Məhkəmə qərarları › İş №1-1(102)-39/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-39/2021

22.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-39/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2 019-cu il tarixli, 11(103)-22/2019 saylı qərarından məhkum Təqsirləndirilən şəxs və onun Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan. 2. 17 dekabr 2018-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra – Azərbaycan Respublikası CM) 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Bakı Hərbi Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 1-1(093)-303/2018 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndir ilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrdə göstərilən nəticələrə səbəb olmayan zərərçəkmiş şəxsi mütəmadi olaraq döyərək güclü fiziki ağrı yetirməklə əzab vermə cinayətini törətmişdir. Belə ki, o, 2014-ci ilin oktyabr ayından X5 ilə rəsmi nikaha daxil olduqdan sonra evə gec gəlməsi, ümumiyyətlə günlərlə 4. evə gəlməməsi, telefonuna baxması, ailəsi ilə vaxt keçirməməsi, günlərini əyləncə məkanlarında başqa qadınlarla keçirməsi, ailəsinə soyuq, laqeyd münasibət bəsləməsi barədə sonuncunun haqlı iradlarını bəhanə edərək, 2014-cü il tarixdən başlayaraq birlikdə yaşadıqları ünvan 2 ünvandakı evlərində döyməklə, eləcə də eyni mövzuda mübahisə edib 2015-ci ilin iyul ayında Gəncə şəhərində yerləşən «Vego» otelində yumruqla, təpiklə vuraraq üst çənədə 11-ci dişin sınığı olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət, 07 avqust 2016-cı il tarixdə ünvan 3 ünvanda fəaliyyət göstərən “Süfrə” restoranında əllə zərbələr vurub üst dodağın sağ yarısının selikli qişasına qansızması olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət, 2017-ci ilin avqust ayında Türkiyə Respublikasının Bodrum şəhərində, “Thore by Alkoçlar” otelində əllə zərbələr vurub burun tənəffüsünün çətinləşməsi ilə müşahidə olunan burun sümüyünün yerdəyişən sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, sonuncu dəfə isə 2017-ci ilin dekabr ayının 2 3 və 24 tarixlərində birlikdə yaşadıqları ünvan 4 ünvanda əllə və «iPhone 7+» markalı mobil telefonun qutusu ilə zərbələr vuraraq Əsmər Sadıqovaya sağ bud nahiyəsinin hematoması olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət və sol bazu nahiyəsinin qançırı olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib sonuncunu mütəmadi olaraq döyməklə güclü fiziki ağrı verib ona qarşı əzab vermə cinayətini törətmişdir.

5. Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 1-1(093)-33/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2019-cu il ta rixli qərarı ilə Təqsirləndirilən şəxs 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X3 apelyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Məhkumun müdafiəçisi X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmdə zərərçəkmiş şəxsə mütəmadi olaraq döyülərək güclü fiziki ağri yetirdiyini və əzab verildiyini göstərsə də, həmin güclü fiziki ağrı və əzabın verilmə tarixlərinə və xəsarətin dərəcələrinə əhəmiyyət belə verməmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, 2014-cü ilin oktyabr ayından X5 ilə rəsmi nikaha daxil olduqdan sonra evə gec gəlmiş, ümumiyyətlə evə gəlməmiş, telefonuna baxmamış, ailəsi ilə vaxt keçirməmiş, günlərini əyləncə məkanlarında başqa qadınlarla keçirmiş, ailəsinə soyuq, laqeyd münasibət bəsləmişdir. Halbuki ittihamda göstərilən hadisələrin hamısı otellərdə, istirahət yerlərində və restoranlarda baş vermişdir. Bu da Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq edir ki, doğrudan da o, ailəsinə həmişə vaxt ayırmış, istirahətə onlarla getmiş, xarici ölkələrdə belə istirahətə getmişlər. Məhkəmə tibb ekspertizasını rəyləri də əsaslı və konkret deyildir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 09 fevral 2018-ci il tarixli, 190 saylı rəyi və təkrar məhkəmə-tibb ekspertizasının T229/2018 nömrəli, 07.09.2018-ci il tarixli rəyindən d ə görünür ki həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiq olunmur. Zərərçəkmiş və onun tərəfindən dindirilmiş şahidlər işin hallarına uyğun olmayan ifadələr vermişlər ki, bu ifadələrə məhkəmə hüquqi qiymət verməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli, 1-1(103)-22/2019 nömrəli ilkin baxış iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmündən müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən 10 sentyabr 2019-cu il tarixə təyin edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi hes ab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkumun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işin digər obyektiv halları ilə təsdiq edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instan siya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını işdə cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdırıcı halların olmamasını əsas götürərək məhkumun ittiham olunduğu maddənin sanksiyası həddində, ona şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 1-1(103)-22/2019 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 133.1-ci maddəsi ilə məhkum edilmə sinə dair Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun Müdafiəçi tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

14. Məhkum Təqsirləndirilən şəxs və onun Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası işin konkret hallarını araşdırmamış, maddənin dispozisiyasında qeyd edilən əməldə tətbiq edilməli olmayan cəzanı tətbiq edilməklə qərar çıxartmışdır. 133.1-ci maddəsinin dispozisiyası əməldə mütəmadi olaraq əzab verməni nəzərdə tutduğu h alda, 4 il ərzində mütəmadilik olmayan halda, istirahət mərkəzlərinə gedib birlikdə istirahət etmələrini əzab vermə kimi qiymətləndirmisdir. Aşağı instansiya məhkəmələrinin qərarlarından göründüyü kimi xəsarətlərin onun tərəfindən törədilməsi öz təsdiqini tapsa belə, restoranlarda və istirahətdə olarkən hər hansı xoşagəlməz hərəkətə və ya mədəniyyətsizliyə yönəlmiş sillə hərəkəti əzab vermə kimi qiymətləndirilə bilməz. Bundan başqa Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2016-cı il tarixli, 544 nömrəli rəyində göstərilən, 07 avqust 2016-cı il tarixdə qeyd olunan nahiyəyə əllə vurulması nəticəsində əmələ gələn sağlamlığa zərər vurmayan xəsarətlə bağlı əmələ artıq qiymət verilmiş, tərəflər barışdığına görə iş üzrə icraata xitam verilmişdir. Bu hala görə yenidən məsuliyyətə cəlb edilməsi Ko nstitusiyanın 64-cü maddəsinə ziddir. Göründüyü kimi onun Azərbaycan Respublikasının qanunvericiliyinə ilə, həm də Konvensiyada nəzərdə tutulmuş hüquqlarım pozulmuşdur.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. İşə aid qanunvericilik

16. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə

3. Cinayət məsuliyyətinin əsasları “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.“ Maddə

133. Əzab vermə “133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə — iki ilədək müddətə isl ah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır....” 17. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanı: “...

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar....” IV. Hüquqi məsələl ər

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilm əməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında l əğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Məhkum Təqsirləndirilən şəxs və onun Müdafiəçi kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini mahiyyətcə məhkumun təqsirliliyi barədə məhkəmə qərarlarının əsasını artıq barəsində xitam verilmiş cinayət işi üzrə əldə edilmiş yolverilməz sübutlar təşkil etdiyi və əməlində mütəmadilik olmadığına görə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarılması, nəticə etibarilə Cinayət-Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Cinayət işinin materiallarından göründüyü kimi, 2014-ci ilin oktyabr ayında X5 ilə rəsmi nikaha daxil olduqdan sonra, 2015-ci ilin iyul ayından başlayaraq 2017-ci ilin dekabr ayına qədər olan dövrdə məhkum Təqsirləndirilən şəxs 4 epizodda Əsmər Sadıqovaya qarşı fiziki zor tətbiq etmiş, kassasiya şikayətinin müəllifləri iddia etdiyi kimi həmin epizodlar biri üzrə aralarında barışıq əldə etdiklərinə görə cinayət işinə xitam verilmişdir. Kassasiya şikayətinin müəllifləri hesa b edirlər ki, 4 il müddətində 4 dəfə məhkumun arvadına qarşı fiziki zor tətbiq etməsi Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin dispozisiyası ilə müəyyən edilən mütəmadiliyi təşkil etmir, eləcə də ittihamın əsasını təşkil edən epizodlar biri üzrə cinayət işinə xitam verilməsinə baxmayaraq, həmin epizod üzrə Təqsirləndirilən şəxs yenidən məsuliyyətə cəlb edilməsi ilə o, eyni əməlin törədilməsinə görə təkrar məhkum edilmişdir.

25. Kassasiya şikayətində qaldırılan məsələləri cavablandırmaq üçün, məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanını əsas götürməklə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir.

26. Belə ki, Avropa Məhkəməsi qərarlarına qeyd etmişdir ki, dövlət orqanların ın fərdin şəxsi toxunulmazlığının ailə üzvü və ya ər/arvad tərəfindən ciddi şəkildə pozulmasına qarşı səmərəli çəkindirici tədbirlər formasında qoruyucu tədbirlər görmək öhdəliyi var (bax, Muntenau Moldova Respublikasına qarşı, № 34168/11, § 70, 26 may 2020). Hətta tək bir zərbə zərərçəkəndə qorxu və əzab hislərini yarada bilər və onun mənəvi və fiziki dayanıqlılığını qırmaq məqsədilə edilə bilər. Təhdid psixoloji zorakılığın bir formasıdır və həssas zərərçəkəndə belə qorxuducu davranışın obyektiv xarakterindən asılı olmayaraq qorxu hissi yarana bilər. CEDAW Komitəsi qeyd etmişdir ki, bu formada təhdid edilmək üçün gender əsaslı zorakılığın “zərərçəkənin həyatı və sağlamlığı üçün birbaşa və təxirəsalınmaz təhdidin” olmasına ehtiyac yoxdur (bax, Volodina Russiaya qarşı, № 34168/11, § 98, 9 iyul 2019).

27. Kassasiya şikayətində qaldırılan iddialara münasibət Avropa Məhkəməsi tərəfindən Qaloviç Xorvatiyaya qarşı işlə bağlı şikayətə baxılarkən bildirilmişdir. Hazırki kassasiya şikayətində olduğu kimi, həmin iş üzrə ərizəçi Avropa Məhkəməsi qarşısında digərləri ilə yanaşı 2 məsələni qaldırmışdır: birincisi, 4 il ərzində 4 dəfə inzibati xətalar üzrə məsuliyyətə cəlb edildikdən sonra, törətdiyi həmin əməllər nəzərə alınmaqla məişət zorakılığına görə artıq cinayət məsuliyyətinə cəlb edilməsi təkrarlığı təşkil edirdi ya yox; ikincisi, 4 il ərzində 4 epizodda məişət zorakılığı əməlinin törədilməsi mütəmadiliyi yaradırdı ya yox.

28. Göstərilən məsələlərlə bağlı Avropa Məhkəməsi qeyd etmişdir ki, məişət zorakılığı nadir hallarda sadəcə bir dəfəyə baş verir və adətən işin bütün hallar ında aşkar olunan yaxın ailə üzvünün və ya həyat yoldaşının birgə və bir-biri ilə əlaqəli fiziki, psixoloji, cinsi, emosional, şifahi və maddi təzyiqlərini əhatə edir. Şəxsi və şəxsin yaxınları ilə münasibətlərində mütəmadi zorakılıq hallarının təkrarlanması, ailədaxili şiddətin xüsusi məzmununu və dinamikasını əks etdirir. Ailədaxili zorakılıq, mütəmadi davranış modeli ilə xarakterizə edilən və davam edən cinayətin xüsusi bir forması kimi başa düşülür (bax, Qaloviç Xorvatiyaya qarşı, № 45512/11, § 116, 31 avqust 2021).

29. Davam edərək Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin barəsində aparılmış inzibati xətalara dair məhkəmə icraatlarının məqsədi ailədaxili zorakılığın daha da genişlənməsinin vaxtında və səmərəli formada qarşısını almaq və zərərçəkmiş şəxsi qorumaq üçün Cinayət Məcə lləsinə əsasən cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı hərəkətlərə dərhal münasibətin bildirilməsi olmuşdur. Ərizəçinin hərəkətləri xüsusi şiddət həddinə çatdıqda, onun törətdiyi mütəmadi zorakılıq əməllərini hərtərəfli şəkildə həll etmək məqsədilə ona qarşı ittiham irəli sürülmüşdür. Cəzalandırılması ilə nəticələnən, barəsində şikayət qaldırdığı ayrı-ayrı inzibati işlər ərizəçinin digər əməlləri ilə birgə nəzərə alındıqda, onun davranış formasını nümayiş etdirmiş və ərizəçinin cinayət əməlinin ağırlıq dərəcəsinin qiymətləndirilməsinə kömək etmişdir. Ərizəçinin qeyd edilən bütün əməlləri yalnız bütövlükdə götürülməklə onun qurbanlarına ümumi təsirini bir üzə verirdilər. Belə olan halda, əməlin qurbanı, ailə və cəmiyyətə xüsusi zərər təsiri göstərən məişət zorakılığının qarşısın ın alınması, cəmiyyətin ümumi maraqlarının təmin edilməsi məqsədi ilə aparılmış tədricən ciddiləşən və qismən təkrarlanan məhkəmə icraatlarının mübahisələndirilməsi üçün əsas yoxdur. Bu cür ikili məhkəmə icraatları ailədaxili zorakılığın sosial təhqiramiz davranışa tamamlayıcı cavabdır (bax, Qaloviç Xorvatiyaya qarşı, § 116).

30. Nəzərə alınsa ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədləri üçün sanksiyası ciddi cəza, o cümlədən, inzibati həbs nəzərdə tutan inzibati xətalar üzrə icraat cinayət mühakimə icraatı ilə bərabər tutulur (bax, Qafqaz Məmmədov Azərbaycana qarşı, № 60259/11, § 70, 15 oktyabr 2015), istinad edilən işdə hətta ayrı-ayrı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb edildikdən sonra belə, həmin epizodla rın məcmusu üzrə mütəmadi olaraq zorakı hərəkətlərin törədilməsi əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi, ne bis in idem prinsipini pozmamış və Avropa Məhkəməsi belə halda İnsan Hüquqlarının və X2 haqqında Konvensiyasının 7-ci Protokolunun 4-cü maddəsinin pozulmadığı haqda qərar vermişdir.

31. Hazırki kassasiya şikayətində ittihamın əsasını təşkil edən epizodlardan biri üzrə əvvəllər məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş Əsmər Sadıqova arasında barışıq əldə edilməsi nəticəsində cinayət işinə xitam verilməsi iddia edilsə də, müdafiə tərəfi bu halı təsdiq edən hər hansı sübutu cinayət mühakiməsini icra edən heç bir orqana təqdim etməmişdir. Bununla belə, müdafiə tərəfinin iddiası hətta həqiqətə uyğun olsaydı, istər Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin dispozisiyasın a, istərsə də Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə ailə münasibətlərində verilən əzab davam edən cinayət hesab edilir və bu cinayət əməlinə görə məsuliyyət onu təşkil edən ayrı-ayrı epizodlara yox, onların məcmusu ilə müəyyən edilən mütəmadilik elementinə görə yaranır. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs təkrar cinayət məsuliyyətinə cəlb edilməsi haqqında dəlilini əsassız hesab edir.

32. O ki qaldı kassasiya şikayəti müəlliflərinin 4 il müddətində baş vermiş 4 halda fiziki zor tətbiqetmələrin zamana görə bir-birindən uzaq olmaqla mütəmadilik təşkil edə bilmədiyi barədə dəlilinə, məhkəmə kollegiyası yenə də yuxarıda qeyd edilən Qaloviç Xorvatiyaya qarşı işin hallarına istinad etməklə (bax, Qaloviç Xorvatiyaya qarşı, § 122) hesab edir ki, ittihamın əsasını təşkil edən müstəqil epizodlar vaxt baxımından bir-biri ilə kifayət qədər bağlı və yaxın olmuş, təxminən dörd il ərzində məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin dispozisiyası ilə müəyyən edilən ağırlıq dərəcəsinə, yəni mütəmadilik elementinin yaranması səviyyəsinə çatmışdır və bu baş verdikdə, o, haqlı olaraq Cinayət Məcəlləsinin sözügedən maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir.

33. Beləliklə, Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi tək zib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

34. Öz növbəsində apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

35. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi v ə yaxud dəyişdirilməsi əsaslarından hər hansı birini (o cümlədən, kassasiya müraciəti ilə ehtiva olunan Cinayət-Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.6-cı maddələrində göstərilən halları) müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır.

36. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 17 sentyabr 2019-cu il tarixli, 1-1(103)-22/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 17 sentyabr 2019-cu il tarixli, 1-1(103)-22/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar