Məhkəmə qərarları › İş №1-1(102)-39/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-39/2024

21.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-39/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və məhkumun Müdafiəçi3 iştirakları il ə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Aslan Kalbalıyev (sədrlik edən və məruzəçi), Camal Ramazanov və Rafiq Abbasov) 22 sentyabr 2023-cü il tarixli 1-1(093)-55/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1990-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.4,312.2-ci maddəsi ilə Məhkum barəsində cinayət təqibinə xitam verilmiş, o, CM-in 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddə ləri ilə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 334.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 335.2-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Onun ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə cəzadan çıxılması və onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, həmçinin sənədləri saxtalaşdırmaq yolu ilə müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getmiş və xidmət yerinə qayıtmamışdır. Belə ki, Əhmədov X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının komandiri – batareyanın baş zabiti vəzifəsində, leytenant hərbi rüt bəsində xidmətdə olarkən 2021-ci ilin oktyabr ayının əvvəllərində aralarında yaxın münasibət olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid1 vasitəsilə tanış olduğu, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 ilə Bakı şəhərində görüşüb söhbət edən zaman sonuncunun işsiz olduğunu, işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs1 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə R.X6 Şirkətində (SOCAR) yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 10.000 (on min) manat məbləğind ə pulun rüşvət qismində verilməsi müqabilində onun həmin şirkətdə fəhlə kimi işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs1 razılığını alaraq onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 12 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində Zərərçəkmiş şəxs1 əvvəlcə 5000 manat, 14 dekabr 2021-ci il tarixdə isə Bakı şəhərində yenə də, 5000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 10.000 (on min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən sənədləri saxtalaşdırmaqla hərbi xidm ət vəzifələrinin icrasından tamamilə boyun qaçırması məqsədilə 2 dekabr 2021-ci il tarixdə səhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müayinəyə göndərilməsi barədə kompüterdə raport yazıb, artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 adının qarşısına özü imza çəkərək, sonuncunun imzasını saxtalaşdırmaqla həmin raport əsasında hərbi hissə komandanlığı tərəfindən ona müayinəyə getməsi barədə göndəriş verilməsinə nail olmuş, Məhkum 04 dekabr 2021-ci il tarixdə hospitalda ambulator müayinədə olsa da, bir daha xidmət yerinə qayıtmamış, yalnız 18 avqust 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq xidmət etdiyi hərbi hissəyə qaytarılmaqla bu müddət ərzində hərbi xidmət üzrə vəzifələrin icrasından boyun qaçı rmağa nail olmuşdur. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən hərbi xidmətə yararlılığının təyini məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi HərbiHəkim Komissiyası tərəfindən şəhadətləndirilməsindən ötrü hərbi hissə komandanlığı tərəfindən ona 20 avqust 2022-ci il tarixdə göndəriş verilmiş və o, göndərişi alıb hərbi hissədən ayrıldıqdan sonra Mərkəzi Hərbi-Həkim Komissiyasına getməyərək, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə bir daha xidmət yerinə qayıtmamaqla fərarilik etmiş, yalnız 16 noyabr 2022-ci il tarixdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Ucar rayon sakini X4 vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs2 ilə 2022ci ilin yanvar ayında Bakı şəhərində görüşüb söhbət edən zaman sonuncunun tanışı X1 yaşadığı Buzovna qəsəbəsində yerləşən və babası X2 adına olan evi Ə.Babayevin qızı Zeynəb Babayevanın adına rəsmiləşdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta evin Z.Babayevanın adına rəsmiləşdirilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına rüşvət verilməsi müqabilində evin Z.Babayevanın adına rəsmiləşdiriləcəyini deyib, Zərərçəkmiş şəxs2 razılığını alaraq təkrarən dig ər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razılığa əsasən 2022-ci ilin yanvar-mart aylarında Zərərçəkmiş şəxs2 Bakı şəhərində hissəhissə olmaqla, ümumilikdə vahid niyyətlə 10.500 (on min beş yüz) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin may ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində təsadüfən tanış olduğu, hospitalın yanğından mühafizə xidmətində mülki işçi kimi sürücü vəzifəsində çalışan vətəndaş Zərərçəkmiş şəxs6 ilə aralarındakı söhbət zamanı sonuncu nun aylıq əmək haqqının az olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs6 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs6 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs6 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 26.000 (iyirmi altı min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onun həmin nazirlikdə aylıq əmək haqqı yüksək olan işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs6 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razıl ığa əsasən 2022-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayının əvvəllərinədək Zərərçəkmiş şəxs6 Bakı şəhərində hissə-hissə olmaqla, ümumilikdə vahid niyyətlə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin aprel-may aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığındakı kafelərin birində tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun hospitalda mülki işçi kimi işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətt a Zərərçəkmiş şəxs3 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 21.000 (iyirmi bir min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onun həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razılığa əsasən 2022-ci ilin iyul ayının sonundan 2022-ci ilin oktyabr ayının sonunadək Zərərçəkmiş şəxs3 Bakı şəhərində hiss ə-hissə olmaqla, ümumilikdə vahid niyyətlə 21.000 (iyirmi bir min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin təxminən sentyabr ayında Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı vətəndaş Zərərçəkmiş şəxs5 qızı Nigar Kazımovanın iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta N.Kazımovanın işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərç əkmiş şəxs5 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 15.000 (on beş min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində Nigar Kazımovanın həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs5 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razılığa əsasən 2022-ci ilin sentyabr ayında E.X8 Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hospitalının yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 verdiyi 15.000 (on beş min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə ald atma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı vətəndaş Zərərçəkmiş şəxs4 işsiz olduğunu, iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs4 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 21.000 (iyirmi bir min ) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində Zərərçəkmiş şəxs4 həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs4 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Məhkum gəldikləri razılığa əsasən 2022-ci ilin sentyabr ayının sonundan 15 noyabr 2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhərində Zərərçəkmiş şəxs4 həm birbaşa, həm də, Zərərçəkmiş şəxs3 vasitəsilə verdiyi 21.000 (iyirmi bir min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n (hakimlər Anar İbrahimov ( sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 18 yanvar 2024-cü il tarixli 1-1(103)-4/2024 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1-1(093)-55/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli 1-1(103)-4/2024 nömrəli qərarının dəyişdirilərək, Məhkum təqsirli bilindiyi CM-in 334.1-ci maddəsinin ümumi ittihamdan xaric edilməsini və CM-in 178.2.2, 178.2.3 178.2.4 və 335.2-ci maddəsi ilə daha yüngül cəza təyin edilməsini və barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin ol unmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Məhkum törətmiş olduğu əmələ, onun şəxsiyyətinə və cinayət işi üzrə müəyyən edilmiş yüngülləşdirici hallara uyğun olmayan ağır cəza təyin etmiş, eləcə də, məhkəmə hökm çıxararkən işin həqiqi hallarını tam nəzərə almamışdır. Bundan başqa işə baxan məhkəmə iş üzrə müəyyən edilmiş yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi nəzərə almamış və ona cəza təyin edərkən Cinayət Məcəllənin nəzərdə tutulmuş cəzanın şərti olaraq tətbiq edilməklə cəza təyin etməmişdir. Ona görə də hesab edirik ki, Məhkum təyin olunan cəza onun şəxsiyyətinə və törətdiyi əməlinə münasibətdə uyğ un deyil, ağır və ədalətsizdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-4/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin tələblərinə əsasən daha yüngül cəza təyin olunmalıdır. Məhkum məhkəmə iclaslarındakı ifadələrində özünü Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilməmiş, onun hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması halı iş materialları ilə təsdiqini tapmamış, işə baxan məhkəmə şübhəli və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğu halda bunu etməmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, yəni Məhkum törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını, həmçinin zərərçəkənlərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışdığını, himayəsində bir azyaşlı qızı və ahıl valideynləri olduğunu və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almamışdır. Müdafiəçi hesab edir ki, yuxarıda göstərilən hallarına əsasən Məhkum daha yüngül cəza təyin etməklə onun islah olunması mümkündür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşd ırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelya siya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərdən biri ondan ibarətdir ki, Məhkum əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum elan edilmiş ittihamda həmin maddə üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiya sı məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət vermiş və onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin bu barədə irəli sürülmüş dəlilləri də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, Məhkum istintaq orqanı tərəfindən CM-in 334.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, zabit kimi həqiqi hərbi xidmətdə olarkən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsindən ötrü hərbi hissə komandanlığı tərəfindən ona 20 avqust 2022-ci il tarixdə göndəriş verilmiş və o, göndərişi alıb hərbi hissədən çıxıb Mərkəzi Hərbi-Həkim Komissiyasına getməyərək, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə bir daha xidmət yerinə qayıtmamış, yalnız 16 noyabr 2022-ci il tarixdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin fadələri, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəli r ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şahidlər Şahid2, Şahid3 Məjdun oğlu və Şahid6 ifadələri, N nömrəli hərbi hissə komandirinin əmrləri və digər sübutlarla Məhkum hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerinə qayıtmaması təsdiq olunmuşdur. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Birinci və apellyasiya instansiyası məhkəmələri məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə də təqsirli bilməməsi, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsi cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası həmçinin məhkəmələrin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum q eyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanın sübutların qiymətləndirilməsi ilə əlaqədar mövqeyi ilə razılaşmış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi və hərbi geyimdə tutu lması barədə ifadəsi həqiqətə uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Araz Bünyatovun təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Resp ublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 335.2-ci maddələri ilə yanaşı CM-in 334.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində CM-in 334.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin şəxsin əməlinin CM-in 334.1-ci maddəsi ilə qanunsuz tövsif edilməsi barədə dəlilləri əsa ssızdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci mad dələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 2021ci il 24 iyun tar ixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Bununla da, Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 334.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 335.2-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzası təyin edilmişdir. CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Qeyd olunma lıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 335.2-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-3-cü bəndini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin i slah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətin ə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şik ayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar