Məhkəmə qərarları › İş №1-1(102)-38/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-38/2025

04.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-38/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, XXXX işləmiş və sərəncamda olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, halhazırda həbsdə ola n Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.2 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1-1(103)-24/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1-1(093)-12/2024 nömrəli hökmü ilə (hakimlər Z.Q.Ağayev (sədrlik edən), R.Q.Abbasov və C.C.Ramazanov) Məhkum - Azərbaycan Respublikası CM-in 311.3.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhru m etmə cəzasına təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1-1(103)-24/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1-1(093)-12/2024 nö mrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 28 noyabr 2022-ci il tarixli 78 nömrəli əmrlə XXXX vəzifəsində işləyərkən həmin Xidmət rəisi tər əfindən təsdiq edilmiş “Funksional vəzifələr haqqında təlimat”a əsasən, hərbi vəzifəlilərin və hərbi- nəqliyyat vasitələrinin səfərbərliyinin keçirilməsi, planlarını bilavasitə işləyib hazırlamaq, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərlik ehtiyaclarının ödənilməsi, səfərbərlik hazırlığının və səfərbərliyin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq, 3 ayda bir dəfə mövcud olan məlumatlara əsasən səfərbərlik planını, həmçinin digər səfərbərlik sənədlərini dəqiqləşdirmək, idarənin döyüş hazırlığı vəziyyətinə gətirilməsinə və səfərbərliyin keçirilməsinə daima hazır olmasına və bu işlərin qısa müddətdə praktiki tətbiqini həyata keçirmək, mövcud şəraitin təhlili və qiymətləndirilməsi, səfərbərlik ehtiyatlarının xəbərdar edilməsi,hərbi vəzifəli lərin qısa müddətdə hərbi hissələrə göndərilməsi üçün tədbirlər hazırlamaq, idarənin nəzarət qrupunun şəxsi heyəti ilə məşğələləri planlaşdırır və keçirilməsini təşkil etmək, səfərbərlik planına əsasən Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin zəmanətli və keyfiyyətli təminatının həyata keçirilməsi məqsədilə insan və nəqliyyat resurslarının ehtiyatının toplanmasını təmin etmək, rayonun (şəhərin) səfərbərlik ehtiyatlarının real kəmiyyət və keyfiyyət uçotunu aparmaq, hərbi hissələrin komplektləşdirilməsi üçün onların düzgün bölüşdürülməsini təmin etmək, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərlik üzrə komplektləşdirilməsi üçün daxil olan naryadları yerinə yetirmək, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasit ələrinin hərb-i hissə və birləşmələrə təhkim olunmasını təmin etmək, hərbi vəzifəlilərə, həmçinin hərbinəqliyyat vasitələrinə malik dövlət və yerli özünüidarə orqanlarına, təşkilatların rəhbərlərinə və vətəndaşlara səfərbərlik zamanı və müharibə dövründə səfərbərli tapşırıqları və vəzifələri haqqında səfərbərlik sərəncamları vermək, səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar ləğv olunduğu hallarda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görmək, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hərbi hissə və birləşmələrə təhkim olunmuş hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını və hərbi-nəqliyyat vasitələrinin təqdim olunmasını, vətəndaşların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində iş ləmək üçün göndərilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edən dövlət orqanları ilə birlikdə səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə verilmək üçün idarənin siyahıları əsasında seçilmiş hərbinəqliyyat vasitələrinə texniki baxış keçirilməsində iştirak etmək, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanmasını həyata keçirmək, təsdiq olunmuş siyahı üzrə hərbinəqliyyat vasitələrinin uçotu barədə statistik hesabatları vaxtında tərtib edilib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edlməsinə nəzarət etm ək, vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət almasının və azad edilməsinin mövcud qanunlara əsasən sənədləşdirilməsini təşkil etmək, qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək, idarənin səfərbərlik hazırlığı və səfərbərlik kargüzarlığının fəaliyyətinə rəhbərlik etmək, səfərbərlik sənədlərinin korlanmaması və yaxud itməməsi üçün tədbirlər görmək, həftədə bir dəfə icrasında olan məxfi və tam məxfi sənədlərin yerində olub-olmamasını və qeydiyyatının düzgünlüyünü yoxlamaq, idarənin hərbi qulluqçularının və işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə təkliflər vermək, idarənin işçilərinin q anunvericiliklə müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılması və onlar barəsində intizam tənbehi tədbirləri görülməsi haqqında idarə rəisi qarşısında vəsatət qaldırmaq, idarənin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığına, məxfilik və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzərət etmək, günün nizam qaydalarına və daxili intizama riayət edilməsinə nəzarət etmək, idarə rəisinin digər əmr və tapşırıqlarını yerinə yetirmək və digər səlahiyyətləri həyata keçirməklə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətləri nin) icrası ilə əlaqədar edəcəyi bilə bilə qanunsuz hərəkətə görə, yəni sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə 35 yaşadək 3 ildən bir keçirilməsi nəzərdə tutulmuş növbəti tibbi müayinədən keçirilərkən yenidən xəstə olması barədə tibbi rəy alınmaqla yararsızlıq müddətinin növbəti 3 il ərzində uzadılmasına görə 09 mart 2023-cü il tarixdə Şahid1 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 800 (səkkiz yüz) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı rüşvət qismində istəyərək, Şahid1 razılığını alıb, həmin niyyətlə 09 mart 2023-c ü il tarixdə işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, həmin hərəkətləri ilə vəzifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə bilə qanunsuz hərəkətə görə, yəni sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə 35 yaşadək 3 ildən bir keçirilməsi nəzərdə tutulmuş növbəti tibbi müayinədən keçirilərkən yenidən xəstə olması barədə tibbi rəy alınmaqla yararsızlıq müddətinin növbəti 3 il ərzində uzadılmasına görə 09 mart 2023-cü il tarixdə X2 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvan ında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən rüşvət qismində istəyərək, X razılığını alıb, həmin niyyətlə 09 mart 2023-cü il tarixdə işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə vəzifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə bilə qanunsuz hərəkətə görə, yəni sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə 35 yaşadək 3 ildən bir keçirilməsi nəzərdə tutulmuş növbəti tibbi müayinədən keçirilərkən yenidən xəstə olması barədə tibbi rəy alınmaqla yararsızlıq müddətinin növbəti 3 il ərzində uzadılmasına görə 09 mart 2023-cü il tarixdə Şahid3 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məs ələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən rüşvət qismində istəyərək, Şahid3 razılığını alıb, həmin niyyətlə 09 mart 2023-cü il tarixdə işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə vəzifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə bilə qanunsuz hərəkətə görə, yəni sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə 35 yaşadək 3 ildən bir keçirilməsi nəzərdə tutulmuş növbəti tibbi müayinədən keçirilər kən yenidən xəstə olması barədə tibbi rəy alınmaqla yararsızlıq müddətinin növbəti 3 il ərzində uzadılmasına görə 09 mart 2023-cü il tarixdə Şahid2 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.300 (min üz yüz) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən rüşvət qismində istəyərək, Şahid2 razılığını alıb, həmin niyyətlə 09 mart 2023-cü il tarixdə işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.300 (min üç yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə vəz ifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlini CM-in 178-ci maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbay can Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu g eri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1-1(103)-24/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar