Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-39/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-cü maddəl əri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Ə.Sarıyev) 27 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, orta təhsilli, ailəli, məhkum olunmamış, N nömrəli hərbi hissəsinin komendant bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, Məhkum CM- in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib, 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinin tələbinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) günlük müddət, həmin tarixdən xx.xx.2021-ci il tarixədək 5 (beş) ay 18 (on səkkiz) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla təyin edilmiş 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1.500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılmış, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinə dəyişdirilərək onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, haqqında seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirin in hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Qəbələ rayon icra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X17 və X9 ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, iş üzrə Tərtər Hərbi Məhkəməsinin 27 may 2022-ci il tarixli, 1(098)-71/2022 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair yeni hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddə ləri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə, CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum oğlunun xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) günlük müddət, eyni zamanda həmin tarixdən xx.xx.2021-ci il tarixədək 5 (beş) ay 18 (on səkkiz) gün olmaqla ümumilikdə 5 (beş) ay 20 (iyirmi) gün həbsdə saxlandığı müddət bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılsın və Məhkum üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclası zalında dərhal həbs olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının N nömrəli hərbi hissəsinin komendant bölüyünün başçavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin Mingəçevir şəhər X22 dəstəsinin 68 nömrəli Yanğından mühafizə hissəsinin dispetçeri vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət edən tanışı X18 ilə qa baqcadan əlbir olaraq bir qrup şəxs halında 2020ci ilin may ayının sonlarında tanışı vətəndaş Şahid4 ilə Qəbələ şəhəri, hazırki Polad Həşimov küçəsi, "029” adlı çay evində görüşüb Şahid4 özünün FHN-də xilasetmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəlməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə, bu barədə Məhkum Bayram Hüseynova məlumat verməklə aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda, Şahid4 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi olan «qohumu» vasitəsi ilə 8.000 manat, sonradan isə 6.000 manat pul müqabilində Şahid4 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə rüşvət v erməyə təhrik etmişdir. Daha sonra 2020-ci ilin iyun ayının əvvəlində Məhkum Qəbələ şəhərində yerləşən "Pərviz” restoranında görüşüb Şahid4 6.000 manat pulu, 2020ci ilin sonlarında sonuncunun işlədiyi Qəbələ şəhəri H.Əliyev prospekti 46 ünvanında yerləşən "Smart Elektronics” məişət texnikası satışı mağazasının qarşısında «Covid-19» testinin nəticəsini əldə etmək adı ilə 80 manat, cəmi vahid niyyətlə 6.080 manat pulu alıb Qəbələ şəhərində Bayram Hüseynova verməklə, Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynov ilə təkrarən q abaqcadan əlbir olaraq bir qrup şəxs halında 2020-ci ilin iyun ayının sonlarında tanışı vətəndaş X6 ilə Qəbələ şəhərində, Heydər Əliyev adına parkda yerləşən “Elit” çay evində görüşüb X3 Sadullayevin FHN-də yanğın söndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəlməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə, bu barədə Məhkum Bayram Hüseynova məlumat verməklə təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda, P.B.Sədullayevə yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi olan «qohumu» vasitəsi ilə 8.000 manat pul müqabilində Şahid7 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə təkr arən rüşvət verməyə təhrik etmişdir. Daha sonra Məhkum 04 iyul 2020-ci il tarixdə saat 11:00 radələrində Qəbələ şəhərində, Beynəlxalq Bankın qarşısında, P.B.Sədullayevin idarə etdiyi avtomobildə görüşüb Pərviz Sədullayevdən 8000 manat pulu alıb, özgənin əmlakını aldatma yolu ilə ələ keçirib, 05 iyul 2020-ci il tarixdə saat 14:15 radələrində Qəbələ şəhərinin mərkəzinə yaxın ərazidə Məhkum istifadəsində olan “**-LN-***” qeydiyyat nişanlı “VAZ-21014” markalı avtomobildə Bayram Hüseynovla görüşüb pulu ona verməklə, Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbə də xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 2020-ci ilin iyul ayında tanışı vətəndaş Şahid5 ilə Qəbələ şəhərinin mərkəzində yerləşən parkda görüşüb Şahid5 oğlu Şəhriyar Xalidlinin FHN-də yanğınsöndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəlməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə, bu barədə Məhkum Bayram Hüseynova məlumat verməklə təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda Şahid5 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi olan Bayram Hüseynovun vasitəsi ilə 7.000 manat pul müqabilində Ş.Xalidlini işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edi lməsi müqabilində vəzifəli şəxsə təkrarən rüşvət verməyə təhrik etmişdir. Daha sonra Məhkum 2020-ci ilin iyul ayında vətəndaş Şahid5 ilə Qəbələ şəhərində mərkəzi parkda yerləşən çay evində görüşüb Şahid5 4.000 ABŞ dolları və 200 manat pulu, məzənnə ilə 7.000 manat pulu, 2020-ci ilin sonlarında Qəbələ şəhərində Soltan Nuxa kəndində yolun kənarında «Covid-19» testinin nəticəsini əldə etmək adı ilə 80 manat, cəmi vahid niyyətlə 7.080 manat pulu almaqla, özgənin əmlakını aldatma yolu iləələ keçirib Qəbələ şəhərində Bayram Hüseynova pulu verməklə Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan ba şqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayında tanışı vətəndaş Şahid2 ilə Qəbələ şəhərinin mərkəzində yerləşən parkda görüşüb Şahid2 qardaşı Şahid3 FHN-də xilasetmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəlməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə, bu barədə Məhkum Bayram Hüseynova məlumat verməklə təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda Şahid2 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi olan «qohumu» vasitəsi ilə 7.000 manat, sonda 4.600 manat pul müqabilində Şahid3 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla on u hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə təkrarən rüşvət verməyə təhrik etmişdir. Daha sonra Məhkum 15 sentyabr 2020-ci il tarixdə vətəndaş Şahid2 ilə Qəbələ şəhərində yerləşən Zərifə Əliyeva adına parkın avtomobil parkında görüşüb Şahid2 4.600 manat pulu, 2021-ci ilin əvvəllərində Qəbələ şəhərinin mərkəzində yerləşən ərazidə “Covid-19” testinin nəticəsini əldə etmək adı ilə 80 manat, cəmi vahid niyyətlə 4.680 manat pulu almaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirib Bayram Hüseynova pulu verməklə, Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 15 dekabr 2020-ci il tarixdə vətəndaş Şahid1 ilə Qəbələ şəhərinin mərkəzi hissəsində istifadəsində olan “VAZ21014” markalı avtomobildə görüşüb Şahid1 oğlu Rauf Atlıyevin FHN-nin yanğınsöndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəltməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda Şahid1 yaxın münasibətlərdə olduğu FHN-də vəzifəli şəxsin vasitəsi ilə 5000 manat pul müqabilində R.Atlıyevi işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə təkrarən r üşvət verməyə təhrik etmişdir. Məhkum 23 dekabr 2020-ci il tarixdə Bayram Hüseynov ilə birlikdə vətəndaş Şahid1 ilə Ağdaş rayonunda dörd yol deyilən ərazidə istifadəsində olan avtomobildə görüşmüş, bu zaman Bayram Hüseynov, Şahid1 2.500 manat pulu, 26 dekabr 2020-ci il tarixdə isə Şamaxı rayonu, “avtovağzal” adlanan yerdə Şahid1 qohumu Şirəli Abdullayevin idarə etdiyi “Chevrolet Niva” markalı avtomobildə görüşüb Şahid1 2.450 manat pulu, cəmi ümumi niyyətlə 4.950 manat pulu alıb Məhkum Bayram Hüseynovla verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında vətəndaş Şahid12 ilə Qəbələ rayonu, Zarağan kəndində yerləşən avtoyuma məntəqəsində görüşüb Şahid12 özünü FHN-nin yanğınsöndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəltməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə bu barədə B.Hüseynova məlumat verməklə bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid12 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi olan Bayram Hüseynovun vasitəsi ilə 5.000 manat, sonda isə 2.00 manat pul müqabilində Şahid12 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə t əkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Bayram Hüseynov 11 yanvar 2021-ci il tarixdə vətəndaş Şahid12 ilə Qəbələ rayonunda yerləşən N nömrəli hərbi hissənin qarşısında Şahid12 məxsus avtomobildə görüşmüş, bu zaman o, Şahid12 əmisi Şahid8 2.500 manat pulu alıb həmin puldan 1.100 manatını Məhkum verməklə, X35 Osmanlı ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncu 2021-ci ilin yanvar ayında vətəndaş Şahid9 ilə Qəbələ rayonu, Zarağan kəndində yerləşən avtoyuma məntəqəsində görüşüb sonu ncunun FHN-nin yanğınsöndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəltməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda Şahid9 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsin vasitəsi ilə 2.500 manat pul müqabilində Şahid9 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bayram Hüseynov 13 yanvar 2021-ci il tarixdə vətəndaş Şahid9 ilə sonuncunun Qəbələ rayonu, Zarağan kəndində yaşadığı evin qarşısında Şahid12 məxsus avtomobildə görüşmüş, bu zaman o, Şahid9 2.500 manat pulu alıb həmin pulun 1.200 manatını Məhkum verməklə, Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı Bayram Hüseynovla təkrarən qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında Qəbələ rayon sakini Şahid10 ilə telefon vasitəsilə danışarkən sonuncu FHN-nin yanğınsöndürmə xidmətinin Qəbələ rayon şöbəsində işə düzəltməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etdikdə onu işə düzəldə biləcəyini bildirib, bu məsələ ilə bağlı Bayram Hüseynovla ətaqə saxlaması üçün şərait yaratmaqla Bayram Hüseynovun mobil telefon nömrəsini Şahid10 vermiş, Bayram Hüseynov 29 yanvar 2021-ci il tarixdə vətəndaş X12 ilə Qəbələ rayonu, Zarağan kəndində yerləşən «Bazarstore» marketinin qarşısında görüşüb təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda Şahid10 yaxın münasibətlərdə olduğu FHN-nin vəzifəli şəxsi vasitəsi ilə 2500 manat pul müqabilində Şahid10 işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmaqla onu hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə təkrarən rüşvət verməyə təhrik etməklə həmin vaxt 2.500 manat, 2021-ci ilin fevral ayında «Covid-19» testinin nəticəsini əldə etmək adı ilə 100 manat, cəmi vahid niyyətlə 2.600 manat məbləğində pulu almaqla Məhkum Bayram Hüseynov ilə verdiyi vəd üzrə heç bir hərəkət etməyə rək təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məhkəmələr CPM-in 144 və 145-ci maddələrinin sübutların yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin ciddi şəkildə pozaraq işin faktiki hallarını, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş obyektiv həqiqəti əks etdirən şahid ifadələrini, eləcə də tədqiq edilmiş digər mümkün və mötəbər sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz hökmündə də hər bir ittiham sübutunu həm ayrı-ayrılıqda araşdırdığını, həm də məcmu halında müqayisə edərək onların ittihamın təsdiq edilməsində yetərli olub-olmamasına qi ymət verərək müəyyən etmişdir ki, iş üzrə sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğundur və istər ayrıayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlidir və inandırıcılıq tələblərinə cavab verir. Müdafiə tərəfi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında qəbul etmiş 34 iyul 2022-ci il tarixli qərarda göstərilir ki, istər müstəqillik dövründən əvvəl, istərsə də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra məhkəmə təcrübəsində yalançı vasitəçinin hərəkətlərinin tövsifi məsələsi müxtəlif cür həll olunub. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında olan yeni hüquqi mövqeyi ilə, Ali Məhkəmənin Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarında göstərilən mövqedən fərqli olan zərərçəkmiş şəxsin hüquqlarının tanımaqla, burada yeni fikir formalaşdırmışdır. Yəni, yalançı vasitəçinin rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığı, ona görə də onun əməlinin korrupsiya cinayətinin obyektinə zərər vura bilmədiyi, dövlət orqanlarını nüfuzdan sala bilmədiyi qənaətinə gəlməklə yalançı vasitəçinin niyyətinin dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəldiyi qənaətinə gəlinmiş, şəxsin rüşvət verməyə təhrik kimi görünən hərəkətlərini dələduzluğun üsulu kimi müəyyən edi ltmiş, bundan əlavə şəxsin rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınmasını mümkün hesab etmişdir. Qeyd olunan halları əsas götürərək müdafiə tərəfi yuxarıda qeyd edilən yeni mövqeyə əsasən belə qənaətə gəlir ki, Osmanlı X21 Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının N nömrəli hərbi hissəsinin komendant bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin Mingəçevir şəhər X22 dəstəsinin 68 nömrəli Yanğından mühafizə hissəsinin dispetçeri vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət edən tanışı X18 ilə zərərçəkmiş şəxsləri aldatmaq üçün yalandan özgənin əm lakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin məsələni həll etməyə səlahiyyəti və real imkanı olmadığı halda, FHN-nin vəzifəli şəxsi olan «qohumu» vasitəsi ilə pul müqabilində işə qəbul edə biləcəyinə dair yalan vəd verib özünə inandırmağa müvəffəq olub onların hər birindən müəyyən məbləğdə pulu başqasına rüşvət vermək adı ilə ələ keçirsə də, əslində onlann bu hərəkətləri rüşvət verməyə təhrik etmə kimi yox, dələduzluğun üsulu kimi qiymətləndirilməlidir. Yəni, Məhkum niyyəti yalançı vasitəçi kimi dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlmiş, onun məqsədi zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunmuşdur. Bu halda onun əməli CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, əlavə olaraq onun əməlini CM-in 32.4, 312.2-ci maddəsi ilə tövsif edilməsinə artıq ehtiyac yoxdur. Cinayət-prosessual qanunvericiliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli 24 dekabr 2021-ci il tarixli "Məhkəmə hökmü haqqında" qərarının 38-ci maddəsinin 3-cü bəndinin mənası baxımından müdafiə hesab edir ki, Məhkum CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4 312.2-ci maddələri ilə elan olunmuş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. Müdafiə tərəfi kimi əlavə olaraq bildirir ki, apellyasiya məhkəməsi Tərtər Hərbi Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmünü CPM-in 144 və 145-ci maddələrinin ciddi şəkildə pozaraq işin faktiki hallarını, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş obyektiv həqiqəti əks etdirən şahid ifadələrini, eləcə də tədqiq edilmiş digər mümkün və mötəbər sübutları düzgün qiymətləndirməməsi, qərar qəbul edərkən təkcə ittihamın təsdiq olunmamasında maraqlı olan şəxsin, yəni təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə istinad etməklə və həmin ifadəni CM-in 178.1.2,178.2.2,178.2.3,178.2.4-cü maddələri ilə bəraətin əsası kimi düzgün olmayan qərar qəbul etdiyinə görə ləğv etmişdir. Apellyasiya məhkəməsi CPM-nin və insan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarına istinad edərək öz qərarının mətn hissəsini hazırlamış, lakin reallıqda həqiqəti ortaya çıxarmayaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında cərimə cəzası nəzərdə tutulduğu halda, hansı ki, şəxsin faktiki iş yeri, vəzifə maaş ı ola-ola, ittiham tərəfinin mövqeyini üstün tuturaq azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla da yanlış olaraq pullarının bir hissəsi ödənilməmiş zərərçəkmiş şəxslərin hüquqlarının bərpa edilməsi qənaətinə gəlmişdir. Lakin Məhkum həbslə bağlı olmayan xidmətini davam etdirə biləcək cəza verilməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qaytarılması vacib adımlardandır. O, xidmət etdiyi hərbi hissədə N manata qədər maaş almış, barəsində olan məhkəmə araşdırması ilə bağlı sərancamda olduğundan maaş alması müvəqqəti dayandırılmış, lakin hər gün N nömrəli hərbi hissədə xidmətə çıxmışdır. Zərərçəkmiş şəxslər Məhkum 1-ci instansiya məhkəməsində həbsdən çıxıb onların pullarının qaytarılmasında özlərinin də maraqlı olduğunu bildirməklə pulun geri qaytarılması ilə bağlı razılaşdıqlarını, hazı rda Məhkum qarşı heç bir şikayətlərinin olmadığını bildirməklə məhkəmədən onun həbsdən azad edilməsini xahiş etmişlər. Bayram Hüseynov aldığı pullardan Məhkum vətəndaşları işə düzəltdikdən sonra qeyri müəyyən məbləğdə pul verməsinə söz verərək Məhkum bu cinayəti törətməyə təhrik etmiş, cinayətin əsas təşkilatçısının azadlıqda gəzdiyi halda bu cinayətin 'sadəlövlükdən qurbanına çevirilmiş Məhkum isə ağır cəza azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum barəsində olan cinayət işinin istintaq müddəti ərizində atası maşınlarını və torpaq sahəsini sataraq vətəndaşlara dəymiş ziyanın bir hissəsini qaytarmış, ziyanın bir hissəsini isə işləyib qaytaracağı ilə bağlı zərərçəkmiş şəxslərlə razılaşmışlar. Məhkum 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi krimina l aləmin adamı olmayan Məhkum islah olunmasına yönəlmiş cəza kimi qiymətləndirilə bilməz, həm də zərərçəkmiş şəxslərə ödənilməmiş pulların uzun müddət gecikdirilməsi üçün şərait yaratmaqla onların hüquqları pozulmaqla apellyasiya məhkəməsi ədalətsiz hökm qəbul etmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, əmlak xarakterli cinayət törətmiş və həmin ziyanın qaytarılması üçün müəyyən addım atmış, işlədiyi müddətdə də ziyanı ödəməyə səy göstərən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi şəxsin islah olunmasına xidmət kimi yox ona təyin edilən işgəncə kimi qiymətləndirilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum əməlində CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-in 4 2.1.2-ci maddəsinə əsasən bəraət verməkdə haqlı olmuşdur. Müdafiə tərəfi kassasiya instansiya məhkəməsinin nəzərinə çatdırır ki, Apellyasiya məhkəməsi hökmündə CM-in 59.1-ci maddəsinə əsasən, Məhkum cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab etmiş, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmadığını qeyd edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə cəhd etməsi və əməlindən səmimi peşman olmasını onda mənəvi və ictimai dəyərlərə hörmət hisslərinin qorunub saxlandığına dəlalət etməklə, tutduğu əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq etməklə kimi fikirlərini nəzərə almadan nəticədə ağır cəza təyin etmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, X8, Şahid4, X2, Şahid2, Şahid10 və Şahid1 Möhsüm oğlunun Tərtər Hərbi Məhkəməsinə ünvanlamış olduğu ərizələrindən görünür ki, onlar Məhkum vasitəsi ilə Bayram Hüseynova verilən pullarla ədaqədar olaraq, atası Polad Osmanovla işə qəbulla bağlı verdikləri həmin pullann geri qaytarılması ilə bağlı razılaşmışlar, bu səbəbdən hazırki vəziyyətdə Məhkum qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkum 1996-cı il təvəllüdlü arvadı X10, 2019-c u il təvəllüdlü oğlu X19 və 2020-ci il təvəllüdlü oğlu X13 ibarət ailə üzvüləri vardır. Onun övladı X30 “Uşaq autizml, Kanner sindromu" dioqnozu ilə, arvadı X23 «Qaymorit Etmoidit eşitmə zəifliyi» dioqonozu ilə müayinə olunaraq müalicəyə ehtiyacı vardır. X18 xx.xx.2021-ci il tarixdə saat 04-51-də sərhəd nəzarət məntəqəsi olan “Bakı Aeroportu” vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə getməklə ölkə hüdudlarını tərk etmişdir. Bununla bağlı onun barəsində dövlətlərarası və beynəlxalq axtarış elan edilmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsinə dair qərar qəbul edib Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən hə min maddələr üzrə əməllərində cinayət tərkibi olmadığından CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi, Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsini xaric edilməsi, bu hal mümkün olmadıqda Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edib CM-in 69.4-cü maddəsinin tələbinə əsasən həbsdə saxlandığı müddəti nəzərə alaraq ona təyin edilmiş cərimə cəzasından tamamilə azad edilməsi, yaxud Məhkum ittiham olunduğu maddələrlə təqsirli bilib həmin maddələrin sanksiyasında olan cərimə cəzasını təyin edib Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən onun həbsdə olduğu müddəti nəzərə alaraq cəza təyin edilmiş cərimə cəzasından tamamilə azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nət icələri olaraq aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələlər CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə bəraət verilməsi, daha yüngül cəza təyin edilməsi ilə bağlıdır. Kassasiya məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin məhkuma dələduzluq cinayət əməli üzrə bəraət verilməsi barədə dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq sayaraq buna dair aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyasının qənaətinə əsasən, Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətlərinin şəxsin CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə cinayət törətdiyini deməyə ki fayət qədər əsas verdiyi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əs aslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerin ə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönə lmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icr a etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblər inə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şahid2 və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hök münün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sü butun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X24rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəs i həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X7rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Apellyasiya məhkəməsinin qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, həmçinin gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi CPM-in 144 və 145-ci maddələrinin sübutların yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin ciddi şəkildə pozaraq işin faktiki hallarını, iş üzrə ibtidai istintaq və məhkəmə istinteqı zamanı verilmiş obyektiv həqiqəti əks etdirən şahid ifadələrini, eləcə də tədqiq edilmiş digər mümkün və mötəbər sübutları düzgün qiymətləndirməyərək, qərar qəbul edərkən təkcə ittihamın təsdiq olunmamasında maraqlı olan şəxsin, yəni təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə istinad etməklə və həmin ifadəni CM-in 178.1.2, 178.2.2, 178.2.3. 178.2.4-cü maddələri ilə bəraətin əsası kimi qəbul etmişdir. Halbuki, həm Məhkum, həm də zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə kollegiyasının iclasında vermiş olduqları ifadələrə əsasən təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq olunur. Bundan əlavə, Məhkum 04 aprel 2016-cı il tarixdən, X18 isə isə, 22 may 2018-ci il tarixdən, FHN-də xidmətə qəbul olunmuş, 14 dekabr 2020-ci il tarixdə isə xidmətdən xaric edilmişdir. Yəni, Məhkum Bayram Hüseynovdan əvvəl Fövqəladə Hallar Nazirliyinin tərkibində xidmətə qəbul olmuşdur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum tərəfindən ilk dəfə 2020-ci ilin may ayında zərərçəkmiş şəxs Şahid4 işə düzəlməsi adı ilə pul alınaraq Bayram Hüseynova çatdırılmasına və bundan 8 ay keçməsinə baxmayaraq həmin şəxsin işə düzəldilməsi üçün konkret addımlar atılmamış, hətta bu yolla da işlə təmin olunmamış, pulu alınmış şəxslərin narazlıqlarının yaranması fonunda Bayr am Hüseynovun dələduzluq etməsi aydın görünürdü. Bütün bunlara «guya ki, əhəmiyyət verməyən» və hələ də Bayram Hüseynovun digər şəxsləri də işə düzəldəcəyinə ümid edən Məhkum sonrakı aylar ərzində, yəni 2021-ci ilin fevral ayınadək daha 7 şəxsdən də işə düzəlməsi adı ilə müxtəlif məbləğlərdə pul alması, hətta sağlamlıq arayışları üçün pul tələb etməsinin sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etməsi kimi qiymətləndirməyən işə baxan birinci instansiya məhkəməsinin subyektiv yanaşmasına söykənən əsassız mövqeyidir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd edtmişdir ki, birinci instansiya məhkəməsinin bu cinayətlərin törədilməsində təkcə Bayram Hüseynovun təqsirli olması, Məhkum Bayram Hüseynovun yalanlarına inanması və onun özünün də «qurban»a çevrilməsini qeyd etm əklə, sonda Məhkum CM-in 178.2.1. 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə bəraət verməkdə gəldiyi nəticə əsassızdır. Həm ibbtidai istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrindən, onların Məhkum ilə üzləşmələrindən, hüquqmühafizə orqanlarına müraciətlərindən, tədqiq edilmiş audio yazılardan və video görüntülərdən məlum olur ki, onları Bayram Hüseynovla məhz Məhkum tanış etmiş, onlar pulları Məhkum vasitəsi ilə və onun iştirakı ilə Bayram Hüseynova vermişlər. Hətta həmin şəxslərdən bir neçəsi, yəni, Şahid2, Şahid4, Şahid5 Xaliq oğlu, X6 və başqaları işə düzəltmək və «Covid» testi üçün tələb olunan pulları şəxsən Məhkum əlbəəl verdiklərini göstərmişlər ki, bunlar da birinci instansiya məhkəməsinin Məhkum əməlində CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin tərkib əlaməti olmamasına dair gəldiyi nəticə ilə tamamilə ziddiyyət təşkil edir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində qismində dindirilmiş X20 ibtidai və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının 15-i Qəbələ şəhərinin mərkəzində o, oğlu Atlıyev Raufla birlikdə Məhkum məxsus avtomobildə və onun bilavasitə iştirakı ilə Bayram Hüseynovla görüşmüş və oğlunu işə düzəltmək müqabilində Məhkum ilə B.Hüseynovun tələb etdikləri pulu onlara vermiş, Bayram Hüseynov oğlu R.Atlıyevin 2021-ci ilin yanvar ayının 15-də işə düzələcəyini bildirmişdir. Lakin Şahid1 nə həmin vaxt nə də ondan sonra oğlunun işi düzəlmədiyi üçün narazılıq edərək Məhkum və B.Hüseynovdan pullarını geri istəmişdir. Buna baxmayaraq, məhz Məhkum öz cinayətkar əməllərini davam etdirərək 2021-ci fevral ayında işə düzəlmək üçün müraciət edən şəxslərin guya «Covid» testinin nəticəsini əldə etmək və digər xərcləri qarşılamaq üçün əlavə pul lazım olduğunu bildirərək həmin şəxslərdən yenə də müxtəlif məbləğlərdə pul almışdır. Bundan başqa zərərçəkmiş şəxsləri bəziləri işə düzəlmək üçün pul verməyə razılaşsalar da, lakin B.Hüseynova pul verməyə tərəddüd etmiş, yalnız Məhkum təkidi və bilavasitə vasitəçiliyi ilə onlar pulu vermişlər. Belə ki, zərərşəkmiş şəxs qismində dindirilmiş Şahid12 həm istintaqda, həmdə məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bayram Hüseynov ona zəng vuraraq Qəbələ rayonunda olduğunu, pulu və sənədləri götürüb Bakı şəhərinə aparacağını, orada da FHN-də vəzifədə işləyən tan ışlarına verəcəyini söyləmişdir. O Bayram Hüseynova pul verəcəyindən narahat olduğu üçün Məhkum zəng edib narahatçılığını bildirmişdir. Məhkum narahatçılığa heç bir səbəb olmadığını bildirmiş və xidmət etdiyi hərbi hissənin qarşısına çağırmışdır. O da əmisi Şahid8lə birlikdə Anarın dediy yerə getmişdir. Orada o, əmisi Şahid8, Məhkum və Bayram Hüseynov söhbət edirmişlər. Söhbət zamanı Məhkum ona və əmisi Akif Hacyevə heç bir narahatçılığa, qorxmağa ehtiyac olmadığını, özünün bu işə zamin durduğunu bildirmiş və bundan sonra Şahid8 pulu Bayram Hüseynova vermişdir. Buradan da bir daha görünür ki, Anar Osmanovun vətəndaşlardan şəxsən özünün aldığı pullardan başqa B.Hüseynovun aldığı pullardan da onun payı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi iş üzrə şahid qismində dindirilmiş ş əxslərin ifadələrini və toplanmış digər sübutları ümumən qəbul etsə də, lakin bəzi xüsusatların, yəni 2021-ci ilin mart-aprel aylarında pullarını geri istədikləri zaman X26 Yamənzadənin verdiyi pulun 1.100 manatını, Şahid9 isə verdiyi pulun 1.200 manatını Məhkum verərək aralarında bölüşdürmələri, Məhkum isə bunu onlara təsdiq etməsi, həmçinin Şahid1 həm ibtidai həm də məhkəmə istintaqı zamanı ifadəsində 26 dekabr 2020-ci il tarixdə Şamaxı rayonu, avtovağzal adlanan yerdə oğlu Rauf Atlıyevi FHN-nin yanğınsöndürmə xidmətində işə düzəltməsi müqabilində Bayram Hüseynova 2.450 manat pulu əlbəəl verdiyi vaxt Məhkum orada olması epizodlarını Məhkum qarşı irəli sürülmüş ümumi ittihamdan xaric etməkdə haqlı olmamışdır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsini n 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər, şahid ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, s übutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünü (məhkumun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli olması hissəsində) qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin də lillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum elan olunmuş ittihamdan Azərba ycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsinin xaric edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib-edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinini həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric olunmalıdır. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik et mə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçini n niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən cəzaya dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai t əhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59,70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, hesab edir ki, Məhkum hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Məhkəmə kollegiyasının iclasına təqdim edilmiş zərərçəkmiş şəxslər Şahid4, Şahid6,Şahid2, Şahid10, Şahid1, Şahid5 notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlara dəyən ziyan Məhkum tərəfindən ödənilmiş, onu bağışlamış və ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə kollegiyası qeyd edilənləri, yəni zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsini, sonuncuların Məhkum qarşı şikayət və tələblərini olmamasını məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən əlavə hallar kimi qiymətləndirir və cəzanı yüngülləşdirən digər halları da, həmçinin ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakter ik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkəmə qərarlarından Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməli, Məhkum münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və həmin hökm ilə ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən edilməli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəs ini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmü müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Ci nayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 9 avqust 2023-cü il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın və Məhkum üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-39/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-39/2023
09.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver