli taksafon nömrəsindən **********91 telefon nömrəsinə zəng olunaraq 70 (yetmiş) saniyəlik danışıq aparıldığı müəyyən edilmişdir. Bununla əlaqədar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vaxt istifadələrində olan mobil telefon nömrələrinin antenna göstəricilərinin təhlili aparılmış və məlum olmuşdur ki, danışıq aparılan vaxt Təqsirləndirilən şəxs1 qeyd olunan ərazidə olmuşdur. Bu faktla əlaqədar, İranın mobil operatoruna məxsus olan nömrəyə ***-***-**-** saylı taksafondan zəng edən şəxsin Təqsirləndirilən şəxs1 olması qənaətinə gəlinmişdir, ona görə ki, DTX tərəfindən müəyyən olunmuş təcrübəyə görə, “Ettelaat”ın əməkdaşları öz agenturası ilə ikitərəfli əlaqənin saxlanılması üçün əksər hallarda taksofondan istifadəyə üstünlük verirlər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən 18 dekabr 2018-ci il tarixli 2/5630 saylı məktubla İran İslam Respublikasının xüsusi xidmət orqanın X33 və X pasport adlarından istifadə edən nümayəndəsinin İstintaq baş idarəsinə daxil olan fotoşəkli oxşar əlamətlərə malik digər şəxslərin fotoşəkilləri ilə birlikdə X10 tanınmaya təqdim edilmiş və sonuncu həmin fotoşəkillərin arasında n X33 və X pasport adlarından istifadə edən şəxsin fotoşəklini göstərib həmin şəxsin ona özünü Mostafa kimi təqdim edən şəxs olduğunu bildimişdir. Cinayət işinin materiallarının təhlili göstərir ki, istər yuxarıda təsvir edilən arayışların, istərsə də işdə olan digər sübut əhəmiyyətli sənədlərin və ya istintaq hərəkətlərinin aparılması haqqında protokolların hər hansı şəkildə saxtalaşdırılması, məhkum olunmuş şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində və şahidlərin verdikləri ifadələrinin kiminsə təsiri və ya təzyiqi altında vermələri, bu ifadələrin saxtalaşdırılması da iş materialları ilə müəyyən edilmir. Əksinə, iş üzrə sübutların təhlilini aparan məhkəmə kollegiyasının qənaətinə görə, bu sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz ibtidai araşdırma zamanı verdi kləri ifadələri ilə üst üstə düşür, onları tamamlayır və bu ifadələrin şübhə altına alınması üçün əsaslar müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin əməlləri törətməsinin sübuta yetirilməsi ilə yanaşı onların həm də CM-nin 274-cü maddəsi ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticəni düzgün sayır və buna görə də bu məsələ ilə bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətlərinə məhkəmə baxışının yekunu olaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçilər Y.K.Seyfəlovun və N.F.Əsgərovun həmin şikayətlərində göstərdikləri dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə onların bu dəlilləri məhkum olunmuş şəxslərin cina yət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə də tam şəkildə əməl olunmuş, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza tədbiri seçilərkən isə onların törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətlərini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçilər Y.K.Seyfəlovun və N.F.Əsgərovun kassasiya şikayətlərində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumların təqsirliliklərinin sübuta yetirilməməsi kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilm ir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Y.K.Seyfəlovun və N.F.Əsgərovun, kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birisinin CM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 -ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar